Ədəbi körpü: Vani- Müşevani
arasındaki çinarlar
İBRAHİMXƏLİL
Vani - Qalaktion
Tabidzenin doğulduğu
Çkvişi kəndinin
inzibati-ərazi vahidi olaraq daxil edildiyi
rayon mərkəzinin adıdır bu. Mənim doğulduğum kənd isə Muşevani (Aran Dəlləri) adlanır və Bolnisi rayonuna aiddir. Vani-Muşevani arasında olan məsafəyə gəlincə, 320 kilometrdir.
Məlumdur: məsafə
- iki yerin, iki nöqtənin arası, aralarındakı
uzaqlıq deməkdir.
İndi optik məsafəölçənlə müşahidə olunan şeyə: məsələn,
daşa, ağaca, tramvay dayanacağına, qəzet-jurnal köşkünə
qədər olan məsafəni ölçmədən
də müəyyən
etmək olur. Lakin mənəvi yaxınlığın, ya
da mənəvi uzaqlığın arası
optik məsafəölçənlik
deyil, könül məsələsidir, duyğular
dilinin işidir! Çünki məsafə
var - uzaqlaşdırır,
məsafə də var - yaxınlaşdırır!
Dolayısı ilə
dəxli olduğu üçün deyirəm;
Anatol Frans nahaqdanmı yazıb:
"Səadət - gözləmə
zalı deyil, zallararası məsafədir".
Lirizm, bədiilik, incəlik olan yerdə Paris-Tiflis arası da yaxın
olur, Bağdad-Bəsrə
arası da, Vani-Muşevani arası da! Belədə könüldən-könülə yollar da, körpülər
də yaxın olur!
Sənət (burada ədəbiyyat) ruh halı olduğuna
görə, biz poeziyada səmimiyyətdən,
mənəvi qavrayışlardan
və bu qavrayışlardakı, duyğulardakı
həzin-musiqili qabarma
və çəkilmələrdən,
insan həyatının
faciələrinə yanmaqdan
və ağrımaqdan,
tükənməz sevgilərdən,
vicdanı işıqlandıran,
sıra dağlar misilli ümidlər verən poeziyadan danışırıq.
Çünki Qalaktion da "Öncə - Poeziya!" yazırdı!
Amma doğma
Qalaktionu tanıyana qədər, təbii ki, doğma kəndimi tanımışam.
Və ilk yuvamın adının tərkibindəki "vani"
hissəsi də hələ gənclik illərimdən marağıma
səbəb olub. İnanıram ki, gənc Qalaktion da "Vani" toponimik formatının cazibəsində az yaşamayıb. Çünki
sözlərin sehrinə
şairlərdən çox
uyanları az görüb tarix!
Bəlkə də bu "van (i)" sözünün
tarixçəsi ilə
bağlı indi aşağıda yazılanlar,
yüz bir variantdan biridir və indi ki,
bu bircə variantı biz yazırıq, yüzünü
də ayrı-ayrılıqda
yazanlar tapılar yəqin: "van" sözü geoloji proseslər nəticəsində
yaranan oval morfoloji xüsusiyyəti ilə səciyyələnən
"su dolu çökmə" mənasını
daşıyır; yəni
"su dolu bir çökmə mənbəyi". Təzadlar
isə belədir: çökmələr, yarğanlar,
sınıqlar-çatlar dolu
məkanlarda doğulan
şairlərin çoxu
çökmədi, sınmadı,
əyilmədi!
"Van" dünyanın
bir yerində göl adı ola bilir, digər
yerində şəhər,
ya da kənd
- yəni insan məskəni, insan dayanacağı - adıdır.
Başqa bir yerində isə - məsələn, Niderlandda
- sadəcə olaraq ön şəkilçi-prefiks
hesab olunur: Van Qoq (dünya şöhrətli rəssam),
ya da Van der Saar (məşhur
futbol qapıçısı).
Maraqlı burasıdır
ki, "Van" bizdə,
hətta ön şəkilçi olanda da böyük hərflə yazılır,
niderlandlılarda isə
kiçik hərflə.
Sən demə,
poeziya sözlərin etimologiyası deyilmiş!
Eyniadlı bir ərazinin, eyniköklü
bir sözün kimə, hansı xalqa mənsubiyyəti ətrafında mübahisər
və münaqişələr
də deyilmiş!
Bütün hallarda, təki bütün məsafələr
arası insan məskənləri, insan dayanacaqları olsun; təki şair sözü eşidilsin!
Poeziya yeri-göyü
bir küll halında götürür.
Birlikdə, ayrılmaz
olaraq görür. Axı insanın həyəcanlarının "ana"sı eynidir, sinə dağları bənzərdir!
Dahilərin üslublarını
- dediklərini kopyalamayaq,
surətini çıxarmayaq.
Amma bir neçə nümunə
göstərməkdən də
qaçmayaq:
"Poeziya - Tanrının qulağa (və qəlbə) pıçıltılarıdır".
"Şair - kütlə deyil. Həm də amansız dərəcədə
tənhadır" (eynən
Qalaktion misilli -
İ.).
"Bir çiçəyi
öldürə bilərsiniz,
amma baharı əsla"!
...Burası da
var ki, mürəkkəbə
"artıq su qatan" şairlər istisna olmaqla, Qalaktion kimi şairlər təkcə
poeziyasevər gürcünün
deyil, həm də poeziyasevər azərbaycanlının şairidir!
Eləcə də ərəbin, yaponun, ingilisin! İstanbul olsun, Cakarta, ya da Berlin, fərq
etməz, motivlər dəyişməz qalır!
...İndi mən
Vaniyə, Qalaktionun dünyaya gəldiyi Çkvişiyə, şairin
ev-muzeyinə qonaq qismində yollanmaq üçün günləri
sayıram! Əgər
bu məsafə uzaqlığında Qalaktionun
bədii çiçəkləri,
ürək döyüntüləri,
nəfəsi, çarmıxdakı
sözləri-bəndləri və ümid qığılcımları olmasaydı,
səfər sevdasına
düşməzdim. Əlbəttə,
Gürcüstan Yazıçılar
Birliyinin xətti ilə də gedə bilərdim. Amma əslən Vanidən olan, hazırda Kazretidə
qızıl istismarında
çalışan Qia
Arveladze, artıq mənim xahişimi gözləmədən belə, muzeyin direktoru xanım Feride Macaradzeyə və muzeyin əməkdaşı şair
Akaki Tevzadzeyə zəng vurub. Qalaktion haqqında kitab başlayan bir azərbaycanlı müəllifin oraya gələcəyini bildirib.
Sağ olsun!
...Gürcüstanda onun Tabidze soyadını
hər dəfə xatırlatmırlar; sadəcə
olaraq adı ilə çağırırlar:
Qalaktion! Çünki
hamı tanıyır!
O yol mənə
tanışdır; hələ
Qalaktion yaradıcılığı
ilə yaxın təmasdan xeyli əvvəl də bir-iki dəfə Batumiyə getmişəm.
Daha çox çinarlarıyla yadımda
qalıb yollar.
Çinar - latınca
"platanus" kimi məşhur olduğuna görə, bəzi dillərdə "platan"
adlanır. Hətta Platonun adının da "platan"dan alındığı ehtimalları
var. Sokrat-Platon-Aristotel
üçlüyü də
arada-sırada üç
çinara bənzədilirmiş.
Məsələn, Telavidəki
900 illik, ya da Böyükdərə vadisindəki (Türkiyə)
2500 illik yaşı ehtimal olunan çinarlar misilli çinarlara!
Qalaktionun "Şindisi çinarları"
adlı şeiri var: kövrək, həzin. M.Maqomayevin "Mavi əbədiyyət"
adlı mahnısında
dənizin qayalara sədaqəti ilə şairin çinarlara sədaqətinə qədər
müqayisə eləmişəm...
Qalaktionun faciəsi
həm də onun qələbəsi idi! Sizi şahidliyə
çağırmıram. Amma
hesab edirəm - siz də görmüş
olarsınız: çinarlar
bəzən elə ayaqüstəcə ölür.
Bunun sirrini, yəni bəzi çinarların niyə ayaqüstəcə öldüyünü,
sonra da birdən-birə yıxıldığını,
özü də ucalıqlardan yıxıldığını
Qalaktion misilli şairlər qəlblərinin
dərin guşələri
ilə duyurlar. Azərbaycan şairi Ramiz Rövşən də sanki Qalaktion
üçün yazır:
Ucalıqdan yıxılsan
da, qəm yemə,
Sən yıxılan
ucalıqlar qalacaq...
NASA "James Webb" teleskopunun kainatın hüdudlarını göstərən
ilk infraqırmızı
fotolarını yayıb.
Bu əsrarəngiz qalaktik görüntülərə
baxıram. Qalaktikaya sanki çinarlar əkilib! Çinarların
torpağı sanı
yaşayır Qalaktion!
Çinar ömrü
yaşayır!
...Uğur üstəyəm.
Günləri sayıram.
Sanki Vanidə Qalaktionun ev-muzeyi ilə deyil, özü ilə görüşəcəyəm.
525- ci qəzet.- 2023- cü il.- 5
noyabr.- ¹- 202.- S. 13.