Dünyaya açilan fərqli pəncərə: görüntü və söz

Nadir YALÇIN

Dünyaya hansı gözlə baxmaq... Bütün məsələ bununla başlayır. Maddi mənəvi cəhətdən yaradılışlara yanaşma müxtəlifliyi insanları cürbəcür ruhda formalaşdırır. İncəsənət Allahın dediyinin qulağına pıçıltısından doğur. Bir şeir, bir misra oxuyursan. Düşünürsən, şair bunu necə qurub?! birdən başqa bir sətir səni əmin edir ki, bunu məhz Allah deyib! Mən adını belə qoyuram, başqası buna təbiət deyə bilər, kainat da...

Necə deməyin fövqündə necə baxmaq məsələsi var ki, bu, tamam ayrı bir fəhmdir. Ətrafa, dərk olunan dərk olunmayan bütün anlayışlara müxtəlif tip yanaşmalar var. Bu yanaşmaların necəliyidir sənəti onu ərsəyə gətirən istedadları saf-çürük edən, üslubu müəyyənləşdirən. Bəsarəti açılan üçüncü göz Allahın digər canlıların baxışlarının sərhədlərindədir. Ayrıca bir yanaşma, heç nəyə bənzəməyən bir baxışdır üçüncü gözün iti nəzəri. Kim ki bu sirrə vaqifdir, o, peşəkardır incəsənətin iliyinə, qanına, ruhuna bütün vücudu ilə bələddir.

Bir foto sərgisinin dedizdirdiyi bu cümlələr heç təsadüfi deyil. Gördüklərimə ötəri texnologiya hadisəsi kimi yanaşa bilmədim. O görüntülər məni danışdırdı necə ülvi hisslərin qanadlarında pərvazlandırdı. Söhbət fotoqraf, səyyah-bloger İradə Qədirovanın ötən gün "The Landmark" otelində təşkil olunan "Venesuela" sərgisindən gedir... Bundan əvvəl "Əfşan: İran boyunca uzanan tək səyahətim" "Eşqin izi ilə" adlı səfərnamələri barədə eşitdiyim müəllifi digər bir cəhətdən kəşf etmək, o mətnləri yazdıran görüntüləri görmək maraqlı idi. Qeyd edim ki, sərgi Venesuelanın Azərbaycandakı səfirliyi Venesuela Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutdu.

İradə xanım başqa cür baxa bilir, ayrı səpkidə görür. Görmək kifayətdirmi? Xeyr, o həm hiss edir. Onun nəzəri mənim, sənin, başqasının baxmağından fərqlənir. Bu baxımdan İradə Qədirova Venesuelanı həm görüb, həm hiss edib, Venesuela insanlarının ruhunu, o yerlərin spesifik ab-havasını bizə çatdırmağı məharətlə bacarıb.

Fotolara diqqət yetirdikcə birinci nəzərə çarpan məsələ müəllifin təbiətə yanaşması əbədiləşdirdiyi anın qeyri-adiliyidir. Birmənalı olaraq, şablon mənzərələrdən, monotonluqdan uzaq üslub sahibi olan İradə xanım təbiəti istirahət edən bir turist, yaxud gözəlliyə valeh olan bir səyyahdan daha çox, uzaqdan, səssizlikdən, bizim bilmədiyimiz sirli bir nöqtədən izləyir axtardığı görüntünü tapır. Onun səssiz fotolarında da "Karau çayı" şəklindəki kimi coşqunluq var. Məsələn, məhz "Karau çayı" fotosundakı coşqunluq səni həyəcanlandırmağı bacarır sanki o mənzərənin canlı şahidinə çevirir.

İradə xanım Venesuelanın Kanaima Milli parkını öz baxışları ilə əbədiləşdirib sərginin ən yaddaqalan fotoları da məhz həmin parkdandır. İradə Qədirova səmanın, suyun, torpağın qarşılıqlı harmoniyasının fotodakı həllini tapıb, bütün şəkillərdə öz qət etdiyi formanı qoruyub, əldə etmək istədiyini dəqiq müəyyənləşdirib. Kanaimanın mənzərələri ilə yanaşı, parkdakı insanların təbəssümünü fotoların yaddaşına köçürən fotoqraf insanların xoşbəxtliyini hiss etdirib. Sərgidə dediyi kimi, "Venesuelada insanlar çox xoşbəxtdilər..." Məhz qurduğu süjet, aldığı enerji fotolardan sezilir.

Diqqət çəkən digər bir məqam da İradə xanımın uşaqlara qarşı həssaslığıdır. Kanaima Milli parkında təbiət rəsmlərinə üstünlük verən fotoqraf Marqarita adasında uşaqların simalarını ön plana çəkib, elə Kanaimada da bir-iki belə fotoya rast gəlmək olar. Məsələn, Kanaimada çəkdiyi "Pemon qızı" fotosu, dənizdə çimən uşaqların şadyanalığı... Marqaritada çəkilən fotoların ən gözəli məhz "Günəşin öpdüyü mələk" fotosudur. Adı oxuduqdan sonra şəkilə baxırsan düşünürsən ki, həqiqətən, adlandırma necə yerinə düşüb. "Marqarita simaları"nda istiliyi, mehribanlığı duyursan heç vaxt getmədiyin, görmədiyin Venesuela haqqında fikirlərin genişlənir.

Vərəqlədiyim səfərnamələrdən, fotoların bədiiliyindən başqa, şəkillərə verilən adlardan da yola çıxaraq demək olar ki, İradə Qədirovanın bədii ruhu var bunu məharətlə sözə çevirməyi bacarır, duyğularını obrazlı ifadə edə bilir. "Sakitlik" "Paralel zamanlar", "Günəşin öpdüyü mələk" kimi bir sıra nümunələr fotoları canlı görmədən xüsusi rəy formalaşdırmasa da, maraqlı səslənir əmin olun ki, mahiyyətlə birəbir eyniyyət təşkil edir.

Sərgidə Venesuelanın ölkəmizdəki səfiri çıxış edərək İradə xanımın fəaliyyətini, ərsəyə gətirdiyi işləri yüksək qiymətləndirdi. Səfirin isti münasibəti belə yüksək yanaşması hər kəsi qürurlandırdı. Sərgidə Venesuelanı özündə ehtiva edən videobloqlar yayımlandı maraqla izlənildi.

Övliya Çələbidən üzü bu yana səyahətnamələrin dünyada çox uğurlu maraqlı nümunələri var. Azərbaycan ədəbiyyatında səyahətlərdən bəhrələnərək tarixi-bioqrafik romanlar ərsəyə gətirən yazıçımız Əzizə Cəfərzadədən sonra məşhurlaşan kitabsevərlərin dilində əzbər olan xüsusi bir əsər nəzərimi cəlb etməyib. Bu baxımdan İradə xanımın qələmə aldığı "Əfşan: İran boyunca uzanan tək səyahətim" "Eşqin izi ilə" adlı səfərnamələr maraq doğurur. Axıcı dili, zəngin bilgiləri ilə birgə insanı oxumağa vadar edir. Bu səfərnamələr sözügedən janrda yeni əsərlərin yaranması üçün zəmin ola bilər, müəlliflərdə həvəs yarada bilər.

Sərgidə müəllif oxucular üçün kitablar imzaladı, müzakirələr aparıldı.

Qısası, bu qənaətə gəlmək olar ki, İradə Qədirova həqiqi istedaddır incəsənətin ruhu ilə əxz edib. Ona yeni uğurlar diləyirəm!

 

525- ci qəzet.- 2023- cü il.- 5 noyabr.- №- 202.- S. 9.