Böyük zəfərin 3- cü ili

 

Bu gün Azərbaycan xalqı, bütün dünyada yaşayan həmvətənlərimiz qürurla Vətən müharibəsindəki möhtəşəm qələbəmizin üçüncü ildönümünü - Zəfər Gününü qeyd edir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 gün ərzində yazdığı bu qəhrəmanlıq səlnaməsi tariximizin şərəf səhifəsidir. Sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı 44 gün davam edən əks hücum əməliyyatı torpaqlarımızın 30 illlik işğalına son qoyulması, ərazi bütövlüyümüz bərpası ilə başa çatdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Şuşanı azad etdiyi 8 noyabr tarixi ölkəmizdə Zəfər Günü olaraq qeyd edilir. Şuşanın işğaldan azad edilməsi müjdəsini Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciəti zamanı verdi: "Böyük fəxarət qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox".

Prezident həm ata vəsiyyətini yerinə yetirdiyini söylədi: "Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə ən xoşbəxt günlərimdən biridir".

Noyabr ayının 8-də Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması ilə düşmənə təslim olmaqdan başqa yolu qalmadı. Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa şəhərinin azad edilməsi ayrıca bir qəhrəmanlıq dastanıdır. Alınmaz qala məhz hərbçilərimizin misilsiz fədakarlığı ilə azad edildi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər hərb tarixində ən mükəmməl taktiki döyüş adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etmişdilər. Vaxtilə Qarabağın, o cümlədən, Şuşanın işğalında iştirak etmiş erməni canilər şəhərin topsuz-tüfəngsiz azad edilməsindən heyrətlərini gizlədə bilməyiblər.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri Rusiya Prezidenti münaqişə zonasında atəşin bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu, Ermənistanın kapitulyasiyası idi. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi. Ötən il avqustun 26-da isə Laçın şəhəri, Zabux Sus kəndləri Azərbaycana qaytarıldı. Zaman keçdikcə Azərbaycanın qələbəsinin mahiyyətini, möhtəşəmliyini, xalqımızın necə böyük bir uğura imza atdığını daha yaxşı anlayır, eyni zamanda bu qələbənin asanlıqla əldə edilmədiyini dərk edirik. Azərbaycanın qələbəsini şərtləndirən amillərə nəzər saldıqda, ilk növbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin

liderliyi, qətiyyəti, diplomatiya, ordu quruculuğu, iqtisadi sahədə həyata keçirdiyi misilsiz fəaliyyətlər göz önünə gəlir. İstənilən bir prosesin uğurla nəticələnməsi birbaşa ona rəhbərlik edən şəxsin əzmindən, liderlik bacarığından, iradəsindən asılıdır. Müharibənin qələbə ilə sonlandırılması üçün güclü liderin, Ali Baş Komandanın olması şübhəsizdir. Eyni zamanda bu qələbənin əldə edilməsində Prezident, ordu xalq birliyi öz sözünü dedi. Azərbaycan xalqı güclü həmrəylik nümayiş etdirdi. Yaşından asılı olmayaraq hər kəs döyüşə getmək, torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün müraciət edirdi. Bütün bunlar bizi möhtəşəm qələbəyə apardı.

İllərlə imitasiya xarakteri daşıyan sülh danışıqlarında vasitəçi olan böyük güclər, ATƏT-in artıq keçmiş olan Minsk qrupu prosesin irəli aparılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi  üçün bir addım belə

atılmadı. Düşünürdülər ki, müharibə olmayacaq, keçmiş status-kvo saxlanacaq. Bütün beynəlxalq qurumların, ayrı-ayrı ölkələrin liderlərinin, məsələ ilə məşğul olan siyasətçilərin bəyanatlarında münaqişənin hərbi həllinin olmadığı vurğulanırdı. İlham Əliyev bu məqama toxunarkən

bildirib: "Mən deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı, yoxdursa, onda bunu sülh yolu ilə həll edin. Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətlərsiniz, böyük nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistan, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı qədər aldatmaq olar? Amma biz sübut etdik ki, hərbi həlli var".

İlham Əliyev hakimiyyətə gəldiyi 2003-cü ildən bu yana Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək, Qarabağ

məsələsini xarici siyasət kursunun prioriteti olaraq saxladı. Müharibə etmək üçün güclü ordu, müasir silah-sursat arsenalına malik

olmaq lazım idi. Bu isə iqtisadi inkişafdan, xarici siyasət sahəsində uğurlu gedişdən asılı idi. Ötən müddət ərzində ordumuz ən müasir silahlarla təchiz edildi.

İlham Əliyev Ulu öndərin axıra çatdıra bilmədiyi planları reallaşdırdı, 17 ildə görülən işlər, atılan qətiyyətli addımların nəticəsi olaraq xalqın arzularını gerçəkləşdirərək, torpaqlarımızın xilaskarı kimi adını tarixə yazdı.

2020-ci il 10 noyabr üçtərəfli bəyanatdan sonra bəzilərində belə təsəvvür yaranmışdı ki, qələbəmiz tam deyil. ABŞ, Avropa İttifaqı, Fransa digərləri 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı idi. Bu məqsədlə müxtəlif oyunlara əl atır, hətta ATƏT-in Minsk qrupunu yenidən diriltməyə çalışır, yenidən uzun-uzadı danışıqlar prosesinə başlamağa cəhd edirdilər. Düşünürdülər ki, 30 il ərzindəki mənasız gedişlərini yenidən təkrar edə biləcəklər. Buna görə Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək cəhdləri oldu. Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında, Avropa Parlamentində, Avropa Şurasında digər qurumlarda qətnamələrin qəbuluna çalışır, bəzən buna nail olurdular. Amma unudurdular ki, bütün fəaliyyəti boyunca "nəyi, zaman necə" etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyev bu tarixi missiyanı öz məntiqi sonluğuna çatdırmaqda qətiyyətlidir. Beləliklə, sentyabrın 19-da başlayıb bir gündən belə az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin, separatizmin mövcudluğuna son qoydu, bütün ərazisində öz suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağını ucaltdı.

Dövlət başçısı Xankəndidə etdiyi çıxışda dedi: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi... İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır".

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə surətli abadlıq quruculuq işləri həyata keçirilir.

İnsanlarımızın 30 illik yurd həsrətinə son qoyulub, Böyük Qayıdışa start verilib, azad olunmuş ərazilərdə beynəlxalq əhəmiyyətli infrastruktur qurulur, yollar çəkilir, rayonların baş planları hazırlanıb həyata keçirilir. Prezident İlham Əliyev mütəmadi olaraq azad olunmuş ərazilərə səfər edir işlərin gedişi ilə yerindəcə tanış olur.

Dövlət başçısı şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiramla yad edir: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir".

Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə qələbəni öz qanı, canı bahasına əldə edib. Dövlətimiz müstəqillik əldə etdikdən sonra ilk dəfədir biz bütöv, vahid Azərbaycanda yaşayırıq. Bu, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Zəfər Gününü bütöv Azərbaycan dövləti olaraq qeyd edirik. Torpaqlarımızda ucaldılan bayrağlarımız əbədi dalğalanacaq.

Zəfərin mübarək, Azərbaycan! Vətən müharibəsində tarixi Qələbən mübarək, Azərbaycan!

 

Pərvanə Sultanova

525- ci qəzet.- 2023- cü il.- 8 noyabr.- №- 204.- S. 4.