“ 26 Bakı komissarının güllələnməsi ”

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nərmin İmanovadır. Onunla tanınmış rəssam İsaak Brodskinin "26 Bakı komissarının güllələnməsi" əsərindən danışmışıq.

İsaak Brodski XX əsrdə sovet tarixi janrının əsasını qoymuş rus realistik istiqamətin ən parlaq nümayəndələrindən biridir. Lenin ordeni ilə təltif edilmiş ilk rəssam sayılan Brodski Rusiya Vətəndaş Müharibəsi Bolşevik İnqilabı hadisələrinə həsr olunmuş ideallaşdırılmış, diqqətlə işlənmiş rəsmləri ilə tanınır. 1883-cü il Berdyanski yaxınlığında dünyaya göz açan yəhudi əsilli rəssam sosialist realizmin banisi kimi 1922-ci ildə yaradılmış, ümumi təsviri sənət sahəsində çalışan sənətkarların fəaliyyət göstərdiyi AXRR sovet incəsənəti qrupunun ən fəal üzvü olub. Rəssamın əsərləri sosialist realizmin əsas tələblərinə uyğun olaraq realist üslubda, tarixi konkretliklə verilib. Avanqard cərəyanına qarşı çıxan rəssam RSFSR əməkdar incəsənət xadimi adına layiq görülüb.

- Nərmin xanım, İsaak Brodskinin adı bizlərə "Hacı Zeynəlabidin Tağıyevin portreti"ndən tanışdır. Ümumiyyətlə, rəssamın tarixə tarixi şəxsiyyətlərə dair əsərləri bu gün xeyli maraq doğurur. İndi haqqında danışacağımız əsər tarixdən xəbər verir. Məhz bu əsərdə tarixi faktlara istinad qədər aktualdır?

- İsaak Brodski ölkədə baş verən hadisələrdə yaxından iştirak edir, sosialist həqiqəti göstərməyə çalışırdı. Kətan üzərində yağlı boya ilə çəkilmiş bu tablo 1925-ci ildə, tanınmış rus rəssamı İlya Repindən dərs almış İsaak Brodski tərəfindən ərsəyə gətirilib. Tabloda məhşur tarixi səhnə - 1918-ci il aprelin 25-i Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış Sovet Rusiyasının qondarma hökuməti olan 26 Bakı komissarlarının elə həmin il, sentyabrın 20-də ingilis zabitləri daşnakpərəst bolşevik ermənilər tərəfindən güllələnmə səhnəsi təsvir edilib.

- Dövrün ideologiyası, yaxud da ideologiyanın diktəsi bu əsərdə özünü necə göstərir?

- Rəsm sosrealizm üslubunda təsvir edilib. XX əsrin əvvəllərində incəsənət özü sosializmin qurulmasında aktiv iştirak edirdi. Müasir sənayeləşmə dövründə Sovet dövlətinə ən lazımlı sahə xalqı "ağır qəhrəmanlığa çağıran" incəsənət sahəsi idi. Bu dövrdə dövlət rəssamlara sifarişlər verir, sərgilər, yaradıcı ezamiyyətlər təşkil etməklə sosrealizmin inkişafını stimullaşdırırdı. Sosrealizmin əsas prinsipləri millilik, ideologiya konkretlik idi. Millətə yaxın olmaq üçün onun milli dilindən danışılırdı. Bu yolla millətə təsir göstərmək daha asan anlaşıqlı idi. İsaak Brodski sosrealizmin banisi kimi daha yaxşı həyat naminə edilən qəhrəmanlıqları göstərməklə ideologiyadan istifadə edirdi. O, reallığın təsviri zamanı konkret tarixi inkişaf prosesini göstərirdi. Rəssam "26 Bakı komissarının güllələnməsi" əsərində eyni ifadə tərzini ustalıqla verib. Sənətkarın digər portret kompozisiyaları olan "Lenin Kremlin fonunda" (1924), "M.Qorkinin portreti" (1929), "Kominternin ll konqresinin təntənəli açılışı" (1920-1924), "Stalinin portreti" (1928) özlərinin monumental realist metodu ilə seçilir. Kompozisiyada obrazların məharətlə verilməsi baxımından bu rəsmlərin "26 Bakı komissarının güllələnməsi" tablosu ilə çox oxşarlığı var. Stalinin çəkdiyi portretlər cansıxıcıdır. "26 Bakı komissarının güllələnməsi" əsəri ilə təzad təşkil edən peyzaj rəsmləri göz oxşayır. Bu rəsmlərdə ("İsti gün", "Fontan", "Nağıl", "İtaliya") rəssam təbiətin gözəlliyini, xalqın milli məişətini, yenilik axtarışını təsvir edib.

- Əsərin rəng həlli necədir?

- İstedadlı yağlı boya ustası yaratdığı bu tabloda əlvan rəng koloritindən məharətlə istifadə edib. Rəsmə diqqətlə baxsaq görərik ki, rəssam həm açıq, həm tünd rənglərə yer verib. Rəng həllinə görə əsər ikihissəlidir. Yuxarı hissədə əks edilmiş 26 Bakı komissarları çox açıq rənglərlə, aşağı hissədə yer alan ingilis zabitlərinin fiqurları isə tünd rənglərlə təsvir olunub. Kommunistlərin başının üzərindəki açıq səmanın ləpəli buludları gözə çarpır. Aşağı düşdükcə ingilis zabitlərinin tutqunlu havada təsvirini görürük. İsaak Brodski onları cani kimi qorxunc tərzdə verməyə çalışıb. Cinayətkarların üz cizgilərindən tamaşaçıya məlumdur ki, onlar qəddardır. Bu da rəssamın obrazların hiss duyğularını necə ustalıqla izləyiciyə çatdırdığına müvəffəq olmasının sübutudur. Aşağı hissədə təsvir olunan ingilis ordusunun başçısı qalib kobud baxışlarla gözlərini "26-lar"a zilləyib. Beləliklə, bizə aydın olur ki, rəssam rənglərlə özünün individual yanaşma tərzində oynayıb.

- Bəs kompozisiya haqqında deyə bilərsiniz?

- Tablo çoxfiqurlu diaqonal kompozisiya üzərində qurulub. Bu əsər yuxarı sol küncdən başlayaraq aşağı sağ küncə gedən ikihissəli kompozisiyadan təşkil olunub: alt üst hissə. Bildiyimiz kimi, qətliamın qurbanları hər zaman aşağıda, icraçılar yuxarıda dururlar. Burada isə rəssam məqsədyönlü olaraq komissarları yenilməz göstərmək üçün üst hissəyə qaldırıb. Yuxarı sol küncdə verilmiş bir neçə fiqur düşmənə daş ataraq ölüm anında belə özünün mübarizə əzmini göstərir. Kompozisiyanın sağ yuxarı küncündə statik duruşda verilmiş komissarlar yenilməzliyi təmsil edirlər. Onların əynindəki türkmən geyimləri tamaşaçıların diqqətini cəlb edir. Tarixi hadisələrdən bizə məlumdur ki, ingilislər qatarla Ağcaqum çölünə çatanda tanınmamaq üçün dərhal geyimlərini türkmənlərin paltarlarıyla əvəz edirlər.

- Tablo harda saxlanılır?

- Kətan üzərində yağlı boya ilə çəkilmiş, ölçüsü 176.5x285 sm olan bu rəsm əsəri hazırda Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən rus incəsənətinin simvolu sayılan məşhur Tretyakov qalereyasının fondundadır.

- Sizcə, bu rəsm bizə deyir?

- Bu rəsm əsəri izləyiciyə 1918-ci ildə ölkədə baş verən dramatik inqilabi hadisədən bəhs edir. Bakı XKS Sovet Rusiyasının müstəmləkəçilik siyasətinə xidmət edən antidemokratik hökumət idi. Onlar neftimiz daxil olmaqla, Azərbaycanın milli sərvətlərini əvəzsiz olaraq Rusiyaya daşıyırdılar. Həmin ilin 31 iyulunda ingilis qoşunlarının Bakıya dəvət olunmasına qəti şəkildə etirazını bildirərək istefa verdilər. Avqustun 17-də Bakını tərk edib Həştərxana yola düşərkən komissarlar "Sentrokaspi diktaturası" tərəfindən geri qaytarılaraq həbs edilir. Tablo hər qədər kommunist ideologiyasına, millilik prinsipinə əsaslansa da, bizə tarixi həqiqətləri axtarıb tapmaqda kömək edən əsl qaynaq rolunu oynayır.

 

Aytac SAHƏD

525- ci qəzet.- 2023- cü il.- 8 noyabr.- ¹- 204.- S. 13.