Astanada Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun hesabatı dinlənilib
Qazaxıstanın
paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının
Xarici İşlər Nazirləri Şurasının 10-cu
iclası olub. Toplantıda Türk Dövlətləri
Təşkilatına üzv
və müşahidəçi
ölkələrin xarici
işlər nazirləri,
beynəlxalq təşkilatların
rəhbərləri iştirak
ediblər. İclasda Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun hesabatı dinlənilib. Qurumun 8 illik fəaliyyətinə dair hesabatla çıxış
edən Fond prezidenti Günay Əfəndiyeva 2015-ci ildə
Astana şəhərində
Azərbaycan, Qazaxıstan,
Qırğızıstan və
Türkiyə dövlət
başçılarının qərarları ilə Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun ilk prezidenti vəzifəsinə təyin
olunmasından söz açıb: “Fond olaraq, bu illər
ərzində Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində
olduq və eyni zamanda, Türk
Dünyasının müxtəlif
şəhərlərində, Bursada, Daşkənddə,
Budapeştdə, Astanada,
Türküstanda Şuşa
şəhərinə həsr
edilmiş tədbirlər
keçirdik. Ulu Öndər Heydər Əliyevin Türk Dünyasının yaxınlaşdırılması
yönündə xidmətlərini
böyük minnətdarlıqla
xatırlayaraq, onun irsini müxtəlif ölkələrdə tanıtdıq.
Türkiyə ilə birlikdə zəlzələdən
zərər çəkən
insanlara kömək üçün layihələr
həyata keçirərək,
eyni zamanda Türkiyə Cümhuriyyətinin
100-cü ildönümünü təntənə ilə qeyd etdik”.
G.Əfəndiyeva
təşkilat tərəfindən
ümumtürk maddi-mənəvi
irsinin qorunması və təbliğinə yönəlmiş beynəlxalq
miqyaslı çoxsaylı
tədbirlərin, konfransların,
dəyirmi masa toplantılarının, sərgilərin
və konsertlərin təşkil edildiyini, Türk Dünyasının
böyük şəxsiyyətlərinin
yubileylərinin qeyd olunduğunu və başqa bu kimi
mühüm işlər
görüldüyünü diqqətə çatdırıb
və çıxışının
sonunda deyib: “Göstərdikləri etimada
görə Türk dövlətlərinin başçılarına,
fəaliyyətlərimizə dəstək verən xarici işlər nazirlərinə, həmkarlarıma,
beynəlxalq birlik və əməkdaşlığı
təşviq edən təşkilatlarının rəhbərlərinə,
keçən ildən
beynəlxalq tərkib
qazanan
heyətimə böyük sevgi və həvəslə
gördüyümüz ortaq işlər üçün təşəkkür
edirəm”.
525- ci qəzet.- 2023- cü il.- 8
noyabr.- ¹- 204.- S. 9.