Sənət və tolerantlıq

İstanbulda fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfi müharibələrin və iqtisadi böhranların yaşandığı dünyada müxtəlif ədəbi-sənət əsərlərilə insanlara fərqli baxış bucağından baxmağa kömək etməklə mühüm xidmət göstərir. Vəqf prezidenti Serhat Kabaklı "Türk ədəbiyyatı" jurnalının baş redaktoru İmdat Avşarın səyləri sayəsində dəyərli elm sənət adamları çərşənbə günləri Fondda öz ixtisas sahələri barədə məlumat verirlər.

Ötən həftə gənc alim Aleyna Malkoçun təqdimatı maraqlı sualları ilə rəssam Günseli Katonu dinlədik. Günseli Katonun Yapon Türk rəssamlığına dair səlis yumoristik şərhləri hamımızı valeh etdi. Xalqlar arasında oxşarlıqlar, sənətdə qarşılıqlı əlaqə ənənəvi sənət nümunələri Günseli xanımın toxunduğu məsələlər idi.

Bir neçə həftə əvvəl yenə Ədəbiyyat Fondunda Azərbaycanın yorulmaz tədqiqatçılarından biri, professor Çingiz Abdullayevi dinlədik. İmdat Avşar Ç.Abdullayevin Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş əsərlərini türk dilinə tərcümə edib. "Qardaş ölkələr" kitabında Azərbaycan Türkiyə arasında tarixi, siyasi mədəni əlaqələr dərindən araşdırılıb, nümunələrlə təqdim olunub.

Çingiz Abdullayev bu dəfə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş "Türkiyənin multikultural mühiti" adlı digər kitabında Türkiyənin özünəməxsus fərqliliklərini, xarici mədəniyyət dəyərlərə qarşı formalaşdırdığı tolerantlığı işıqlandırıb.Tədqiqatlarının lap əvvəlində onun arxiv işinin necə aparılmasının şahidi oldum. Əldə etmək istədiyi hər ad, hər memarlıq quruluşu hər mədəni dəyər üçün kitabları gözdən keçirdi, universitetlərdə mütəxəssis tapdı, hətta özü bölgəyə gedib fotoşəkillər çəkdirdi.

Kitabın yazılması mərhələsində mən İstanbulda idim. Kitabda yazılanların gələcək nəsillər üçün sənədləşdirilməsi üçün Çingiz Abdullayev özü ilə çəkiliş qrupu da gətirmişdi. Həmin komanda ilə İstanbulun Polnezköy, Pera, Kumkapı digər tarixi-mədəni bölgələrində olmuş, hadisələri təhlil edə biləcək ekspertlər ya şahidlərlə şəxsən görüşmüşük.

Türk Ədəbiyyatı Vəqfində kitabın təqdimat mərasimində mühüm ədəbiyyat adamları ilə yanaşı, maraqlanan dinləyicilər iştirak etmişdilər. Çanaqqala Universitetindən prof. dr. Vedat Çalışkan, Almaniyadan dr. Henrix zalda tanıdığım qonaqlardan idi. Çıxışlarda Ç.Abdullayevin Türkiyədə nəşr etdirdiyi kitabların əhəmiyyəti vurğulandı. Henrix xüsusilə marqlı fikirlər irəli sürdü, Türkiyənin multikultural tolerant quruluşunun Avropada tanınmadığını bildirdi.

Qonaqları salamlayan Serhat Kabaklı mədəniyyətşünaslıq sahəsində bir vəqf olaraq Azərbaycan Türkiyə arasında körpü ola bildiyinə görə çox xoşbəxt qürurlu olduğunu dedi.

Kitabları tərcümə edib nəşr etdirən İmdat Avşar Çingiz Abdullayevin hər mövzuya diqqətlə yanaşdığını, ona görə yaradıcılığının xoş bir yorğunluq daşıdığını bildirərək, bu cür əsərlərin gələcək nəsillərə təsir edəcəyini açıqladı.

İstanbul Azərbaycan Dostluq Dərnəyi başqanı dos. Huruman Hülya Ağasoy da tələbəlik illərindən tanıdığı Çingiz Abdullayev haqqında duyğulu çıxış etdi.

Kitabın təqdimat mərasimində iştirak edən rəssam prof. dr. Teymur Rızayev insanların şüuruna, qəlbinə ancaq sənət mədəniyyətlə nüfuz edilməsi mümkünlüyünü, cəhalətlə bu yolla mübarizə aparıla biləcəyini bildirdi.

 

Orxan Aras

525- ci qəzet.- 2023- cü il.- 14 noyabr.- №- 205.- S. 9.