31 il sonra Laçında izlənən
ilk film
Sosial şəbəkədə yazılanlar
Fərhad
Mehdiyev, professor:
- Nədənsə unudulub, amma yazıram.
Azərbaycan Dəmir Yollarının
rayonlara səfərləri
bərpa edilməlidir.
Qatarlarımız köhnəlib?
Bütün keçmiş
MDB məkanında onlardan
istifadə olunur, olunur da. Çox da aşanı, relsdən çıxanı olmur. Məsələn, mən gedib Gədəbəyi, Zaqatalanı görmək istəyirəm, amma gedə bilmirəm. Çünki ora uzaq olduğuna görə maşın sürmək istəmirəm,
avtobus da narahatdır.
Onun yerinə gecə qatara minib səhər orda enmək istəyirəm.
Qatar səfərlərinin açılması:
1. Avtomobillərin səbəb
olduğu yol qəzalarını azaldacaq.
2. Daxili turizmi canlandıracaq.
3. Rayonlarda işsizliyi azaldacaq.
4. Rayonlara investisiya axımını gücləndirəcək.
5. Dəmir yolları effektivdir, modernizm və mədəniyyət
göstəricisidir.
Şəbnəm Uğurlu, müəllim:
- Bu gün Laçında bərpa edilən kinoteatr, mənə uşaqlığımı xatırlatdı...
Anamgil həmişə
həmin kinoteatra kino gələn kimi gedərdi, qohumlar, qonşular birlikdə, həvəslə izləyərdilər.
Çox vaxt dəsmal götürürdülər.
Çünki əksər
vaxtı ağlamalı
filmlər olurdu. Mən isə nədənsə qaranlıqdan
qorxar, ağlayardım...
Binanı görən
kimi məni aparmamaları üçün
çalışardım. Yaxınlıqda
qohumlarımız qalırdı,
məni onlarda qoymalarını xahiş edərdim... Bu gün 31 il
sonra orada ilk film izlədik. Həm də göz yaşları ilə izlədik. Bəzən kədər göz yaşı, bəzən qürurdan axan göz yaşı idi. Bu gün ordumuzun qəhrəmanlığını,
xalqımızın birliyini,
sevginin əngəl tanımadığını özündə
əks etdirən bir film izlədik... "Mən buradayam, İlahi..." filmini izləmək qürur verdi. Əməyi keçən hər kəsə təşəkkür
edirəm...
Müsəllim Həsənov, jurnalist:
- Zəfər paradına baxıram...
Adamın
başının tükləri
biz-biz durur...
Tarix yaşayırıq...
Osman Gündüz, Azərbaycan
İnternet Forumunun prezidenti:
- Bir şəhidin taleyi haqqında
Bu gün Balakəndə Şəhidlər xiyabanında
oldum. Zəfər Günü ilə bağlı Balakəndə
bu gün bir sıra tədbirlər
təşkil olunub. Bəzilərində iştirak
etdim.
Şəhidlər xiyabanında dəfn
olunan şəhidlərimizin
əksəriyyətinin adlarını
artıq əzbərləmişəm.
Şəhid ailələri
ilə görüşdüm.
Sonuncu antiterror tədbirlərində
şəhid olan Sərxan Köklərovu
yad etdim.
Bir-bir qəbirlər önündən keçərkən
bir anlıq Şuşanın işğalı
günü şəhid
olan Nəsrəddin Məmmədovun qəbri önündə dayandım.
Ötən dövrlər
gözümün önündən
keçdi.
Nəsrəddin müəllim həm
rayonda tanınmış
rəssam, həm də mənim oxuduğum 1 saylı şəhər orta məktəbində rəsm
müəllimi olub.
Xatırlayıram ki, bir az da fəlsəfi, ruhani söhbətləri olardı.
Olmuş
hadisədir.
1-ci Qarabağ savaşı başlayanda 52 yaşlı
Nəsrəddin müəllimi
yaşlı olması
səbəbindən cəbhəyə
göndərmədiklərinə görə bığını
və saçlarını
dibdən qırxmışdı
ki, gənc görsənsin.
Sonradan özü könüllü
gedib Şuşada
Milli Qəhrəman Ramiz Qənbərovun
özünümüdafiə batalyonunda
vuruşmuşdu.
O zaman xatırlayıram ki, bir neçə gündən
sonra rayonda bilinmişdi ki, Nəsrəddin
müəllim artıq
Şuşa ətrafında
döyüşlərdə iştirak edir. 52 yaşlı Nəsrəddin
müəllimin bu addımını hamı
çox maraqla qarşılamışdı.
Nəsrəddin Məmmədov Şuşa
ətrafındakı döyüşlərdə,
Şuşanın işğalı
günü, 8 may günü
şəhid olub.
Bildiyim qədər meyiti indiyədək tapılmayıb.
Bu gün isə 8 Noyabr, Şuşanın işğaldan azad olunduğu gün, Zəfər Günüdür.
2020-ci ilin 8 Noyabr tarixində
güclü ordumuz, rəşadətli əsgərlərimiz
və qətiyyətli
Ali Baş Komandanın
rəhbərliyi ilə
Azərbaycan Qarabağa
qovuşdu, Şuşaya
qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin,
Xocalı qurbanlarının,
həlak olan günahsız vətəndaşlarımızın
qisası döyüş
meydanında alındı.
İndi bu xiyabanda Şuşanı
işğaldan azad edənlər, Zəfəri
bizə yaşadanlar
da dəfn olunub.
Şəhidlərimizin ruhları artıq şaddır.
Bu gün Zəfərimizin 3 illiyini qeyd edirik.
Həm də bunu Xankəndidə və Şuşada qeyd edirik.
Zəfərimiz mübarək!
Asif Nərimanlı, jurnalist:
- Ermənistanın keçmiş
müdafiə naziri, Koçaryanın partiyasının
parlamentdəki fraksiya
sədri Seyran Ohanyan deyir ki, "ermənilər
Qarabağa ev sahibi kimi qayıtmalıdır".
Bunun üçün o, təklif
edir ki, erməni xalqı vahid şəkildə birləşməli,
"beynəlxalq səviyyədə
tanınmış formatda
danışıqlar tezliklə
bərpa edilməlidir".
Yəni Minsk qrupu yenidən işə düşməlidir və
s. və ilaxır.
Bakı-İrəvan xəttində məsələ olmaqdan çıxan Qarabağ mövzusu Ermənistanın
daxili siyasətində
iqtidar-müxalifət məsələsinə
çevrilib. Ohanyan dedikləri də firqə davasından qaynaqlanır. Lakin erməni
revanşistlərin - daşnakların
Qarabağ iddiasını
daim diri saxlayamağa çalışacağı
və şəraitin yaranacağı günə
qədər gözləyəcəkləri
də bəllidir. Ermənistanda onların qarşısını alacaq
yeganə tərəf
isə hələ ki Paşinyandır.
Taleh Şahsuvarov, jurnalist:
- Hər bir cəmiyyətin
institutlaşmış yaddaşı
olmalı. Bu yaddaşımızı
media adına formalaşdıran
ən önəmli isimlərdən biri və məncə, birincisi Mirşahindir. O, indiki zamanın şəkli, yeni tarixi dövrün aynasıdır.
Bərdədə olduğumdan
və az sonra Bakıya qayıdacağımdan Mirşahinin
60 illik yubiley gününü geniş məqalə ilə təbrik edə bilməyəcəm. Bir neçə
cümlə deyəcəm:
o, artıq Mir deyil, Pir Şahindir. Mirlik cəddir, pirlik ərdəm. O, olaylara Şahin gözü ilə yuxarıdan baxmaq üçün həmişə
cəddinə inanmalı,
ərdəminə güvənməli
idi. Qalanı zamanlıqdı və
zaman onu həmişə
haqlı çıxaracaqdı.
Əziz qardaşıma
bundan sonrakı zamanda da həmişə haqlı çıxmağı
arzu edirəm. Çünki bu, Azərbaycanın haqlı
çıxmağı deməkdir.
Yeganə
Hacıyeva, politoloq:
- ABŞ Senatı Mark Libbinin Azərbaycana səfir təyin olunmasını təsdiqləyib.
Korrupsioner Menendes senatın
xarici məsələlər
üzrə komitəsindən
uzaqlaşdırılandan sonra
ABŞ Azərbaycana nəhayət
yeni səfir təyin edə bilib.
Ona və erməni həyat yoldaşına
ABŞ federal məhkəməsi bir neçə bənd üzrə cinayət işi qaldırıb.
Menendesə qarşı ABŞ qanunvericilik
tarixində ilk dəfə
olaraq vəzifədə
olan senatora xarici dövlətin maraqlarını təşviq
etmək ittihamı irəli sürülüb.
Elxan Şahinoğlu, politoloq:
- Fransa prezidenti Emmanuel Makron xalqına açıq məktubla müraciət edib. Makron məktubunda Fransada artan antisemitizmdən narahat olduğunu bu sözlərlə ifadə
edib: "Cəmi bir ay ərizndə Fransada mindən çox antisemitizm hadisəsi baş verib. Fransada yaşayan yəhudilər qorxu içindədirlər.
Yəhudilər uşaqlarını
məktəbə aparmağa,
gec saatlarda evə qayıtmağa qorxurlar. Yəhudilərin həyatları üçün
qorxu hissi keçirdikləri ölkə
Fransa olmamalıdır.
Bu, həmin Fransa deyil".
Bu, həmin Makrondur ki, bizə "ermənilərin
haqları" mövzusunda
mühazirə oxuyurdu.
Fransada bir ar ərzində mindən çox antisemit olayı baş verirsə, demək, bu dövlətin köklü
problemləri mövcuddur.
Belə yerdə deyiblər, evin şüşədəndirsə, başqasına daş atma.
Vüqar
Bayramov, millət vəkili:
- Mərkəzi Bank bankomatlar
vasitəsi ilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması
zamanı haqların aşağı salındığını
bildirib. Bu, xüsusən
digər bankların bankomatlarından nağdlaşdırma
zamanı xərcləri
azaldacaq. Bu, müsbət
haldır. Amma bu xidmətdə güzəşt
edən bəzi banklar digər istiqamətlərdə qiymət
artımlarına getməklə
yenə də müştərilər hesabına
daha çox gəlir əldə etməyə çalışırlar.
Yəni nəticədə
yenə də müştərilərin xidmətlər
üzrə xərcləri
yüksək olaraq qalacaq.
Belə
ki, bir sıra sistem əhəmiyyətli
banklar SMS xəbərdarlıq
tarifini gələn aydan 2.5 dəfə artırmaq qərarı veriblər. Əvvəllər
40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Əslində, belə artımlar özü də süni qiymət artımı və ya sektor mövqeyindən
istifadə deməkdir.
Çünki nəinki
son dövrlər rabitə
tariflərində hər
hansı artım var, əksinə, texnologiyanın
yeniləşməsi SMS göndərmənin
maya dəyərini xeyli
aşağı salıb.
Belə
olan halda isə, bu xidmətlərdə
kəskin qiymət artımını iqtisadi baxımdan izah etmək mümkün deyil. Bu baxımdan, requlator kimi Mərkəzi Bank belə kəskin tarif artımlarının səbəblərinin
araşdırması və
yöndə interventiv
addımlar atması çox vacibdir. Bəlkə də, SMS xidmətinin 1 manata çatdırılması yüksək
xərc kimi görsənməyə bilər,
amma sistemli əhəmiyyətli banklarda
müştərilərin sayını
nəzərə alsaq,
bu, kifayət qədər böyük dövriyyə deməkdir.
Bu baxımdan da, liberal iqtisadiyyat
prinsipləri çərçivəsində
belə süni tarif artımların tənzimlənməsi çox
vacibdir.
525- ci qəzet.- 2023- cü il.- 14 noyabr.- №- 205.- S. 8.