Adil Kərimlinin Rəhbərlik
etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
Azərbaycan
Respublikasının mədəniyyət naziri Adil Kərimlinin
rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə
Respublikasında səfərdədir.
Nazirlikdən
525.az-a bildirilib ki, səfər çərçivəsində
noyabrın 13-də nazir Adil Kərimli ilə Türkiyə
Respublikasının mədəniyyət və turizm naziri
Mehmet Nuri Ersoy arasında ikitərəfli görüş
keçirilib.
Görüş
zamanı iki ölkə arasında mədəniyyət sahəsində
əlaqələrin inkişafından məmnunluq ifadə
olunub. Qeyd edilib ki, dövlət
başçılarımız arasında olan dostluq və
qardaşlıq münasibətləri ölkələrimiz
arasında bütün sahələrdə əlaqələrin
inkişafında müstəsna əhəmiyyət kəsb
edir. Eyni zamanda əlaqələrimizin yüksək səviyyəsi
ortaq türk mədəniyyətinin dünyada tanıdılmasına
da öz töhfəsini verir.
Görüşdə
“Şuşa – Türk dünyasının mədəniyyət
paytaxtı” ili çərçivəsində keçirilən
tədbirlər, xüsusən bu ilin oktyabrında
Şuşada gerçəkləşən I Türk
Dünyası Mədəniyyət Forumunun əhəmiyyəti
qeyd edilib. Bildirilib ki, Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin dövlət
başçılarının görüşündə də
bu forumun önəmi qeyd olunub.
Söhbət
zamanı birgə mədəni tədbirlərin keçirilməsi,
qarşılıqlı mədəniyyət günlərinin təşkili,
eyni zamanda Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il
tarixli Sərəncamı ilə Türkiyədəki səfirliyimizin
nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin
gələcək fəaliyyətinə dair fikir mübadiləsi
aparılıb.
525-
ci i qəzet.- 2023- cü il.- 14 noyabr.- ¹- 205.- S. 10.