Tanrının dostunun dostu

Onu biz dərəcədə tanıyırıq? Onu - Şəms Təbrizini. Adı Günəş olan böyük Azərbaycan övladını. Adını bilmək hələ tanımaq deyil. Haqqında rəvayət, nağılvari biliklərə sahib olmaq hələ bələdlik sayılmaz. Amma gərək belə olmaya. Bu gün bütün dünyada müsəlman aləmindən çıxaraq Məhəmməd peyğəmbərdən sonra ən çox məşhur olan ikinci böyük ad Cəlaləddin Ruminin ismidir.

Mövlana Cəlaləddin Rumi Şəms Təbriziyə baş əyirdi, onu sözün, düşüncənin qiblələrindən biri hesab edirdi. Cəlaləddin Rumi bilik dəryası olan bir insanın oğlu idi. Atasına "sultanu-l-üləma" - "alimlər padşahı" deyirdilər. Olsun ki, tale ayrı cür dövr etsəydi, o da bir alim kimi məşhurlaşacaqdı. Çünki Şəms Təbrizi ilə görüşənə qədər Cəlaləddin Rumi dörd mədrəsədə dərs deyirdi hələ bircə sətir belə şeir yazmamışdı.

1244-cü il noyabr ayının 29-da tarixin ən mühüm görüşlərindən biri baş verəcək - Cəlaləddin Rumi ilə Şəms Təbrizi qarşılaşacaq. Şəms Təbrizinin , Cəlaləddin Ruminin həyatında büsbütün yeni səhifə başlanacaq. Amma onun bunun həyatında açılan həmin təzə səhifə əslində Yaxın-Orta Şərqin bütün tarixində başlanan yeni səhifə demək idi. Göydəki Günəş bəlli idi, bir Günəş Yerdə doğurdu.

1244-cü il noyabr ayının 29-u idi Şəms Təbrizi yollar qət edərək Konya şəhərinə gəlmişdi. Niyə gəldiyini bilirdi, kimlə görüşəcəyi ona bəlli idi. Hətta ona nələr baş verəcəyi irəlicədən əyan idi. özü bu haqda işarələrlə, üstüörtülü deyil, açıqca yazıb

...Konyaya gəlib çatanacan, Cəlaləddin Rumi ilə görüşənədək Şəms Təbrizi ilə məşğul olmuşdu? Qaynaqların sorağına görə, bura varid olanacan bir müddət Ərzurumda dərs demişdi. Bundan daha əvvəl - 1241-ci ildə Bağdadda məşhur filosoflarla mükalimələrdə bulunmuşdu. Ancaq o yerlərdə qala bimədi, izahsız bir qüvvə onu sanki rahat yerindən elədi. İlahi cazibə Şəms Təbrizini çəkib gətirdi Cəlaləddin Ruminin yanına. Dost oldular, qardaş oldular, məsləkdaş oldular. daha dəqiqi - iki bədəndə bir can oldular.

Cəlaləddin Rumi Şəms Təbrizi ilə görüşənə qədər sadəcə Cəlaləddin Rumi idi, buluşdular, dönüb oldu Mövlana. Heç bir mənbədə, heç bir əlyazmada Şəms Təbrizi ilə görüşənə qədər Cəlaləddin Ruminin ana dilində - türkcə, yaxud farsca bircə misra belə yazması haqqında xəbər yoxdur. Şəms Təbrizi ilə görüşdülər Cəlaləddin Rumi mənəviyyat kitabını yaratdı - "Məsnəvi" dünyaya gəldi. Şəms Təbrizi ilə görüşdü Cəlaləddin Rumi - Mövlana dönüb oldu böyük şair. Günəş bu təbrizli balasının adındaydı. Nurunu saçdı şəfəqi ilə Cəlaləddin Ruminin içərisini doldurdu. Cəlaləddin Rumini Cəlaləddin Rumi edən, Cəlaləddin Rumini şairə döndərən, Cəlaləddin Rumini mövlanalıq mərtəbəsinə dikəldən, onu o edən Şəms Təbrizi oldu.

Qaranlıq gecələri aydınladan Ay gözəldir! Ancaq Ay Günəş olmasa işıq saçarmı? Aya - Cəlaləddin Rumiyə - Mövlanaya səxavətlə işıq payı verən Günəş oldu - Şəms Təbrizi günəşi.

Şəms bir şəms - günəş kimi parladı, nuru ilə Cəlaləddin Ruminin ömrünü doldurdu onun onsuz da əvvəldən var olan işığını qat-qat artırdı. O zaman da, ondan sonrakı dövrlərdə sanki Cəlaləddin Ruminin birdən-birə artmış gur işığı Şəms Təbrizinin işığını azaldan kimi oldu. Amma bir var azalmaq, bir var arxa sıraya keçmək, kölgədə qalmaq. Bizim günlərin axarında Cəlaləddin Rumi par-par parlasa da, ona o işığı verən şəxs - Şəms Təbrizi sanki unudulan kimidir. Ən az biz - azərbaycanlılar təbrizli Şəmsimizi yaxşı tanımırıq. Amma borcumuz, həm vəzifəmizdir ki, gərək Şəms Təbrizini layiq olduğu ucalıqda tanıyaq, bilək, sevək tanıdaq.

Şəms Təbrizini Cəlaləddin Rumi "Təbrizin fəxri" adlandırırdı. Yalnız Təbrizinmi? Şəms Təbrizi bütün Azərbaycanın bütün tarix içərisində qürur duymalı olduğu böyük övladlarındandır. Cəlaləddin Rumi Şəms Təbrizi haqqında heyranlıqla yazırdı ki, o, kimya elmində çox mahir idi. Amma riyaziyyatı da, məntiqi , nücumu da o dövrün aparıcı elm sahələrinin hər birini mükəmməl səviyyədə bilirdi. Cəlaləddin Rumi bunu da xüsusi vurğulayırdı ki, mən ömrümdə zəkada Şəms Təbriziyə çatan ikinci bir şəxs görmədim. Eyni qürur duyğusuyla Şəms Təbrizi Cəlaləddin Rumini qiymətləndirirdi belə yazırdı: "Bütün fənlərdə (elmlərin bütün sahələrində - R.H.), din bilgisində, sərf-nəhvdə (morfologiya sintaksisdə - R.H.), məntiq elmində ən böyük alimlərdən qüvvətlidir. Onlardan daha üstün, onlardan daha qüvvətli, onlardan daha gözəldir. Mən ağıl yönündən bilinməsi gərək olan bu bəhslərdə yüz il çalışsam, ondakı elm hünərin ondabirini əldə edə bilmərəm. O isə özünü bilməyən sayır. Hüzurumda ikən, məni dinlərkən özünü atasının qarşısında oturmuş iki yaşlı bir uşaq kimi aparır. Bir mətləbi izah etmək istəyəndə utana-utana "Ayıbdır, sizin qarşınızda necə danışım?" deyir".

Bu sətirlərdə - Şəms Təbrizinin könül açıqlığı ilə etdiyi bu qiymətləndirməsində, təbii ki, Cəlaləddin Ruminin böyüklüyü, ifrat təvazökarlığı görünür. Amma o da görünür ki, Cəlaləddin Rumi hər halda Şəms Təbrizini özünün böyük ustadı sayır.

Ona yetərincə aşina deyilsiniz, ona görə babanızla yaxından tanış olun: Şəmsəddin ibn Məhəmməd ibn Məlikdad. 1185-ci ildə Təbrizdə dünyaya gəlib. 1247-ci ildə Konyada dünyadan uçub. Bu "uçub" kəlməsinin yerində "vəfat edib", "ömrü bitib", "rəhmətə gedib", "dünyadan köçüb" deyə bilərdim. Amma "uçub" deyirəm məqsədli şəkildə məcazi mənada olmayaraq, elə sözün birbaşa anlamında "uçub" deyirəm. Çünki o, sadəcə ölməyib, vəfat eləməyib, torpağa gömülməyib - həqiqətən uçub gedib. Yaşayışının, düşüncəsinin, doğurduqlarının bənzəri olmadığı kimi, həyatdan gedişinin oxşarı yoxdur. Onun ömrü adi rəhmətliklər kimi sona yetməyib, o, sıradan bir insan kimi torpağa basdırılanlardan olmayıb. Bir ruh kimi, işıq kimi qeybə çəkilib. onun həyatının necə bitməsini hər halda Cəlaləddin Rumidən dəqiq çatdıran olmaz. Məsnəvisində yazır ki, Şəms bir pəri kimi, mələk kimi insanların gözlərindən çəkildi...

Leylisinin ülvi məhəbbətinə düçar olan Qeys çevrilib olmuşdu məcnun, sığınmışdı səhralara. Bu əhvalatı Nizami Gəncəvi yazıb, Əmir Xosrov Dəhləvi . Onlardan sonra Əlişir Nəvai neçə-neçə başqaları da. Açaq Füzulinin "Leyli Məcnun"u sanki oxuyanı eşqin ayrı fəzasına aparır. Oğlunun sorağı ilə hər yanı gəzən dərdli ata onu səhrada tapınca sevinir, başlayır nəsihət verməyə ki, gəl qayıdaq evimizə. Məcnun ağzını açınca atasının bayaqkı sevincini elə gözündəcə qoyur:

Məcnun dedi: "Ey mənə verən pənd,

Dana yi-süxənvər ü hünərmənd!

Kimsən?..

"Kimsən"i atasına deyir? Atasını tanımır, məhəbbət elə bir həddə yetişib ki, insanlar onun gözündə başqalaşıb, onun nəzərində bircə Leylisi var. Aləm başqa aləmdir onun üçün, atasını belə digərlərindən ayırd etməkdə acizdir:

Kimsən, nədürür bu güftgulər,

Bifaidə batil arizulər?

Get, dərdimə sən dəva deyilsən,

Biganəsən, aşina degilsən!

Atasına biganə deyirdi, aşina olmayan insan kimi baxırdı ona. eyni hal Şəms Təbrizinin başına da gəlmişdi. Şəms Təbrizi bunları özü yazır, özü xəbər verir. Nağıl edir ki, uşaqlığımda məndə qəribə halət əmələ gəlmişdi, heç kəs mənim əhvalımdan baş çıxara bilmirdi. Atam günlərin birində dedi ki, sən dəli olmağına dəli deyilsən. Amma bu halın haldır, onu da anlaya bilmirəm. Mən atama bir misal çəkdim. Dedim, təsəvvür eləyin ki, kürt düşmüş bir toyuğun altına qaz yumurtası qoyurlar. Günlər keçir, həmin yumurtadan cücə çıxır təbii ki, o cücə qaz balası olur, ona görə dərhal suya cumur. Onu doğmaca balası bilən toyuq yavrusunun ardınca qaçır, ancaq özünü suya vura bilmir. Mən indi elə həmin kökdəyəm. Bir böyük dəniz məni səsləyir. Mən o dənizdə üzməyə hazıram. Əziz ata, əgər o dənizdə sən mənimlə birgə üzməyə hazır deyilsənsə, onda torpaq üzərində gəzən quşlara qoşul...

Dönə-dönə Şəms Təbrizini, o böyük azərbaycanlını, o qiymətli soydaşımızı yaxşı tanımağa səsləyirəm. Ancaq yaxşı tanımaq üçün gərək bir insanın ömür-gününə dərindən bələd olasan. Dərindən bələd olmaq üçünsə gərək şahidlər ola, sənə onun ömür səhifəsindən ayrı-ayrı hekayətləri nəql edə. Şahidsə var, özü yaxşı şahiddir. Hərçənd həmin şahid 1360-cı il iyun ayının 15-də həyatdan gedib. Özü həyatdan getsə , onu diri saxlayacaq bir əsər yadigar qoyub. Həmin əsər indi elə canlı insan, diri bir şahid kimidir. Hətta insandan da artıqdır. İnsan bir sözü növbəti dəfə danışanda hansısa kəlmələrin yerini dəyişir. İllər ötəndən sonra hansısa mətləbin hansısa təfərrüatları yadında bir az zəif qala bilir, yaşlı vaxtında illər öncə daha yerli-yataqlı danışa bildiyini indi alayarımçıq nəql edir. Ancaq bu, qələmdən çıxmış kitabdır. qədər zaman ötsə , bir söz o yana, bir söz bu yana dəyişəndir. Əflaki Dədə! O kitab-şahidi bizə saxlanc etdiyinə görə məhz bu kişiyə minnətdar olmalıyıq (Elə söz sözü çəkmişkən - biz tarixin dünənindəki unudulmuş unudulmamalı soydaşlarımızı gərəyincə tanımanın başlıca vasitəsi körpüsü olan şahid kitabları, keçmişin yollarında bizə bələdçi ola biləcək cıraq qaynaqları da gərək ərəbcədən, farscadan, osmanlıcadan digər dillərdən tərcümə edək, aydınlatmalarla bugünün azərbaycanlılarının malı edək ki, müasirlərimizin sələflərimizin dədələrini tanımağa açılan mötəbər pəncərələri çox olsun).

Əflaki Dədə ilə Cəlaləddin Rumi, Şəms Təbrizi arasındakı zaman məsafəsi lap qısadır. Fəqət daha bir cəhət var ki, yaxınlığı ilə az da artırır. Əflaki Dədə Cəlaləddin Ruminin oğlu Sultan Vələdlə qardaş kimi yaxın idi. Bir çox hekayətlər, bir silsilə sərgüzəştlər ki əksini Əflaki Dədənin kitabında tapıb, onları bilavasitə Sultan Vələdin dilindən qələmə alıb. "Mənaqibu-l-arifin məratifu-l-kaşifin" adlı həmin əsəri Əflaki Dədə az, çox - düz 36 ilə yazıb. Bu əsərini Əflaki Dədə 1318-ci ildə başlayıb, 1353-cü ildə tamamlayıb. Əflaki Dədə, elə təxəllüsündən göründüyü kimi, həm şairliyindən, yazıçılığından, mütəfəkkirliyindən savayı, nücum elmində mahir imiş. Əflaki təxəllüsü oradan gəlir. Amma onun bu əsəri bizi tamam ayrı səmalara aparır. Bu əsər, orada nəql olunanlar bir nərdivan kimidir. Bizi yüksəklərə qaldırır - Cəlaləddin Ruminin, Şəms Təbrizinin, onların ətrafındakı çılğın dərvişlərin dünyasına. Bu durbin kitab onların həyatından, başına gələnlərdən, söylədiklərindən, qələmə aldıqlarından bizə elə təfərrüatları yaxınlaşdırıb, böyüdüb göstərir ki, sanki biz özümüz oluruq həmin zamanın axarında, düşürük mövləvi dərvişlərin arasına.

"Mənqəbə" bir ərəb sözüdür. Mənası "insanın ləyaqətləri", "tərifə layiq olan xüsusiyyətləri"dir. "Mənaqibu-l-arifin" tarixdə əbədi qalacaq layiqlərin ləyaqətli əməllərinin, onların şəxsiyyətcə bənzərsizliklərinin xəbərlərini bizə elə görümlülük dürüstlüklə ötürür ki, elə bil bütün bunlar əsrlər öncə baş verməyib, elə bizim gözlərimiz önündə yaşanır.

"Mənaqibu-l-arifin"dəki fəsillərdən biri Şəms Təbrizi haqqındadır. O fəsli oxumayan Şəms Təbrizini tanımaz. Həmin fəsli, həmin kitabı vərəq-vərəq çevirək, Şəms Təbrizini yaxından görək.

Əflaki Dədə Şəms Təbrizinin bir başqa heyrətamiz gücündən xəbər verir. Nifrəti aşıb-daşanda, birinə qəzəblənəndə Şəms görünməz dalğası ilə o adamı vura bilirmiş. çox zaman da bu, heç onun öz iradəsindən asılı olmurmuş. Əflaki Dədə Şəms Təbrizinin bu qabiliyyəti ilə bağlı sıra-sıra əhvalatlar nəql edir. Həm o əhvalatları elə şəxslərin dilindən, elə mənbələrə istinad eləyərək çatdırır ki, qədər mübhəm, möcüzəvari təsir bağışlasalar da, məxəzlərin, şahidlərin mötəbərliyinə görə onlara inanmamaq, şəkk gətirmək olmur.

Əslində mən insanda bu qabiliyyətlərin olmağına inanıram hər biriniz belə hadisələrlə elə gündəlik həyatda rastlaşmısınız. Adamdan adama fərq var. Elə şəxslər var ki, zəhmi basır adamı. Müəyyən adamda enerji güclüdür, istər-istəməz onun qarşısında kiçilirsən, cılızlaşırsan. Adam var ki, girir bir məclisə, o, daxil olan kimi həmin məkan sanki dolur. Həmin məkanı dolduran əslində o şəxsin vücudu yox, saçdığı görünməz enerjidir. Adam da var ki, otağa girir, heç gəlməyi hiss olunmur.

Şəms Təbrizinin adı olan Günəş işığını saçaraq hər yeri şüaları ilə doldurduğu kimi, onun varlığı da olduğu məkanlara enerjisini səpirmiş. Əflaki Dədə bu məlumatı da çatdırır ki, Şəms Təbrizinin həmin gücündən xəbərdar olanlar onu "seyfullah" - "Allahın qılıncı" adlandırırdılar. Şəms Təbrizi bir adama qəzəblənəndə ya onu öldürər, ya da ruhunu yaralayardı.

Əflaki Dədə xəbər verir ki, günlərin birində Şəms Təbrizi Qeysəridən Ağsaraya gedirmiş. Axşamüstü çatır bir məscidə, girir axşam namazını qılır. Sonra istəyir ki, elə gecəni burada keçirsin. Ancaq müəzzin görür ki, bu, nabələd adamdır, yaxınlaşır, deyir, çıx get buradan. Şəms başlayır yalvarmağa ki, axı axşam vaxtı mən hara gedim? İmkan ver gecələyim, ayrı bir umacağım yoxdur. Çimirimi alım, obaşdan qalxıb gedərəm. Ancaq müəzzin qonağın yubanmadan məsciddən çıxıb getməsini tələb edir, başlayır onu qaba sözlərlə yamanlamağa. Şəms Təbrizi qeyzlənir qayıdır ki, "görüm sənin dilin şişsin".

Elə həmin andaca müəzzinin dili şişməyə, nəfəsi daralmağa başlayır. Şəms Təbrizi çıxır məsciddən, elə axşam-axşam yönəlir Konyaya sarı. Müəzzin görür ki, dəqiqələr ötdükcə vəziyyəti lap xarablaşır. Məscidin imamı gəlincə onu dərhal göndərir ki, bayaq bura bir dərviş gəlmişdi. Yüyür, çat ona, qaytar gətir bura. İmam yüyürür Şəmsin ardınca. Çayın kənarında çatır ona. Deyir, müəzzin xahiş elədi ki, qayıdasan məscidə, dili şişməyə başlayıb, vəziyyəti yaxşı deyil, partdam-partdama düşüb. Şəms qayıdır ki, artıq hökm verilib, mən ona heç bir kömək eləyə bilmərəm, ona yeganə yardımım bu olar ki, dua eləyim, Allah axirətdə əzablarını az eləsin.

Bu əhvalatın ardınca Əflaki Dədə başqa bir heyrətləndirən hekayəti nəql edir. Yazır ki, Şəms Təbrizi günlərin birində Bağdadda bir sarayın yanından keçərkən füsunkar musiqi sədaları eşidir. İstər-istəməz musiqinin valehedici ahənginin cazibəsi ilə sarayın içərisinə doğru bir neçə addım atır. Sarayın sahibi gendən həyətə yad bir adamın daxil olduğunu görüncə nökərlərinə əmr edir: "Onu vurun tolazlayın bayıra". Qulamlardan biri Şəmsə yavuqlaşıb onu vurmaq istəyəndə əli qalxmır, qolu quruyur. Vəziyyəti belə görən saray sahibi digər nökərinə əmr eləyir ki, tez bu adamı vur at çölə. Digər nökər Şəmsə yaxınlaşmaq istəyəndə qıc olur, yerindəcə donub qalır. Şəms çevrilir, çıxır saraydan, öz yolu ilə getməyə başlayır. Nökərlərdən bir neçəsi ağanın hökmü ilə ona çatmağa cəhd etsələr , ayaqlarının heyi kəsilir, hərəkət edə bilmirlər. Əflaki Dədə bu hekayəti belə yekunlaşdırır ki, iki gündən sonra həmin saray sahibi canını tapşırdı...

Bəlkə bir neçə onil öncə Şəms Təbrizi haqqında bu cür söyləmələr insana inanılmaz kimi gələrdi. Lakin iradənin, fikrin, daxili gücün maddiləşə bilməsi haqqında elmin son illərdə çatdırdığı bilgilər bizi inandırır ki, belə ola bilərmiş.

...Təfəkkür dünyasının əbədi dalğıcı Şəmsəddin Təbrizinin bu dünyada yadigar qoyub getdiyi söz fikir incilərinin dünyanın bütün xəzinə dəfinələrindən fərqi odur ki, su altındadır, torpağın dərinliyində. Hamımızın gözləri qarşısındadır. Yetər ki, kitabını açıb oxuyasan.

Çağdaşları da, Şəmsdən sonra yaşayaraq onu dəyərləndirməyə çalışan bilginlər bu nadir insanın peyğəmbər əxlaqını mənimsəmiş olduğunu, Tanrı elçisi Həzrət Məhəmmədə xas davranış tərzini özünün həyat ülgüsünə çevirdiyini təsdiqləyirlər.

Şəms söyləyib ki, birisi mənə min pislik, bircə yaxşılıq etmiş olsa, mən onun min bəd əməlinə yox, bircə yaxşılığına diqqət yetirərəm. Çünki dürüst əxlaq bunu istər.

Şəms Təbrizi buyurub ki, ən böyük ibadət vaxtını boş yerə xərcləməməkdir. Bu, bir qutsal iman adamının, ömrünü ibadətdə keçirmiş insanın ən ali tövsiyəsidir. Yəni sən vaxtını boş yerə sərf etməkdən daha gərəkli kiçicik bir belə görürsənsə, bu, elə artıq ibadətə bərabər xeyir əməldir.

Şəms öyrədib öyrətməkdə davam edir ki, heç vaxt nəfsinə kölə olma, nəfsinin umduğu işlərə könül vermə. Əksinə, nəfsinin çəkmədiyi işlərin ardınca gedərək orada faydalı olmağa səy göstər.

Şəms həyatda rahat yaşamağın yollarından birini dünyanın əvəz-əvəz dünyası olduğunu unutmamaqda görürdü. Anladırdı ki, bir insanda bir eyib görüncə onu aşağılamağı ağlına belə gətirmə. Ola bilər ki, gün gələr, eyni xətaya sən uğrayarsan, ondan da pis vəziyyətə düşərsən.

Şəms Təbrizi Əbu Bəkr Şibliyə istinad edərək riqqət oyadacaq qədər ibrətli bir öyüd verirdi. Əbu Bəkr Şibli həzrətləri buyurubmuş: "Doqquz dərin alimdən dərs aldım. Onlardan dörd min hikmət dolu hədis öyrəndim. Həmin dörd min hədisdən bircəsini seçərək bütün varlığımı tək ona uyğunlaşdırdım. əbədi səadətə qovuşmanın yolunun da elə bunda olduğuna inandım. Həm oxuduğum, bildiyim bütün digər nəsihətlərin əslində bircə bu hədisin içərisinə sığdığını yəqin etdim. Peyğəmbər buyurub ki, "dünya üçün dünyada qalacağın qədər çalış, axirət üçünsə orada əbədi qalacağın qədər çalış. Bunun fikrini et ki, bəd əməllərin cəzası olan bir cəhənnəm var. Cəhənnəmin odunda yanmağa hazır olduğun qədər günah işlət".

Bir gün bir ayrı məmləkətdən üç nəfər Cəlaləddin Ruminin yanına məsləhətə, cavabını bilmək istədikləri sualları aydınlaşdırması istəyi ilə qonaq gəlirlər. Mövlana onları Şəmsin yanına göndərir. Qonaqlar Şəmsin hücrəsinə yetişəndə onun ətrafında tələbələr əyləşmişdilər ustad dərs aparırdı. Gələnlərdən biri Şəmsə müraciətlə onları bura Mövlananın yönləndirdiyini bildirərək vaxt itirmədən ilk sualını verir. "Deyirsiniz ki, Allah var, amma görünməz. Elə isə Allahı göstərin, biz doğru söylədiyinizə inanaq". Şəms gülümsünür: "Obiri sualını da ver". Həmin cavan qayıdır ki, "Şeytanın oddan yarandığını söyləyirsiniz. Ardınca da deyirsiniz ki, ona alovlarda yandırmaqla əzab verəcəklər. Heç od oda əzab-əziyyət verə bilər?" Şəms gələnə mənalı-mənalı baxır: "Çox gözəl, digər sualını da ver". Gələn adam çətin sualları ilə Şəmsi artıq tərksilah etdiyini düşünərək bir az da qətiyyətlə növbəti sualını dilə gətirir: "Təsdiq edirsiniz ki, axirətdə hər kəs öz haqqını alacaq, öz etdiklərinin cəzasını çəkəcək. Odur ki, münsifliyi öhdənizə götürməyin, macal verin adamlar ürəklərindən keçir, etsinlər, onların işlərinə qarışmayın. Hər kəs özünə cavabdehdirsə, doğrusu məhz belə etmək deyilmi?" Şəms soruşur: "Suallarınız bitdimi?" Cavan qayıdır ki, "Bəli". Şəms Təbrizinin yanında bir quru kərpic varmış. Əyilib götürür, çırpır həmin köntöy sualları verənin başına. O şəxs , onunla gələnlər mat qalırlar. dərhal hücrədən çıxaraq qazinin yanına şikayətə yollanırlar: "Məgər sizdə qayda-qanun yoxdur, əcaib adammış bu? Mən ondan söz soruşdum, o da cavab vermək əvəzinə kərpici ilişdirdi təpəmə". Qazi çağırtdırır Şəmsi. Soruşur ki, "axı bu rəftardır, qonaqlarla niyə belə davranmısınız?" Şəms zənlə baxaraq deyir ki, "o məndən söz soruşdu, suallar verdi, mən sadəcə onun uyğun, həm dəqiq cavabını verdim". Qazi dillənir: "Əcəbdir, götürüb kərpici çırpmısan adamın başına. Belə cavab vermək olar?" Şəmsin gözlərinə istehza qonur: "Olar, qazi əfəndi, olar. Elə ən dürüst cavabı vermişəm ona. Məndən soruşdu ki, Allahı mənə göstər. Mən , bəli, kərpici vurdum onun başına. İndi bu adam başının ağrısını göstərsin mənə, baxım". Şəms bunu deyəndə qazi çönür şikayətçiyə tərəf. Şikayətçi zarıyaraq deyir ki, indiyəcən başım ağrımağına ağrıyır. Ancaq o ağrını necə göstərim? Mümkün deyil! Şəms yapışır onun sözündən: "Bəli. Allah da elə bu cürdür. Var, sən o Varlığı duyursan, ancaq heç görünməz, yaşadığın hiss kimi Onu da başqasına göstərə, özün görə bilməzsən. Hər görünməyən heç "yoxdur" demək deyil. Bu şəxsin mənə ikinci sualı da olmuşdu. O məndən xəbər aldı ki, oddan yaranmış şeytana alovla necə əzab vermək olar? Elə həmin ikinci sualın da cavabını başına vurduğum kərpic vermişdi, başa düşməyibsə, bir az da sadə anladım. Mən bu adamı torpaqdan düzəlmiş kərpiclə vurdum. Özü təsdiq edir ki, indiyəcən həmin zərbənin əziyyətini çəkir, başı ağrıyır. Halbuki bir insan olaraq o özü torpaqdan yaranıb, başına dəyən, onu incitdiyini dediyi kərpic torpaqdan idi. Yəni ona göstərdim ki, torpaqdan yaranmışa elə torpaqdan düzəlmişlə əziyyət vermək mümkündür. Demək, oddan yaranmışa da eynən alovla əzab vermək olarmış". Qazinin bu cavabları məmnunluqla dinlədiyini görən Şəms davam edir: "Bu şikayətçinin mənə axırıncı sualı da o idi ki, adamlara nəsihət verməyə, "bunu et, onu etmə" deməyə lüzum yoxdur. Bir halda ki axirətdə hər kəs özü özünə cavabdehdir, qoy hər kəs ürəyi istəyir onu da eləsin. Mənim ürəyim istədi ki, kərpici götürüb qaxım bunun kəlləsinə. Bəs niyə durub gəlib qazinin yanına şikayətə, haqqını axtarmağa? Onun başına kərpic vurulması bu dünyanın ən xırda işlərindən biridir. Amma bu dünyada kiçicik bir məsələ üçün haqq aranırsa, sonsuz olan axirət həyatında niyə haqq sorulmasın? İnsan sərbəst deyil. O, cavabdehdir. Həmişə cavabdehdir. Hər əməlinə görə cavabdehdir. Burada da, orada da".

Qazi müdrik qazilərdən idi çevrilir şikayətçi sarı: "Yediyin bircə kərpic zərbəsinə görə bu qədər hikmət qazanmağına görə razısanmı?"

Cavabı içində olan bu sualın müqabilində o zavallı deyəydi?!

...Çoxdan bu güman inama çevrilən kimidir ki, Şəms Təbrizidən vur-tut iri həcmli bircə əsər yadigar qalıb - "Məqalat". "Məqalat"ı vərəq-vərəq çevirdikcə oradakı dibsiz dərinliyə, məntiqin siqlətinə heyran qalmaya bilmirsən. "Məqalat" Şəms Təbrizinin hansı uca təfəkkür yiyəsi olduğunu açıq-aşkar nişan verməkdədir. Oxuduqca hiss edirsən ki, buradan "İxvanu-s-səfa" mütəfəkkirlərinin əks-sədası gəlir. "Məqalat"ı mütaliə etdikcə hazırlıqlı oxucuda yəqinlik hasil olur ki, Şəms Təbrizi İbn Sinanın, Platonun, Hippokratın risalələrinə yaxşı bələdmiş. Çünki orada elə iqtibaslar var ki, bir ucu həmin məşhur alimlərin əbədiyaşar əsərlərinə doğru yönəlməkdədir.

Bəs şeir necə, bunca hərtərəfli zəka ilham sahibi, olardımı ki, nəzmdən yan keçə? Axı o çağın ünlü düşünərlərinin, ən peşəkar filosoflarının əksəriyyəti həm şair idi. Cəlaləddin Rumini şairə çevirən, onun 25031 beytlik məsnəvisinin ortaya çıxmasının təkanvericisi olan Şəms Təbrizi doğrudanmı şeirlər yazmayıb?

Bu gün ortada 10 cildə sığan Şəms Təbrizi "Divan"ı var. Amma bu fərziyyə dolaşmaqdadır ki, guya həmin şeirləri elə Cəlaləddin Rumi özü yazıb, iki bədəndə bir can olduqlarından, ayrı-ayrı varlıqlar deyil, vahidləşərək bir bütövə döndüklərindən guya Mövlana özünün yazdığı şeirlərin altında Şəms Təbrizinin imzasını qoyub. Ancaq misra-misra adlayırsan, bu gün Şəms Təbrizi "Divan"ı kimi tanınan cildləri həm tutuşdurmalar apararaq mütaliə edisən, fikrən oradakı duyğu selləri ilə "Məqalat"dakı düşüncələr, "Divan"dakı deyiş tərzi, təfəkkür istiqaməti, duyğu şəbəkəsi ilə risalədəki izharlar arsında könlün istəyən qədər yaxınlıqlar, bənzərliklər, əlaqələr tapırsan.

Hələ ki elmə elə bir mənbə bəlli deyil ki, Şəms Təbrizi "Divan"ı kimi bəlli olan şeirlər qatarını məhz Cəlaləddin Ruminin yazdığını qəti şəkildə sübut etsin. Ortada o dəlil yoxdur ki, həmin şeirləri Şəms Təbrizinin özü yazmayıb. Ona görə gərəksiz mübahisələri şəkgətirmələri bir kənara ataraq bir-biri ilə zəncir kimi bağlı bu şeirlər silsiləsinin - həmin "Divan"lar karvanının Şəms Təbrizininki olduğunu birmənalı şəkildə təsdiqləmək, bu irsi elə "Məqalat" kimi onun halal malı tək, doğmaca irsi kimi araşdırımaq ən düzgün yoldur. bu da mühümdür ki, Şəms Təbrizini yalnız bir mütəfəkkir kimi deyil, məhz mütəfəkkir-şair olaraq da xalqımız heç olmazsa bundan belə gərək yaxşı tanıya!

Yaşanmış uzun tarix içərisində bir-birinə qoşa alma kimi bənzəyən hadisələr az deyil. Düşüncə fəzalarında lap çoxdan bu fərzetmə çək-çevirlər doğuraraq qanad çalmaqdadır - sən demə, Sokratın adına çıxılan əsərləri özü deyil, dostu Platon qələmə alıbmış. Şübhələr, gümanlar, ehtimallar öz yerində, ancaq maddiyyatla mənəviyyatın, ona aid sərvətlə buna aid nemətlərin fərqi başqadır axı! Etiraz yox - ola bilər ki, insan dostluqda, qardaşlıqda o qədər sədaqətli olar, məhəbbətin elə bir həddi yetişər ki, sən əlində olan nəyin varsa səxavətlə, ürək genişliyi ilə əsla qızırğalanmadan dostuna, qardaşına, qəlbinə yaxın insana hədiyyə eləyərsən, var-dövlətindən keçərək olanını dostununku sayarsan. Ancaq dünya malından asanlıqla edilə bilən peşkəşlə sənin bətnindən doğmuş əsərin mənası tamam ayrıdır. Sənin içərindən çıxmış, ürəyindən doğmuş, düşüncəndən dünyaya gəlmiş əsər səninkidir - balandır. Sən onu məcazi mənada bir başqasına hədiyyə edə bilərsən, altında bir digərinin adını yazarsan, amma edirsən et, əsər səninki olaraq qalacaq. Bu, başqasına övladlığa verdiyin uşağın kimidir, lap kağızda, sənəddə digərinin adı valideyn olaraq yazılsa da, qan ki dəyişməyəcək, gen ki həminki qalacaq.

Şəms Təbrizi dostluq haqqında deyirdi, dostluğu necə dəyərləndirirdi? Şəms Təbrizinin dostluq haqqında sözlərini Əflaki Dədə bizim insanlara da yadigar qoyub. Qulaqda sırğa edilməli köhnəlməz sözləri saxlanc edib ki, həm Şəms Təbrizini bir az da yaxından tanıyaq, həm Cəlaləddin Rumi-Şəms Təbrizi məhrəmliyinin sirrini bir az da ayrıntılı anlayaq, həm dost seçərkən, kiminləsə ülfətə başlarkən bu qızıl qaydaya əməl etməyə səy göstərək. Əflaki Dədə Şəms Təbrizinin dostluğun qızıl qaydası haqqındakı altın sözlərini gələcəklilərə ünvanlayıb. Şəms Təbrizi belə deyibmiş: "Gerçək dost Allah kimi məhrəm olmalıdır (Sözün ülviyyətinə, meyarın möhtəşəmliyinə diqqət edirsinizmi? Gerçək dost Allah kimi (!) məhrəm olmalıdır - R.H.). Dostun çətinliklərinə xoşa getməyən cəhətlərinə dözmək, onun xətalarından inciməmək lazımdır. Dost dostdan üz çevirməməli, onun sözünü yerə salmamalıdır. Mərhəməti bol olan Allah eyiblərinə, günahlarına, nöqsanlarına görə bəndələrindən üz döndərmədiyi, şahanə bir şəfqətlə onların nazını çəkdiyi kimi, dost da dosta eyni münasibəti bəsləməlidir. Əvəz gözləmədən, heç bir təmənna güdmədən edilən dostluq belə olur".

Həqiqətən qızıl qaydalar fəlsəfəsinə dalınca qızıldan da artıq qiymət daşıyan ülgü kəlamlar, hərəsi bir ayə ağırlıqlı hikmətlərdir. Şəms Təbrizi dostluğu insanlar arasındakı münasibət səviyyəsindən daha yuxarıya qaldırır, ilahiləşdirir, müqəddəsləşdirir, Allahın insanla münasibəti səviyyəsinə qaldırır. Çünki insanın ən yaxın dostu Allahdır!

Şəms Təbrizi dostluğu yerdən ayırırdı, səmalara qaldırırdı başqalarına belə öyüd vermək səlahiyyətinə sahib olmaq üçünsə gərək özün o səviyyədə dost ola biləydin. Məhz Şəms Təbrizinin bu sözləri yazmağa mənəvi haqqı vardı. Cəlaləddin Rumiyə o, məhz bu cür dost olmuşdu. Cəlaləddin Rumi Şəmsə məhz bu cür dost olmuşdu. Ona görə tam mənəvi haqqı vardı ki, hər qələm sahibinin, hər müdrikin yazmağa cürəti, təpəri, nəfəsi çatmayacaq belə bir dostluq düsturunu təklif etsin: gerçək dost Allah kimi məhrəm olmalıdır.

...Konyaya yenicə gəldiyi çağlarda Şəms Təbrizi şəkərxuruşan - şirniçilər məhəlləsində otaq kirayələmişdi. Gendən baxanlar "Burada zəngin bir tacir yaşayır" düşünsünlər deyə qapıdan iri, bahalı bir qıfıl asmışdı. Aradan zamanlar keçib gedib. Ancaq qıfıl yenə qıfıllığında qalır. Cəlaləddin Rumini Cəlaləddin Rumi edən o oldu, Şəms Təbrizi oldu. Bəs Şəms Təbrizinin özünü bu cür edən oldu? Bu sualın cavabını tapmaq üçünsə gərək onun kitablarının qapısını açaq, əsərlərini vərəqləyək. Kitablarının qapısındansa əsrlər öncəki həmin iri qıfıl asılmaqda qalır.

Üzdən adam olan min-min iblis var,

Amma yalnız üzdən adamdır onlar.

Bu solmaz, qocalmaz aqil misralar da Şəms Təbrizinin mirasıdır. Həmin qapısından qıfıl asılı kitabından alınmış misralardır. Sağımız-solumuz insanlarla dolu. Amma o insanlar arasında, elə Şəms Təbrizinin əyyamlarında olduğu kimi, iblislər az deyil. İnsanlar arasındakı elə insanlara bənzəyən o iblisləri görmək üçünsə gərək Şəms Təbrizidəki kimi bəsirətli gözlər ola. Şəms Təbrizinin qapısını açıb onun dünyasına daxil olunca onları yanaşı görəcəyik - Şəms Təbrizini, Mövlana Cəlaləddin Rumini. onların ikisindən bəsirətlilik, dünyanı daha dəqiq görmək dərslərini alacağıq. Şəms Təbrizidən ən azı iki düyünü necə açmağın sirlərini öyrənəcəyik. Birincisi, adamkən adam olub qalmağın gizlincini, ikincisi, üzdən adam kimi görünən, amma mahiyyətdə iblis olanları seçmək sirrini. Ən azı bu iki hikmətə vaqif olmaq üçün Şəms Təbrizinin nurlu qapısını dönə-dönə açmağa dəyməzmi?!

...Konyaya yetişəndə Şəms Təbrizinin 60 yaşı vardı. Dünya görmüş, həyatı dərk etmiş püxtə adamdı. Amma daha artıq - ətrafındakı adamların əksərindən fərqli olaraq, o, dünyanın üzdən çoxlarına görsənməyən pünhanlarından, pərdə ardında qalan gizlinclərindən xəbərdar bilgə idi. Şəms Təbrizinin bu sözlərini mənbələr XIII yüzildən bugünə gətirir. Deyib ki, "Məndə Allahın valisi ilə görüşəcəyim haqda gerçək bilgi vardı. İndi Mövlananın dostuyam. Tanrının dostunun dostuyam".

1244-cü ilin payızı idi. Şəms Təbrizi Konyaya - Cəlaləddin Rumi ilə, Mövlana ilə görüşə sanki səmalardan bir mələk kimi gəlmişdi...

 

11 noyabr 2023

Rafael Hüseynov

Milli Məclisin Üzvü, akademik

525- ci qəzet.- 2023- cü il.- 15 noyabr.- №- 206.- S. 10-11.