Laçına Qayıdışın
sonsuz sevinci
30 İLDƏN SONRA LAÇINLILAR DOĞMA
YURDLARINA BÖYÜK RUH YÜKSƏKLİYİ İLƏ
DÖNÜRLƏR
1992-ci ilin mayından
erməni işğalı
altında olan Laçın şəhəri
avqustun 26-da düşməndən
azad edildi. Mərhələli şəkildə
Laçının bütün
kəndləri düşməndən
təmizləndi. Bundan
sonra bu ərazilərin əsl sakinlərinin 30 illik həsrətdən sonra bölgəyə köçürülməsi
üçün tikinti
quruculuq işlərinə
başlanıldı. Aparılan
quruculuq işlərindən
sonra yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux,
Sus və digər kəndlərə
köçürülməsi prosesi davam edir.
Prezident İlham
Əliyevin tapşırığına
uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə
keçmiş məcburi
köçkünlərin qayıdışı
həyata keçirilir.
Noyabrın 14-də Abşeron
rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki
yataqxana, sanatoriya, pioner düşərgəsi,
yarımçıq tikililər
və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdən
ibarət növbəti
köç karvanı
Bakı şəhərinin
Qaradağ rayonundakı
"Qobu park 3" yaşayış kompleksindən
yola salınıb.
Bu mərhələdə
Laçın şəhərinə
daha 10 ailə - 40 nəfər köçürülüb.
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər
nəticəsində məcburi
köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz
və ləyaqətlə
doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən
və abadlaşan Laçın şəhərinin
sakinləri hərtərəfli
dövlət qayğısı
ilə əhatə olunduqlarına görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan
qurtaran rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər
və zabitlərimizə
minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi
böyük ehtiramla yad ediblər.
Köçürülən
ailələr Laçın
şəhərində vaxtilə
yaşadıqları, işğala
son qoyulduqdan sonra Prezidentin göstərişi əsasında
bərpa edilən və ya yenidən
tikilən evlərdə
məskunlaşacaqlar.
Bununla da
Laçın şəhərində
325 ailə, yəni
1245 nəfərin daimi
məskunlaşması təmin
edilib.
31 ildən sonra doğma yurduna qayıdan Ülviyyə Tağıyeva
deyir ki, bu gün bizim
üçün tarixi
və möcüzəvi
gündür: "Bu xoşbəxtliyi yaşamaq
nəsibimiz olubsa, buna görə müzəffər ordumuza,
Ali Baş Komandan İlham Əliyevə borcluyuq. Mən Laçını göz yaşı və qorxu içində
tərk etmişəm.
Həmin gün həyatımın ən dəhşətli günü
idi. Şükür ki, 31 ildən sonra Laçına geri dönürük. Həsrətlə gözlədiyimiz
torpaqlarımıza qədəm
qoymuşuq. Ötən
illər ərzində
hər gün Vətən həsrəti,
yanğısı çəkmişik".
Keçmiş məcburi köçkün
Laçında yaradılan
şəraitə görə
Prezident İlham Əliyevə minnətdarlıq
edib: "Bu gün Laçın çox dəyişib, şəhərdə irimiqyaslı
quruculuq işləri aparılır. Üç
il ərzində şəhərdə belə
quruculuq işlərinin
aparılması bizə
möcüzə kimi görünür. Laçın
əvvəlkindən də
gözəl və əzəmətli olub".
Laçına köçən Sürəyya
Əsədova isə
bildirib ki, yenidən doğma yurduna döndüyünə
görə çox sevinclidir: "31 il Laçınsız qalmaq çox ağır və kədərli idi. Bacımın oğlu Birinci Qarabağ müharibəsində
şəhid olub. Əzizlərimin Laçında
dəfn olunmadığına,
itkilərimə görə
çox kədərlənirəm.
Bu gün arzuma çatmışam.
Laçına baxmaqdan
doymuram. Bura mənim üçün həyatdır. Laçını
bizə geri qaytaranlara qurban olum. Prezident İlham Əliyevə çox təşəkkür
edirəm ki, bizə belə bir gün bəxş
edib. Şəhidlərimizə
Allahdan rəhmət, qazilərimizə şəfa
diləyirəm".
Laçına köçən sakin Kəmalə Bayramova bildirib ki, o ömrümün qalan illərini Laçında
keçirəcək. 31 ildir
ki, Laçınsız
olduğunu bildirən
sakin ömrünün
qalan hissələrini
doğma yurdunda keçirmək istəyir:
"Çox şükür
ki, uzun illərdən sonra biz evimizə qayıtdıq. Mən Laçının ilk şəhidlərindən olan
Sadıqov Rzanın bacısıyam. Laçın
mənim üçün
əzizlərimin yurdu
deməkdir. Torpaqlarımızı
işğaldan azad etdiyi, bizi yenidən
torpaqlarımıza qaytardığı
üçün Prezident
İlham Əliyevə
minnətdarlığımı bildirirəm".
K.Bayramova qeyd
edib ki, Laçın bu gün öz ucalığı ilə sakinlərini qarşıladı:
"Laçına daxil
olanda elə hiss etdim ki,
sanki bu yurd öz sakinlərini
gözləyib, bizim üçün darıxıb.
Laçına gələndə
sanki yenidən yaşamağa başladım.
Ürəyimdəki vətən
həsrəti yox oldu. Bu gün
artıq mən öz obama, elimə qovuşdum".
Laçına köçən sakin Asif Baxışovun sözlərinə əsasən,
Laçının yenidən
qurulmasını görəndə
qürur hissi keçirir: "Laçın
azad olanda bütün yuxularım, arzularım reallaşdı.
Böyük bir möcüzə idi. Yurdum azad olunandan
sonra buraya üçüncü dəfədir
ki, gəlirəm. Lakin bu dəfə
artıq yaşamaq, məskunlaşmaq üçün
gəlmişəm".
A.Baxışov qeyd edib ki,
Laçın onun uşaqlığı, gəncliyi
deməkdir: "Bu torpaqlarda böyümüşəm.
78 yaşım var, 31 ilini Bakıda yaşamışam. Qızlarımı,
oğullarımı evləndirmişəm,
amma Laçın mənim hər zaman qəlbimdə olub. Laçını bir gün də
olsa, yadımdan çıxarmamışam. Yurdum
hər zaman arzularımda olub. Erməni işğalı
nəticəsində dağılan
rayonları gördükcə
mən də belə bir hiss
yaranırdı ki, buranın hər yerində bizim şəhidlərin qanı
var. Mən Laçına gələndə
ayağımı ehtiyatla
atıram. Bura mənim üçün müqəddəs yerdir. Allah şəhidlərə
rəhmət eləsin,
qazilərimizin canı
sağ olsun. Prezidentimizə təşəkkür
edirəm ki, bizə belə şərait yaradıb".
Millət vəkili Vüqar Baryamov qeyd edib ki, 1992-ci ildə Laçın rayonunu işğal ediləndən sonra 65 mindən çox sakin 30 il məcburi
köçkün həyatı
sürməyə məcbur
olub: "Hazırda rayonun əhalisinin sayı 80 mindən çoxdur. Laçın şəhərinin isə
1992-ci ildə 7829 sakini
olub. İşğaldan
əvvəlki son siyahıyaalmaya əsasən,
şəhərdə yaşayanların
99.1 faizi azərbaycanlılar
idi. Hətta keçmiş SSRİ dövründə
- 1970-ci il siyahıyaalınmasında
bütövlükdə Laçın
rayonunun cəmi əhalisi 63.162 nəfər,
azərbaycanlıların sayı
58.058 (95.6%), kürdlər 2.437, ermənilər cəmi 34 nəfər olub. Yalnız 2003-cü ildən
sonra Suriyadan və Livandan erməni ailələrinin
Laçın şəhərinə
qeyri-qanuni köçü
başlayıb. Zəfərdən
sonra onlar zəbt etdikləri evlərin əksəriyyətini
yandıraraq qaçdılar".
Millət vəkili
xatırladıb ki, Ermənistan işğalı
nəticəsində Laçın
rayonunda 13,8 min, o cümlədən, Laçın
şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv
edilib: "Bu ilin may-avqust aylarında Zabux kəndində 30 ilə yaxın azərbaycanlı
evində qalan erməni ailələri əmlakları yandırıb
getdilər. Bütövlükdə
rayonun işğalı
nəticəsində 1 şəhər,
1 qəsəbə, 125 kənd,
13745 fərdi yaşayış
evi, 48 sənaye, 63 kənd təsərrüfatı
obyekti, 109 təhsil,
142 səhiyyə, 217 mədəni-maarif
müəssisəsi, 460 ticarət
obyekti, 30 rabitə qovşağı ermənilər
tərəfindən dağıdılaraq
yandırılıb.Artıq yeni mərhələdir. Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində
dəymiş ziyana görə işğalçıdan
beynəlxalq hüquq prinsiplərinə uyğun
təzminatın tələb
edilməsi prosesi başlayır. İşğaldan
sonra ilkin qiymətləndirmələrə görə işğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dollar ziyan dəyib.
30 illik işğal müddətində bu ziyanın həcmi dəfələrlə artıb".
Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə
görə, Laçına
qayıdışın daha
sürətlə həyata
keçirilməsi gözləniləndir:
"Bildiyiniz kimi, uzun illər boyu davam edən
danışıqlar zamanı
heç vaxt Laçının qaytarılması
müzakirə olunmurdu.
İlk öncə beş rayonun qaytarılması, daha sonra Qarabağda referendumun keçirilməsi,
Laçınla bağlı
bundan sonra müzakirə olunması nəzərdə tutulurdu.
Ermənilər Laçını
özlərində saxlamaq
niyyətində idilər.
Onların Laçın
iddiaları hətta Vətən müharibəsindən
sonra da qalırdı - düz bu ilin 23 aprelinə
qədər.
Ermənilər Laçını
Qarabağdakı erməni
separatizminin nəfəsliyi
kimi görür, onu heç cür əldən vermək istəmirlər.
Düzdür, Ermənistandan
Kəlbəcər üzərindən
də Qarabağdakı
separatçılara yol
çəkilmişdi, lakin
ağırlıq yenə
də Laçın yolunda idi. Bu
baxımdan, onlar Laçın yolunda hansısa maneəni ağıllarına belə
gətirmirdilər. Lakin
Azərbaycan dövləti
öz sözünü
dedi, Laçın yolunda beynəlxalq hüququn tələb etdiyi formada öz sərhəd-keçid
məntəqəsini qurdu".
İqtisadçı
ekspert Xalid Kərimli deyir ki, Laçın rayonu iqtisadi cəhətdən böyük
potensiala malik bölgələrimizdən biridir.
Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri
var. İşğaldan
öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı,
xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük,
üzümçülük, taxılçılıq, arıçılıq
inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan
öncə Laçın
rayonunda fəaliyyət
göstərən sənaye
müəssisələri daha
çox xammal növlərinin emalına
əsaslanmışdı. Laçın,
həmçinin, zəngin
təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları
var. Rayonun dağıdılan iqtisadiyyatının
bərpası və Azərbaycan iqtisadiyyatına
reinteqrasiyası mümkün
olacaq.
Sevinc QARAYEVA
525-
ci qəzet.- 2023.- 16 noyabr.- №- 207.- S. 13.