"...Yaşayacaq o dağların
eşqinə"
UNUDULMAZ QƏNBƏR
ŞƏMŞİROĞLU HƏR ZAMAN BÖYÜK
EHTİRAMLA XATIRLANACAQ
Elə insanlar
var ki, bu
dünyadan köçsələr
də, xatirəsi daim əziz tutulur, sonsuz hörmətlə yada salınır. Belə şəxsiyyətlərdən biri də Qənbər
Şəmşir oğlu
Qurbanovdur. Onun adı Azərbaycan xalqının yetişdirdiyi
ən layiqli övladlardan, millətinə,
vətəninə ürəkdən
bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə
sevən, təkcə
ailəsi üçün
deyil, vətəni, xalqı üçün yaşayan və yaradan ağsaqqal ziyalılardan biri kimi yaddaşlara həkk olundu. Uzun müddət dövlət işində
səmərəli çalışdığına
görə Qənbər
müəllim "Şərəf
nişanı" ordeni,
"Əmək veteranı"
və başqa medallar ilə təltif edilmişdi.
18 oktyabr 2011-ci ildə
Qənbər müəllimin
əməyi ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək
dəyərləndirildi və
o, "Tərəqqi" medalı
ilə təltif olundu.
Təəssüf ki, erməni daşnaklarının törətdikləri
cinayət və vəhşiliklər Qəmbər
Şəmşir oğlunun
böyüyüb boya-başa
çatdığı Kəlbəcərdən
də yan keçmədi. 1988-ci ildə
erməni faşistləri
tərəfindən Ağdərə-Kəlbəcər
yolunda Qənbər müəllimin bacısı
Çimnaz xanım, yaxın qohumu olan, sonralar Milli Qəhrəman adını almış Şahlar Şükürov
vəhşicəsinə qətlə
yetirildi. Bu faciələrin miqyası
o dövr-dəki rəhbərliyin
səriştəsizliyindən getdikcə genişlənməyə
başladı. 1992-ci il
aprelin 7-dən 8-nə keçən
gecədə erməni
quldurları Qənbər
müəllimin doğma
kəndi Ağdabandaqanlı
soyqırım törətdilər,
onun qardaşı oğlu, əmiləri, əmisi uşaqları, bibisi qızı və xalasının oğlu, ümumilikdə,
14 nəfər yaxın
qohumu vəhşicəsinə
qətlə yetirildi.
130 evdən ibarət Ağdaban kəndi, ermənilər tərəfindən
bir gecənin içində darmadağın
edildi. Həmin gecə qətlə yetirilənlər içində
Aşıq Qurbanın,
Dədə Şəmşirin
əzizləri də vardır: Qocayev Bəkir Qurban oğlu, onun həyat yoldaşı Qocayeva Zeynəb və 30 yaşlı Qurbanov Qulu Şabər
oğlu, 80 yaşlı
Qocayev Qara Qurban oğlu. Ağdaban faciəsi Xocalı hadisələrindən
sonra da erməni cəlladlarının
hələ türk-azərbaycanlı
qanına doymadığının
əyani göstəricisi
idi.
Bu dəhşətli
faciəni Qənbər
Şəmşiroğlu yazdığı
bir şeirdə belə ifadə etmişdi:
Ağdabanım qan içində,
Ürək dözmür can içində.
Qənbər, alış-yan içində
Yaman səndən nigaranam!..
Həmin dəhşətli
günlərin kulminasiyası
Azərbaycan ədəbiyyatına
misilsiz töhfələr
vermiş ağdabanlı
şair Qurbanın
və Əməkdar incəsənət xadimi,
"Şərəf nişanı"
ordenli Aşıq Şəmşirin evinin yandırılması və
ev-muzeyində qorunub saxlanan qiymətli nümunələrin odlara
qalanıb külə
çevrilməsi oldu.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ümummilli lider Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə
qarşı törədilən
böyük cinayət
adlandırdı, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirdi.
Şükürlər olsun ki, 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti
təxribatlarına qarşı
müzəffər Ali
Baş Komandanımız
İlham Əliyevin sərkərdəliyi ilə
başlanan, şəhidlərimizin
canı, qazilərimizin
qanı hesabına tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsində
Ağdaban soyqırımının
qurbanlarının da qisası alındı. Qənbər müəllimin
şeirindəki kimi:
Elin köməyilə
çörəklənmişəm,
Dirçəlib, dirçəlib zirəklənmişəm.
Orduma baxaraq ürəklənmişəm,
Bilirəm, qanımı alanlarım var.
7 aprel 2022-ci ildə "Nizami" kino mərkəzində Yeni Azərbaycan Partiyası Kəlbəcər
rayon təşkilatı
və "Aşıq
Şəmşir" Mədəniyyət
Ocağı İctimai
Birliyinin birgə təşkilatçılığı ilə Ağdaban soyqırımının 30-cu ildönümünə
həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə
vurğulanmışdı ki,
Ağdabanın işğalını
kədər hissi ilə qeyd edən
bu kəndin sağ qalan sakinlərinə, ümumən
bütün kəlbəcərlilərə
təsəlli verən
odur ki, ağdabanlıların qisası
alındı. Prezident,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti
və şanlı ordumuzun şücaəti sayəsində 2020-ci ilin noyabrında işğalçı
Ermənistan ordusu üzərində tarixi qələbə qazanıldı.
Nəinki Kəlbəcər
rayonu, ölkəmizin
illərlə əsarətdə
saxlanılan digər bölgələri də erməni tapdağından
azad edildi.
"Aşıq Şəmşir" Mədəniyyət
Ocağının sədri
olan Ağdaban sakini Cavid Qurbanov
çıxışında bu fikirləri xüsusi qeyd etmişdi: "1992-ci ilin aprelin 7-dən 8-nə keçən
gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına
dəhşətli faciə
gətirdilər. Mən
gözümü Ağdabanda
- Dədə Şəmşir
yurdunda açmışam.
Mənfur düşmən
Kəlbəcəri talaya
biləcəyini yoxlamaq
üçün Ağdabanda
vəhşiliklər törətdi.
Ağdaban faciəsi qurbanlarının xatirəsini
anmaq və faciəni yad edərək dünya ictimaiyyətinin diqqətinə
çat-dırmaq üçün
hər il dövlətimiz tərəfindən
anım mərasimləri
təşkil olunur. Bu gün artıq
qalib xalqıq, qalib ölkəyik. Bir kəlbəcərli olaraq mən də qürur duyuram ki, doğma
yurdumu gördüm. Atamı vəfat etməmişdən öncə
onu o torpaqlara apara bildiyim üçün xoşbəxtəm".
Kəlbəcər, Ağdaban həsrətini ürəyində ağrı
kimi daşıyan, həyatın min bir çətinliyinə sinə gərən, öz yaradıcılığında
təpədən-dırnağadək vətənin haqq aşiqi olan vətənpərvər ziyalımız,
unudulmaz şair, publisist və el ağsaqqalı Qənbər Şəmşiroğlu
o torpaqlara qovuşmaq ümidini dönə-dönə
dilə gətirib. O, öz nikbinliyini bir an da
itirmir, dağılan yurd yerlərini öz xəyalında abad edib çəmənzara
döndərirdi:
Könül, bu həyatın sonu səfərdi,
Ötən ömrü eşq eləmək hünərdi.
Yurda həsrət Şəmşir
oğlu Qənbərdi,
Yaşayacaq o dağların eşqinə...
Bəli, Qənbər
müəllim o dağların
eşqilə yaşadı,
dünyasını dəyişmədən
öncə doğma yurdunu gördü və bu görüşdən
çox keçmədi
ki, həyatla vidalaşdı. Bəlkə
elə Qənbər müəllimin arzusu bu idi; öz
ata-baba yurdunu bir daha görmək,
sonra həyatla vidalaşmaq. Biz bu gün qalib
bir xalq kimi Qənbər müəllimin 90 illik yubleyini onsuz qeyd
edirik. O, cismən aramızda olmasa da, ruhən həmişə bizimlədi.
Rübabə
ŞİRİNOVA
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
aparıcı elmi işçisi, fəlsəfə
üzrə fəlsəfə
doktoru
525-
ci qəzet.- 2023.- 16 noyabr.- ¹- 207.- S. 11.