Qərbi Azərbaycandakı qədim yer adlarına dair mühüm tədqiqat

Qərbi Azərbaycan məsələsi milli siyasətimizin ən mühüm hədəflərindən birini təşkil edir. Yeni dövrün reallıqları bu ümummilli mənafedə dövlətimizin qarşıya qoyduğu yeni məqsədlərin həyata keçməsində hər bir azərbaycanlının öhdəsinə yeni-yeni vəzifələr qoyur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi ədaləti bərpa etmək uğrunda mücadiləsi azərbaycanlıların vaxtilə mənfur düşmənlər tərəfindən didərgin salındıqları doğma yurd-yuvalarına qayıdışına nail olunmasına imkan yaradıb. Qərbi Azərbaycana qayıdış missiyasının aktuallıq qazanması ilə vətəndaşlarımızın da qarşısında yeni fəaliyyət istiqamətləri vəzifələri müəyyənləşib, Qərbi Azərbaycan mövzusu elmi tədqiqatların baş mövzusuna çevrilib. Hazırda bu sahədə ciddi nailiyyətlər, aktuallığı ilə seçilən maraqlı əsərlər ortaya qoyulmaqdadır. Filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın "Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili" adlı irihəcmli monoqrafiyası da bu sahədəki olduqca əhəmiyyətli əsərlərdən biridir. Bakıda ADPU-nun nəşriyyatında yenicə işıq üzü görən əsərin redaktoru filologiya elmləri doktoru, professor İbrahim Bayramov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova dosent Könül Səmədovadır.

Əsər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə söylədiyi, ciddi məzmun vəzifələr ehtiva edən nitqi ilə başlayır. Dövlət başçımız Azərbaycan xalqının ümummilli düşüncəsini ifadə etdiyi tarixi çıxışında vurğulayıb: "Qərbi Azərbaycan bizim torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir... Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir..."

Monoqrafiya giriş, iki fəsil, nəticə istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Giriş hissəsindən məlum olur ki, bu əsərdə ilk dəfə olaraq Qərbi Azərbaycan ərazisində mövcud olmuş paleotoponimlərin elmi-nəzəri əsasları, ayrı-ayrı coğrafi ərazilərdə yayılma arealları, fonetik, leksik, semantik xüsusiyyətləri araşdırılıb Azərbaycan xalqının bu ərazilərdə ən qədim yerli sakinlər olduqları elmi baxımdan əsaslandırılıb.

Əsərin 16 paraqrafdan ibarət olan I fəsli "Qərbi Azərbaycanda (indiki Ermənistanda) türk mənşəli paleotoponimlərin tarixi kökləri, fonetik, leksik, morfoloji tərkibi semantik resursları" adlanır. Müəllif paleotoponimləri xalqın ilkin yaranmış dövrlərindən onun dilinə, tarixinə, coğrafiyasına işıq tutan ən möhtəşəm mədəniyyət abidəsi kimi dəyərləndirir. Həqiqətən , bu böyük abidələrimizin kökündə xalqımızın ilkin təfəkkür, mədəniyyət tərzi, adət-ənənələri, etnik tərkibi, qədim tarixi coğrafiyası, məşğuliyyət sahələrinin ən önəmli cəhətləri yaşamaqdadır. İndiki Ermənistan ərazisində mövcud olmuş yer-yurd adları Azərbaycan dilinin, ümumilikdə türk dillərinin ən dəyərli etibarlı tarixi mədəniyyət xazinəsi kimi sözdə yaşayan əbədiləşən ulu mənəvi sərvətidir.

Əsərin "Qərbi Azərbaycan paleotoponimləri Azərbaycan türkünün etnoyaddaşının ən möhtəşəm abidəsi kimi" başlıqlı növbəti paraqrafında Qərbi Azərbaycandakı türk mənşəli paleotoponimlərin qədim kökləri tarixi faktlarla təhlil olunur inandırıcı elmi nəticələr ortaya qoyulur.

Növbəti paraqraflarda "Qərbi Azərbaycanın "art" və"ay" komponentli coğrafi adlarının paleotoponimik müstəvidə tarixi-etimoloji linqvistik təhlili aparılır, "Van" komponentli toponimlərin etimologiyası izaha cəlb olunur.

Əsərdə Sir // Şir // Siraq // Çıraq // komponentli türk mənşəli toponimlərin, "Qəmərli" paleotoponiminin, türk-Azərbaycan mənşəli "Qafan" toponiminin paleotoponimik istiqamətdə etnolinqvistik təhlili Kuti // Quti türk mənşəli etnoniminin tarixi-etimoloji təhlili, həmçinin "Əkərək" coğrafi termini əsasında formalaşmış paleotoponimlərin, "Tur" "Keş" komponentli paleotoponimlərin etnogenezinə dair tədqiqatlar göstərir ki, Qərbi Azərbaycanın türk mənşəli paleotoponimlərində fonetik, leksik-semantik istiqamətlərdə dəyişmələr olmuşdur. Yarandağı dövrdən fərqli olaraq, qeyd edilən paleotoponim etnonimlər uzun illərin, yüzilliklərin linqvistik təkamüllü nəticəsində müəyyən struktur-semantik dəyişmələrə uğramış, bəzilərində semantik cəhətdən yarandığı dövrlə müqayisədə məna çalarlarından uzaqlaşma prosesi baş verib. Belə uzaqlaşmalara ümumtürk dillərinin inteqrasiyası ilə bərabər, paleodialekt yaruslar da güclü təsir göstərib.

"Qərbi Azərbaycanın türk mənşəli toponimlərində paleodialekt şivə elementlərinin linqvistik xüsusiyyətləri"nin araşdırılması göstərir ki, Qərbi Azərbaycanın türk mənşəli toponimik sistemində bütün qrupdan olan (oykonim, oronim, hidronim) yer-yurd adlarının fonetik, leksik, fonomorfoloji, leksik-semantik qatları paleodialekt şivə elementləri ilə zəngindir. Dilimizin ən qədim elementləri paleotoponimlərdə daha yaxşı mühafizə olunaraq saxlanılıb onların yaranmasında qədim dialekt şivə ünsürləri yaxından iştirak edib.

Əsərin ilk fəslinin "İndiki Ermənistanda türk-Azərbaycan mənşəli toponimlərin paralelləri", "İndiki Ermənistanda Azərbaycan mənşəli paleotoponimlərdə baş vermiş fonetik hadisələrin linqvistik xüsusiyyətləri", "İndiki Ermənistan ərazisindəki paleotoponimlərin Mahmud Kaşğari "Divanı"nda izləri"və "Qərbi Azərbaycanın türk mənşəli toponimlər sistemində "göy" komponentli coğrafi adların paleodialektal müstəvidə linqvistik təhlili" adlı müxtəlif paraqraflarında Qərbi Azərbaycan ərazisində mövcud olmuş türk mənşəli paleotoponimlərin tarixi, coğrafi, linqvistik istiqamətlərdəki təhlilləri göstərir ki, indiki Ermənistan Azərbaycan türklərinin ta qədimdən tarix boyu yaşadıqları, özlərinə əbədi məskən seçdikləri yurd yerləridir.

Monoqrafiyanın II fəsli "Qərbi Azərbaycanda rəng bildirən sözlər əsasında formalaşmış paleotoponimlərin tarixi-linqvistik təhlili" adlanır. Beş paraqrafdan ibarət olan bu fəslin daxilində, əsasən, Qərbi Azərbaycanda "", "qara", "sarı", "al" "ala" komponentli paleotoponimlərin leksik-semantik xüsusiyyətləri, həmin sözlərin toponimlərdəki məna çalarları, eyni zamanda toponimlərin qədim fonetik, leksik-semantik yaruslarının dəyişməsi prosesinin linqvistik xüsusiyyətləri geniş şəkildə araşdırılır. Professor Mahirə Hüseynova indiki Ermənistan ərazisində mövcud olan Azərbaycan paleotoponimiyasının qədim türk (paleoazərbaycan) fonetik hadisələri ilə zəngin olduğunu fonetik hadisələrin əksər tiplərinə bu regionda rast gəlindiyini konkret dil faktları əsasında sübut edir. Belə fonetik hadisələrə məruz qalmış toponimik vahidlərin müxtəlif növ obyekt adlarının tərkibində mühafizə etdikləri arxaik məna çalarları həm qədim türk abidələri qohum türk dilləri materialları əsasında, həm coğrafi obyektin özünün bilavasitə müəyyən səciyyəvi cəhətləri əsasında tədqiq edilir.

Məlum həqiqətdir ki, ermənilər Qərbi Azərbaycandakı paleotoponimləri ötən iki yüz il ərzində mənəvi soyqırıma məruz qoysalar da, tarixi faktları yer üzündən silmək mümkün olmadı. Qərbi Azərbaycan ərazisində mövcud olmuş paleotoponimlərin bərpası təxirəsalınmaz aktual problemlərdən birini təşkil edir. Professor Mahirə Hüseynovanın tarixin daş yaddaşını vərəqləyib faktların dili ilə danışan bu əsəri mənfur qonşuların ərazi iddialarına qarşı çox tutarlı cavab kimi razılıq minnətdarlıq doğurur.

 Zülfiyyə İsmayıl

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

525- ci qəzet.- 2023.- 17 noyabr.- №-208.- S. 15.