Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq - İlham Rəhimli yazır

İlham RƏHİMLİ

Ölkə başçısı, cənab Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Müasir Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1990-cı illərdə Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri idi. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq, məhz Ağdam rayonundan başlamışdı. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bəzi havadarlarına arxalanaraq, Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etmişdi. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitmişdi. İşğal nəticəsində rayon ərazisinin 1094 kvadrat kilometrindən 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdu.

Ağdam ağır yeyinti yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik rabitə cihazları, metiz-furnitur, traktor avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları ət kombinatları, iki dəmir yolu vağzalı aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı s. sosial mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.

Ağdamın qədim tarixi abidələri rayonun minillik keşməkeşli illərdən keçərək, bu günə qədər gəlib çatdığını təsdiq edir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq, aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloqların apardığı arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni Eneolit dövründə yaşayıb, qədim əkinçilik maldarlıq mədəniyyətinə bələd olublar. Arxeoloqlar apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olub.

1993-cü il iyul ayının 23-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Azərbaycanın işğal altında olan digər rayonlarında olduğu kimi, Ağdamda da ermənilər tarixi mədəni abidələri dağıdıb, əsl vəhşilik nümayiş etdiriblər. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıblar. Belə muzeylərdən Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyinin adlarını çəkmək olar. Bir sözlə, rayondakı tarixi, mədəni, dini abidələr erməni işğalçıları tərəfindən məhv edilib.

Qeyd etmək lazımdır ki, Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etmişdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması haqqında çağırış etmişdi. Eyni zamanda, 29 iyul 1993-cü il tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmişdi. Orada daişğalçı qüvvələrin Ağdam rayonu digər yenicə işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam qeyd-şərtsiz çıxarılmasıtələb olunmuşdu. Lakin Ermənistan tərəfi buna da tabe olmaqdan yayınmışdı. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan olunması ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirmişdi.

Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri, şücaətli əsgərlərimiz 44 günlük Vətən müharibəsi ərzində düşməni məhv edərək torpaqlarımızı azad etdilər. Bundan sonra imzalanan üçtərəfli Bəyanatla Ermənistan işğal etdiyi Ağdam, noyabrın 20-də Azərbaycana təhvil verildi.

2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görəmedalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusuAğdamın azad olunmasına görəmedalı ilə təltif olundu.

Ötən ilin noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində səfər etmişdilər. Səfər zamanı dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə böyük sevinclə izləyir.

Əminliklə bildirmək istəyirəm ki, Prezident cənab İlham Əliyevin rəhbərliyilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız, o cümlədən, Ağdam da bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar.

525-ci qəzet .- 2023.- 21 noyabr, ¹ 210.- S.6.