Qələmsiz yazılanlar
status-esseləri
Rəşad MƏCİD
"525-ci
qəzet"in baş
redaktoru, Azərbaycan Yazıçılar Birliyinin
sədr müavini
Xankəndidən Daşkəndə.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev İqtisadi Əməkdaşlıq
Təşkilatının 16-cı Zirvə toplantısında
iştirak etmək üçün noyabrın
8-də Özbəkistana səfərə
gedib.
Tanrı
Sizin gücünüzü
və enerjinizi qorusun, cənab Prezident!
lll
Telefonu söndürəndə özünü
orta əsrlərdə
hiss edirdi.
lll
"Nə yaxşı gəldin"
İki gözəl
və istedadlı xanımın - Ayşən
Mehdiyeva və Aygün Bayramlının ərsəyə gətirdiyi
bu gözəl mahnıya görə dərin təşəkkürümü
bildirirəm.
30 il əvvəl yazılan şeirə belə can verib diriltdiyinizə, ruhumuzu oyatdığınıza, sirli
musiqi və ecazkar ifanızla bizi reallıqdan uzaqlaşdırdığınıza görə minnətdaram!..
lll
Heç şübhəsiz, idman jurnalistləri, obyektiv mütəxəssislər oyun
barədə fikirlərini
bildirəcəklər; səhv
haydaydı, nədəydi
- təhlil edəcəklər. Mənim fikrimcə,
"Qarabağ" "Bayer" kimi güclü rəqiblə açıq
futbol oynamamalıydı.
Hesab komandaların
büdcəsinə uyğun
gəlsə də, oyuna adekvat deyildi.
Məyus olmağa dəyməz.
Yola davam,"Qarabağ"!
lll
Naməlum psixoloq xanım "emosional ehtiyac" terminini məşhurlaşdırdı. Mövzunun dərininə
getməyə isə elmi ehtiyac duyulur.
Tanınmış psixoloq
xanım Vəfa Əkbərin "Ehtiyaclar
piramidası"nı
gündəmə gətirməsi
yerinə düşür
və məsələyə
elmi ehtiyacı qismən doydurur.
lll
Səhər-səhər Aytac Sahədin "Ədəbiyyat bizi bədbəxt edir" yazısını oxumaq xoş oldu; düşündürücü və səmimi, saf reallıq.
"Yazmaq elə
bir xəstəlikdir ki, ona yoluxandan
sonra sağalmaq, asanlıqla başqa yol tutmaq mümkün
deyil. Yazmağı sən seçmirsən,
o səni seçir.
Necə deyərlər, yazıçılıq
taledir".
lll
Elə sahələr
var ki, orda
qənaət ziyan edir.
lll
Belə gözəl havaya anomal deməzlər.
lll
Son günlərin bir
sıra əhəmiyyətli
hadisələri içərisində
iki mühüm tədbir şüuraltımdan
çəkilmir, onların
xoş diktəsini, pıçıltısını duyurmuş kimi oluram.
Gürcüstan paytaxtında 150 illik tarixi olan Tbilisi Dövlət Azərbaycan
Dram Teatrının müasir
üslubda inşa ediləcək yeni binasının təməlqoyma
mərasimi barədə
tez-tez düşünürəm. 1872-ci ildə təsis edilmiş Tbilisi Dövlət
Azərbaycan Dram Teatrı
1947-ci ilə kimi fəaliyyət göstərib,
2004-cü ildə Ulu öndər Heydər Əliyevin adı verilməklə yenidən
fəaliyyətə başlayıb.
Yeni, möhtəşəm
binanın təməlinin
qoyulması teatrın
fəaliyyətinə stimul
verəcək, tarixi yaddaşı diriltmək baxımından mühüm
hadisəyə çevriləcək...
Bakıda
keçirilən "İraq
türkmanları və
türk dünyası:
Tarixi yaddaşın bərpası" adlı
beynəlxalq elmi-praktik
konfransa 40 nəfərə
yaxın qonaq dəvət olunub. Müxtəlif mövzularda müzakirələrin
keçirilməsi tarixi
yaddaşı oyatmaqla
həm də gələcəyə nikbin
baxmağa əsas verir.
Hər ikisi müdrik, uzaqgörən siyasətin, məqsədyönlü
əzmin, güclü
iradənin göstəricisi
olmaqla yanaşı, düşündürücü və bizi də
məhz bu əsasda ardıcıl fəaliyyətə sövq
edə biləcək hadisədir.
lll
Münasibətini açıq bildirməyin
rahatlığı...
lll
Votsapın səsli mesajları kommunikasiyanı rahatlaşdıran
ən yaxşı icaddır.
lll
Təvazökarlıq gözəl keyfiyyətdir,
ehtiram və rəğbət yaradır.
lll
İnnovasiya ekosistemi indi ən məşhur termindir.
lll
Tədbirlərdə iştirakçıların yarıdan
çoxu telefona baxır.
lll
"İnnovasiyalar çox
zaman fərqli düşüncə və
səhvlərin nəticəsində
ortaya çıxır.
...Bugünkü gənclər
daha yaradıcı və dinamikdirlər".
Təhsilin İnkişafı Forumunun
"İnnovasiya ekosistemlərinin
yaradılması" panelində
çıxış edən
iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin bu fikirləri düşündürücü idi.
Səhv varsa, demək, fərqli nəsə yaratmağa cəhd edilib. İnnovasiya isə məhz
fərqli, yenilikçi
insanların, xüsusən
yaradıcı və dinamik gənclərin sayəsində mümkün
olur.
lll
"Gülüstan" sarayından
görünən mənzərəni
30 il əvvəl
xəyal edə bilməzdik.
lll
Sosial şəbəkələrin
meydan suladığı
indiki dövrdə psixi pozğunluğu, sapıntılı orientasiyası,
şübhəli reputasiyası,
küt düşüncəsi
olan adamlar hər cür sərsəm fikirlər səsləndirə bilərlər. Amma özünə
hörmət edən ciddi media subyektləri,
normal düşüncəli fəal sosial şəbəkə istifadəçiləri
belə sərsəm fikirləri yaymamalı, tirajlamamalı, əksinə,
hiddət və etirazlarını bildirməli,
xaosun, bulanıqlığın
qarşısında sipər
olmalıdırlar.
lll
Mətbuat Şurası İdarə Heyətinin üzvləri və Media Agentliyinin nümayəndələri də
stadionda olacaq.
Bayraq günündə "Qarabağ"ı
dəstəkləyəcəyik!
lll
Bakıda 5 gün kitab havası.
Siz də nəfəsinizi dərin!
Sabahınız kitabla açılsın!
lll
Bakı Dövlət Universitetində
Mətbuat Şurası
auditoriyası yaradılır. Uğurlu
olsun!
lll
Saxta xəbəri
ayırd etmək də yetkinlikdir.
lll
Leksikonu vulqarizmlə dolu olandan səsi eşidilənədək uzaq
durun.
lll
Ayaz Mirzəyev, "Nəsil ağacı" filmini çox bəyəndim! Təbrik edirəm! Var ol!
Arzular gerçəkləşsin!
lll
Niyə biz neqativləri daha çox qabardırıq?
Yaxşıları görməyə, deməyə
niyə həvəsli
deyilik?
Qaramat, pisniyyət
adamlar var, ətrafını ancaq bədbin ovqata kökləyirlər.
Mental xasiyyətdimi bu
bizdə?
Bəlkə, dərin kökləri var?
Bəlkə, gəvəzəlik etmək,
boş-boş danışmaq
elə xüsusi qabiliyyət istəmədiyi,
amma yaxşını
görmək, demək
və öymək istedad, böyük ürək tələb etdiyi üçün belədir?
Fərd halında, Zəfərimiz
sübut etdi ki, elə birlikdə
də istedadlı xalqıq.
Bugün
öz tarixinin ən şərəfli, işıqlı dövrünü
yaşayan ölkəmizdə
sevinməli, fəxr və mədh etməli o qədər hadisələr var ki!
Amma biz hansısa
neqativi tapıb çözələyirik. Sosial çətinliklərdənmi
qaynaqlanır bu?
Axı belə bədniyyətliyi
varlı, imkanlı, sosial rifah içində
yaşayan adamlarda da çox görürük.
Aza qane olan kasıbın qürurunu saxladığına
çox şahid olmuşuq.
Əgər bu, cəmiyyət olaraq xarakterimizdisə, Zəfərimiz onu da dəyişə bilərmi? Qalib ölkənin vətəndaşı
olmağın qürur
və sevincinin milli iftixar duyğusuna,
dəyişməz xarakterə
çevrilməsi, özünəgüvən
və sevginin hər addımda görünməsi üçün
neyləməliyik?
Zamanmı lazımdır buna? Yoxsa
davamlı təbliğatmı?
Fərdi
və kütləvi proqramlar, psixoloji inkişaf təlimləri ilə düzələr, bəlkə? İçimizdəki kini, xıltı boğub, qəlbimizdəki
sevgini cücərdib artırmağa necə
nail olaq?
Hər halda bir yolu var
bunun. O yolu tapmağa çalışaq
ki, neqativdən pozitivə yönələk.
lll
Nazir düz deyir, çoxusu oxuduğunu başa düşmür, ya da diqqətlə oxumur, özünü əziyyətə salmaq istəmir.
lll
Fikir bildirməyə də gərək haqqın ola.
lll
Bir müddət
öncə jurnalistlər
səviyyəli musiqi proqramı nümunəsi kimi İTV-nin "Hər zaman musiqi" verilişinə
münasibətimi soruşmuşdular. Baxmadığım
verilişə münasibət bildirməyin qeyri-ciddi
olduğunu söyləmişdim.
İndi də futbol millimiz birinci hissədə Belçikaya böyük hesabla məğlub olub oyuna marağımı tar-mar etməsəydi, fasilə zamanı kanalı dəyişməsəydim, Saleh Bağırovun şövqlə aparıcılıq etdiyi bu verilişə bu gün də baxa bilməyəcəkdim. Səviyyəli musiqilərdən, ifalardan, təhlillərdən xeyli zövq aldım. O qədər maraqlıydı ki, heç qayıdıb futbolun davamına da baxmadım. Yekun hesabı təxmin edirəm. Hər ziyanda bir xeyir var. Məğlubiyyət olmasaydı, "Hər zaman musiqi"yə bu dəfə də baxa bilməyəcəkdim.
Efir məkanımızda səviyyəli musiqimizi belə gözəl təqdim edən verilişlərin artması ümidiylə Saleh Bağırovu və bütün əziyyəti olanları təbrik edirəm.
lll
Dövlət Gömrük
Komitəsinin təşkil etdiyi "Gömrük Biznes Forumu 2023"ün oxşar tədbirlərdən fərqi və üstünlüyü yeni
tətbiq və proqramların gömrük
əməkdaşları tərəfindən təqdimatı oldu. Forumda iştirak
edən hökumət və dövlət nümayəndələri,
sahibkarlar və media rəhbərləri
Komitənin əməkdaşlarını daha
yaxşı tanıdılar və səviyyələrinə bələd
oldular. Adətən, rəhbərlikdə
qısqanclıqlar olur, əməkdaşların
qabarıq görünməsinə ehtiyatla
yanaşırlar. Bu dəfə tərsinə
oldu və xoş təsir
bağışladı.
Sahibkarların müxtəlif suallarının
cavablandırılması da məmnunluq
yaratdı.
525-ci qəzet .- 2023.- 22 noyabr, №
211.- S.9.