“Azad oldun, Qarabağ” silsiləsindən
Bilirdik, darıxırdın...
Səni işğal
etdilər,
aldılar əlimizdən,
bizsiz qaldın,
Qarabağımız...
Bilirdik, darıxırdın
bizdən ötrü,
ayaq izlərimizdən
ötrü
daş küçələrin,
dağların, dərələrin,
meşələrin, yaylaqların
darıxırdı,
əl izlərimizdən
ötrü
otların, çiçəklərin,
xarıbülbülün...
Topxana meşəsindən
Cıdır düzünə çəkilən
asma körpüdən
asa bilmədilər
ümidlərimizi...
Yenə bizim
oldun,
yenə ayaq
izlərimiz
qalacaq sinəndə,
ümidimiz igid
oğullara,
Ali Baş Komandana idi,
onlar xilas etdi səni,
azad oldun, Qarabağ!
Suqovuşan yüksəkliyi
Suqovuşan yüksəkliyi,
Səni
də aldı igidlər.
Qovuşmuşuq artıq sənə,
Qələbə çaldı igidlər.
Yüksəkliklər alındıqca
İgid
oğullar yüksəldi.
Qələbəni bayram edən
Xalq sənə salama gəldi.
Daha ağlamayacağıq,
Dərdimiz qaldı dünəndə.
Gözümüzdə yaşa dönən
Sular qovuşacaq səndə.
"Xudayar təsnifi"
Gülümsər çöhrəylə, şirin səs ilə
"Vətən nəğməsi"ni
oxudu, getdi.
İgidlik göstərdi o, həvəs
ilə,
Nəğmədən bir çələng toxudu, getdi.
Getdi qorxmayaraq düşmən
üstünə,
Getdi Vətənini geri almağa.
Xalqı
çıxsın deyə
günəşli günə
Getdi Vətən üçün
şəhid olmağa.
Nə qədər çıraqlar
yanarkən söndü,
Aldılar düşməndən əsir diyarı.
"Xudayar təsnifi" tarixə döndü,
Yaşatdı o igid, mərd Xudayarı.
Dəmir Yumruq
Neçə ildə nələr,
nələr çəkmədin?
Gözün aydın olsun sənin, ey Vətən!
Heç
kimsəyə gözlərini
dikmədin,
Azərbaycan, mübarəkdir qələbən!
Birləşdilər bu xalq ilə bu
ordu,
Dəmir
Yumruq dedi qəti sözünü.
Ər oğullar xilas etdi bu yurdu,
Qoymadı heç düşmən
açsın gözünü.
O dərd, yara qaldı daha keçmişdə,
Millət,
ordu - indi hamı bir eldir.
Yumruq kimi bir olduq
bu döyüşdə,
Birləşib bir olmaq necə gözəldir!
Torpaq unudularmı?...
Əsirlikdən xilas oldu torpaqlarımız
danışardılar dilləri olsaydı,
bizim üçün
necə darıxdıqlarını
deyərdilər,
gördükləri haqsızlıqlardan
söz açardılar.
Yenə bizə
dönməyin
sevincini bölüşərdilər...
Onları unutmadığımızı
deyərdik biz
də
torpaq unudularmı,
Vətən yaddan çıxarmı?
O günlər də geridə qaldı,
yenə o yerlər bizə doğma oldu...
Xuraman Hüseyn
525- ci qəzet.- 2023- cü il.- 3 noyabr.- ¹ 200.- S. 15.