“Heydər
Əliyev. Böyük insan
haqqında xatirələr” kitabının təqdimatı olub
TƏDBİRDƏ
“VİLAYƏT QULİYEV. BİBLİOQRAFİYA” KİTABININ
DA TƏQDİMATI KEÇİRİLİB
24 noyabr tarixində Azərbaycan Milli Kitabxanasında görkəmli ictimai-siyasi xadim, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vilayət Quliyevin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev.
Böyük insan haqqında xatirələr”
və Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin Milli Kitabxana ilə birgə “Azərbaycanın
görkəmli şəxsiyyətləri”
seriyasından nəşr
etdiyi “Vilayət Quliyev. Biblioqrafiya” kitablarının təqdimatı olub.
Qonaqları salamlayaraq tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Vilayət Quliyevin müəllifi olduğu “Heydər Əliyev. Böyük insan
haqqında xatirələr”,
həmçinin “Vilayət
Quliyev. Biblioqrafiya” kitablarının təqdimat mərasiminə
toplanıldığını qeyd edib. Direktor çıxışında ictimai-siyasi
xadimin Azərbaycanın
istiqlal mübarizə
tarixində müstəsna
rol oynayan görkəmli şəxsiyyətləri
haqqında arxiv materialları əsasında
yazdığı kitablardan
bəhs edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov çıxışında öncə Vilayət Quliyevin Vətənə olan xidmətlərindən bəhs edib, onun elmi fəaliyyətini yüksək qiymətləndirib. Daha sonra o, təqdim olunan biblioqrafiyanın ərsəyə gəlməsində iştirak etməyin Mədəniyyət Nazirliyi üçün qürurlu an olduğunu, alimin yaradıcılığında ədəbiyyatla yanaşı siyasi mövzuda yazılan kitabların xüsusilə, Azərbaycanın Cümhuriyyət tarixi ilə bağlı yazdığı əsərlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Asif Rüstəmli, Azərnəşrin baş direktoru Əlövsət Ağayev, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı kimi rəsmiler, elm xadimləri iştirak edərək çıxışlarında Vilayət Quliyevin Cümhuriyyət tariximizlə bağlı yazdığı əsərlərin öz üslubu ilə seçildiyini, kitablarının siyasi memuar janrının dəyərli nümunələrindən biri olduğunu, Ulu Öndər Heydər Əliyevlə bağlı müəllifi olduğu “Heydər Əliyev. Böyük insan haqqında xatirələr” kitabın önəmini söyləyiblər. Həmçinin çıxışda Vilayət Quliyevin geniş yaradıcılıq fəaliyyətini əks etdirən biblioqrafiyanın məzmunundan danışılıb.
Sonda ictimai-siyasi
xadim, ədəbiyyatşünas alim Vilayət Quliyev
kitabın nəşrində əməyi keçən hər
kəsə təşəkkürünü bildirib.
525-ci qəzet 2023.- 25 noyabr, ¹ 214.- S.13.