Təhsil tariximiz üçün yeni qızıl səhifə: Xankəndidə
Qarabağ Universiteti
İCTİMAİYYƏT
NÜMAYƏNDƏLƏRİ PREZİDENT İLHAM
ƏLİYEVİN QARABAĞ UNİVERSİTETİNİN
YARADILMASI İLƏ BAĞLI SƏRƏNCAMINI YÜKSƏK
QİYMƏTLƏNDİRİR
Pərvanə SULTANOVA
pervane525@mail.ru
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də
Xankəndidə Qarabağ
Universiteti yaradılması
barədə sərəncam
imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən
ali təhsil
müəssisəsinin əsasında
Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyinin tabeliyində
"Qarabağ Universiteti"
publik hüquqi şəxs yaradılır.
Nazirlər Kabinetinə iki
ay müddətində universitetin
nizamnaməsini təsdiq
edib bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi
ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində
torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll
etmək, Sərəncamdan
irəli gələn digər məsələləri
həll etmək tapşırılıb.
Dövlət başçısının imzaladığı
bu qərar ictimaiyyət tərəfindən
böyük rəğbətlə
qarşılanıb. Bu, bir tərəfdən Qarabağ
regionunda ali
təhsil ənənəsini
inkişaf etdirəcək,
eyni zamanda regionda yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcək.
Bu gün işğaldan
azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri,
eləcə də əmək bazarının
tələbləri regionda
yüksəkixtisaslı kadrların
hazırlığını həyata keçirən ali təhsil
müəssisəsinin təşkili
zərurətini meydana
çıxarıb. İşğaldan
azad edilmiş ərazilərin yenidən
qurulması, bərpası
və sonrakı mərhələlərdə dayanıqlı
inkişafına nail olunması
üçün ən
önəmli strateji istiqamətlərdən biri
bölgənin minalardan,
partlamamış hərbi
sursatdan təmizlənməsi
vasitəsilə əhalinin,
infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı
təyinatlı ərazilərin,
həmçinin strateji
əhəmiyyətli tikililərin
və binaların təhlükəsizliyinin təmin
edilməsidir. Hazırda Qarabağda
bütün proseslər
paralel şəkildə
həyata keçirilir.
Xatırladaq ki, Qarabağ regionunda ilk ali
təhsil ocağı
1969-cu ildə Azərbaycan
Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən
1988-ci ilədək ali
təhsil müəssisəsi
kimi fəaliyyət göstərib, ərazilərimizin
işğalı dövründə
isə fəaliyyətini
dayandırıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib
ki, Qarabağ Universitetinin yaradılması
bir çox məqamlar baxımından
xüsusi əhəmiyyət
daşıyır: "Cənab
Prezident bu qərarı imzalamaqla Azərbaycanda qeyd edilən prosesə öz töhfəsini verdi. Bu gün bizim qarşımızda çox
mühüm vəzifələr
durur. Onların sırasında qələbəmizin
daha da möhkəmləndirilməsi,
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması,
Qarabağın yenidən
qurulması və bərpa olunması var. Bu mənada Qarabağ Universitetinin yaradılması
çox önəmli
bir məsələdir.
Eyni zamanda bu, tarixi ədalətin
bərpası deməkdir".
Deputat hesab edir ki,
Universitetin yaradılması
barədə qərar
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır:
"Uzun müddətdir
ki, Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı geniş müzakirələr aparılırdı.
Artıq
cənab Prezident Azərbaycan xalqının
arzusunu yerinə yetirdi, belə bir universitetin yaradılması barədə
sənəd imzaladı.
Hesab edirəm ki, çox vacib və önəmli qərardır. Qarabağın Azərbaycan xalqının
qəlbində xüsusi
yeri var. Bu mənada universitetin yaradılması
da Azərbaycan həqiqətlərinin təbliğində,
Azərbaycanın qarşısına
qoyduğu məqsədlərin
icrası və yerinə yetirilməsində
öz töhfəsini
verəcək. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, bu, həmçinin
Bakıdakı sıxlığın
azaldılması prosesinə
də öz töhfəsini verəcək.
Bu gün biz bölgələrdə
yeni universitetlər, yeni ali
təhsil müəssisələri
yaratmalıyıq ki, bu prosesə dəstək olsun. Bir sözlə, bu qərar çox mühüm əhəmiyyət
daşıyır və
bütün xalq tərəfindən böyük
rəğbətlə qarşılandı".
Xankəndi Pedaqoji İnstitutunda
rektor vəzifəsində
çalışmış Raqif Kərimov isə "modern.az" saytına
deyib ki, Azərbaycan Prezidentinin Xankəndidə Qarabağ
Universitetinin yaradılması
barədə sərəncamını
ürəkdən alqışlayır
və əgər yeni açılacaq Qarabağ Universitetində
işə dəvət
alsa, çox böyük həvəslə
qəbul edər:
"Mən Xankəndi
Pedaqoji İnstitutunda
1976-ci ildən işğal
dövrünə qədər
həm müəllim,
həm də rektoru kimi fəaliyyət
göstərmişəm. Orada pedaqoji
fəaliyyət çox
yüksək səviyyədə
qurulmuşdu. Tələbələr çox yaxşı oxuyurdular, çünki təhsilə ciddi nəzarət var idi. Tələbələr qarşısına ciddi tələblər qoyulurdu. Azərbaycan Prezidentinin Xankəndidə
Qarabağ Universitetinin
yaradılması barədə
sərəncamını ürəkdən
alqışlayıram. Nəinki mən, vaxtilə Xankəndidə müəllim
işləmiş bütün
digər həmkarlarım
yeni açılacaq Qarabağ Universitetinə böyük həvəslə
gedib işləməyə
razı olarıq.
Bizim gənc müəllimlərimiz
də çox vətənpərəvərdir. Onların da həvəslə gedib çalışacaqlarına
şübhəm yoxdur".
Vaxtilə bu universitetdə
müəllim kimi çalışmış Yusif
Fərzəliyev bildirib
ki, yeni açılacaq universitetdə
hər fakültədən
olan ixtisasların tədris olunması daha yaxşı olar: "Mən o vaxtlar Ağdərə rayonunun Çərəkdar
kəndində 8 illik məktəbdə çalışırdım.
Sonra Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli
şəhər məktəbində
tarix müəllimi kimi işləmək təklif edildi. Mən də bu təklifi
qəbul etdim və həmin məktəbdə işləməyə
başladım. Bir ildən
sonra Xankəndi Pedaqoji İnstitutunda Ümumi tarix kafedrasına müsabiqə
elan olundu. Mən müsabiqədə qalib oldum. Xankəndi ermənilər tərəfindən
işğal olunana qədər institutda müəllim kimi çalışdım. O vaxtlar Xankəndi İnstitutunda təxminən
2000 tələbə təhsil
alırdı. İnstitutda əvvəlcə
Tarix, Azərbaycan dili-ədəbiyyat və riyaziyyat fakültələri
var idi. Sonradan İbtidai təhsilin pedaqogikası
və metodikası fakültəsi də açıldı. Təhsil 3 dildə
- Azərbaycan, erməni
və rus dillərində idi. Rus bölməsində az tələbəyə
rast gəlinirdi. Onlar da da rus
hərbçilərin övladları
idi. Digər tələbələrin çoxu erməni milliyətindən olan sakinlərin övladları
idi. Dərs keçən müəllimlər
də əsasən ermənilər idi. İnstitutda çox yaxşı nizam-intizam var idi. Dərsə gecikmək olmazdı.
Təsəvvür edin ki, bir müəllim dərsə 5 dəqiqə
gecikirdisə, ona xəbərdarlıq olunurdu.
Düşünürəm ki, yeni açılacaq universitetdə
hər bir ixtisas üzrə tədris həyata keçirilsə, çox
yaxşı olar.
İstərdim ki, Ağdamda
da ölkə iqtisadiyyatının inkişafına
töhfə verə biləcək aqrar sahəyə aid bir universitet yaradılsın".
Elm və Təhsil Nazirliyi yanında İctimai
Şuranın üzvü İlqar
Orucov deyib ki, sərəncamı Azərbaycanın təhsil
tarixində çox mühüm
hadisə adlandırıb. Onun sözlərinə
görə, Qarabağ regionunda
ali təhsil ənənəsi hər zaman mövcud olub və bu, Prezidentin sərəncamında da
qeyd olunur: "Tarixi şəhərimiz Xankəndi hər zaman Qarabağ bölgəsinin
mədəni intellektual mərkəzi
funksiyasını uğurla həyata
keçirə bilib. Məhz məkan olaraq Xankəndi şəhərinin seçilməsi
təsadüfi deyil. Hesab edirəm ki, bu, həm də Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli
Sərəncamı ilə təsdiq olunmuş
Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair birinci Dövlət
Proqramından irəli gələn məsələlərdir. İşğaldan azad
olunmuş ərazilərin yenidən
qurulması, bərpası, dayanıqlı inkişafı, eyni zamanda yüksək həyat
səviyyəsinin təminatı üçün
kifayət qədər böyük işlər
görülür".
Ekspert deyib
ki, Qarabağ Universitetinin yaradılmasını hər birimiz səbİrsizliklə gözləyirdik:
"Qarabağ Universitetinin yaradılması ilə
bütövlükdə işğaldan azad olunmuş ərazilərin
iqtisadi potensialının gücləndirilməsi,
əmək bazarı üçün
yüksək ixtisaslı kadr
hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkil
olunması həm də bu zərurətdən
irəli gəlir. Universitetlərin yerləşdiyi məkanlara
baxanda görürük
ki, universitet təkcə
həmin şəhərin ali təhsil mühitini formalaşdırmır. Eyni zamanda, mədəni mühiti formalaşdırır, sürətli
inkişafı şərtləndirir. Digər tərəfdən,
iqtisadi baxımdan həmin bölgəni daha cəlbedici edir. Bu universitetin Xankəndidə
yaradılması barədə düşünərkən hesab edirəm ki, bu, xalqımızın hər bir
nümayəndəsinin arzusu idi. Mən fürsətdən istifadə edərək
Ali Baş Komandan, Prezident İlham Əliyevə təhsilimizə
göstərdiyi qayğıya, eyni zamanda işğaldan azad olunmuş ərazilərin
yenidən qurulmasına göstərdiyi diqqətə görə
təşəkkürümü ifadə edirəm. Hesab edirəm ki, Qarabağ Universiteti Azərbaycanın
ən yaxşı universitetlərindən bəlkə də birincisi olacaq".
O hesab edir
ki, universitet nəinki
bölgənin, eyni zamanda
ölkəmizin inkişafında müstəsna yerə və rola malik olacaq.
525-ci qəzet .- 2023.- 29 noyabr, №
215.- S.4.