Bölgələrdən istedadlı uşaqları rəqs sənətinə cəlb
edə bilmirik"
BAKI XOREOQRAFİYA
AKADEMİYASININ REKTOR ƏVƏZİ, ƏMƏKDAR ARTİST
NAİLƏ MƏMMƏDZADƏ: "XOREOQRAFİYA
SƏNƏTİNƏ GƏLƏN OĞLANLARIN SAYI ÇOX
AZDIR"
Xoreoqrafiya mürəkkəb
və maraqlı olduğu qədər həm də xüsusi incəlik tələb edən zərif sənət növlərindəndir. Hərfi
mənası "rəqs"
və "yazıram"
demək olan xoreoqrafiya rəqs və pantomima sənəti də adlanır.
Ölkəmizdə "Xoreorafiya" adında məktəb 1929-cu ildən
fəaliyyət göstərməyə
başlayıb. 1935-ci ildə
Azərbaycan SSR Xalq Maarif Komissarları Şurasının qərarı
ilə "Xoreoqrafiya
Məktəbi" "Bakı
Xoreoqrafiya Texnikumu",
1962-ci ildə isə Azərbaycan SSR Nazirlər
Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin qərarı ilə "Azərbaycan SSR Mədəniyyət
Nazirliyi nəzdində
Bakı Xoreoqrafiya Məktəbi" adlandırılıb.
Hazırda Bakı Xoreoqrafiya Məktəbində
iki bölmə fəaliyyət göstərir:
klassik bölmə və xalq bölməsi.
Klassik bölməyə
5-ci sinifdən, xalq bölməsinə 8-ci sinifdən
şagirdlər qəbul
olunur. 1-4-cü siniflər
hazırlıq mərhələsidir.
Həmin siniflərdə
xoreoqrafiya sənətinin
ibtidai, təməl elementləri şagirdlərə
aşılanır. Elə
bugünkü həmsöhbətimiz
də, xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının rektor əvəzi, Əməkdar
artist Nailə Məmmədzadədir.
- Nailə xanım, Bakı Xoreoqrafiya Akademiyasının
başlıca vəzifəsi
nədən ibarətdir?
- Akademiyamızın əsas
vəzifəsi klassik balet, dünya, xalq və Azərbaycan
rəqsləri üzrə
alitəhsilli kadrlarları
hazırlamaq, fundamental, elmi
tədqiqatlar aparmaq,
yeni beynəlxalq təcrübəni
öyrənmək və
bu bilikləri tədrisdə tətbiq etməkdir.
- Daha çox hansı rəqslərə
müraciət olunur?
- Həm tələbə, həm şagird qəbulunun nəticələri
daha çox milli rəqsə marağın
olduğunu göstərir,
lakin sevindirici haldır ki, son zamanlar klassik rəqsə də maraq artıb.
- Bəs gənclərin bu sahəyə marağı varmı?
- Bəli, var. Əvvəlki
illərlə müqayisədə
xoreoqrafiya sənətinə
olan marağın artdığını deyə
bilərik. Əsasən,
qızlarımız bu
sahəyə maraq göstərir, həm klassik, həm də milli rəqsdə kifayət qədər qızlar var. Təəssüf
ki, xoreoqrafiya sənətinə
gələn oğlanların
sayı azdır. Xoreoqrafiyanı
seçən oğlanlar
da daha çox milli rəqslərimizə yönəlirlər.
Bakı Xoreoqrafiya Akademiyası olaraq, gənclərin, xüsusilə
də oğlanların
xoreoqrafiya sənətinə
marağını daha
da artırmaq istiqamətində
müəyyən layihələr
üzərində işləyirik.
Uzun müddətdir bölgələrdə davam
etdiyimiz ustad dərsləri də bu marağı artırır. Amma ümumilikdə
xoreoqrafiya sənətinə
maraq tempi yüksəkdir.
- Xoreoqrafiya Akademiyası ilə bağlı bəzən bir çox narazılıqlar
eşidirik. Bu nə ilə bağlıdır?
- Biz xoreoqrafiyanın
inkişafı üçün
bütün tənqidləri
qeydə alırıq,
onların üzərində
işləyirik. Əlbəttə,
tənqid olmasa, inkişaf da olmaz. Təbii ki, sağlam və qərəzsiz tənqidi nəzərdə
tuturam. Xoreoqrafiya sənətinə töhfə
vermiş peşəkar
sənət adamlarının,
mütəxəssislərin, müəllimlərin, tələbələrimizin
fikirləri bizim üçün əhəmiyyətlidir.
Hamımızın bir
istəyi, bir amalı var - Azərbaycan mədəniyyətinin inkişaf
etməsi, şaxələnməsi.
Hazırda akademiya mədəniyyətimiz üçün
səfərbər olub.
Bakı Xoreoqrafiya Akademiyasının gördüyü
işlərin qiymətini
isə tədbirlərimizə
böyük maraq göstərən, səhnə
zallarında hər
zaman yanımızda olan
tamaşaçılarımız verirlər.
- Akademiyanızın beynəlxalq
əlaqələri hansı
səviyyədədir?
- Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq əlaqələrin genişləndirilməsi
və xarici ölkələrin müvafiq
təmayüllü ali
təhsil müəssisələri
ilə əlaqələrin
qurulmasında maraqlıdır.
Əməkdaşlıq ikili
sazişlər çərçivəsində
həyata keçirilir.
Akademiyamız İncəsənət
İnstitutları Avropa
Liqasının (ELİA) üzvüdür,
eyni zamanda, bir sıra ölkələrin
müvafiq qurumları.
Təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıq protokolları
imzalanıb. Bundan əlavə, akademiya Azərbaycanada fəaliyyət
göstərən xarici
ölkələrin diplomatik
nümayəndəliklərinin rəhbərləri ilə
də əlaqələri
genişləndirmək marağındadır.
Türkiyə Cümhuriyyətinin,
Peru, Bolqarıstan, Pakistan, Argentina və Meksikanın Azərbaycandakı səfirləri
ilə rəsmi görüşlər təşkil
olunub, bu görüşlərdə qarşılıqlı
əməkdaşlıq məsələləri
müzakirə edilib.
- Bu gün Xoreoqrafiya Akademiyasının həll
olunması vacib problemləri hansıdır?
- Ən vacib problem 1000 nəfərə yaxın şagird və tələbənin təhsil
aldığı Akademiyada
rəqs-məşq zallarının,
geyinib-soyunma otaqlarının
və auditoriyaların
çatışmazlığıdır.
Bu bina hələ
1985-ci ildə Qəmər
Almaszadənin təşəbbüsü,
Ulu öndər Heydər
Əliyevin göstərişi
ilə tikilib və 250 şagird üçün nəzərdə
tutulub. Hazırda isə burada 3 təhsil pilləsində tədris aparılır və dediyim kimi, 1000 nəfərə yaxın şagird və tələbə təhsil alır. Digər problem isə orta ümumtəhsil pilləsini bitirən IX sinif şagirdlərin xoreoqrafiya sənəti üzrə ixtisasını
davam etdirmək üçün Dövlət
İmtahan Mərkəzinin
keçirdiyi qəbul
imtahanlarından müvəffəqiyyət
qazana bilmədikləri
təqdirdə təhsillərini
davam etdirə bilməmələridir. Bu səbəbdən
9 il ərzində dövlət
tərəfindən şagirdlərə
ayrılan ödəniş
və illərlə müəllimlərin çəkdiyi
əziyyət boşa
getmiş olur. Xoreoqrafiya sənəti üzrə təhsil davamlı olmalıdır,
ümumi orta təhsil pilləsini bitirən IX sinif şagirdlərinin ixtisas imtahan qiymətlərinin əsas götürülməsini
və DİM imtahanlarının
nəticələrinin isə
məqbul hesab olunmasını istərdik.
Eyni zamanda, profilli məktəb olduğumuzu nəzərə
alaraq tədris proqramlarında texniki fənlərin əvəzinə
ixtisas fənlərinin
saatlarının artırılması
kimi problem də mövcuddur. Boloniya sisteminin müsbət tərəfləri olsa da,
xoreoqrafiya sənətinə
qismən təsir edən mənfi tərəfləri də
var. Boloniya sisteminin kredit çərçivəsi
bizi çox sıxır. Bu sənətdə
uğur qazanmaq üçün saatlarla məşq etmək lazımdır - ən azı gündə 6 saat.
Növbəti problem qiyabi təhsildir
ki, zamanının çox
hissəsini məşq
zallarında, teatrlarda
keçirən artistlər
əyani şəkildə
təhsil ala bilmirlər.
Onların rəqs sahəsi üzrə kifayət qədər bilikləri var. Biz onlardan və xaricdən (Albaniya, Gürcüstan, Dağıstan kimi ölkələrdən) Bakı
Xoreoqrafiya Akademiyasında
qiyabi təhsil almaq üçün müraciətlər almışıq.
Buna görə də
istərdik ki, bakalavr və magistratura pilləsində qiyabi təhsil açılsın.
Azərbaycanın bölgələrindən istedadlı uşaqları
rəqs sənətinə
cəlb olunması sahəsində də problemlərimiz mövcuddur.
Bizim müəllimlərimiz
bölgələrdə ustad
dərsləri verirlər.
Amma çox təəssüf
ki, biz o uşaqları Bakıya
gətirə bilmirik, çünki akademiyanın
yataqxanası yoxdur. Xoreoqrafiya sənətinə
gələn oğlanların
sayı çox azdır. Kolleci bitirən oğlanların
18 yaş tamam olubsa, bakalavr pilləsinin qeydiyyatına
düşə bilmirlər.
Hərbi xidmətdən
sonra rəqqas formasını itirirlər
və əsgərlikdən
sonra nadir hallarda kimsə bu sənətə
qayıdır. Kollecdən
bakalavra keçid dönəmində onların
imtahanlarda iştirak etmələri kimi problemimiz də var.
- Son illər Akademiyanın hansı nailiyyətləri
var?
- Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq
əlaqələri xeyli
genişlənib. Yeni müqavilələrimiz,
yeni layihələrimiz var. Həm
ölkə daxilində,
həm də ölkə xaricində. Tələbə-müəllim mübadiləsi
proqramımız uğurla
davam edir. Qazaxıstan Milli Xoreoqrafiya
Akademiyası ilə mövcud əməkdaşlıq
müqaviləmizə əsasən
tələbə mobilliyi
proqramı çərçivəsində
İncəsənət fakültəsinin
tələbəsi hazırda
orada təhsil alır və bu sayı artırmaq
istəyirik. Qəbul planımızda da artım
var. Bakı Xoreoqrafiya
Akademiyasında profilə
uyğun olmayan ixtisaslar üzrə qəbul planı dayandırılıb. Xoreoqrafiya
spesifik sənətdir.
Akademiyanın iki müəllim-xoreoqrafı
- Xalq artisti Yusif Qasımov, Əməkdar müəllim
Pellumb Aqalliyay Azərbaycan Respublikası
Prezidentinin Fərdi təqaüdünə layiq
görülüblər. Bakı
Xoreoqrafiya Akademiyasının
müəllim-tələbə heyəti Meksikanın Müstəqillik Gününə
həsr olunmuş tədbirlərdə göstərdikləri
fəallığa görə
Meksika Birləşmiş
Ştatlarının Azərbaycandakı
səfirliyi tərəfindən mükafatlandırılıb.
Müəllimlərimiz "Bakılı" Beynəlxalq
Mədəniyyət Cəmiyyəti
və "Humay"
Milli Mükafatı Akademiyası
tərəfindən təsis
olunan "Humay"
milli mükafatına layiq
görülüblər. Tələbə
və şagirdlərimiz,
eləcə də müəllim heyətimiz müxtəlif tədbirlərdə
aktiv fəaliyyətinə
görə həm ölkə daxilində, həm də ölkə xaricində mükafatlandırılıblar.
Tədris
ili başlayandan bir neçə konsert proqramı ilə çıxış
etmişik. Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı
ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "El bilir ki, sən mənimsən"
adlı konsert keçirmişik. Azərbaycanın
filosof şairi, böyük dramaturqu Hüseyn Cavidin 140 illiyi ilə bağlı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında onun "İblis" pyesini
səhnələşdirmişik.
17 oktyabr Füzuli Şəhəri Günü
münasibətilə Füzulidə,
Şuşada Xarıbülbül
festivalında, Vaqif Poeziya Günlərində
tədbirlərdə Bakı
Xoreoqrafiya Akademiyasının
tələbələri müxtəlif
rəqs kompozisiyaları
ilə çıxışlar
ediblər. Heydər Əliyev Mərkəzində
Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı - TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş "Biz birlikdəyik"
adlı qala konsertdə Bakı Xoreoqrafiya Akademiyasının
müəllim və tələbə heyəti
də iştirak edib. Bakıda keçirilən III "Korkut
Ata" Türk Dünyası
Film Festivalında Bakı
Xoreoqrafiya Akademiyası,
Azərbaycan Dövlət
Rəqs Ansamblı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
nümayəndələrinin möhtəşəm rəqsləri
nümayiş olunub.
- Bəs gələcək planlar barədə nə deyə bilərsiniz?
- Ölkə rəhbərliyi
tərəfindən Akademiya
qarşısına qoyulmuş
vəzifələri bundan
sonra da layiqincə yerinə yetirərək, Azərbaycan klassik baletinin və balet artistlərini yetişdirilməsi sahəsində
daha böyük səy göstərməyə
çalışırıq. Bunun üçün klassik rəqs üzrə xarici mütəxəssislərin
ölkəmizə dəvət
olunması ənənəsi
davam etdiriləcək.
Akademiya ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında illərə dayanan əməkdaşlıq
mövcuddur. Milli rəqsimizlə
bağlı bizim problemimiz yoxdur, mütəxəssislər və
professional kadrlar yetərincədir,
lakin klassik rəqsimizə daha çox önəm verməliyik, onun da inkişaf etdirilməsinə
çalışmalıyıq.
Havar ŞƏFİYEVA
525- ci qəzet.- 2023-cü il.- 18 noyabr.- ¹ 209.- S. 12.