Violonçelin sadiq cəngavəri

 

Sabir Əliyevin işıqlı xatirəsini anarkən

 

Musiqi tariximizdə elə simalar var ki, onların adları çəkilərkən fəxarət hissi yaşayırıq. Onların fəaliyyəti ehtiram, minnətdarlıq heyranlıq hissi doğurur. Belə sənətkarlardan biri bu günlərdə 95 illiyi qeyd olunan Sabir Əliyevdir (1928-1983). Azərbaycanda violonçel məktəbinin yaradıcısı, qüdrətli ifaçı, usanmaz pedaqoq təhsilimizə böyük töhfələr vermiş xadim, Xalq artisti S.Əliyev ali  məqsədlər naminə ehtiras sevgi ilə çalışan sənətkar idi.

İlk təhsilini S.Əliyev konservatoriya nəzdində onillik musiqi məktəbində almışdı. O zaman Üzeyir bəy gənc musiqiçiyə fikir vermiş, müəllimi Vladimir Anşeleviçə tapşırmışdır ki, gözü onun üstündə olsun, axı istedadlıdır, həm Azərbaycanda  violonçel ifaçılığı üzrə kadr azdır. Konservatoriyada S.Əliyev İsaak Turiç kimi ali musiqiçi pedaqoqun sinfində oxumuş, mükəmməl bir məktəb keçmişdi. Xatırladım ki, İ.Turiç 1913-cü ildə Tiflisdə anadan olmuş, Moskva konservatoriyasında məşhur Mark Yampolskinin sinfini bitirmişdi.  "Sovetskoye iskusstvo" qəzetindən (1937, 23 oktyabr) öyrənirik ki, o,  violin violonçel ifaçılarının Ümumittifaq müsabiqəsində diploma layıq görülmüşdü. Turiç, Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Bakıya dəvət olunmuş musiqiçilər dəstəsinin görkəmli nümayəndəsi idi. O zaman ali təhsil ocağında  Leopold Rostropoviç kimi ustadın  fəaliyyəti qeyd olunmalıdır. Buradaca əlavə edim ki, konservatoriyanı bəstəkar kimi bitirmiş ilk  azərbaycanlı - Asəf Zeynallı da musiqi texnikumunda violonçelçalan ixtisasına yiyələnmişdi.

S.Əliyevin müstəqil yaradıcılıq yoluna qədəm basdığı 50-ci illərə dönmək istərdim. Bu, Azərbaycan musiqi sənətinin həqiqətən qızıl dövrü idi. Üzeyir bəyin qurduğu  təhsil sistemi bəstəkarlıqda, ifaçılıqda, elmdə öz bəhrəsini  verirdi. 1956-cı ildə  bəstəkarlarımızın ilk qurultayı  keçirildi. Həmin qurultaya təşrif buyurmuş Dmitri Şostakoviç ölkənin baş musiqi jurnalı - "Sovetskaya muzıka"nın səhifələrində öz təəssüratlarını bölüşüb, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, S.Hacıbəyov, S.Rüstəmov, C.Cahangirov kimi bəstəkarların uğurlarını qeyd etdikdən sonra qurultayın konsertlərinə töhfə vermiş ifaçılar sırasında Sabir Əliyevin adını çəkir. Əslində Sabir müəllimin  violonçel aləmində tanınması bir neçə il əvvələ təsadüf edir. Belə ki, 1950-ci ildə o, dövrün ən istedadlı  violonçelçalanları M.Rostropoviç, D.Şafran ilə bahəm Praqada keçirilən Hanuş Vihan adına Beynəlxalq müsabiqənin seçim turlarına qatılır Fəxri diploma layiq görülür. O zamandan S.Əliyev tanınmağa başlayır: onu böyük violonçelçalanlar ailəsinə  rəsmən qəbul edirlər.

Musiqiçinin fəaliyyəti polifonik olub,  bir neçə istiqamətdə inkişaf edirdi. O, parlaq artist - ifaçı, solist idi, repertuarı bu alət üçün yazılmış bütün başlıca əsərləri əhatə edirdi. Vaxtilə Çaykovski demişdi ki, violonçelçalanda nəhəng istedad, daxili keyfiyyətlərin mürəkkəb vəhdəti olmalıdır. Ancaq belə təqdirdə səhnəyə violonçel ilə çıxan kəs auditoriyanın diqqətini cəlb edib, zəfər çala bilər. S.Əliyev sənətdə neçə-neçə zəfərə imza atmışdır. O, dəfələrlə orkestr ilə bahəm filarmoniyanın, konservatoriyanın səhnələrinə çıxmış, Niyazi, Çingiz Hacıbəyov, Karl Eliasberq, Abram Staseviç, Zaxari Xurodze, Mark Paverman ilə təmasda violonçel üçün yazılmış əsas konsertləri ifa etmişdir.

Buradaca musiqi ifaçılığı tariximizin yaraşığı olan bir ansamblı Sabir Əliyev - Elmira  Ağayeva-Əliyeva duetini qeyd etmək istərdim. Bu duet öz müntəzəm çıxışları ilə Azərbaycan dinləyicisini - İ.S.Bax, G.F.Hendeldən tutmuş D.Şostakoviç, N.Myaskovskiyə qədər - violonçel musiqisinin bütün rəngarəng palitrası ilə tanış etmişdir.

S.Əliyev kimi ifaçının sənətimizdə olması bir çox bəstəkarları, məsələn, Süleyman Ələsgərov, Tofiq Bakıxanov, Azər Rzayevi xüsusi olaraq violonçel aləti üçün  əsərlər yaratmağa ilhamlandırırdı.  Sabir müəllim başqa alətlər üçün yazılan musiqi nümunələrini   violonçel üçün köçürüb həvəslə ifa edirdi.

Bakıdakı Leopold Mstislav Rostropoviçlər muzeyində qorunub saxlanılan bir afişa (bütün materiallar Ş.Heydərovanın hazırladığı xüsusi kitabçada yer alıb) mənim marağımı doğurdu. Bu, sırf Azərbaycan bəstəkarlarının əsərlərinin təmsil olunduğu konsertin afişasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Əşrəf Abbasov, Süleyman Ələsgərov,Tofiq Bakıxanov, Məmməd İsrafilzadə, Elmira Nəzirovanın adlarını oxuyuruq.

S.Əliyevin ifaçılıq fəaliyyəti haqqında danışarkən üzvü olduğu ansambllar xatırlanmalıdır. Fortepiano triosu - Elmira Əliyeva (piano), Tofiq Bakıxanov (violin), Sabir Əliyev (violonçel) 1950-ci ildən çıxış etməyə başlamışdı. Bir il sonra isə o zaman konservatoriyanın rektoru olmuş Qara Qarayevin təşəbbüsü ilə  Simli Kvartet yaranır. O kvartetin bütün üzvlərini sadalamaq istərdim: Azad Əliyev (1-ci violin), Murad Tağıyev (2-ci violin),  Rəşid Seyidzadə (viola),  Sabir Əliyev (violonçel). Bu, qüdrətli musiqiçilərin bir araya gəldiyi gözəl bir ansambl idi.  Amma bərabər dəyərli istedadlar arasında belə S.Əliyevin mövqeyi xüsusi olmuş, onun violonçelinin səsi daim ifadə qüvvəsi ilə məftun etmişdir. 1954-cü ildə Dövlət Simli kvarteti statusunu almış ansambl Ümumittifaq gənclər festivalında qızıl medala, VI Ümumdünya gənclər tələbələr  festivalında (hər ikisi - 1957-ci il) gümüş medala layiq görülmüş, aktiv qastrol həyatı ilə yaşamışdır. Repertuar da Haydndan tutmuş XX əsr bəstəkarlarına qədər - çox geniş diapazonu əhatə edirdi.  Daha çox ifa edilən əsərlər arasında Haydn, Bethoven, Brams, Şostakoviç, Q.Qarayev, X.Mirzəzadə, M.Quliyev, Ə.Hüseynzadənin yaratmaları  qeyd olunmalıdır.

İfaçılıq sənətində bir kövrəklik var. İndi istənilən konserti asanlıqla - qoy lap qeyri-peşəkar üsullarla - yazıya almaq olar. O zaman isə... Əlbəttə, bəzi çəkilişlər, səs yazıları qorunub saxlanılıb, lakin S.Əliyevin miqyaslı konsert fəaliyyətini nəzərə alsaq, onların sayı cüzidir! Amma onlar da S.Əliyevin bir ifaçı kimi məharətinə dəlalət edir,  violonçelinin səslənmə gözəlliyini bizə çatdırır. Dinləyirsən məşhur bir poetik misranı xatırlayırsan: violonçel - qəlbimin qəlbidir.

Mahir ifaçıların heç hamısı yaxşı müəllim olmur. deyək, bəzi sənətkarlara xas qısqanclıq da, hövsələsizlik , eqoizm   burada özünü göstərir. Sabir müəllim əsl Ustad idi. Sənətə  böyük bir missiya ilə gəlmişdi: məktəb yaratmaq, kadr yetişdirmək, estafeti gələcək nəslə ötürmək. Yetirmələri sırasında Ramiz Məlik-Aslanov, Yuri Abdullayev, Rasi Abdullayev, Eldar İsgəndərov, Nəzmiyyə Abbaszadə, Adil Babayev, Səlim Qayıbov, neçə-necə başqa musiqiçilər var. Elə bütün violonçel ustalarımız - tələbələrinin tələbələridir, dərs vəsaitlərindən bəhrələniblər. Bu vəsaitlərdə, violonçel üçün bəstələdiyi etüdlərdə, xalq mahnıları əsasında pyeslərdə onun yaradıcı insan kimi istedadı özünü əyani sərgiləyir. "Violonçel məktəbi" dərsliyi (onun tamamlanması Sabir müəllimin vəfalı tələbəsi Nəzmiyyə Abbaszadənin xidmətidir) isə bütün violonçelçalanların yardımçısı, masaüstü kitabıdır.

S.Əliyevin yaradıcı şəxsiyyət kimi müstəsna keyfiyyətləri onun, 29 yaşlı gəncin 1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Simli alətlər kafedrasına müdir təyin olunmasını şərtləndirmişdi.  Ömrünün sonunadək bu kafedraya rəhbərlik edən S.Əliyev özünü həm mahir təhsil təşkilatçısı kimi sərgiləyə bilmiş, kollektivdə  səmimi ab-hava yaradaraq, həmkarlarının sonsuz hörməti sevgisini qazanmışdı.

Burada 1964-cü ildə Bakıda qastrol səfərində olan əfsanəvi Mstislav Rostropoviçin dediklərinə üz tutmaq yerinə düşərdi: "Azərbaycanlı dostlarım məndən Azərbaycan konservatoriyasında violonçel ifaçıları üçün açıq dərs keçirməyi xahiş etdilər. Bu təklif məni çox həyəcanlandırdı, çünki 35 il öncə  atam burada dərs demişdir... Xoşbəxtəm ki, Azərbaycan konservatoriyasında violonçel sinfi çox yüksək, peşəkar səviyyədədir.  Əlbəttə, bu, mənim böyük dostum - istedadlı müəllim musiqiçi Sabir Əliyevin əməyinin nəticəsidir".

Tələbələrin xatirələrində Sabir müəllimin kimi bir müəllim olduğu üzə çıxır. Formanın bitkinliyinə diqqət yetirən ustad xırda detallar üzərində işə xüsusi önəm verirdi. O, başqa  ustadların dərslərində iştirak etməyi, ələlxüsus vokal üzrə dərsləri dinləməyi tövsiyə edirdi: axı violonçel aləti tembrcə gözəl insan səsinə çox yaxındır. Ən əsası isə, Sabir müəllimin fikrincə,  daim formada olmaq, başqa sözlə, səhnədə çıxış etmək,  müsabiqələrə, festivallara qatılmaq zəruri idi. Yalnız belə təqdirdə ifaçı əsl artist kimi püxtələşə bilər. Onun tələbələri, bir qayda olaraq, Ümumittifaq, Zaqafqaziya (Cənubi Qafqaz) müsabiqələrində uğurla  yarışırdılar. 1968-ci ilin  Zaqafqaziya müsabiqəsində isə S.Əliyevin birdən-birə üç yetirməsi bütün mükafatlara sahib olmuşdur!

Sabir Əliyevin nurlu müəllim siması bizim nəslin tələbələrinin yaddaşında da yaşayır. 1980-ci ildə Konservatoriyaya daxil olarkən, sinfimizin yeganə violonçelçalanına S.Əliyevin necə himayədarlıq etdiyini indi xatırlayırıq. Bütün nəzəri fənlər üzrə imtahanlara istedadlı sinif yoldaşımızı Sabir müəllim şəxsən özü müşayiət edir, onun konservatoriyaya daxil olmasını təmin edən zəruri qiymətin alınmasına nəzarət edirdi. Hardadır belə xeyirxah, nəcib, təəssübkeş insanlar?

Sabir müəllim Elmira xanımdan danışarkən onların valideyn kimi nailiyyəti adlandırıla biləcək övladları qeyd edilməlidir. Qızları Leyla xanım anasının yolunu davam etdirmiş, pianoçu olmuşdur. Oğulları Azad müəllim isə pianoçu vokalçı kimi  konservatoriyanı bitirdikdən sonra təhsil sistemində çalışmış, konservatoriya nəzdində Şövkət Məmmədova adına opera studiyasına rəhbərlik etmiş, ən əsası - dirijor kimi tanınmışdır. Onun Azərbaycan Televiziya Radiosunun Niyazi adına simfonik orkestrinin bədii rəhbəri baş dirijoru kimi fəaliyyəti  unudulmazdır.

Bu yaxınlarda M.Maqomayev adına Azərbaycan Dövlət  Filarmoniyasında Sabir Əliyevin  xatirəsi əlamətdar bir konsert ilə anılmışdır. Proqramda dünya musiqi klassikasının həmişəyaşar nümunələri - Bethovenin "Eqmont" uvertürası Motsartın "Don Juan" operasına uvertürası  violonçel üçün iki işarəvi əsərin -  Sen-Sansın Birinci konserti Çaykovskinin "Rokoko mövzusu əsasında variasiyaları"na müqəddimə kimi səslənmişdir. Bu gecədə solist qismində Mark Drobinskinin çıxışı ona  müstəsnalıq aşılamışdı. Məhz bu tanınmış musiqiçinin yubiley gecəsinə dəvət olunması təsadüfi deyil, çünki Drobinski 1940-cı ildə Bakıda dünyaya göz açmış, musiqi məktəbində - 1952-57-ci illərdə - Sabir Əliyevin sinfində oxumuşdur. Azərbaycan  konservatoriyasında dörd il ərzində İsaak Turiçin rəhbərliyi altında təhsil aldıqdan sonra Moskva konservatoriyasına köçürülmüş, Rostropoviçin rəhbərliyi altında sənətin sirlərinə yiyələnməkdə davam etmişdir.  Yeri gəlmişkən, onu da deyim ki, Rostropoviçlərin muzeyində saxlanılan sənədlər arasında Drobinskinin adı ilə maraqlı bir afişa da saxlanılır. Müsahibələrindən birində Bakı xatirələrinə dönərək, Drobinski Ü.Hacıbəylini minnətdarlıqla yad edir, onun sayəsində Bakıda güclü ifaçılıq məktəbinin yarandığını nəzər-diqqətə çatdırır.

Xatirə gecəsində gənc, öz təfsirləri ilə etimad qazanmış dirijor Mustafa Mehmandarovun rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri böyük şövqlə çıxış etdi. Orkestr solistin təması da konsert öncəsi məşqlərin səmərəsinə dəlalət edirdi. Əlbəttə,  M.Drobinski kimi mahir musiqiçinin ifasının təhlilindən vaz keçərdim. Onu dinləyərkən mən, sadəcə olaraq, çağdaş musiqinin Sofiya Qubaydulina kimi işarəvi bir simasının rəyini xatırlayırdım. O, Drobinski violonçelinin əzəmətli nəcib səslənməsini, forma duyumunun səmimiyyətlə uzlaşmasını qeyd edərək, müraciət etdiyi istənilən materiala böyük marağını vurğulamışdır. Bütün bu sözlər konsertdə öz təsdiqini tapdı. Çaykovskinin Rokoko variasiyalarının ifası zamanı yaranan obrazlar silsiləsi, lirik parçaların qeyri-adi gözəlliyi, emosional dərinliyi - hər fraza, hər səs mənalandırılmışdı - heç kimi biganə qoymadı. Belə bir təəssüratın yaranmasında əla, həssas partnyor kimi çıxış edən orkestrin rolu da danılmazdır.

Öz səfəri çərçivəsində M.Drobinski ustad dərsi verdi. Kamera orqan musiqisi zalında müxtəlif yaş kateqoriyalarına aid beş azərbaycanlı gənc, sənətkarın qarşısında öz məharətini sərgilədi, onun tövsiyələrini diqqətlə dinlədi. Bu gənclər Cəlalə İsmayılzadə (müəllim Elmira Kalaşova), Nuray Vəkilova (müəllim Kamal Paşazadə), Vaqif Qurbanov, Orxan Hüseynov Ərol Rzayev idi. Son üç gəncin müəllimi - professor, illər Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanı, Əməkdar İncəsənət xadimi Nəzmiyyə Abbaszadənin xidmətləri xüsusi vurğulanmalıdır. Dinləmələrdə gənc musiqiçiləri  müşayiət edən təcrübəli Svetlana Əhmədovanı, habelə daha iki istedadlı gəncimizi - pianoçular  Nərminə İsmayılova Rüstəm Zeynalovu da qeyd etməyi lazım bilirəm.

Ustad dərsində Drobinski əslində daha çox gənc həmkarlarını dinləyir, ifanın texniki tərəfinə aid qısa göstərişlər verməklə kifayətlənirdi. Əsas tövsiyəsi belə idi: hansı əsəri çalırsınızsa çalın - qoy lap virtuoz əsər olsun - hər zaman səslənmənin gözəlliyinə nail olmağa çalışın. Ustad dərsindən sonra maestro ilə söhbətləşmək imkanı əldə etdik. O, dərsin bütün iştirakçılarının səviyyəsinin kifayət qədər yüksək olduğunu vurğuladı, bəzi gəncləri isə beynəlxalq müsabiqəyə hazırlamağı məsləhət gördü. Mən Drobinskini dinləyir 90-cı illərin sonuna - Mstislav Rostropoviçin böyük fasilədən sonra Bakıya təntənəli çox əlamətdar qayıdışına dönürdüm. O zaman violonçel ifaçıları sırasında bir qıtlıq müşahidə olunurdu: bu səbəbdən Rostropoviçin dərslərinə violin viola ifaçıları da cəlb olunmuşdu. İndi isə başqa - ürəkaçan bir mənzərə!

deyək, violonçel alətini mənimsəmək heç asan deyil, müəyyən fədakarlıq tələb edir. Gənc musiqiçi günbəgün ağır məşğələlərə - fiziki baxımdan da - qatlaşmalı, musiqi alətinin qeydinə qalmalıdır: zəhmətinin bəhrəsi olacaq, yoxsa olmayacaq - sual altındadır. Mən ustad dərsinə qatılmış iki gəncin violonçel kimi çətin alətlə görüşünün necə baş verdiyi ilə maraqlandım. Axı çox zaman piano violin sinfinə daxil olmayanları violonçel ixtisasına  istiqamətləndirirlər. Bəlli oldu ki, Milli konservatoriya nəzdində İncəsənət gimnaziyasının şagirdi Cəlalə İsmayılova əvvəlcə pianoçu kimi təhsil almışdır. Son bir neçə il ərzində o, piano ilə paralel violonçeli əxz edir, həm uğurla: daim müxtəlif səhnələrdə  çıxış edir bu çıxışlardan həzz alır, müsabiqələrdə laureat adını qazanır. Cəlalə sadəcə olaraq violonçelin səslənməsini sevib, özü könüllü olaraq seçim edib. Amma bu gözəl gənc qızın öz,  yalnız ona məxsus musiqi aləti olmadığından, violonçelini icarəyə götürür. Bu məsələnin həllində  istedadlı qızımıza kömək etmək zəruridir.

Bakı Musiqi Akademiyasının magistraturasında oxuyan Ərol Rzayevi çoxdan müşahidə edirəm.  O, lap kiçik ikən Alim Qasımov Yo-Yo Manın Bakıdakı çıxışını eşitmiş violonçel alətində çalacağını xəyal etməyə başlamışdır. Xəyallar gerçək olmaqdadır. Bu gün Ərol Baku Chamber Orchestra Cadenza kimi sanballı kollektivlərin musiqiçisidir, müxtəlif ansamblların da heyətində müvəffəqiyyətlə çıxış edir. Ustad dərsində o, Dvorjakın Violonçel konsertini elə məharətlə ifa etdi ki, Drobinskini, elə zala toplaşmış bütün  dinləyiciləri valeh etdi. Bir çoxumuzda bu konserti məhz Ə.Rzayevi orkestrin müşayiəti ilə eşitmək arzusu yarandı. Əminəm ki, öz üzərində dönmədən çalışan Ərol uca səhnələrdə ləyaqətlə çıxış etmək iqtidarındadır.

Beləliklə, dərsdə dinlədiyimiz ifaçıların potensialı göz qabağındadır. Onları - arasında iki məftunedici xanım olan bu gözəl azərbaycanlıları - mümkün qədər dəstəkləməli, stimullaşdırmalı irəli çəkmək lazımdır. Onların günbəgün qayğıya diqqətə, keşməkeşli sənət yollarında zirvələrə doğru yüksəlişdə dəstəyə ehtiyacı var. Xatırladım ki, S.Əliyev daim tələbələrini konsert, festival müsabiqələrdə iştirak etməyə səsləyirdi. Yalnız böyük səhnələrdə istedad cilalanır.

Ustad dərsi Sabir Əliyevin  ənənələrinin yaşadığına dəlalət edir. Bu ənənələri qoruyub saxlamağı qarşısına məqsəd qoymuş müəllimlərə təşəkkürümüz sonsuzdur.

...Qəhrəmanımıza dönmək istərdim. Dünya

ya göz açarkən ona Sabir adı verilmişdi. Deyirlər, ad taleyi müəyyənləşdirir. Sabir müəllim səbirli idi, dözümlü idi daim mübarizə aparırdı. O, səhhəti ilə mübarizə aparırdı. O, hər bir violonçelçalan gəncin sənətdə qərarlaşması uğrunda, musiqimizin yüksək idealları uğrunda  çarpışırdı. Özü ürək yanğısı ehtirasla çalışırdı. Cəmiyyətimizə bacardığı qədər xidmət etmək - bu idi onun amalı. Bax bu cəhət Sabir müəlimi Üzeyir Hacıbəylinin  davamçısı adlandırmaq imkanı verir.

Yubiley gecələri, xatirə tədbirlərinin önəmi nədədir? Öncə onda ki, unutsaq - unudularıq. Ən əsası isə odur ki, biz belə şərəfli sənətkarları, işıqlı şəxsiyyətləri xatırlayaraq, ali məqsədlər haqqında düşünür, pozitiv işgüzar dalğaya köklənirik. Əgər bu, baş verirsə, onda yaxşılığa doğru dəyişikliklərin baş verəcəyinə inanıb, musiqi mədəniyyətimizin gələcəyinə inamla baxa bilərik.

 

Fotolar Kamran Bağırovundur.

 

Zümrüd DADAŞZADƏ

Professor, Əməkdar incəsənət xadimi

 

525-ci qəzet.- 2023- il.- 18 noyabr.- ¹ 209.- S. 18-19.