"4 nömrəli"dən 44 günə...
Azadlığına qovuşduğumuz Xankəndində
otuz beş il işğal altında qalmış doğma bir ünvan var - Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb! Bu təhsil ocağı xankəndililər
üçün ən
əziz, ən doğma bir ocaqdır desək, yanılmarıq. Müəllim
və şagirdlərinin,
valideynlərinin çeşid-çeşid
erməni cinayətlərinə
məruz qaldığı
bu məktəb tək ona görə
əziz deyildir ki, uşaqlıq və gənclik illərimiz burada keçib. Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbi böyük
ehtiram və sevgi ilə həm də ona görə sevirik ki, bir
zaman onun partalarında əyləşənlər
sonralar anamız Azərbaycanın milli maraqları üçün
şəhadət şərbəti
içərək ölümün
gözünə dik baxmağı bacarıblar.
Öləcəklərini bilə-bilə
ulularımızın yadigarı
olan Vətən torpaqlarının yağı
əlinə keçməməsi
üçün düşmən
gülləsinə sinə
gəriblər. Vətən
var olsun, - deyə canlarından keçiblər. Azərbaycan
Ordusunun şəhid mayoru Ruslan Cəfərov
kimi.
Ruslan Gündüz
oğlu Cəfərov
1976-cı il noyabrın
19-da Xankəndində hərbçi
ailəsində anadan
olub.1983-cü ildə Xankəndindəki
Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə orta təhsil almağa başlayan Ruslan həyatı bu təhsil ocağında dərk edib. Xalq məhəbbəti, Vətən, torpaq sevgisi orta məktəb
illərindən Ruslanın
qəlbinə hakim kəsilib. O, Vətənimizin
tarixindən, ölkəmizə
düşmən tərəfindən
törədilən böyük
xəyanətlərdən, faciələrdən xəbərdar
olub.
Ruslan hərb
tariximizə kiçik
yaşlarından maraq
göstərib, sərkərdələrin
həyatlarını, döyüş
yollarını öyrənib.
Vətən, torpaq, azadlıq uğrunda şəhid olanların xatirəsinə ehtiram göstərib. Qəhrəman
oğulların davamçısı
olacağına söz
verib. Tez-tez atasının Xankəndindəki
xidmət etdiyi hərbi hissəyə getməsi, əsgər həyatının incəliklərinə
maraq göstərməsi
Ruslanı gələcəkdə
hərbçi olmağa
həvəsləndirib.
Ruslan böyüdükcə
qardaşları Asəf
və Rəşadla birgə ölkənin müharibə şəraitində
yaşadığını, Qarabağımızın ermənilər
tərəfindən işğal
edildiyinə daim qəlbən acıyıblar.
Bir milyondan artıq soydaşımızın
dədə-baba yurdundan
didərgin düşməsi,
hər dəfə cəbhədən gələn
şəhid xəbərləri
qardaşlarda işğalçı
ermənilərə qarşı
nifrət hissini daha da artırıb.
Beləcə, Ruslan qardaşları ilə birgə həyatlarını
qisas eşqi ilə Azərbaycan Ordusuna bağlayıblar. Bundan, Xankəndindəki Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə müəllim
işləyən anası
Alimə xanım qətiyyən narahat olmayıb. "Oğul Vətən üçündür",
- deyə övladlarının
hərbçi olmasından
daim qürur hissi keçirib.
Beləliklə, Vətən keşiyində
dayanan hərbçilərə
hələ orta məktəb illərindən
rəğbətlə yanaşan
Ruslan nümunəvi zabit olmağı, valideynlərinin, ulularının
doğma yurdu Xocalıda ermənilər
tərəfindən törədilmiş
faciələrin qisasını
almağı qarşısına
məqsəd qoyaraq,
"Xocalını mən
azad edəcəyəm"
deyərək 1993-cü ildə
Bakı Ali Ümumqoşun Komandirləri
Məktəbinə qəbul
olunub.
1997-ci ildə ali hərbi təhsilini bitirdikdən sonra "leytenant" rütbəsi alan Ruslan Cəfərov şərəfli yolun başlanğıcında ilk
kövrək addımlarını
atıb. Peşəsinin
şərəfli və
məsuliyyətli olduğunu
dərk edərək Vətəni qorumaqdan daim qürur hissi keçirib. Vətən sevgisindən güc alaraq, fəxr edib ki, müqəddəs vəzifə yerinə yetirənlərin sırasındadır.
Ruslan hərbi
hissələrdə motoatıcı
tağım komandiri, avtomobil xidmət rəisinin köməkçisi,
avtomobil xidmət rəisi, tağım komandiri və s. vəzifələrdə xidmət
edərkən daim çalışqan, hərb
peşəsinin incəliklərinə
yaxşı bələd
olan, seçdiyi yolda şərəflə,
məsuliyyətlə xidmət
edən, bilikli və bacarıqlı zabit kimi özünü
tanıtdırıb, şərəfli
yolda uğurlar qazanıb.
Hərbi xidmət
dövründə "Azərbaycan
Silahlı Qüvvələrinin
10 illiyi", "Azərbaycan
Silahlı Qüvvələrinin
90 illiyi", "Azərbaycan
Silahlı Qüvvələrinin
95 illiyi", "Azərbaycan
Ordusunun 100 illiyi",
"Qüsursuz xidmətə
görə" medalları
ilə təltif olunan Ruslan Cəfərov
mayor rütbəsinədək
yüksəlib və
2016-cı ildə həqiqi
xidmətdən ehtiyata
buraxılıb.
2020-ci il sentyabrın 27-də ölkəmiz Ermənistanın
növbəti irimiqyaslı
hərbi əməliyyatlara
başlamasına, Azərbaycan
Ordusunun mövqelərinə
və mülki yaşayış məntəqələrinə
atəş zərbələri
endirməsinə cavab
olaraq əks-hücum əməliyyatı kimi Vətən müharibəsinə
başlayanda, ehtiyatda olan mayor Ruslan
Cəfərov da Vətənin bu ağır günlərində
hərbçi qardaşları
Asəf və Rəşadla birlikdə silaha sarılıb. O, Azərbaycan Respublikası
müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 29 sentyabr
2020-ci ildə imzaladığı
əmrlə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində
döyüş əməliyyatıarına
qatılıb.
Ruslan cəbhəyə
yola düşməzdən
öncə Şəhidlər
xiyabanını ziyarət
edib. Doğmalarından
ayrılıb yola düşərkən isə
həyat yoldaşı
Tünzalə xanıma
deyib ki, "Başını uca tut ki, mən
arxayın gedim. Nə çətinliyiniz olsa, anama deyərsən.
Həyatdır, hər
şeyə hazır ol, hər şey
ola bilər..."
Ruslan Cəfərovun
döyüş yolu Füzuli, Hadrut istiqamətlərindən keçib.
Əvvəlki illərdə
olduğu kimi döyüş tapşırıqlarını
icra edəndə də o, peşəkar hərbçi kimi yenə də qorxmazlığı, vətənsevərliyi
ilə fərqlənib.
Haqq savaşımızın
ilk günlərindən
o da düşmənə
sarsıdıcı zərbələr
endirib.
Azərbaycan Ordusunun mayoru Ruslan Cəfərov Vətən müharibəsi
zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı
uğrunda gedən döyüşlərdə qarşısına
qoyulmuş növbəti
döyüş tapşırıqlarını
icra edərkən, ağır yaralanıb. Buna baxmayaraq, o, döyüşçü yoldaşlarını
müdafiə etmək
üçün al qan içində cəsarətlə erməni
silahlılarına qarşı
mübarizə aparmaqda
davam edib. Əvvəlcə ayağından,
sonra isə ciyərindən güllə
yarası alan Ruslan Cəfərov Vətən
uğrunda gedən döyüşlərdə torpaqlarımızın
işğaldan azad olunması, xalqımıza
qələbə sevinci
yaşatmaq sevdası ilə döyüş bölgəsini tərk etməyib. O, tükənməz
vətən sevgisi ilə canından, qanından keçərək
2020-ci il oktyabrın
11-də Hadrut döyüşləri
zamanı şəhidlik
zirvəsinə ucalıb.
Beləcə, Xankəndindəki
Nizami Gəncəvi adına 4 nömrəli məktəbdən qəlbi
vətən sevgisi ilə döyünən Ruslanın ömrü 44 günlük Vətən müharibəsində bitib.
2-ci Fəxri xiyabanda dəfn olunan Ruslan Cəfərov
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatıldığına
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyinə görə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamlarına
əsasən ölümündən
sonra "Vətən
uğrunda", "Füzulinin
azad olunmasına görə", , "Döyüşdə fərqlənməyə
görə" medalları
ilə təltif edilib.
Hikmət XUDİYEV (CƏMİLZADƏ)
Əməkdar jurnalist, istefada
olan polkovnik
525- ci qəzet.-
2023- cü il.- 18 noyabr.-
¹ 209.- S. 24.