ŞƏHİD
Aslan Aşiq
Eşqin
etdirdi nümayiş qoca dünyaya şəhid,
Çox şücaətlə qədəm qoydu bu məcraya şəhid.
Göz
açandan o, şəhadət ümidiylə yaşadı,
Meylini salmadı bir başqa təmənnaya şəhid.
İstəyi
tək bu idi - tez qovuşa məşuqə,
Düşə
bilməzdi ki, bundan uca sevdaya şəhid.
Ali məqsədlər
üçün çıxdı yola şövq ilə,
Ta
ki, Allahın adıyla gələ mənaya şəhid.
Ona
agah idi əlbət bu yolun aqibəti,
Buna xatir çevirib üz rəhi Minaya şəhid.
Ülvi
amala görə cəbhədə məğrur
döyüşüb,
Bu məqam ilə yetib ərşi-müəllaya şəhid.
Vətən
uğrunda edib canı fəda, qan tökdü,
Məskənin verdi nişan Cənnətül-Əlaya şəhid.
Təməli
eşq ilə yoğrulmuş Hüseyn məktəbinin,
Davamın qanı ilə başladı inşaya şəhid.
Şəm' tək yandı özü,
biz cəm olaq
şöləsinə,
Zülməti qərq elədi nur dolu dəryaya şəhid.
Haqqı
dərk eyləyəni sürdü fəzilətli
ömür,
Xilqətən sahib idi ən uca təqvaya şəhid.
Allahın dostuna dost, düşməninə düşmən idi,
Əməl etmişdi təvəllaya, təbərraya şəhid.
Şəhidin tərifi yalnız özüdür, yox əvəzi,
Şənə bax, layiq olub gör necə imzaya şəhid.
Ehtiramın qoruyaq türbətinin
izzət ilə,
Çün şəfaət edəcək ümməti TaHaya şəhid.
Çalış
Aslan, şəhidin haqqın əda eyləyəsən,
Rəng qatıb yazdığın hər bir yeni misraya
şəhid.
525-ci qəzet .- 2022.- 3 oktyabr.-
S.15.