"Azərbaycan musiqişünaslığı:
mühüm mərhələlər"
təqdim olunub
AKADEMİK
ZEMFİRA SƏFƏROVANIN YENİ KİTABININ ELMİ VƏ
İCTİMAİ ƏHƏMİYYƏTİ YÜKSƏK
QİYMƏTLƏNDİRİLİB
Oktyabrın 9-da AMEA-nın Əsas binasında görkəmli
musiqişünas-alim, "Şöhrət"
ordenli, Əməkdar elm və incəsənət
xadimi, akademik Zemfira Səfərovanın
yüksək poliqrafik
tərtibatda çapdan
çıxmış "Azərbaycan musiqişünaslığı:
mühüm mərhələlər"
kitabının təqdimatı
olub.
AMEA-nın Humanitar
Elmlər Bölməsi
və Memarlıq və İncəsənət
İnstitutunun birgə
təşkilatçılığı ilə keçirilən tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq kitabın musiqi ictimaiyyətimiz və elmimiz üçün əhəmiyyətindən
danışıb.
Akademik İsa
Həbibbəyli vurğulayıb
ki, ölkəmiz müstəqillik qazandıqdan
sonra Ulu öndər Heydər Əliyevin AMEA və alimlərimiz qarşısında
qoyduğu Azərbaycan
tarixinin dərindən
öyrənilərək yenidən
yazılması kimi mühüm vəzifə bütün sahələr
üzrə inkişaf
mərhələlərinin və konsepsiyaların yaradılması zərurətini
meydana çıxarıb.
Qeyd edib ki, Prezident İlham
Əliyevin Azərbaycanın
ərazi bütövlüyünün
və suverenliyinin tam bərpa olunması istiqamətində
həyata keçirdiyi
uğurlu siyasət xalqımıza çoxəsrlik
tariximizi, mədəniyyətimizi
obyektiv və daha dərindən dərk etməyə, ciddi elmi problemləri
gündəmə gətirməyə
əsas verdi.
Bu baxımdan
akademik Z.Səfərovanın
icti
maiyyətə təqdim olunan kitabını musiqi irsimiz üçün bənzərsiz sərvət
hesab edən AMEA rəhbəri musiqişünaslığımızın
çoxəsrlik tarixinə
dərindən bələd
olan alimin ilk dəfə bu kitabda Azərbaycan
musiqişünaslığının inkişaf mərhələlərini
meydana qoyduğunu, musiqişünaslıq eliminin
ana xəttini və istiqamətlərini
müəyyən etdiyini
bildirib.
İ.Həbibbəyli Z.Səfərovanın Azərbaycanın
zəngin musiqi tarixinin tam elmi
mənzərəsini yaratmış
görkəmli musiqişünas
olduğunu söyləyərək,
yeni nəşrin onun 70 ilə yaxın davam edən tədqiqatlarının
ümumiləşdirilmiş növbəti hesabatı olduğunu vurğulayıb.
Bildirib ki, yeni nəsillər, alimin müasirləri, davamçıları, tələbələri
akademik Zemfira Səfərovanın musiqişünaslıq
elminin tarixi və nəzəriyyəsinə
dair tədqiqatlarını
davam etdirməli və daha da
zənginləşdirməlidirlər.
Daha sonra
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxış
edərək Azərbaycan
mədəniyyət tarixinə
dəyərli töhfə
olan kitabın nəzəriyyə və muğam musiqişünaslığı,
ozan-aşıq yaradıcılığına
dair araşdırmalar,
eləcə də musiqişünaslığın digər qollarına həsr olunmuş məqalələrlə zəngin
olduğunu bildirib. Z.Səfərovanın musiqi
tarixinin araşdırılması
istiqamətindəki çoxşaxəli
fəaliyyətindən söz
açan F.Əlizadə
onun Azərbaycanın
musiqi tarixini ciddi və sistemli
şəkildə öyrəndiyini
diqqətə çatdırıb:
"Gərgin zəhmətin,
əməyin bəhrəsi
olan "Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər"
kitabında Azərbaycan
musiqişünaslığı haqqında dolğun məlumat yer alıb. Biz burada musiqi tariximizi
əyani sürətdə
görə və izləyə bilirik".
Memarlıq və
İncəsənət İnstitutunun
baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə isə çıxışında səkkiz
bölmədən ibarət
olan yeni nəşrdə Azərbaycan
musiqişünaslığının mühüm mərhələləri
və problemlərinin
ciddi şəkildə
araşdırıldığını diqqətə çatdırıb.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar
Əzizov, Xalq yazıçısı Elçin
Əfəndiyev, professor
Nailə Rəhimbəyli,
sənətşünaslıq üzrə fəlsəfə
doktorları Zümrüd
Dadaşzadə və
Ülkər Talıbzadə
də çıxış
edərək təqdim
olunan əsərin məziyyətindən, Azərbaycan
musiqi tarixinin öyrənilməsində bu
kimi sanballı kitabların müstəsna
rolundan danışıblar.
Sonda akademik
Zemfira Səfərova tədbirin təşkilatçılarına
və iştirakçılarına
təşəkkürünü bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 11 oktyabr.- S.9.