Əməkdaşlığın davamlı inkişafı
Gürcüstan regionda Azərbaycanın
ən yaxın müttəfiqlərindən biridir.
SSRİ dağılandan sonra
hər iki ölkədə baş verən proseslər, bir çox məsələlərdə geosiyasi
maraqların üst-üstə
düşməsi və
digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına
gətirib çıxarıb.
Ölkələrarası diplomatik
münasibətlər qurulandan
sonra istər regional, istərsə də qlobal məsələlərdə
bu iki dövlət
həmişə eyni mövqedən çıxış
edib. İkitərəfli
münasibətlər Azərbaycan
Prezidenti Heydər Əliyevin 1996-cı ildə
Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb.
Həmin səfər zamanı tərəflər
"Dostluq, əməkdaşlıq
və qarşılıqlı
təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və
əməkdaşlıq" haqda qarşılıqlı
bəyannamələr imzalayıb.
1997-ci ilin fevralında
Gürcüstan Prezidenti
Eduard Şevardnadzenin Bakıya
səfəri zamanı
isə iki ölkə arasında strateji əməkdaşlığın
inkişafına dair
yeni bir sənədə
imza atılıb.
Dövlətlərarası münasibətlərin
hüquqi-normativ bazasının
təkmilləşməsi və
inkişafında dövlət
və hökumət başçılarının sonrakı
dövrdə intensiv xarakter alan qarşılıqlı
səfərləri mühüm
əhəmiyyət daşıyıb.
Bu səfərlər sırasında
oktyabrın 8-də Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin
Gürcüstana işgüzar
səfərini də qeyd etmək vacibdir.
Rəsmi
qarşılanma mərasimindən
sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və
Gürcüstanın Baş
naziri İrakli Qaribaşvili
arasında görüş
keçirilib. Görüşdə
ölkələr arasında
ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə
uğurla inkişafından
məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı
səfərlərin əhəmiyyəti
qeyd edilib. İki ölkə arasında əməkdaşlığın
uğurla inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti bütün istiqamətlər
üzrə, o cümlədən,
siyasi, iqtisadi, energetika, nəqliyyat sahələrində
ölkələrimiz arasında
tam anlaşmanın, əlaqələndirmənin
və qarşılıqlı
dəstəyin mövcud
olduğunu bildirib: İndiyədək iki ölkə arasında
125-dən çox sənədin
imzalandığını xatırladan
dövlətimizin başçısı
əmin olduğunu bildirib ki, budəfəki səfər də əlaqələrin inkişafına,
dostluq və qardaşlıq münasibətlərinin
gələcək inkişaf
yollarını müəyyənləşdirməyə
imkan verəcək.
Sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
və Gürcüstanın
Baş naziri İrakli
Qaribaşvili mətbuata
bəyanatlarla çıxış
ediblər. Azərbaycan
Prezidenti cənab
İlham Əliyev Gürcüstan-Azərbaycan
əlaqələrinin yüksək
səviyyədə olduğunu
bildirib, diqqətə
çatdırıb ki, bundan
sonra da uzun illər ərzində Gürcüstan və Azərbaycan iki dost və qardaş ölkələr kimi birlikdə olacaqlar.
Çıxışı zamanı dövlət başçımız
vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum
və Bakı-Supsa neft-qaz kəmərləri
bölgənin geosiyasi
vəziyyətini köklü
şəkildə dəyişib:
“Ölkələrimiz arasında
uğurlu regional əməkdaşlıq
münasibətləri çərçivəsində
irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin
reallaşdırılması bölgədə sülhə
və sabitliyə xidmət edir”.
Prezident
reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən də danışıb: “Azərbaycan ilə Gürcüstanın tarixi
İpək Yolu üzərində yerləşməsi
və ölkələrimiz
tərəfindən birgə
irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini
dəfələrlə artırıb”.
Prezident
cənab İlham Əliyev
Gürcüstanın Ermənistanla
Azərbaycan arasında
vasitəçi roluna
üstünlük verməsinə
də toxunaraq bildirib: “Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi
beynəlxalq təşkilatlar
Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə
çalışırlar. Biz bunu alqışlayırıq.
Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən
vasitəçiliyi və
yardımı qəbul
edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə
ki, bu sahədə Gürcüstan ola bilərdi”.
Səfər çərçivəsində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
və Gürcüstanın
Baş naziri İrakli
Qaribaşvili Tbilisidə
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect of Prosperity" – “Firavanlığın memarı”
adlı fotosərgi ilə tanış olublar. Dövlətimizin başçısına və
Gürcüstanın Baş
nazirinə sərgi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanı müasir
və iqtisadi cəhətdən çiçəklənən
ölkəyə çevirən
Ümummilli liderə ehtiramın ifadəsi olan bu sərgi
Ulu öndərin bütün
həyatını dövlətçiliyimizə
və xalqımıza
həsr etməsindən
və ölkənin gələcək inkişafının
əsasını necə
müdrikliklə qoymasından
bəhs edir
Sərgidə Ulu öndər Heydər
Əliyevin Azərbaycan
mədəniyyətinə qayğısını,
gənclərlə görüşlərini
əks etdirən fotolar da yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə
həsr edilmiş guşəsində Ulu öndər
Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze,
həmçinin Prezident
İlham Əliyevin Baş
nazir İrakli Qaribaşvili ilə görüşlərindən
də fotoşəkillər
nümayiş olunub.
Azərbaycan və Gürcüstanın
əməkdaşlığının təməlində dostluq əlaqələri dayanır
və ümid edirik ki, bu səfərin
ikitərəfli müstəvidə
əhəmiyyətli nəticələri
olacaq.
İman
ABDUYEV
Politoloq
525-ci qəzet.-
2023.- 11 oktyabr.- S.6.