Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik
yubiley tədbiri
keçirilib
Bu günlərdə Beynəlxalq
Muğam Mərkəzində
“Könüllülər” Kitabxana
İctimai Birliyi və Cabir Novruz
Mədəniyyət Fondunun
təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin inkişafında,
ictimai fikir tarixində, elmi-pedaqoji sahədə özünəməxsus
yeri olan tanınmış qələm
sahibi, publisist, aparıcı, qiraətçi,
alim, pedaqoq, əməkdar
jurnalist, pedaqogika üzrə fəlsəfə
doktoru Qafar Əsgərzadənin anadan
olmasının 60, yaradıcılığının
40 illiyinə həsr olunmuş “Könlümün
İlham pərisi” adlı
ədəbi-bədii, musiqili
tədbir keçirilib.
Öncə Vətən müharibəsində,
Azərbaycanın ərazi
bütövlüyünün təmin olunmasında canlarını qurban vermiş Vətən oğullarının- Şəhidlərin
əziz xatirəsi 1 dəqiqəlik sükutla
yad edildi.
Sonra monitorda Q.Əsgərzadənin
həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş etdirildi.
Qonaqları salamlayan Q.Əsgərzadə ürək
sözlərini belə
ifadə etdi: “60 yaşdan geriyə baxanda təhlil edəndə görürəm
ki, 40 il böyük yaradıcılıq
yolu keçmişəm.
Bu müxtəlif sahələri
əhatə edir. Həm rabitə sahəsində, həm elmi-pedaqoji sahədə, həm mətbuat, televiziya və radio sahəsində, eləcə
də ictimai-siyasi və humanitar sahədə çalışmışam.
Bu sahələrdə xalqıma,
dövlətimə kiçik
də olsa töhfələr bəxş
etməyə çalışmışam.
Neçə illərdir,
şair, yazıçılar,
ayrı-ayrı sənət
adamları, elm və incəsənət xadimləri
haqqında müxtəlif
səpkili verilişlər
hazırlayır, tədbirlər
keçirirəm. Bu, mənə
deməyə əsas verir ki, mədəniyyətimizin
hamisi, əsl söz xiridarı Respublika
Prezidenti cənab
İlham Əliyev və
1-ci Vitse-prezident Mehriban xanım
Əliyeva daim ədiblərin, sənətkarların,
qələm əhlinin
yubileylərinin keçirilməsi
üçün müxtəlif
tədbirlər silsiləsi
həyata keçirir.
Hesab edirəm ki, bu gün mənə həsr olunmuş, təntənəli şəkildə
Beynəlxalq Muğam Mərkəzində rəsmilərin
geniş ictimaiyyətin
eləcə də sənətsevənlərin iştirakı
ilə keçirilən
yubiley tədbiri də mənə həmin tədbirlər silsiləsinə daxildir.
Mən azad şəkildə, sülh şəraitində
keşirilən bu yubiley tədbirinə görə cənab Prezidentə və 1-ci Vitse-prezidentə dərin təşəkkürümü bildirirəm.
Tədbirə dəvət olunan
Azərbaycanın sayılıb
seçilən ziyalıları-tanınmış
elm və incəsənət
xadimləri ürək
dolusu çıxışlarında
Yubilyarı təbrik etməklə yanaşı,
ona yaradıcılıq
yollarında bitib-tükənməyən
uğurlar arzuladılar.
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair, əməkdar müəllim, “Şöhrət
ordenli”, Prezident təqaüdçüsü Ofelya
Babayeva Qafar Əsgərzadənin mətbuat
və televiziya sahəsindəki fəaliyyətindən,
ədəbi dilin təbliğindəki xidmətlərindən,
eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki
fəaliyyətindən bəhs
edərək Yubilyara xoş arzularını bildirdi.
Azərbaycan Televiziya və
Radio Verilişləri Qapalı
Səhmdar Cəmiyyətinin
sədr müavini əməkdar artist Rafiq Həşimov
yubilyarı televiziya və radiodakı fəaliyyətindən geniş
bəhs edərək yüksək qiymətləndirdi.
Sonra Azərbaycan Televiziya
və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin sədri,
filologiya elmləri doktoru, “Tərəqqi” medalçısı Rövşən
Məmmədovun səmimi
təbriklərini və
xoş arzularını
çatdırdı.
Azərbaycan Dövlət Pedaqoji
Universitetin Ümumi Pedaqogika kafedrasının
müdiri, əməkdar
elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov Q.Əsgərzadənin elmi-pedaqoji fəaliyyətindən,
şəxsiyyət kimi
söz açdı.
Sonra ADPU-nın rektoru,
tarıx elmləri doktoru, professor, “Şöhrət”
ordenli Cəfər Cəfərovun adından Təbrik ünvanını
Yubilyara təqdim etdi.
“Cabir Novruz“ Mədəniyyət Fondunun Prezidenti, Yasamal rayon Ağsaqqallar Şurasının sədri,
professor Cavanşir Qurbanovun
adından isə zəfərimizin simvolu olan “Dəmir Yumruq” Yubilyara Fondun Vitse-prezidenti Gültəkin Novruzova tərəfindən hədiyyə
olaraq təqdim olundu.
Aktyor Toğrul Rza Müşfiqin ifasında B.Vahabzadənin “Yaşımdan gileyliyəm”
adlı şeir tədbir iştirakçılarında
xoş əhval-ruhiyyə
yaratdı.
Monitorda
SSRİ Xalq artisti, Dövlət Mükafatı
laureantı, “Şöhrət”,
“İstiqlal”, “Heydər
Əliyev”ordenli Zeynəb Xanlarovanın Yubilyar haqqında fikirləri nümayiş etdirildi.
Daha sonra monitor vasitəsilə
Q.Əsgərzadənin
müəllifi olduğu
“Müşfiq və Dilbər”, “Nuri Paşa ilə Cəfər Cabbarlının görüşü”
adlı səhnəciklər
göstərildi.
Tədbir
boyunca əməkdar incəsənət xadimi Gülarə Əliyeva adına “Dan Ulduzu” insturmental ansamblının
müşaiyəti ilə
sevilən incəsənət
ustalarının xalq artisti Gülyaz Məmmədova, əməkdar
artist Zakir Əliyev, müğənnilər-
Nadir Qafarzadə, Rövşən
Əziz, Vüsal Hacıyev, Nicat Cəfərzadə, Gülzar
Fərəcova, Ayşən
Mehdiyeva, Sədəf Budaqova, Sərxan Bünyadzadə, Elşən
Cəfərzadə, Rasim
Səfərın ifa etdikləri bəstəkar
mahnıları tədbirə
xüsusi rəng qatdı, rövnəqləndirdi.
Tədbiri idarə edən
tanınmış televiziya
aparıcısı Azər
Süleymanlı peşəkarlıq
nümayiş etdirərək
onu daha baxımlı, daha maraqlı etdi.
Sonda Qafar Əsgərzadəni sevənlər Yubilyarla xatirə üçün
foto-şəkillər çəkdirdilər.
Azadə
Əsgərzadə
525-ci qəzet.-
2023.- 12 oktyabr.- S.13.