Qalib əsgər,
qəhrəman şəhid
44 gün Vətən müharibəsinin zəfərlə
başa çatması
uğrunda canını
fəda edən qəhrəman oğullardan
biri də içində azadlığa
qovuşduran igidlərdən
bir də Qalib Əbdüləhəd
oğlu Əkbərzadədir.
Qalib Əkbərov 2002-ci il aprelin
6-da Lənrakəran rayonunun
Kərgəlan kəndində
anadan olub. 2008-2019-cu illərdə Lənkəran
rayon Kərgəlan kənd
tam orta məktəbində
təhsil alan Qalib dərslərini yaxşı oxumaqla bərabər, idmana da maraq göstərib. O, Lənkəran rayonunda yerləşən "Zirvə"
idman klubunda ağır atletika ilə məşğul olub.
Q.Əkbərov Azərbaycan
Silahlı Qüvvələrinin
sıralarında müddətli
həqiqi hərbi xidmət qulluqçusu idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra Beyləqan rayonunda yerləşən
"N" saylı hərbi
hissədə xidmət
etmişdi. O, 2020-ci il sentyabrın
27-də Azərbaycan Silahlı
Qüvvələri tərəfindən
Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi üçün
başlanan İkinci Qarabağ müharibəsi
zamanı Füzulinin azadlığı uğrunda
gedən döyüşlərdə
savaşıb. Qalib Əkbərov sentyabrın
27-də Füzuli rayonu
istiqamətində döyüş
tapşrığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
ölümündən sonra
"Vətən uğrunda"
və "Füzulinin
azad olunmasına görə" medalları
ilə təltif edilib.
Şəhidimizin anası Aidə
xanımın dediklərindən:
"Oğlumu səkkiz
ildən sonra tapmışdım. Çox
gözlədim onun yolunu, gec gəldi,
tez getdi. İki bacının bir qardaşı idi Qalib. Böyük
bacısı Aygün
on birinci sinfi bitirəndə o, birinci sinfi bitirdi. Evdə ürəyimiz onunla döyünürdü.
Aralarında böyük
yaş fərqi olduğu üçün
bacıları Fidan və Aygün ona xüsusi qayğı göstərdilər.
Tez böyüdü balam,
5 ayın əsgəri
olanda müharibə başlandı. Hərbi xidmətini bitirib özünə parlaq həyat qurmaq istəyirdi. Saf arzularına qovuşa bilmədi. Bir evin 18 yaşlı madar balası indi bütün Azərbaycanın
fəxridir. Mən Qalibin adını
eşidəndə qürur
duyuram. Ana ürəyidir,
odlanır. Oğlum müharibə meydanında
göstərdiyi qəhrəmanlığına
görə "Vətən
uğrunda" və
"Füzulinin azad olunmasına görə"
medalları ilə təltif olunub. Həmin medallara baxanda oğlum gəlib gözlərimin qarşısında durur. Xəyalımda qurduğum
ilahi bir sevginin qanadlarında oğlumun işığına
doğru yol alıram. Gecələr yuxuma gələndə Qaliblə özümü dünyanın
ən xoşbəxt anası sayıram və deyirəm: "Sağ ol, əziz
balam. Torpağı Vətən etməklə
bütün elə şərəf gətirdin.
Südüm sənə
halal olsun!"
Zəfər ORUCOĞLU
525-ci qəzet.- 2023.- 13 oktyabr.- S.15.