Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq şairi Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş "Milli təfəkkür tarixi yaddaş şairi Məmməd Araz" konfransı keçirilib.

Konfransı girş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin Məmməd Arazın anadan olmasının 90 illik yubileyinə həsr edildiyini bildirib, şairin zəngin yaradıcılığından bəhs edib. Azərbaycanın milli istiqlal şairi Məmməd Arazın yubileylərinin daima ölkəmizdə yüksək səviyyədə qeyd edildiyini deyən İsa Həbibbəyli şairin yaradıcılığına hər zaman Ulu öndər tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdırıb: "Məmməd Araz milli müstəqillik uğrunda aparılan mübarizənin önündə gedən, əsərləri ilə ölkəmizdə istiqlal hərəkatına böyük dəstək verən qüdrətli Azərbaycan şairidir. Onun fəaliyyəti Ümummilli lider Heydər Əliyev tərəfindən "İstiqlal" ordeni ilə qiymətləndirilib. Şairin poeziyası, eyni zamanda, ölkəmizdə ötən əsrin 50-60-cı illərində, ideologiyanın öndə olduğu bir dövrdə xalqa, vətəninə, milli ideallara, ölkənin inkişafına, milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə həsr olunmuş bir ədəbiyyat kimi Azərbaycan ədəbiyyatı tarixində əbədi yaşamaq haqqı qazanmışdır. Onun yaradıcılığı bütövlükdə müstəqillik ideallarına, Azərbaycana, onun böyük gələcəyinin vəsf edilməsinə həsr olunub. O, sənəti, yaradıcılığı ilə əbədi yaşamaq haqqı qazanıb. Bugünkü konfransımızda da şairin Azərbaycan ədəbiyyatındakı möhtəşəm yeri xidmətləri ən müxtəlif səviyyələrdə elmi cəhətdən dəyərləndiriləcək xalqa çatdırılacaq".

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, yaradıcılığında əsasən Vətən, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən şairin bir çox şeirləri bu gün öz aktuallığını qoruyub saxlayır, dillər əzbəridir. Azərbaycan ədəbiyyatının böyük ustadlarından olan Məmməd Arazın sənəti, yaradıcılığı, əsərləri hər zaman yaşayacaq müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək.

Məmməd Arazla dostluq münasibətlərindən, unudulmaz görüşlərindən söz açan İsa Həbibbəyli şairlə bağlı xatirələrini bölüşüb.

Konfransda AMEA Fəlsəfə Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədli "Məmməd Arazın fəlsəfi dünyagörüşü barədə bir neçə söz", Xalq şairi Sabir Rüstəmxanlı "Vətən daşlarının vətən nəğməsi", tarix elmləri doktoru Eynulla Mədətli "Məmməd Araz poeziyasında milli təfəkkür, milli kimlik tarixi yaddaş", professor Şahin Fazil "Məmməd Araza nəzirə-şeir", filologiya elmləri doktoru Vaqif Yusifli "Məmməd Arazın fəlsəfi lirikası", professor Tahirə Məmməd "Məmməd Araz yaradıcılığı epik şeir kontekstində", fəlsəfə elmləri doktoru Adil Əsədov "Üç dahinin üçüncüsü - Məmməd Araz", dosent Günay Qarayeva "Məmməd Araz poeziyasında yaddaş intertekstuallığı" mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə Məmməd Araz yaradıcılığından, şəxsiyyətindən, fəlsəfi lirikasından, şairin poeziyasında milli təfəkkür, milli yaddaş, Vətənə, torpağa bağlılıq digər mövzulardan söz açılıb, müzakirələr aparılıb. Qeyd edilib ki, Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır.

Tədbirdə professor Rəfiqə Əzizova, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova, Fəlsəfə Sosiologiya İnstitutunun elmi işçisi Aypara Abbasova, Nazim Muradov çıxış edərək Məmməd Arazın poeziyasından söz açıb, şeirlərini şərh ediblər.

Tədbirdə şairin ailə üzvləri iştirak edib. Məmməd Arazın nəticələri Sara Fərəh Abbasovalar şairin şeirlərini səsləndiriblər.

 

525-ci qəzet.- 2023.- 13 oktyabr.- S.10.