Polietilen torbalar ciddi ekoloji təhlükə mənbəyi kimi
BU TƏHLÜKƏDƏN
SIĞORTALANMAQ ÜÇÜN AZƏRBAYCANDA DA ZƏRURİ
ADDIMLAR ATILIR
Nazirlər Kabinetinin 2021-ci ilin
fevralında də verilmiş müvafiq qərarına əsasən,
bir müddətdir ki,
market kassalarında məhsulların
yığılması üçün
nəzərdə tutulan,
ölçüsü 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi pullu olub.
Ticarət şəbəkələri
və mağazalarda iriölçülü polietilen
torbalar 5 qəpiyə,
daha kiçikləri isə 3 qəpiyə satılır. Azərbaycanda
alış-veriş zamanı
polietilen torbalarının
ödənişli olmasına
dair qərarın tətbiqindən sonrakı
hesablamalar göstərir
ki, iki ay yarım müddətində həmin
torbalardan istifadə
48 faiz azalıb.
Ekologiya
və təbii sərvətlər nazirinin
müşaviri Rasim Səttarzadə deyir ki, Türkiyədə ticarət
obyektlərində polietilen
torbalar pullu olduqdan sonra ilk yarım ildə onlardan istifadə təxminən 40 faiz azaldı. Bəzi ölkələrdə hətta
pullu olduqdan sonra polietilen torbalardan istifadə 70-80 faizə qədər azalıb. Bu da o deməkdir
ki, sonradan onların tullantı şəklində
atılması da azalmışdı:
"Biz düşünürük ki, bu, həm də
alış-veriş mədəniyyətini
formalaşdıracaq, biznes
qurumlarının da məsuliyyətli
olmasına gətirib çıxaracaq. Birgə
səylərlə ətraf
mühitə mənfi
təsirləri azaldacağıq".
R.Səttarzadənin dediyinə
görə, bu il alıcıların məhsullarını
qablaşdırmaları üçün
polietilen torbalardan istifadənin nizamlanması
və onların ödənişlə təqdim
edilməsi barədə
qərar verildi. Bu qərar iki il əvvəl qüvvəyə
minməli idi. Amma qanunun icrası iki il sonra həyata
keçirildi. Bu, plastik
tullantıların ətraf
mühitə təsirinin
azaldılması üçün
atılan bir addım idi: "Problem nöqteyi-nəzərindən bir
sıra hallarda ekoloji qanunvericiliyin təkmilləşdirilməsi ilə
bağlı baza qanun layihələri var.
Amma həmin sənəd
layihələrinin müxtəlif
dövlət qurumları
ilə razılaşdırılması
prosesi gedir".
Müşavir qeyd edib ki, ölkədə plastik tullantıların ətraf
mühitə mənfi
təsirini azaltmaq, alternativ məhsulları təşviq etmək üçün bəzii plastik qablaşdırma məhsullarının dövriyyəsinin
mərhələli şəkildə
azaldılması üçün
tədbirlər görülür.
Beynəlxalq təcrübə
də isbatlayır ki,
belə tədbirlərin
görülməsi ətraf
mühitə mənfi
təsirləri azaldır:
"Bu, kompleks tədbirlərdən
biridir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2021-ci
ilin iyul ayından ictimai iaşə, ticarət obyektlərində, xidmət
sektorunda istehlakçılar
üçün malların
daşınmasında istifadə
edilən qalınlığı
15-20 mikron olan torbaların
istehlakçılara ayrı
məhsul kimi təqdim edilməsi təsbit olunub. Amma indiyədək bu qərarda qeyd olunan məsələ öz həllini tapmayıb. Müvafiq qurumlar iri ticarət
şəbəkələrində maarifləndirmə tədbirləri
aparılıb. Artıq
bunun nəticəsi olaraq nəzərdə tutulan qərarın həyata keçirilməsinə
başlanılıb. Bu tədbirlərin
həyata keçirilməsi
plastik tullantıların
ətraf mühitə
mənfi təsirinin azaldılmasında müvafiq
hədəflərə nail olmaq imkanı verəcək. Çünki
biz şahidi olmuşuq
ki, bir müddət bundan əvvəl, daha yüngül, təkrar emala yararsız olan 15 mikrona qədər polietilen torbaların istifadəsi, istehsalının
qadağan olunması bu tulantıların ətraf mühitə mənfi təsirini azaldıb".
Qeyd edək ki, polietilen torbaların insan orqanizmi üçün zərərli olduğu danılmazdır. Çünki
bu paketlərin tərkibi çox qarışıqdır, yüzlərlə
kimyəvi birləşmənin
nəticəsində əldə
edilir. Polietilen torbalar insan orqanizmində müxtəlif
xəstəliklərin yaranmasına
səbəb olur. Polietilenin üzərindəki
bakteriyaların çoxluğu
səbəbindən paketlərdəki
ərzaqlar daha tez xarab olur.
Kip bağlanmış şəffaf
paketdə kondensat əmələ gəlir və müxtəlif göbələklər inkişaf
edir. Polietilen məhsullar dondurulduqda isə ondan insan üçün zərərli olan toksinlər ayrılır.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində
polietilen torbaların insan orqanizminə və təbiətə vurduğu zərərli risklər nəzərə
alaraq, onların istifadəsinin məhdudlaşdırılmasına,
kağız, parça
torbalardan istifadəyə
üstünlük verilməsinə
başlanılıb. Artıq
ABŞ, İngiltərə, Yeni Zelandiyada ərzaqlar üçün yalnız
kağız paketlərdən
istifadə olunur. Tayvan, Keniya, Uqanda, Fransa, Latviya və bu kimi bir
çox ölkələrin
hökumətləri də
polietilen paket istifadəsini qadağan edib. Bu yaxınlarda isə Gürcüstan da plastik qablardan, sellafon torbalardan istifadəyə qadağa qoyub.
Ekoloq
Samir Rüstəmovun sözlərinə
əsasən, hər
il dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Onlar torpaqda 80-90 il qalır, çürümək bilmir
və olduqca böyük ziyan vurur. Ekologiyaya vurduğu zərərə
görə onlardan gündəlik ticarətdə
istifadə edilməsi
tamamilə qadağan edilməlidir. Onun əvəzinə kağız
torbalardan, müəyyən
taxta məmulatlarından
hazırlanmış qablaşdırıcı
əşyalardan istifadə
edilməsi daha məqsədəuyğundur: "Xüsusilə polietilen torbaları həsir zənbillərlə əvəzləyə
bilərik. Bu zənbilləri
həm uzun müddət istifadə etmək olur, həm də ekoloji cəhətdən təmizdir. Polietilen torbalar birdəfəlik istifadə edildiyi üçün tullantı
miqdarı həddindən
artıq çox olur. Onların tullantıları torpaq altında yüzillər boyu çürümür,
ekoloji baxımdan çox ziyan vurur. Bu tullantıların
təkrar emala cəlb edilməsi də sərfəli deyil, çünki onların toplanıb təkrar istehsala verilməsindənsə yenisini
istehsal etmək daha ucuz başa
gəlir. Buna görə
də zərərli tullantılar ilbəil çoxalır".
Ekoloq qeyd edib ki, inkişaf
etmiş dünya ölkələrində əsas
tədbir kimi plastik torbaların ödənişli olması
və ya onlara ekoloji vergi tətbiqi kimi üsullardan istifadə edilir. Bununla yanaşı, dəfələrlə istifadə
oluna bilən parça torbalardan, bakteriyaların və ya digər canlı
orqanizmlərin parçalaya
biləcəyi çantalardan
istifadənin təşviqi
də görülən
tədbirlər sırasındadır:
"Artıq illərdir
ki, Danimarkada ticarət
müəssisələrində pulsuz polietilen torbaların paylanmasına
vergi tətbiq olunur. Danimarkada plastik torbalar ödənişli ediləndən
sonra alıcılar arasında ona tələbat 90 faiz azalıb. İrlandiyada plastik torbaların qiyməti artdıqdan sonra bu məhsula
tələbat 95 faiz azalıb. Latviyada polietilen paketlərdən istifadəni azaltmaq üçün onlara vergi tətbiq olunur. İtaliyada 2011-ci ildən yüngül çəkili plastik torbaların istifadəsinə
qadağa qoyulub. Bu, plastik torba istehlakının
60 faiz azalmasına gətirib çıxarıb".
Ekoloq hesab edir ki, polietilen paketlərin istifadəsindən imtina yalnız ekoloji cəhətdən savadlı
istehlakçının formalaşması
zamanı həyata keçirilə bilər:
"Polietilen paketlərdən tamamilə imtina üçün öncə
uzunmüddətli maarifləndirmə
kampaniyası təşkil
olunmalıdır. Parça,
kağız torbaların
istehsalı və əlverişli şərtlərlə
satılması təşkil
olunmalıdır".
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidmətinin
rəhbəri İradə
İbrahimova deyir ki, bu gün polietilen
torbalar ətraf mühiti çirkləndirən
əsas faktorlardan biridir. O hesab edir ki, marketlərdə polietilen torbaların pulla satılması insanların ondan istifadəsini azalda bilər:
"Polietilen torbalar pulsuzdur deyə alıcılar bundan məmnuniyyətlə istifadə
edirdilər. Ancaq bilmirdilər ki, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə
böyükdür. Ona görə
də polietilen torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır.
Bu torbalar qısa müddət ərzində
istifadə edildikdən
sonra atılır və yol kənarında,
ətraf ərazilərdə
xoşagəlməz mənzərə
yaradır".
İ.İbrahimovanın dediyinə
görə, beynəlxalq
təcrübə göstərir
ki, bu torbalar ödənişli olduqdan sonra onlara tələbat
95 faizədək azalır.
Lakin polietilen torbalardan
istifadəni azaltmaq üçün onların
marketlərdə ödənişli
olması yeganə həll üsulu deyil. Həmin materialların alternativləri,
yəni kağız, parça, kətan torbaların istehsalının
genişləndirilməsi ilə
bağlı tədbirlər
də nəzərdə
tutulub və nazirlik beynəlxalq ekspertlərin iştirakı
ilə maraqlı tərəflərin görüşünü
təşkil edib.
İqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, bu gün Avropa
ölkələrinin çoxu
polietilen torbalardan imtina edib. Analoji
qayda bizdə də tətbiq olunmalıdır. Bu, ekoloji
və insan sağlamlığı baxımından
da məqsədəuyğundur. Lakin polietilen torbaların kağızla əvəz olunması və ölkənin buna hazır
olması öncədən
araşdırılmalıdır.
İqtisadçının dediyinə görə, kağız torbaların idxal deyil, daxili istehsal
hesabına təmin olunmalıdır: "Bu zaman bir
qrup sahibkar vəziyyətdən istifadə
edib kağız idxalı ilə əlavə qazanc götürmək istəyəcək.
Bunun qarşısını almaq üçün müvafiq tədbirlər görmək lazımdır.
Ən başlıcası
isə ölkədə
kağız sənayesi
inkişaf etdirilməlidir.
Bu sahə geniş texnologiyaya malikdir. Kağız torbalara keçiddən öncə
daxildə kağız
sənayesi inkişaf etmiş səviyyədə
olmalıdır. Plastik
və polimer torbalardan imtina edilərsə, bu, idxal deyil, daxili
imkanlar hesabına təmin olunmalıdır".
Millət
vəkili Musa Quliyev hesab edir ki, polietilen torbaların satışının, istehsalının
qadağan edilməsi dünyada ekologiyanın qorunması üçün
tətbiq olunan ən yaxşı təcrübədir: "Bir çox
dünya ölkələri
ekologiyanı qorumaq üçün polietilen torbaların, birdəfəlik
plastik qabların istehsalının, satışının
qadağan olunması və ya məhdudlaşdırılması
ilə bağlı qanunvericiliyə dəyişiklik
ediblər. Azərbaycanda
da artıq belə bir qanunvericlik bazası yaradılıb
ki, bu da, ilk növbədə,
ekologiyanın, təbiətin,
insan sağlamlığının
qorunmasına xidmət
edir".
Sevinc QARAYEVA