Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət
(Əvvəli ötən şənbə sayımızda)
Yaxınlaşan
bədbəxtliklə, həm
də Almaniyanın ağalığı ilə
üz-üzə gələn
Avstriyanın yeni imperatoru
Karl (Frants İosif
1916-cı ildə öldükdən
sonra o, taxt-taca çıxmış və
ağır mirasa sahib
olmuşdu) və Almaniya rəhbərliyi
1918-ci ildə britaniyalılarla
və fransızlarla gizli danışıqlar aparmağı davam etdirirdi. Almanlar öz müttəfiqinə
"Avstriya Kanossasını"
təkid edirdilər və buna nail oldular (Kanossa Şimali İtaliyada yerləşən
bir qəsrdir. 1077-ci ilin yanvarında kilsədən təcrid edilmiş və taxt-tacdan düşürülmüş
alman imperatoru IV Henrix
papa VII Qriqoridən bağışlanmasını
yalvarmaq üçün
həmin Kanossaya gəlmişdi ki, qarlı
havada ayaqyalın dayanıb, alçalmaqla, özünün məğlub
olduğunu etiraf etsin. Buradan da "Kanossaya getmək" ifadəsi meydana gəlmişdir). Müharibədən
sonra da imperiyanı qoruyub saxlamağı gözləyən Avstriya-Macarıstan
hətta öz müstəqilliyinin də
əksinə, onun bütün qalıqlarınin
da təslim olması məcburiyyətində qaldı.
18 oktyabr 1918-ci ildə
ABŞ prezidenti Vudro Vilson Avstriyanın sülh çağırışını
rədd etdi, Amerika qoşunu 1917-ci ildən Antantaya kömək göstərmək üçün
artıq Avropaya gəlmişdi. Müharibənin
yaxınlaşan nəticələri
ilə əlaqədar
Vilson özünün
"14 maddə"sini irəli
sürmüşdü. 16 oktyabrda
imperator Karl Almaniya ilə
ittifaqdan geri çəkildi. 28 oktyabrda
Çexoslovakiya Praqada
öz müstəqilliyini
elan etdi, bir gün sonra Zaqrebdə Xorvatiya parlamenti Serbiya ilə ittifaqını bəyan etdi. Macar rəhbərliyi Dual monarxiyanın bir hissəsi olmaqdan 1 noyabr inqilabının qətnaməsi ilə imtina etdi və
imperiya öz sonluğuna gəlib çatdı.
3 noyabrda Avstriya-Macarıstan
hakimiyyəti atəşkəs
imzaladı, həm də o vaxtda Monarxiyanın niyyətləri
və arzuları öz mövcudluğunu bütünlüklə dayandırdı.
Vyanada Habsburq sülaləsinin saxlanmaması
şərtilə, Alman Avstriyası
Alman Respublikasının konstitusional
hissəsinə çevrildi.
İnqilab atmosferi ilə
Sosial-Demokratlar respublika
qurulmasını tələb
etdilər. Habsburqlar üçün adi bir otaq da yox
idi və I Dünya müharibəsinin
başa çatdığı
11 noyabr 1918-ci ilin saat 11-dən sonra, Karl özünün imperial hakimiyyətindən
istefa verdi. 1919-cu ildə Karl və onun ailəsi Avstriyanı tərk edib, İsveçrəyə
sürgünə yollandı
və səhhətinin
ağırlaşmasına görə
1 aprel 1922-ci ildə Madeyra adasında vəfat etdi.
İki varis dövlət - Çexoslovakiya və Macarıstan Avstriyadan həm də öz milli irslərini tələb edirdi.I
Dünya müharibəsi
Avropa sivilizasiyasını
viran qoydu. 8 və 9 milyon arasında olan sayda əsgər döyüş cəbhələrində
həlak oldu, digər 22 milyon yaralanmışdı. Sağalanlar
sonra əllərini və ya ayaqlarını
itirməklə əzab
çəkən əlillər
kimi müharibə yaralarından ölürdülər.
I Dünya müharibəsi həmçinin müharibə
veteranlarından "itirilmiş
nəsl" yaratdı,
onlar zorakılığa
adət edənlərə
çevrilmişdilər. Müharibədən
sonra məhz onların döyüşçü
əlləri Mussolinin
və Hitlerin hakimiyyətə sahib olmaq
cəhdlərinə və
bu səylərin uğurla nəticələnməsinə
dəstək verdi.
Ölənlər yalnız əsgərlər
deyildi. Müharibədən,
vətəndaş müharibəsindən
və ya aclıqdan ölənlərin
sayı ağıla sığmırdı.
I Dünya müharibəsini
başa çatdıran
müqavilələr çox
sayda ölkəni pis vəziyyətdə qoydu və onların
qəzəbinə səbəb
oldu. Müqavilələr
uzun sürən sülh qurmaqda da uğursuzluğa uğradı.
Fransız generalı
Ferdinand Foş 1919-cu ilin
iyununda Versal sülh müqaviləsinin imzalandığını
eşitdikdə, ucadan
demişdi: "Bu, sülh
deyil, bu, 20 illik üçün olan bir atəşkəsdir".
Onun peyğəmbərliyi
düz çıxdı,
1939-cu ildə yeni Dünya
müharibəsi başlandı.
Dövrün siyasi və iqtisadi qeyri-dəqiqliyi şəraitində
milli partiyaların sağ
qanadları xalqa güclü təsir etmək imkanı qazandı, onların arasında daha qüvvətlisi və daha bədnamı Hitlerin nasistləri idi.
Keyfiyyətli olmayan torpaq
1918-ci ildə Avstriya öz iradəsinin əleyhinə keyfiyyəti
olmayan bir torpağa çevrildi.
1918-ci ildən 1945-ci ilə
kimi Avstriya tarixi, mübarizə aparan, lakin uğursuzluğa
düçar olan bir xalqın tarixi idi. Avstriya
Respublikası yeni Avstriya
eyniyyətini yaratmaqda
uğursuzluğa uğradı.
1918-ci ildə avstriyalılar
asanlıqla "almanlara"
çevrildilər, çünki
onlar özlərini artıq alman millətinin bir hissəsi kimi görürdülər.
İkinci fəlakət
isə Üçüncü
Reyxin bir hissəsi olmaqda özünü göstərdi,
bu, Avstriya sakinlərini inandırdı
ki, hər şeydən
əvvəl onlar milliyyətcə "avstriyalılardırlar".
Monarxiya
yoxa çıxdıqdan
sonra onun yerini "milli-dövlətlər"
kimi nəzərdə
tutulanlar əvəz etdi. Bəzi ərazilər qonşuluqdakı
milli-dövlətlərə çevrilmişdilər. Bunlar
İtaliya, Rumıniya
və Polşa idi. Monarxiyanın cənub torpaqlarının
çoxu yeni krallıq
olan Yuqoslaviyanın tərkibinə girdi. Üç dövlət Monarxiyaya məxsus olan doğma çuxadan çıxmışdı,
onlar Macarıstan, Çexoslovakiya və
"Alman Avstriyası" adlanan
respublika olmaqla, 12 noyabr 1918-ci ildə həmin dövlətlərin
əsası qoyulmuşdu.
Axırıncının məsələsinini
Reyxstaqın alman üzvlərinin
Baş Məclisi həll etmişdi. Bu, Monarxiyadan yetim qalmış bir dövlət idi, onu isə heç
kəs istəmirdi.
1918-ci ildə həm də Avstriyanın görkəmli rəssamı
Qustav Klimt (1862-1918-ci illər)
həyatdan getdi. O, çox sayda tabloların, portretlərin,
peyzaj təsvirlərinin
müəllifi idi. Vyananın mağazalarında
indi də onun qadın portretlərinin reproduksiyaları
geniş satılır.
Versal sülhü müharibəni
başa çatdırdı.
Qaliblər, Müttəfiqlər
olan Britaniya, Fransa və Birləşmiş Ştatlar
idi, milli liderlər və dövlətlər də mükafat timsalında Avstriya-Macarıstana
qarşı bu qaliblərin tərəfinə
keçmişdi. Versal müqaviləsinə
görə, Almaniya
Alman imperiyasının varisi
kimi cəzalandırıldı,
Dual imperiyanın açıq
varisləri olanlar da cəzalandırıldılar. Öz
milli müqəddəratını təyin etmək barədəki Vilson prinsipləri sülh həllinin əsasları rolunu oynadı. Macarıstan öz əvvəlki ərazisinin
üçdə birini
itirdi, çox sayda macar da onun sərhədlərindən
kənarda qaldı. Özünün
şimal sərhədindəki
Bohemiya və Moravianın tarixi ərazilərinin Çexoslovakiyaya
məxsus olması saxlandı.
Sloveniya
Yuqoslaviyanın bir hissəsi oldu. İtaliya təkcə italyan dilində danışanların zonası
olmayıb, alman dilində
danışan Tirolun cənub hissəsi də həmçinin onun tərkibinə keçdi. "Cənubi Tirolun zorlanması" öz müqəddəratını
həll etməyin gülünc mövzusuna çevrildi. "Avstriyalıların"
çoxu 1918-19-cu illərdə
Avstriya Respublikasının
müstəqilliyini istəmirdi,
Alman Avstriyasının Almaniyaya
Anşlyus olunmasına
qarşı müttəfiqlərin
qoyduğu veto, Almaniya
üçün bunun
əvvəlcədən absurd olmasını göstərdi.
Almanlar müharibədə
təqsirkar və məğlub hesab edildi.
Anşlyus vetosu dəyişikliyə
səbəb oldu,
"Alman Avstriyası" Avstriya
Respublikalısına çevrildi.
1919-cu il qanunu bu dəyişikliyi institutlaşdırdı,
qüvvəyə mindirdi,
yeni Avstriya Respublikası,
qısa müddətli
Alman dövlətinin əksinə,
"Avstriyanın" leqal
bir varisi idi.
Vyananın Monarxiyadan birdəfəlik
ayrılması ilə,
milli xətləri keçmək
xüsusilə çətin
idi. İmperial paytaxt Vyana, Monarxiya üçün azad ticarət arealının mərkəzi (habı) kimi Macarıstandan ərzaq ehtiyatı almaqdan asılı idi, sənaye üçün kömürü
isə Bohemiya torpaqlarından alırdı.
Yeni milli sərhədlər Vyananın öz əvvəlki iqtisadi həyat mənbələri
ilə əlaqələrini
kəsdi. Belə travmatik dəyişiklikdən
sonra bu, ciddi çətinliyə səbəb oldu. Almaniyada olduğu kimi, Avstriyada möhkəm valyutanın bərpa edilməsi maliyyə resurslarının
olmasını tələb
edirdi, bu resurslar isə yox idi. 1920-ci illərdə Avstriya siyasətçiləri inflyasiyaya
qarşı aparılan
mübarizədə dövlət
kreditindən istifadə
etməli idi.
Mədəniyyət müharibələri
və Hitler tərəfindən
Avstriyanın işğalı
1927-ci ilin xüsusiyyətlərindən
biri "O yəhudidirmi?"
sualı idi. Bu vaxt adam onun
haqqında başqalarının
nə düşündüyünü
asanlıqla anlayırdı.
1900-cü il Vyanasının modeli olan "yəhudi" mədəniyyəti
ilə Avstriyanın qalan hissəsinin konservativ mədəniyyəti
arasındakı toqquşma
da müharibə vasitəsilə
intensivləşdirilmişdi və böhrana səbəb olmuşdu. Avstriya mədəniyyətində
yəhudi elementi avstriyalıların çoxu
tərəfindən "Avstriya
üçün" hansısa
bir əcnəbi mədəniyyət kimi qiymətləndirilirdi. Bu dövrün
musiqi dünyasında
on iki tonlu bəstəkarlıq sistemi
yarandı. Müharibə
illərində Vyana fəlsəfəsinin çox
böyük nailiyyətləri
üzə çıxdı.
Avstriyalıların hüququ
barədəki konservativ
mədəniyyət siyasətinə
baxmayaraq, yəhudi törəmələri olan
fərdlər görkəmli
yaradıcı insanlara
çevrildilər. Yəhudilər
xüsusən Vyana operettası dünyasında
görkəmli olmaları
ilə fərqlənirdilər.
Yəhudi operettası
Hollivuda da yol açdı. Yəhudilər
Alp və Barokko Avstriyasının turizm imicinin də irəliləməsinə köməklik
göstərdilər. Turizmin
həvəsləndirilməsi isə, əslində, konservativ strategiya idi.
İqtisadi böhran dərinləşdikdə,
1932-ci ilin yanvarında
Alman nasistləri hökuməti
tərk etdilər. Dünya iqtisadi böhranı öz startını 1929-cu ildə
ABŞ-da baş verən
Böyük Depressiyadan
götürmüşdü. Almaniyada isə bu böhran, bir az əvvəl
onun məğlub ölkəyə çevrilməsi
ilə xalqın daha ağır sosial şəraitində keçirdi. Bəzi tarixçilər deyirlər
ki, ağır iqtisadi
böhran olmasaydı,
Hitler kiçik bir siyasi xadim kimi
qalardı, heç cür tarixi Qoliafa çevrilməzdi. Nasistlər isə böhrandan fayda götürmək üçün,
ondan məharətlə
istifadə etməyi bacardılar və iqtisadi və sosial çətinliklər,
heç şübhəsiz,
onların hakimiyyətə
gəlməsinə münbit
şərait yaratdı.
Hitler işsizliyi ləğv
etmək üçün
geniş miqyasdakı avtobanlar tikintisinə başladı, əslində
onlar hərbi məqsədlərə xidmət
etməli idi. İşsizliyin ləğvinə
isə daha çox qadınların əmək bazarından uzaqlaşdırılması kömək
etdi, alman qadınları
uşaq doğmaq üçün canlı inkubatorlara çevrilmişdilər.
Bəkarəti məhv
edilmiş qızlar hamilə olduqda, Hitler üçün uşaq doğacaqları ilə fəxr edirdilər.
Üç ay sonra, martda Almaniyada Nasional Sosialistlərin
aparıcılıq etdiyi
hökumət formalaşdı,
1933-cü ilin yanvarında
isə Adolf Hitler reyxkansler
oldu. 1934-cü ilin avqustunda prezident Hindenburq öləndə
Hitler iki ali hakimiyyəti öz əlində cəmləşdirb,
özünü Almaniyanın
füreri adlandırdı
və Çarli Çaplinin də öz filmində ifşa qaydasında təsvir etdiyi bir diktatora çevrildi.
Millətlər Liqası
Avstriyaya iri məbləğdə borc
verdi, bu, birbaşa, Almaniya ilə bütöv birləşmə ideyalarının
rədd edilməsinin qiyməti, bilavasitə həmin məqsəd üçün çəkilən
xərc idi. Bu addım, maliyyə cəhətdən köməklik
göstərsə də,
siyasi cəhətdən
elə bir ciddi təsir göstərə bilmədi,
çünki respublika
öz daxilində bölünmüşdü. Buradakı
Sosial-Demokratlar, alman millətçiləri
və yerli Nasional-Sosialistlər Qərb dövlətlərinə təslim
olmağa etiraz edirdilər.
Dövlətin yeni heraldik simvolu
Habsburq iki başlı qartalı oldu, baxmayaraq ki, bu, Babenberqin qırmızı-ağ-qırmızı qalxanında birgə simvol hesab olunurdu.
Bu simvol Habsburq ailəsinə daha pozitiv münasibəti nümayiş etdirirdi, onların alçalan hüquqları isə
1935-ci ildə artıq
xeyli qaydada bərpa olunmuşdu.
Avstriyanın milli ambivalentliyi Hitler Almaniyasının fenomenal
iqtisadi uğuruna imkan yaratdı. Hitler Üçüncü Reyxi
daha təəssürat
yaradan bir dövlətə çevirdi.
1935-ci ildə Fransa, Britaniya və İtaliya Hitlerin təftişçilik müharibəsinə
qarşı dayanmaq üçün Avstriyanın
müstəqilliyinə təminat
verdi, İtaliya hələ 1834-cü ildə
Avstriya kansleri Dolfus öldürüldükdən
sonra, duçe Mussolininin dili ilə Avstriyanın müstəqilliyini müdafiə
edərək, Hitlerin vicdanlılığın elementar
qanunlarını pozduğunu
bildirmişdi. Mussolini gələcək
dostu Hitler haqqında həmin 1934-cü ildə
onunla Venetsiyadakı görüşündən sonra
yazmışdı: "O, zəhlə
tökən adamdır.
Bu Hitler - quduz və qəddar adamdır, məcbur edir ki, Attilanı yada salasan. Almanlar Tatsit (Qədim Romanın böyük tarixçisi
- müəllif) dövründən
barbar dövləti olaraq qalır".
Mussolini 1937-ci ldə Almaniyada
Hitlerlə görüşdükdən
və nasizmin qüdrətini müşahidə
etdikdən sonra isə, onun haqqındakı rəyini tamamilə dəyişdi. Həm də alman nasistləri özləri üçün Mussolini faşizmininin
təcrübəsindən çox
şeyi götürmüşdülər.
(Ardı var)
Telman
ORUCOV