Şairin bizə gəlişi - ən çox oxunan şeirim...
Məmməd Araz - 90
Məmməd əmi sözümü
yerə salmayıb əlli yaş öncəsi - 1983-cü il martın
22-də axşamüstü bizə gəldi (yeri gəlmişkən, şairin yubileyi may ayında Filarmoniyada qeyd olundu. Özü
deyirdi, əslində,
mayda doğulub).
Bayıl
bir gün qabaqdan qatı ağ dumana bürünmüşdü.
Sabah, sabah Məmməd Araz bizə gələcək,
Fərəhdi, hey dörd bir yana daşınır duman.
Bu xoşbəxt ev nədən qorxur? Gözə gələcək,
Bütün günü duz çevirir başına duman.
Anamın
bayram plovundan sonra dostların iştirakı ilə qardaşım və mənim şairlə şirin söhbətimiz başladı.
lll
- Məmməd müəllim,
"Azərbaycan - dünyam
mənim" şeirinin
yaranması barədə
danışardınız. Necə
oldu ki, o şeir yarandı?
- Mən Azərbaycanın şəklini, coğrafi mənzərəsini verməyə
çalışdım:
Azərbaycan - qayalarda bitən
bir çiçək,
Azərbaycan - çiçəklərin içində qaya.
- Bəs buradakı ictimai məna? Onu niyə demirsiniz?
- Nə bilim, vallah?! İctimai məna varsa...
- İndi
görün oxucularınız
ona necə qiymət verir?! Bir oxucu kimi bu
şeiri oxuyandan sonra belə bir qənaətə gəldim ki, vaxt gələcək, həmin
şeir hökmən Azərbaycan milli dövlətinin
himninə çevriləcək.
- Azərbaycanın himnini yazmaq üçün müsabiqə elan eləmişdilər.
Mən də iştirak elədim o tədbirdə. Mən himni bu şeir
üzərində qurmuşdum.
- "Azərbaycan - dünyam mənim" şeirinin?
- Bəli. Məzmunu dəyişmişdim. Amma ruh
oradan gəlirdi. Düzdür, qəbul olunmadı. Oxundu, oxunmadı, onu da deyə bilmərəm. Bir
də, mən o şeirə adi şeirlərimdən biri kimi baxıram.
- Deyirlər ki, baharda adamın qanı təzələnir, təbiət
canlanır. O şeiri
ilk dəfə oxuyandan
sonra... elə hər dəfə oxuyanda vətəndaşlıq
hisslərimiz təzələnir,
canlanır.
- Şeir oxucu üçün yazılır.
Oxucu bilər.
- Oxucu daha yaxşı
bilir?
- Xiridar oxucu.
- Sizi ki, oxucular başa düşürlər,
xoşbəxt adamsınız,
Məmməd müəllim.
- Mən bunu dəfələrlə
demişəm, yazmışam
da. Azərbaycanda şair
olmaq çox çətindir. Ənənə
böyükdür. Qabaqda
ağsaqqallar var. Bunların
qabağına çıxmaq
da oğul işidir. Burada Nizami, Nəsimi, Füzuli, Sabir
var. Bu yaxınlarda sizin
dərnəkdən mənə
xeyli sual veriblər. Cavanlar deyirlər ki, sizcə, yaxşı şair olmaq üçün nə etmək lazımdır? Demişəm
ki, vallah, doğrudan
da, mən özümü
yaxşı şair hesab eləmirəm. Şeirim də ki, deyə bilmərəm, güclüdür, ya adi şeirdir...
- İndi
siz "Dünya sənin, dünya mənim..." kitabını
nəşrə hazırlayırsınız.
Orada "Dünya sənin, dünya mənim..." , "Haqqın yoxdu, haqqın var", "İlhamım",
"Mən yollarda öləcəyəm" və
başqa sanballı, ləngərli şeirləriniz
var.
- Mənə qalsa, "Sahibsiz qəbirlər"
şeirini üstün
tutardım, nəinki
"Dünya sənin,
dünya mənim..."
- Sizcə, bu yeni kitabınız "Anamdan
yadigar nəğmələr"
kitabınız kimi güclü ola bilərmi?
- "Anamdan yadigar nəğmələr" kitabında
elə şeirlər
var ki, indi olsaydı, verməzdim. Hər kitab bir pilləkən kimidir. Kitabdan-kitaba qalxmalısan. "Anamdan yadigar nəğmələr"
kitabında bəzi şeirlər pilləkəndir.
Onları yazmaya da bilərdim.
- Başqa sözlə,
"Sənət yarışında,
söz yarışında,
Yüzümüz bir
Sabir deyilik hələ",
"Bir də, azarkeşlər
diliylə desək, Çoxumuz oynayır B qrupunda...", eləmi?
- Əslində də, belədi. Yenə deyirəm, bəzi şeirlər ürəyimcə
deyil.
- Siz yazmısınız ki,
ürəyimsiz kəlmə
yazan deyiləm. Biz həmişə ürəklə
yazdığınızı görmüşük. Hələ
ki, ürəksiz yazdığınız
şeirə rast gəlməmişik. Əsasımız
var, ona görə deyirik.
- Belə olmağı yaxşıdır (gülür).
- Bir məsələ də
var. Bir var müəllif, bir
var oxucu öz səviyyəsindən yanaşır.
Bizim səviyyəmizdə
zəif şeiri yoxdur. Məmməd müəllim isə görür ki, var zəif
şeiri.
- Məmməd müəllim,
mübahisə doğuracaq,
ancaq bu, çox maraqlıdır. Məsələn, şeirin
bir misrasını oxuyub, müəllifdən
soruşursan ki, nəyi
nəzərdə tuturdun?
O deyir, məsələn,
filan şeyi. Amma oxucu da həmin misranı başqa yerə yoza bilər.
- Çox təbiidir.
- O da ola bilər ki, oxucu şairin nəzərdə
tutduğu şeylərdən
yüksəyi nəzərdə
tutsun?
- Ola bilər.
- Şeirlərinizdən hansı
qəlbinizə daha çox yaxındır?
- Bəlkə də, "Mən yollarda öləcəyəm..." Bəlkə
də, "Sahibsiz qəbirlər" şeiri.
"Qəbiristana gedən
gəlin", "Üstümə
qayıdan yazılarım",
"Şəhriyar gəlmədi",
"Qoruyun dünyanı"
şeirlərini də
deyə bilərəm.
Ağıllı artdıqca ağılsız
artır,
Qoruyun dünyanı ağıllılardan.
Atom, nüvə bombasını
kəşf edən kimlərdir? Ağıllı
adamlar. Mənim aləmimdə belədir. Bütün bəşərə
üz verən pislikləri, vəhşilikləri
edənlər kimlərdir?
Hamısı ağıllı
adamlardır.
Ağıllı ovçular azdı
o zaman,
Həvəskar ovçular dovşan
vurardı.
Sonra dağ kəlini dağlarımızdan
Ağıllı ovçular qırıb
qurtardı.
Dağ kəllərini vuran ağıllılardır. Hardasa
ağılsız ağıllılardır...
lll
Şeir
deməsini xahiş etdik. "Yadımda qalmayıb" - dedi. Şeirlərini bir-bir yada
saldım. "Sən",
"Salamat qal", "Əlvida
dağlar", "Ana torpaq,
hər daşına üz qoyum", "Təklikdə - çaylaq
daşıyam" şeirlərini
lentə aldım. O vaxtadək şairin öz səsində bir şeiri belə yox idi.
"III Məmməd Araz
Poeziya günü"nü
keçirdiyimiz zaman - şairin
85 illiyində həmin
şeirləri ictimailəşdirdim,
radio və televiziyalara
verdim.
2002-ci ildə rayona anamın görüşünə
gələndə şair
qırıq məftillərlə
çəpərlənmiş həyətin taxta qapısını açıb,
iki otaqlı kiçik evi qəribə nəzərlərlə
süzmüşdü. İndiyədək
o baxışları unuda
bilmirəm. "Bəlkə
şairin uşaqlığı
belə bir evdə keçib? Bizim ev kənddəki
evlərini, uşaqlığını
yadına salıb yoxsa?" deyə düşünmüşdüm. Bu haqda ondan nə
o vaxt, nə də sonralar soruşdum. Uzun illərdən bəri xəstəliyinin acısını
yaşayan şair, çətinliklə də
olsa evə qalxıb, həyat yoldaşı Gülxanımla
bərabər, yaşlı
anamla görüşmüş,
həyətə düşüb
qollu-budaqlı gilas ağacının altında
süfrə arxasında
əyləşmişdilər. O zaman
"Cənub" televiziyası
fürsəti qaçırmadı.
Gəlib şairlə
söhbətimizdən bir
saatlıq veriliş hazırladı.
2004-cü
ilin 1 dekabrında şair vəfat edəndən sonra həmin qış gilas ağacı qurudu.
İbtidai məktəb təhsili
belə olmayan anam bu gün
də şairin şeirlərini deyir, onları mahnıtək oxuyur.
Gözəl bir poetik deyim
Məmməd Arazı
vəcdə gətirir,
yerindən oynadır,
yaxşı əsər
oxuyanda sevinc dolu həyəcanını
boğa bilmirdi. İşdə otağımız
iç-içə idi.
Bir dəfə məni səsləyib Ramiz Rövşənin yenicə dərc olunmuş "Süd dişinin ağrısı"
poemasını göstərərək
heyranlıqla: "Zalım,
gör neyləyib e!..
Yaman yazıb!" deyə heyrətini bildirdi. Poema onu əməlli-başlı
təsirləndirmişdi.
Ustad şair yeniliyə, gəncliyə açıq idi. Neçə-neçə cavan şairə "Uğurlu yol" yazmış, zəmanət vermişdi. 1991-ci ildə baş redaktoru olduğu "Azərbaycan təbiəti" jurnalının bir nömrəsini hazırlamağı mənə tapşırmasını xahiş edəndə (mən jurnalda çalışırdım) "yox" demədi. Jurnalın ikinci sayına o, ön söz, mən son söz yazdıq. 30 illik publisistik fəaliyyətinin bəhrəsi olan "Sənətdə son mənzil olmur" kit
Qardaşxan ƏZİZXANLI
525-ci qəzet.- 2023.- 14 oktyabr.- S.15.