Ətirli güllər vadisi

 17 oktyabr - Füzulinin işğaldan azad olunduğu gündür

 

 

 

 

Qədim adı Qarabulaq olan Füzuli rayonu ərazisi Səfəvilər dövləti dönəmində Qarabağ bəylərbəyliyinin tabeçiliyindəki Dizaq mahalın təkibində idi. 1827-ci il sentyabrın 10-da rus çarı I Nikolayın xüsusi fərmanı ilə Qarabulağa şəhər statusu verildi (2027-ci ildə (Qarabulaq) Füzuli şəhərinə şəhər statusu verilməsinin 200 ili tamam olacaq), 1906-cı ildən 1918-ci ilədək qəzaya, sonra isə rayon mərkəzinə çevrildi. Nəhayət, 1959-cu ildən Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə Füzuli şəhəri adlandırıldı. Qarabağ mahalının ən önəmli mədəni-iqtisadi, sənaye aqrar mərkəzlərindən olan Füzuli rayonu Qədim Cavanşırlər elinin Bayat oğuz türklərinin yurd yeri kimi özünəməxsus tarixi ənənələrə malikdir. Bugünkü Füzuli rayonunda tarixən geniş əhatəli yaradıcı ədəbi-mədəni mühit formalaşıb. XIX yüzilliyin sonu-XX yüzilliyin əvvəllərindən peşəkar teatr (1913-cü ildən) fəaliyyət göstərməklə yanaşı, ədəbiyyat mədəniyyətin müxtəlif sahələri inkişaf etdirilib.

Bu torpaq görkəmli muğam ustası, Xalq artisti Seyid Şuşinski, İslam Rzayev, Qəndab Quliyeva, Xalq yazıçıları İlyas Əfəndiyev Elçin, Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, Əməkdar mədəniyyət işçisi, şair Vaqif Bəhmənli, tanınmış yazıçılar Cəmil Əlibəyov, Seyran Səxavət, Nemət Veysəlli, Mətləb Misir, Oruc Səda, Əşrəf Veysəli, Sabir Arazlı kimi yaradıcı şəxsiyyətlər yetirib.

İkinci Dünya müharibəsi illərində Füzuli Mədəniyyət Mərkəzində fəaliyyət göstərən sənət adamları tərəfindən bölgədə insanlar arasında milli ruhun qorunub saxlanılması, vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə "Qarabağ ocağı" folklor teatrı yaradılıb. Folklor kollektivi bölgədə mövcud olan özünəməxsus folklor nümunələrini, musiqini, etnoqrafiyanı, adət ənənələri, sosial-məişət bilgilərini əks etdirən teatrlaşdırılmış musiqili kompozisiyalarla Füzulidə, Hadrutda, Xocavənddə, Cəbrayılda, İmişlidə arxa cəbhədə çalışan zəhmətkeşlər qarşısında çıxış edər, zəhmətkeşləri qələbəyə ruhlandırırdılar. Mərhum rejissor Adışirin Əliyev danışardı ki, "Qarabağ ocağı" bir gün Xocavənd qəsəbəsində erməni tamaşaçıları qarşısında dahi bəstəkarımız Üzeyir Hacıbəyovun "Əsli Kərəm" operasından final səhnəsini nümayiş etdirib. Kərəm obrazını tamaşada canlandıran xanəndə, sevimli müğənni, mərhum Ağabala Abdullayev Kərəm obrazını elə yanıqlı səslə ifa edib ki, tamaşa zalında əyləşən erməni tamaşaçılardan biri tamaşanın doğruluğuna necə inanıbsa, özünü saxlaya bilməyib ayağa qalxaraq zaldan səslənib: "Ara, ay Ağabala, sənə qurban olum, belə ahu-nalə töküb o keşiş it oğluna yalvarma, cəhənnəmə ki, Əslini sənə vermir, verməsin, ara, qurban olum, mənim dörd qızım var, gedək bizə, qızlarımın hansından xoşun gəlir onu sənə verəcəm. Qurban olum, o namərd keşişə yalvarma".

İllər keçdikcə "Qarabağ ocağı" öz repertuarını genişləndirir, respublika, ümumittifaq beynəlxalq festivallarda, baxış müsabiqələrində uğurlara imza atır, tamaşaçıların rəğbətini qazanır. Xanlar Əhmədov, Vaqif Vəliyev, Məmməd Cavadov, Adışirin Əliyev, Mələksima Həsənova, Səfər İbrahimov, Vaqif Rəhimov, Ramiz Əliyev, Nüşabə Hüseynova, Nizami Abdullayev, Eldar Novruzov, Təşkilat Nəsirov, Fatma Əhmədova, Məryəm Məmmədova, İntizar Quliyeva, Asif Şirinov, Eldəniz Məmmədov, Rafael Məmmədov, Allahyar Əliyev, Nizami Əliyev, Samir Cəlilov, Aşıq Fərman Məmmədov, Yusif Hüseynov, Əli Əliyev, Sumbat Hüseynov, Nadir Allahverdiyev onlarla digər sənət adamı bu folklor teatrında püxtələşərək mükəmməl sənətkarlar kimi ad qazanırlar.

İllər keçir, "Qarabağ ocağı" 1989-cu ildə keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Ümumittifaq xalq yaradıcılığı festivallarında böyük uğurlara imza atırlar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Qarabağ ocağı"nın qazandığı nailiyyətləri qiymətləndirərək kollektivə Özbəkistan Respublikasının Namanqan vilayətində keçiriləcək "Ətirli güllər vadisi" Ümumittifaq Xalq yaradıcılığı - Folklor festivalında Azərbaycanı təmsil etmək kimi məsuliyyətli bir vəzifə tapşırır. 1989-cu ilin may ayında "Qarabağ ocağı" Folklor teatrı Mədəniyyət Nazirliyinin şöbə müdiri Tahirə Əliyevanın rəhbərliyi ilə Özbəkistana yola düşür. "Qarabağ ocağı"nı Namanqan hava limanında Vilayət Mədəniyyət İncəsənət idarəsinin rəhbəri Sənət Abdullayevanın rəhbərliyi ilə özbək milli geyimində, duz-çörəklə bizi qarşılayırlar.

...Bu hadisədən təxminən 34 il sonra - 2023-cü il il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edirlər. Açılış mərasimindən bir gün əvvəl  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata verdikləri birgə bəyanatda belə deyir: "Bu, Qarabağın bərpası işində xarici dövlətlərin ilk hədiyyəsidir. Eyni zamanda, mən Şavkat Miramanoviç Mirziyoyevə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Şəxsən onun təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa edilib. Bu növbəti həmrəylik, dostluq, qardaşlıq addımıdır. Xalqımız arasında qardaşlıq münasibəti çoxəsrlik tarixi var, dostluq qardaşlığın bütün dövrü ərzində biz həmişə bir-birimizin yanında olmuşuq, biri-birimizi dəstəkləmişik... Bu, bizə qarşı növbəti dostluq, qardaşlıq addımıdır Azərbaycan xalqı bunu çox qiymətləndirir".

İşğaldan azad olunan Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimini izləyəndə istər-istəməz 34 il əvvəl Namanqan şəhərində keçirilən "Ətirli güllər vadisi" adlı festivalı xatırladım məndə iki xalq arasındakı səmimi qardaşlıq münasibətlərinin dərin tarixi köklərlə bağlı olduğuna bir daha əminlik yarandı.

Qeyd edim ki, 34 il əvvəl "Qarabağ ocağı" Namanqana festivala gedərkən mənim təklifimlə o vaxt Füzuli rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Bəhram Məmmədov da Özbəkistana göndərilən heyətin tərkibinə daxil olunmuşdu. Mərhum Bəhram Məmmədov o vaxt səfər təəssüratlarını bölüşərkən özbək xalqının musiqiyə necə həssas yanaşdığdan böyük şövqlə söz açardı, deyərdi ki, "Qarabağ ocağı" folklor kollektivinin musiqiçiləri milli musiqi alətimiz olan qara zurnada "Çəngi"ni ifa edəndə, az qala, bütün şəhər əhalisi rəqs edirdi. O danışdıqca məni heyrət bürüyürdü. Özbək qardaşlarımızın bizə olan məhəbbətinin, sevgisinin belə sonsuz olduğunu təsəvvürümə gətirə bilmirdim. Namanqan şəhərində bütün küçə parklarda yolboyu yolların ətrafında, qazonlarda bərli-bəzəkli müxtəlif növ qızılgüllər, tülpanlar, ətirli çiçəklər göz oxşayırmış. Deyilənləri eşidəndə istər-istəməz məndə belə bir fikir oyandı ki, festivalın adını təsadüfən "Ətirli güllər vadisi" qoymayıblar, Namanqan həqiqətən ətirli güllər vadisidir.

"Qarabağ ocağı" folklor kollektivi festival günlərində müxtəlif bölgələrdə əmək zəhmət adamları ilə görüşlər keçirməklə yanaşı, 60 min nəfərlik şəhər stadionunda baş tutacaq festival qaliblərinin qala konsertinə hazırlaşırlar. "Qarabağ ocağı" festivalda iştirak edən 60 kollektiv arasında birinci yerə çıxaraq Qran-Pri mükafatına layiq görülür.

Onu da qeyd edim ki, kollektiv Özbəkistana gedərkən özləri ilə Füzuli bölgəsini əks etdirən vacib eksponatlar, bədii, sosial-iqtisadi ədəbiyyatlar da götürmüşdülər. Məqsəd tədbirlər keçirilən yerdə tarixi-arxeoloji, etnoqrafik folklor materiallarından ibarət sərgilər təşkil etmək idi. "Qarabağ ocağı" səfər çərçivəsində Namanqan Vilayət Tarix-diyarşünaslıq muzeyinə dəvət olunur. Muzeydə yuxarıda göstərilən mövzularda müzakirələr aparıldıqdan sonra kollektiv muzeydə özü ilə apardıqları eksponatlardan, eləcə bədii sənədli-tarixi materiallardan ibarət "Füzuli rayonu" adlı xüsusi guşə yaradır.

"Ətirli güllər vadisi" Ümumittifaq Xalq yaradıcılıq - Folklor festivalında birinci yerə layiq görülərək Qran-pri mükafatı qazanan "Qarabağ ocağı" folklor kollektivi çoxminli tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanır. Tamaşaçılar bir ağızdan "Azərbaycan, Azərbaycan, canı bir, qanı bir oğuz-türk qardaşlarımız" - deyərək kollektivimizi böyük sevgi ilə alqışlayırlar. "Qarabağ şikəstəsi" səslənən zaman özbək türk qardaş bacılarımız ayağa qalxaraq 8-10 dəqiqə kollektivi gurultulu alqışlara qərq edirlər. Azərbaycan xalq rəqsləri səslənəndə isə minlərlə tamaşaçı stadiona axışaraq qol götürüb oynayır. "Qarabağ ocağı"nın festivala qatılan heyətində kimlər yox idi  - Ramiz Əliyev, Aşıq Fərman Məmmədov, Eldar Novruzov, Nüşabə Hüseynova, Təşkilat Nəsirov, Allahyar Əliyev, Fatma Əhmədova, Rafael Məmmədov, Asif Şirinov, Vaqif Rəhimov, İntizara Quliyeva, Eldəniz Məmmədov, Samir Cəlilov, Məryəm Məmmədova, Yusif Hüseynov, Əli Əliyev, Tofiqə Məmmədova, Sumbat Hüseynov, Mahir Məmmədov digərləri. İndi 34 il keçir, bəlkə , bəzilərinin adını xatırlaya bilmirəm. Yəqin məni bağışlayarlar. Onlardan bu gün dünyasını dəyişənlər var. Allah dünyasını dəyişənlərə (Vətəndən kənarda Vətən deyə-deyə elə onlar da şəhid oldular) rəhmət eləsin, qalanlara cansağlığı bəxş eləsin.

Onu da əlavə edim ki, "Qarabağ ocağı" Özbəkistandan qayıtdıqdan iki gün sonra - 1989-cu ilin mayında Şuşada keçirilən  "Xarıbülbül" I Beynəlxalq Musiqi Festivalında iştirak edərək, qalib kimi xüsusi diplomla mükafatlandırılmış "Xalq kollektivi" adına layiq görülmüşdü.

Yağı düşmənin torpaqlarımıza etdiyi təcavüzkar əməllər bütün fəaliyyət sahələri kimi, mədəniyyət incəsənət sahəsinə , o cümlədən, "Qarabağ ocağı" folklor kollektivinin işinə ağır zərbələr vurdu. Ancaq yaddaşımıza unudulmaz xatirələr yazan bu kollektivə 34 il əvvəl göstərilmiş sevginin, dərin tarixi köklərə bağlı olan Özbəkistan-Azərbaycan qardaşlığının təkrarını bu gün Füzulidə inşa olunmuş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin timsalında yenidən görürk.

İşğaldan azad olunmuş Füzuli şəhəri bu gün özünün fərəhli xoşbəxt günlərini yaşayır. İndi Füzuli şəhəri "Ətirli güllər vadisi"nə çevrilməkdədir. Yolun açıq olsun, Vətən! Qoy sənin dörd bir yanın "Ətirli güllər vadisi"nə çevrilsin.

 Bu bəxtiyar şanlı günlər elə-belə əldə olunmayıb. 1988-ci ildən başlayan, torpaqlarımız işğaldan azad olunana qədər gedən qanlı döyüşlərdə Azərbaycanın bütün bölgələri olduğu kimi, Füzuli rayonu da yüzlərlə şəhid verib. Döyüşlərdə xüsusi qəhrəmanlıq nümayiş etdirən Azərbaycanın Milli Qəhrəmanları mayor Rasim İbrahimov, kapitan Elxan Zülfüqarov, baş leytenant Pəhlivan Fərzəliyev, Faiq Rəfiyev, baş leytenant Səid Rəşidzadə, baş çavuş Seymur Məmmədov, çavuş Bəşir Kərimov, Vətən uğrunda canını fəda edən oğullarımız Elxan Yusifov, Yavər İsgəndərov, Şükürov Famiz, Bakir Quliyev, Rafiq Cəfərov, Abasəd Muradov, Büsat Qurbanov, Yaşar Sadıqov, Elxan Əliyev, Gülalı Əliyev, Mayıs Əsədov, Əli Hüseynov, Ərzanalı Ərzanalıyev, Əli Abbasov, Ernest Hüseynov, İlyas Sultanov, Əli Cavadov, Sərvan Heydərov, Tərlan Əliyev, Nizami Əmirov, Nazim Quliyev, Mahir Mikayılov, Marks Hacıyev, Azər Əhmədov, Şikar Əhmədov, Bəxtiyar Əzimov, Aydın Gülüşov, Azad Əliyev, Alim Məmmədov, Səfa Məmmədov, Qürbət Məmmədov, Muğan Əliyev, Ziyad Muradov, Ceyhun Nüsrətli, Elsəfa Əliyev, Tural Qubatov, Məzahir Göyüşov, Nicad Hacıyev, Elmir Ağayev, Sənan Hüseynov, Elnur Cəfərov, Məhəmmədəli İbrahimov, Fərid Misirli, Şamil Əliyev, Fikrət Məmmədov, eləcə digər neçə-neçə igid oğullarımız Qarabağın müdafiəsi düşmənlərdənazad edilməsi uğrunda Birinci İkinci Qarabağ müharibəsində, eləcə 19 sentyabr 2023-cü il tarixində aparılan antiterror tədbirlərində Vətən uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalıblar.

Allah bu xoş günləri bizlərə nəsib edən bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qəbirləri nurla dolsun, ruhları şad olsun!

Yaşasın suveren müstəqil Azərbaycan!

Qarabağ Azərbaycandır!

 

Mirqiyas SEYİDSOYLU

525-ci qəzet.- 2023.- 17 oktyabr.- S.10.