Gerçəkləşən arzular
İyirmi
il bundan əvvəl,
2003-cü ildə cənab
İlham Əliyev Azərbaycanın
Prezidenti seçildi.
İndi dərk edirik
ki, bu iyirmi ilin 17 ili 44 günlük zəfər müharibəsinin hərbi,
siyasi, iqtisadi, mənəvi cəhətdən
hazırlanmasına həsr
olunubmuş. Sonrakı
üç il isə
23 saatlıq lokal
antiterror tədbirlərinin hazırlığı imiş.
Yekun olaraq, otuz il işğal altında qalmış torpaqlarımız İlham Əliyevin
prezidentliyi dövründə
son qarışına qədər
azad olundu. Bu, minillik Azərbaycan tarixinin ən möhtəşəm və
ən şərəfli
hadisələrindəndir. Prezidentin
dəfələrlə dediyi
sözlər: "Mən
nəyi nə vaxt necə edəcəyimi bilirəm"
- sözləri tam şəkildə
təsdiq edildi.
Bu tarixi qələbənin babası Unudulmaz Ulu öndər Heydər Əliyev, atası möhtərəm Prezitentimiz
İlham Əliyevdir. Heydər
Əliyev bu qələbənin təməlini
hələ sovet dövründə Naxçıvanski
adına hərbi məktəb yaratmaqla, müstəqillik illərində
Əsrin müqaviləsini
imzalamaqla, İlham kimi
"özünə inandığı
kimi inandığı"
varis və ardıcılını yetişdirməklə
qoydu. Prezident İlham
Əliyev 44 günlük
qələbəni müzəffər
ordunun Ali Baş komandanı kimi qazandısa, bu uğuru siyasi və təbliğat sahəsində tək başına, dörd dildə müxtəlif
media nümayəndələriylə müsahibələrində, çətin
diplomatik danışıqlarında,
bütün təzyiqlərə
rəğmən, dəmir
iradəsiylə, dəmir
məntiqiylə qazandı.
Dəmir iradə və dəmir məntiq dəmir yumruqla təsdiqləndi.
"Qarabağ - Azərbaycandır"
cümləsinin Nida işarəsi
dəmir yumruğa dönüb düşmənin
başını əzdi.
Bu qələbədə ordumuzun
ən müasir silahlarla təchiz olunması, ilk növbədə
qardaş Türkiyənin,
eləcə də başqa dost ölkələrin
mənəvi dəstəyi
böyük rol oynadı. Qürurla qeyd edirəm ki, bu qələbədə ədəbiyyatımızın, incəsənətimizin də
payı var. Şairlərimizin,
yazıçılarımızın əsərləriylə böyümüş,
"Dədə Qorqud",
"Babək", "Nəsimi",
"Cavadxan" filmlərinin
tamaşaçıları kimi yetişmiş nəsil ölümsüz
şəhidləriylə, qəhrəman
qaziləriylə, igid
döyüşçüləriylə tarixə düşdü.
İşğal olunmuş
Şuşanın füsunkar
mənzərələrini, tarixi abidələrini, böyük şəxsiyyətlərimizin
adlarıyla bağlı
ünvanları həyatda
görə bilməmiş
nəsil bütün bunlarla "Üzeyir ömrü" filmində
tanış olurdular.
Ulu öndərimizin
bu cəhətdən də layiqli varisi olan İlham Əliyev gənclərimizin
vətənpərvərlik ruhunda yetişməsində
ədəbiyyatın, sənətin
misilmiz rolunu yüksək qiymətləndirir.
Tarixi qələbəmiz xalqımıza
qürur hissini qaytardı, millətimizin adını bütün dünyada, özəlliklə
türk xalqları arasında yüksəklərə
ucaltdı. Bu qürur
və iftixar hissini siyasətimizlə, silahımızla və qələmimizlə gələcək
illərdə də yaşatmalıyıq.
Gələcək
illərdə iki böyük liderimizin arzularının həyata
keçəcəyinə inanıram.
İnanıram ki, Ulu öndərin
"Azərbaycan dünyaya
günəş kimi doğacaq" arzusu da, Prezident İlham Əliyevin
"Qarabağı cənnətə
çevirəcəyik" niyyəti də hökmən gerçəkləşəcəkdir.
15 oktyabr 2023
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri