"İncidim və qıraqda
durdum"
"BU
SƏNƏTDƏ BÜTÜN ARZULARININ ÜSTÜNDƏN
XƏTT ÇƏKİB ÖZ FƏALİYYƏTİNİ
DAVAM ETDİRƏN İNSANLAR VAR"
-
Gülşad xanım, aktyor olmaq üçün istedad kifayət
edir, yoxsa təhsil də şərtdir?
- Elə
bir dövrdə yaşayırıq ki, ən kiçik peşə
belə təhsil tələb edir. O ki qaldı bizim sənətə,
əlbəttə, təhsil mütləqdir. İstedad
özü özlüyündə istedad kimi qalır, lakin onun
bir məktəbi olmalıdır ki, özünü inkişaf
elətdirə bilsin. İstedadı olub, təhsili olmayan
birinin o peşəyə yiyələnməsi uzun illər
aparacaq. Pedaqoq hər bir tələbəni
danışdırır, dilləyir, qulaq asır və tələbə
haqqında müəyyən qənaətə gəlir. Onlar
universitetdən tamaşaya qədər olan yolun nə
olduğunu dərk edirlər. Düşünürəm ki,
aktyor olacaq şəxs mütləq müəyyən vərdişlərə
yiyələnməlidir.
-
Hansısa obrazlarda özünüzdən, həyatınızdan
bir parçanı oynamısınızmı?
-
Teatr tamaşaları ilə filmlərdəki obrazları
üst-üstə gəlsək, əllidən çox rol
oyanmışam. Obrazlarda özümdən və ya həyatımdan
hansısa parçanı oynamış olsaydım,
bütün rollarım bir birinə bənzəyərdi. Hər
bir aktyor hər hansı bir rolu oynayanda
çalışmalıdır ki, obrazın məğzini
insanlara çatdırsın.
Düzdür,
elə rollar var ki, onların duyğuları bəzi məqamlarda
hisslərimə yaxındır. Lakin bu o demək deyil ki,
öz yaşantılarımı obraza gətirməliyəm. Hər
bir obrazın özünəməxsus ifadəsi
olmalıdır, lap xırdalıqlarına qədər desək,
gülməyi, ağlamağı, yerişi, baxışı
tamamilə fərqli olmalıdır.
-
Gülşad xanım "Bəxt üzüyü-2" filmi
çəkildi. "Bəxt üzüyü" filminin yerini
verməyəcəyini hamımız bilirdik. Lakin
tamaşaçılar ikinci filmini ən uğursuz film kimi
qarşıladılar. Bu barədə nə deyə bilərsiniz?
- Bəli,
"Bəxt üzüyü-2" filmi çəkildi. Filmdən
çəkilib qurtardıqdan sonra xəbərim oldu. O filmə
baxmamışam. Ona görə də uğurlu olub-olmaması
barədə heç bir söz deyə bilmərəm.
Tamaşaçılar daha yaxşı bilərlər.
- Bu
gün Azərbaycanın kino sahəsindəki vəziyyət
ürəkaçandırmı?
-
Sovet dövründə çox gözəl filmlərimiz olub.
Lakin bu o demək deyil ki, indi proses getmir, işlər gedir, film
istehsal edənlər kifayət qədər var. İndi
qısametrajlı filmlərə daha çox
üstünlük verirlər. Qeyd etmək lazımdır ki,
film çəkmək üçün müəyyən vəsait
lazım olur. Lazımi vəsait olmayanda, film çəkməyin
də mənası yoxdur. Film çəkmək
üçün gərək kapitalist olasan. Etiraf edim ki,
hazırda bizdə kapitalistlər yoxdur. Lakin kino sahəmiz bərbad
gündə də deyil. Ulduzların işartıları
görsənir. Arzu eləyək ki, bundan da yaxşı olsun,
daha gözəl filmlər çəkməyə imkanlar
yaransın. Mən inanıram ki, Azərbaycanda kino sahəsində
vəziyyət bundan da yaxşı olacaq.
- Bu
gün aktyor sayılan gənc sənətçilər
haqqında nə düşünürsüz? Ən çox
hansılar sizdə inam yaradır?
-
İncəsənət Universitetinə yetərincə
istedadlı uşaqlar gəlib və gələcək. Azərbaycan
xalqı istedadlı xalqdır. Elə tələbələrim
olub ki, onları qrup halında Şəkidə tamaşa
oynamağa aparmışıq. Bəziləri Şəki
teatrında fəaliyyətlərini davam etdirdilər. Təbii
ki, özlərinin də böyük marağı var idi buna.
Şərait baxımından da onlar üçün hər
cür imkanlar yaradıldı. Həmin tələbələr
ordakı təcrübədən mükəmməl səviyyədə
öz sənətini davam etdirə biliblər. Yaşanan tək
problem orada qalmağa yerlərinin olmamasıdır. İndiki
dövrdə teatrdan alınan maaşla kirayə tutmaq çox
çətindir. Bu baxımdan istəyən çoxdur, lakin
heç kəs ora gedib işləmək istəmir. Bu problem təkcə
Şəkidə yox, digər bölgələrdə də
var. Ümumiyyətlə, indiki gəncliyə inamım olduqca
böyükdür.
- Tələbələrinizə
ilk olaraq nələri öyrədirsiniz?
- Bu
sənətə gələndə ilk növbədə
nizam-intizam öyrədilir. Hər bir qrupda dörd il ərzində
nizam-intizam olmalıdır. Əgər universitetə ürəyi
istəyəndə gəlirlərsə, burada heç bir sənətdən
söhbət gedə bilməz. Sənətə aid olan bilgiləri
sadədən mürəkkəbə doğru, kiçik
tamaşalardan böyük tamaşalara doğru öyrətməyə
başlayırıq.
- Azərbaycanda
aktyor olmaq üçün nələrdən imtina etmək
lazımdır?
- Azərbaycanda
aktyor olmaq çox çətindir. Aktyor olmaq istəyən
şəxs azad olmalıdır. Amma o azadlıq yoxdur.
Sıxıntılılar çoxdur bu sahədə. Aktyor əlavə
pul qazanmaq üçün başqa işlərin dalınca
qaçmamalıdır. Əsl teatr aktyoru teatrda fəaliyyət
göstərməlidir. Bu sahədə bütün
arzuların üstündən xətt çəkib öz fəaliyyətlərini
davam etdirilən insanlar var.
-
Kinomuzun inkişafı üçün hansı addımlar
atılmalıdır?
- Bu
suala mütəxəssislər daha dolğun cavab verə bilərlər.
Əfsuslar
olsun ki, bu sahədə hərc-mərclik, tərəfkeşlik
hələ də hökm sürür. Bəlkə də, elə
bu səbəbdən filmlərimizin inkşafı axsayır.
Bu sahədə çalışan səlahiyyətli insanlar
kinomuzun inkşafı barədə düşünsələr,
yaxşı olar. Əfsuslar olsun ki, bu məsələ hələ
də problem olaraq qalır.
-
Güşad xanım, hazırda sənətdə olmaq istədiyiniz
yerdəsinizmi?
- Hər
bir sənətkarın sənətdə özünəməxsus
yeri var. Özümü daha böyük zirvədə görmək
istəyirəm, deyə bilərdim. Lakin bu mənim öz
seçimim olub. Təbii ki, bu barədə danışmaq istəmirəm,
amma yenə də öz yerimdəyəm. Çünki müəyyən
illərdə sözümü demişəm. 1975-ci ildən
1985-ci ilə kimi aktyorluq fəaliyyətim elə yüksək
pillədə olub ki, bir çox adamlar o zirvədə
olmağını arzulayıblar. Ondan sonra bir neçə
teatrda fəaliyyətimi davam etdirdim. Lakin orada istədiyim kimi
şərait yaranmadı. Əsl yaradıcı insan həssas
və inciyən olur. Mən də bir çox şeylərdən
incidim və qıraqda durdum. Yenə də dəvətlər
aldım, filmlərə çəkildim, hazırda da çəkilirəm
və bu məni qane edir.
- Elə
sənətkarlar var ki, onların sənəti layiqincə qiymətləndirilmir.
Onlardan biri Elxan Qasımov idi. Sizcə, niyə ona Xalq artisti
adı verilmədi?
-
Düşünürəm ki, ona qarşı haqsızlıq
olub. Digər ad verilmiş aktyorlarla müqayisə olunanda Elxan
Qasımov da o ada layiq görülməli idi. Amma təəssüf
ki, olmadı.
- Bəs
sizin sənətinizə necə, layiqincə dəyər
verilirmi?
-
1982-ci ildə, 32 yaşımda Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən "Əməkdar artist"
adına layiq görülmüşəm.
Üstündən
xeyli illər keçib, mən bu məsələlərin dərinliklərinə
getmirəm. Yəqin ki, layiq görmürlər, layiq görsəydilər,
verərdilər.
Havar
ŞƏFİYEVA
525-ci
qəzet.- 2023.- 21 oktyabr, ¹191.- S.13.