Barat VÜSAL
AĞA
ŞAPALAĞI
İsrafil ağa Qazaxda məscidin qarşısına gələndə
görür ki, Gəncə
quberniyasından göndərilmiş bir çar rəisi camaatın üstünə
ağzına gələn təhqiramiz sözləri,
söyüşləri yağdırır. Ağanın
şapalağı açılan kimi rəis
dığırlanıb öz atından bu el igidinin
atının dırnaqları altına düşür...
Alacaq
payını haqqı saymayan,
Bu
xalqın haqqını qapan yağıdır.
Allah! O nə səsdi, Sur səsidimi?
İsrafil ağanın şapalağıdır!
Elə çatdadı ki, nadan üzündə,
Çaxdı ildırımın sanki
şax səsi!
Yıxdı ildırımın səsindən
qabaq,
Axmağın birinin şapalaq
səsi!
Dözməyib ağanın ağır
zəhminə
Qaçan, bax, özünü itirib qaçdı.
"Di sürük!" - deyincə çar rəisinə,
Qaçdı, dabanına tüpürüb
qaçdı!
Xalqın
üzərinə töksün,
nədəndi,
Yaşıl zəhərini hər ilan-əfi?!
Xalqın
təəssübü belə
çəkilər,
Belə
saxlanılar xalqın
tərəfi!
Kim dedi, kiməsə yalvar, kim
desə,
Hər kişi kişimi?
Üzü ağ
olmur!
Baxma şapalaqlıq əl var kimdəsə,
Hər kəsdə əl olur... şapalaq olmur!
Arxa olduğuyçün xalqa,
xalq kimi
Arxası
var imiş şapalağın da!
Şapalaq da elə-belə
olmurmuş,
Ağası var imiş şapalağın da!
Gec-tez cəzasını haqsız
alacaq,
Haqq sayma hər yırtıq, hər yamaq haqqı!
Ağa ölüb gedib, qazanıb ancaq
Ağa şapalağı yaşamaq
haqqı!
Qoymaz gizlənməyə, tapar yağını,
Çapar, namərd harda,
Alçaq hardadır!
İsrafil ağanın şapalağının
Hələ şaqqıltısı qulaqlardadır!
QUBANIN AĞ ALMASI
Yenə
də almalar ağ, qırmızıdır,
Aran almasıdır,
dağ almasıdır.
O qızın gözündə
bütün almalar
Nə vaxtdı Qubanın ağ almasıdır!
Yolunu gözləyir şəhid
yarının,
Kim deyir ağlamır,
yar yası tutmur.
Ha həkim çağırır,
dəva edirlər,
Ha sarğı qoyurlar, yarası tutmur!
Əlləri havada, ağzı
duada,
İstəyir bir də qan-qada
olmasın.
Alma ağacları, yəqin ki, küsməz,
Yarına
saxlayıb Quba alması!
Uzanır
döyüşə-döyüşə
yollar,
Şəhidin, o qızın canından keçir.
Onun nəzərində döyüşə
yollar,
Quba almasının
yanından keçir.
Quba almasına and içir bircə,
Ona haqqın
özgə adını
vermir.
Aldığı meyvələr dadlı
olsa da,
Quba almasının dadını
vermir!
Yoxdu, başqa barda gözləri yoxdu,
Olub ümidinin barı
- Gələcək!
Quba almasını əkib qapıda,
Bilir, eşidincə yarı gələcək!?
Başından dumanlar, tüstülər
qalxır,
Ağırdı ayrılıq, o gözəl
duyur.
Hələ də yolların
üstünə çıxır,
Hələ də yollara baxıb oxuyur:
"Qubanın ağ
alması,
Yeməyə bağ alması.
Yarım
gələnə qaldı
Yaramın sağalması!"
SÜMÜYÜMDƏN
İLİYİMƏCƏN
Əyri
olmamışam, olammaram
da,
Düzəm, sümüyümdən iliyiməcən!
Tez-tez güzgülünən, nurlanan,
aydın
Üzəm, sümüyümdən iliyəməcən!
Ünvanım özümdə, xanəm
özümdə,
Dünyam-varlığımda, mənam-sözümdə.
Məni
yazda doğub anam, özüm də
Yazam, sümüyümdən iliyiməcən!
Qanım
qaynasa da, düz oğlu düzə,
İstilik versəm də,
ocağa, közə,
Adama yovuşmaz buz oğlu buza,
Buzam, sümüyümdən iliyiməcən!
Canım
para-para, yara-yaradır,
Bəzən heç bilmirəm hara haradır?
Yarpaqları deyil, məni saraldır,
Xəzan...
Sümüyümdən iliyiməcən!
Dostam məni məndən ala bilənə,
Könlümə limhalim dola bilənə,
Basıb
öz bağrına çala bilənə
Sazam, sümüyümdən iliyiməcən!
Ay Barat, ruhumun gül nəfəsiyəm,
Mən niyə
bu qədər ləl xəznəsiyəm?!
Mən başdan ayağa "Ol" kəlməsiyəm,
Sözəm, sümüyümdən iliyiməcən!
525-ci qəzet .- 2023.- 27 oktyabr,
¹195.- S.15.