"Azərbaycan Prezidenti öz
adını dünyanın hərb tarixinə birdəfəlik
həkk etdi"
Pərvanə SULTANOVA
pervane525@mail.ru
Son 20 il ərzində
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli
inkişafı istiqamətində
kompleks addımlar atılıb. Hər şeydən öncə
beynəlxalq münasibətlər
sistemində Azərbaycanın
rolu və yeri əhəmiyyətli dərəcədə möhkəmləndirilib.
Son 20 ildə Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli
inkişaf edib, regional
liderə, dünyada nüfuz sahibinə çevrilib. Ölkəmizin, xüsusilə öz
ərazi bütövlüyün
və suverenliyini bərpa etməsi onu daha da
gücləndirib. Prezident
İlham Əliyev 20 ildə xalqa verdiyi bütün vədləri yerinə yetirdi, ən başlıcası bu gün Azərbaycanın Dövlət Bayrağı
onun bütün ərazisində dalğalanır
ki, bunu da hər bir
azərbaycanlı illərdir
ki, gözləyirdi.
Milli Məclisin deputatı Elman
Nəsirov "525"ə bildirib ki, 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasında
Prezident seçkiləri
keçirildi və bu seçkilərin nəticəsində cənab
İlham Əliyev ölkə Prezidenti seçildi: "İlham Əliyev seçkiöncəsi
təbliğat kampaniyasında
söyləyirdi ki, xalq etimad göstərəcəyi
təqdirdə, Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.
Həqiqətən də
20 il öncə
xalqımız məhz
Heydər Əliyev siyasətinin davamına səs verdi və növbəti beş il üçün
öz taleyini İlham Əliyevlə bağladı. Prezident seçildikdən sonra cənab İlham Əliyevin bütün fəaliyyəti
ilk növbədə Azərbaycan
xalqının, dövlətimizin
qarşısında dayanan
strateji əhəmiyyətli
vəzifələrin icrası
ilə bağlı idi. Həmin vəzifələrin sırasında heç şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünün təmin
edilməsi bir nömrəli hədəf
idi. 2003-cü ildən başlayaraq həmin hədəfə çatılması yolunda
cənab İlham Əliyev gecə-gündüz
yorulmadan, usanmadan misilsiz bir fəaliyyət
göstərdi. 2003-cü
ildə ilk növbədə
iqtisadiyyatın inkişaf
etdirilməsi, şaxələndirilməsi,
enerjidən asılılığın
azaldılması, sahibkarlığın
inkişafı kimi məsələlər prioritetlər
sırasında idi.
Qaçqınların problemlərinin həlli,
onların yerləşdirilməsi,
çadırların ləğvi
məsələləri də
əsas hədəflərdən
idi. Ulu öndər Heydər
Əliyevin "İqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir" fikri cənab İlham Əliyevin iqtisadi fəaliyyətinin əsas fəlsəfəsini
təşkil edirdi.
Güclü iqtisadiyyat həm
də güclü ordu deməkdir.
2003-cü ildə Azərbaycanın
hərbi büdcəsi
163 milyon dollar təşkil
edirdisə, artıq
2008-ci ildə, yəni
5 il müddətində
hərbi büdcəmiz
1 milyard 800 milyon dollara çatdı.
Eyni zamanda ordumuzda hərbi vətənpərvərlik
ruhunun gücləndirilməsi,
yüksəldilməsi istiqamətində
çox ciddi işlər görüldü.
Xüsusilə son 20 il ərzində 20-dən
artıq hərbi zavod tikildi, 1200 adda hərbi təyinatlı məhsullarımız
istehsal edildi. Nəticədə Azərbaycan Ordusu
dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bu 20 il ərzində elə bir gənclik
formalaşdı ki, onlar Qarabağı heç görməmişdilər,
Qarabağda doğulmamışdılar.
Ancaq Vətən sevgisi çox böyük idi və bu
da məhz düzgün gənclər
siyasətinin məntiqi
nəticəsi idi".
Deputat əlavə edib ki, Azərbaycanda son 20 il ərzində
səfərbər olmuş
cəmiyyət, vətəndaş
həmrəyliyi daha da möhkəmləndi, xalq-hakimiyyət birliyi daha güclü, daha monolit oldu.
Cənab Prezident də məhz Azərbaycan xalqının
milli maraqlarından irəli gələn müstəqil siyasət həyata keçirdi və təsadüfi deyildir ki, bunun
nəticəsində həm
2008-ci, həm 2013-cü, həm
də 2018-ci illərdə
keçirilmiş prezident
seçkilərində yenə
də İlham Əliyev xalqımızın
mütləq əksəriyyətinin
etimadını qazanaraq
dövlət başçısı
seçildi. E.Nəsirov
əlavə edib ki, hakimiyyətinin 8-ci ilində, 2011-ci ildə Azərbaycan dünyanın
ən böyük beynəlxalq universal təşkilatı
olan BMT-nin Təhlükəsizlik Şurasında
qeyri-daimi üzv seçildi. 155 dövlətin
səsini qazanmaqla tarixi nailiyyətə imza atdı: "Azərbaycan elə həmin ildə Qoşulmama Hərəkatına
üzv seçildi. Bu
Hərəkatın 18-ci Zirvə
görüşündə Azərbaycan 2019-2022-ci illərdə
Qoşulmama Hərəkatına
sədrlik etmək etmək funksiyasını
üzərinə götürdü
və bu sədrlik çox mürəkkəb bir dövrə təsadüf
etdi, pandemiya ilə mübarizə şəraitində keçdi.
BMT TŞ-nın daimi üzvləri deyil, baxmayaraq ki, onlar beynəlxalq sülhün və təhlükəsizliyin təminatçısı
kimi çıxış
edirlər, məhz Azərbaycan dövləti
onun Prezidenti Qoşulmama Hərəkatı
adından pandemiyaya qarşı bütün beynəlxalq səylərin
birləşdirilməsi istiqamətində
mühüm addım atdı. BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsinə
nail oldu. Həm də pandemyaya
qarşı mübarizədə
vaksinlərin ədalətli
bərabər bölgüsü
mövzusu mühüm
əhəmiyyətli bir
məsələyə çevrilmişdir.
Bəzi ölkələr, məsələn,
Kanada əhalisinin sayından 3-5 dəfə çox vaksinlər alır, lakin kasıb dövlətlərin
buna imkanı olmurdu. Cənab Prezident vaksin millətçiliyi siyasətinə
qarşı öz etiraz səsini ucaltdı və BMT Baş Məclisində bu istiqamətdə mühüm sənədin
qəbul edilməsinə
nail oldu. Həm də Qoşulmama
Hərəkatının nüfuzu
gücləndi. Hərəkatın
Gənclər platforması
formalaşdı, üzv
dövlətlərin qanunverici
orqanlarının fəaliyyətinin
əlaqələndirilməsi, koordinasiyası istiqamətində
mühüm işlər
görüldü və
bu təşkilatın
beynəlxalq aləmdə
nüfuzu, imici həm bərpa edildi, həm də güclənmiş oldu ki, bu
da Azərbaycanın Qoşulmama Hərəkatına
verdiyi töhfənin nəticəsi idi. Cənab Prezidentin fəaliyyəti yüksək
qiymətləndirildi ki,
Azərbaycanın daha
bir il
müddətinə - 2023-cü il ərzində də bu təşkilata
sədrlik etməsi qərara alındı. 2024-cü ilin yanvar
ayının 15-20-də də
Uqandanın Kampala şəhərində
keçiriləcək Qoşulmama
Hərəkatının 19-cu Zirvə görüşündə
sədrlik Azərbaycandan
Uqandaya keçəcək.
Eyni zamanda Azərbaycanın təşkilat çərçivəsində
fəaliyyəti yüksək
qiymətləndirilərək ölkəmizin "sədrlik
troykasına" qəbul
edilməsi haqqında
razılaşma əldə
edilib. Bu o deməkdir ki, Azərbaycan yenə də Qoşulmama Hərəkatında söz
sahiblərindən biri
kimi fəaliyyət göstərəcək".
E.Nəsirov deyib
ki, təkcə diplomatik
cəbhədə deyil, eyni
zamanda strateji vəzifənin
- torpaqlarımızın düşməndən azad olunması vəzifəsinin icrası
istiqamətində də cənab Prezident tarixi addımlara imza
atdı. Onun
formalaşdırdığı yenilməz ordu
2020-ci ilin sentyabr-noyabr
aylarında davam edən İkinci
Qarabağ
müharibəsində tarix yazdı,
torpaqlarımız işğaldan azad olundu. Noyabrın 8-də
Şuşa şəhəri
azadlığına qovuşdu. Beləliklə,
noyabrın 10-da Ermənistan kapitulyasiya
aktına imza atmağa
məcbur oldu və bu,
müharibənin qalibi Azərbaycanın Ali Baş Komandanı, onun formalaşdırdığı yenilməz
ordu və xalqımız idi.
Deputat bildirib ki, Prezident-xalq-ordu ifadələri
sinonimləşmiş ifadələr kimi
səslənir və tarixi zəfərimizin
simvollarına çevrilmişdir: "Bundan sonra isə cənab Prezidentin formalaşdırdığı
şanlı ordumuz 2023-cü ilin 19-20 sentyabr tarixlərində
heç bir sutka çəkməyən müddətdə
ərazilərimiz üzərində tam və
qəti şəkildə suverenliyimizi təmin
etdi. Xocalı, Xocavənd, Ağdarə
rayonlarında, Əsgəran qəsəbəsində, nəhayət
Qarabağın baş şəhəri
Xankəndi separatçılardan təmizləndi, bu ərazilərimiz üzərində suverenliyimiz tam təmin edildi. Azərbaycan Prezidenti
cənab İlham Əliyev oktyabrın 15-də
hakimiyyətə gəlişinin 20-ci ilində Xankəndi
şəhərinin mərkəzində dövlət
bayrağımızı ucaltdı. Bu
hadisənin simvolik mənası var idi. Azərbaycan Prezidenti qeyd etdiyimiz kimi, düz 20 il əvvəl 15
oktyabrda Prezident
seçkilərkən söyləmişdi ki,
əsas məqsədi torpaqlarımızı işğaldan
azad etməkdir. Ulu
öndər Heydər Əliyevin ən böyük
arzusu məhz bu idi. Heç kim Heydər Əliyev qədər
inanmırdı ki, bütün
torpaqlarımız işğaldan azad olunacaq. Ulu öndər bir-bir işğal altındakı
torpaqlarımızın adını çəkirdi və qeyd edirdi ki,
o gün mütləq
gələcək torpaqlarımız işğaldan
azad olunacaq. O gün gəldi və cənab İlham
Əliyev doğrudan da
xoşbəxt Prezidentdir ki,
o, Ulu öndərin vəsiyyətini
yerinə yetirdi və Azərbaycanın
vaxtilə işğal altında olan bütün
torpaqlarında bayrağımız yüksəlib. Bu tarixi zəfəri ilə
Azərbaycan Prezidenti öz
adını dünyanın hərb tarixinə birdəfəlik
həkk etdi. 100 illər keçəcək,
yeni nəsillər olacaq
və onlar bu dövrü bir şərəf
tariximiz kimi yad edəcəklər. Hər bir
azərbaycanlı necə Ulu öndər
Heydər Əliyevə qəlbində heykəl qoyub, eləcə də İlham
Əliyevə də hər bir azərbaycanlı
qəlbində heykəl qoyacaq. Çünki o, tarix yazan və tarixə
yazılan şəxsiyyət, liderdir".
525-ci qəzet 2023.- 27 oktyabr, ¹195.- S.4.