"Hay-küy və hiddət" üçün sakit təqdimat

Etimad BAŞKEÇİD

Əziz dostlar, gözəl insanlar!

Müqtədir sənətkar Uilyam Folknerin məşhur "Hay-küy hiddət" romanının dilimizə tərcüməsini bitirdim. Əsər gəlib əlinizə çatmamış aşağıdakı yazını oxusanız, yaxşı olar.

Əvvəlcə orijinaldan tərcümə barədə.

Əziz dostlar, bilmirəm hansı səbəbdən, amma bizdə "orijinaldan tərcümə" bir növ fetişləşib. Dastan açmaq istəmirəm - yanlış bidətdir. Orijinaldan tərcümə üçün bütün ilkin şərtlər yerinə yetirilə bilmirsə, yeri-göyü bir-birinə vurmağa ehtiyac qalmır. Ona görə ki, dünyada ələ gələn tərcümə mətnlərinin mütləq əksəriyyəti vasitəçi dildən istifadə etməklə ərsəyə gəlir. Tərcüməşünaslıqda vasitəçi dildən tərcümə ayrıca predmet kimi öyrənilir.

Bizə gəlincə, əsərin sətri tərcüməsi rus türk dillərinə tərcümələrindən yararlanmışıq.

İndi isə, qayıdaq "öz qoyunumuzun üzərinə".

Dünya ədəbiyyatının klassiki, Amerika yazıçısı, novellaçı, ssenarist, şair, Nobel mükafatı laureatı Uilyam Folkner ədəbiyyatın inkişafına ciddi təsir göstərən ədib kimi XX əsrin ən görkəmli yazıçılarından biri hesab olunur; "Hay-küy hiddət", "Avqust işığı", "Məbəd", "Avessalom, Avessalom", "Meyiti murdarlayan" kimi məşhur əsərlərin müəllifidir.

Maraqlıdır ki, Folknerin əsərləri əvvəlcə Avropada, yalnız bundan sonra öz ölkəsində məşhurlaşıb. Danışıq dilinə Amerika xalq ənənələrinə istinad edən Folkner bu elementləri ədəbi modernizm, simvolizm ədəbiyyatda "şüur axını" ilə uzlaşdıraraq, özünün ölməz şedevrlərini ərsəyə gətirməyə müvəffəq olub. Folkner Latın Amerikası ədəbiyyatına, o cümlədən, Qabriel Qarsia Markes Xuan Karlos Onetti kimi sənətkarların yaradıcılığına böyük təsir göstərib.

"Sartoris" (Sartoris, 1929) "Hay-küy hiddət" (The Sound and the Fury, 1929) romanları ilə öz auditoriyasını formalaşdırmış, böyük bir oxucu kütləsinin sevimlisinə çevrilmiş Folkner dünyanın ədəbiyyat xəritəsində Yoknapatofa adlı xəyali məkanın da yaradıcısıdır. Yazıçının, demək olar, bütün əsərlərində hadisələr "poçt markası böyüklüyündəki" bu məkanda baş verir. Personajların situasiyaların vahid məkanda, əsərdən-əsərə bu ya digər formada "təkrarlanması" onun romanlarına, novellalarına qəribə bir bütövlük, tamlıq gətirir. Sonralar keçdiyi yola nəzər salan Folkner deyirdi: "Fikirləşmək istəyirdim ki, yaratdığım dünya - kainatın məhək daşı kimi bir şey olacaq, bu daş qədər kiçik olsa da, onu götürsən, bütün kainat uçulacaq". Beləliklə, Yoknapatofa - özünün yeganə sahibinin təsəvvüründə bütün dünyanı əhatə edən alovlu ehtirasların konfliktlərin tüğyan etdiyi əsas yer kimi götürülürdü. Bu, yazıçının yaradıcı səylərinin ölçüsü kimi götürülə bilər. Yazıçı romanlarından birində Yoknapotofa - çesoko hindularının dilində "vadidə sakit axan çay" - haqqında aşağıdakı məlumatları verir: "Yoknapotofa. Ərazisi 2400 kv.milə yaxın. Əhalisi - 15611 nəfər (ağlar - 6298, zəncilər - 9313 min nəfər). Yeganə sahibi amiri - Uilyam Folkner". "Avessalom, Avessalom" romanında həmin dairənin Folkner tərəfindən çəkilmiş xəritəsi verilir. Bu kitabın titul vərəqində verilmiş xəritə ilə siz tanış ola bilərsiniz.

Demək lazımdır ki, Folkner bu xəyali məkanda köhnə quldarlıq qaydalarının iflası, onunla bağlı olan mənəvi-psixoloji kompleksin, ab-havanın aradan qalxması, yeni gerçəkliyin burjua əsaslarının yaranması kimi tamamilə real prosesləri əks etdirir.

Qeyd edək ki, Folknerin əsərləri ilk vaxtlarda tənqidçilər ədəbiyyatşünaslar tərəfindən maraqla qarşılansa da, uzun müddət oxucuların rəğbətini qazana bilməmişdi. Bunun da öz səbəbləri vardı: bu əsərlər oxuculara qeyri-adi dərəcədə mürəkkəb, hətta qəliz təsir bağışlayırdı. Bu baxımdan onun əsas əsəri sayılan "Hay-küy hiddət" romanı səciyyəvi sayıla bilər. İrland yazıçı, məşhur "Uliss" romanının müəllifi Ceyms Coysun modernist yazı texnikasından ("şüur axını", bir növ, personajın bütün fikirlərinin kağız üzərində öz əksini tapması) bəhrələnən Folkner tamamilə orijinal, eyni zamanda oxucunun hazırlıqlı olmasını tələb edən bir mətn ərsəyə gətirib. Coysun mətnlərində olduğu kimi, burada da proseslər xaotik, rabitəsiz təsir bağışlaya bilər. O dərəcədə ki, bir çox hallarda oxucu fantaziya, yoxsa gerçəklik ya hadisələrin təhrif olunmuş versiyasından söhbət getdiyini başa düşməkdə çətinlik çəkir. Təsadüfi deyi ki, əksər naşirlər "Hay-küy hiddət"in sonunda bütöv bir cədvəl yerləşdirirdilər. Burada ayrı-ayrı abzaslarda hadisələrin vaxt baş verdiyinə, kimin kimlə danışdığına s. kimi məsələlərə aydınlıq gətirir. Xüsusən , əsərin əvvəlində, otuz üç yaşlı ağıldankəm Bencinin dilindən nəql edilən, onun daxili monoloqunu əks etdirən hadisələr dolaşıq təəssürat yarada bilər. Benci üçün ətrafda baş verənlər - anlaşılmaz yad emosiyalar hadisələrin sayrışması, başa düşülməyən, dərk edilməsi mümkün olmayan "hay-küy"dən ibarətdir. Bencinin təəssüratlarını çatdırmaq üçün Folkner bir tərəfdən, mümkün qədər sadə konstruksiyalar seçir, digər tərəfdən bütün səbəb-nəticə bağlarını ortadan götürür, kənarlaşdırır: məsələn, "torpaq mənə sarı qaçdı mən yıxıldım", "qutu məni vurdu" ya "kölgəm otun üstündə gedir" sair. Bencinin fikirləri dolaşır, keçmiş, indi gələcək bir-birinə qarışır; onun monoloqunda xəyali gerçək fiqurların replikaları da ehtiva olunur.

Romanın mətni bir-birindən xüsusi işarələrlə fərqləndirilməyən dörd hissədən ibarətdir. Ayrı-ayrı personajların dilindən söylənən, bir-birinin üzərinə laylanan hadisələrlə səsləşən mətnlər, çox zaman seçilmiş təhkiyə texnikasına uyğun olaraq, durğu işarələrindən istfadə olunmasına ehtiyac görməyən fasiləsiz "axın"ı xatırladır. Klassik roman kanonları ilə heç cür uyuşmayan bu cür hallarda, oxucunun çaş-baş qalmaması, dolaşıq-absurd mətn oxuyurmuş kimi özünü hiss etməməsi üçün mən tərcümə mətnində əsərin siqlətinə xələl gətirməyən kiçik manipulyasiyaya yol vermişəm: məsələn, fasiləsiz mətndə cümlələrin baş hərflərini fərqləndirmək, bir-birinə "qarışmış" cümələlərdən birini kursivlə vermək kimi. İnanmaq istəyirəm ki, Folknerin ruhu məndən inciməyəcək, minnətdar oxucu buna görə məni asıb-kəsməyəcək.

Yuxarıda qeyd etdiyimiz özəlliklər romanın başqa dillərə tərcüməsini hədsiz dərəcədə çətinləşdirir. Təsadüfi deyil ki, əsərin eyni dilə müxtəlif tərcümələri arasında əhəmiyyətli fərqliliklər mövcuddur. Müxtəlif dillərə, məsələn, rus və türk tərcümələri arasındakı fərqliliklər isə başqa söhbətin mövzusu ola bilər.

Folkner bu əsəri özünün "möhtəşəm məğlubiyyəti" adlandırırdı. Heç şübhəsiz, bu fikir boş yerə səsləndirilməyib və bu məqam əsərin tərcümə mətnlərində də özünü göstərməyə bilməz. Təbii ki, sonrakı nəşrlərdə və ya tərcümələrdə bizim təcrübəmizdən yararlanmaqla, daha təkmil mətnlər ərsəyə gətirmək olar.

Ümid edirik ki, bütün zamanların ən gözəl əsərlərindən sayılan "Hay-küy və hiddət" romanı və müəllifin digər əsərlərinin Azərbaycan dilindəki versiyasını dəyərli oxucularımız maraqla qarşılayacaq.

Kitabın redaktoru sənətkar Mahir Qarayevdir, hər şeyə görə ona ayrıca təşəkkür edirəm.

525-ci qəzet  2023.- 17 oktyabr,№196.- S.13.