Müasir Vyanaya və
Avstriyanın zəngin
tarixinə səyahət
(Əvvəli ötən şənbə sayımızda)
Mariya Luizanın sədaqətsizliyi
Napoleonu çox kədərləndirirdi. Varşavada
yaxınlıq etdiyi
madam Valevskaya (Mariya Valevskaya) ondan bastard oğul doğmuşdu və onu da götürüb sürgündə
yaşayan Napoleona qonaq gəldi. Jozefina isə artıq 1815-ci ildə ölmüşdü, bu vaxt onun 52 yaşı
var idi, çox sevdiyi ikinci əri (birinci əri isə gilyotina edilməklə boynu vurulmuş general
Aleksandr Boharne olmuşdu)
Napoleon da həmin yaşda
ikinci və sonuncu sürgün yeri olan Müqəddəs
Yelena adasında əsir
kimi yaşayarkən
1821-ci ildə dünyanı
tərk etmişdi.
Napoleon Mariya Luizanın ona varis doğmasına
çox sevinmişdi,
onu II Napoleon adlandırıb,
Neapol kralı etmişdi. Sonralar Vyanada babası I Frantsın Şönbrunn sarayında yaşayan bu oğlan 21 yaşında öldü.
Napoleonun qardaşının
Jozefinanın qızından
olan oğlu Lui Bonapart Napoleon III Napoleona çevrilməklə 18 il ərzində,
1870-ci ildə prussiyalılara
əsir düşənə
qədər Fransanın
ikinci imperatoru oldu
Avstriya
1814-cü ildən tamamilə
qalib olmaqla, yaxşı bir taleyə malik idi və Metternix diplomatiyası qalibiyyət
tərəfində yekunlaşdı.
Vyana konfransı inqilabdan sonrakı dekadada Avropadakı qüvvələr nisbətinin
dəyişilməsini öz
əlində saxlayırdı.
Avstriya Vyana Konqressinə sədrlik edirdi. Aydın idi ki, müharibəni Britaniyanın və İspaniyanın köməyi
ilə faktiki olaraq Rusiya və
Prussiya udmuşdu.
1814-cü
ilin oktyabrında Avstriya imperatoru Konqress iştirakçıları
üçün bal təşkil etdi. İmperatorlar və krallar qalib sərkərdələr
kimi valsın sədaları altında fırlanırdılar. Yeni başlanan
dəbə görə
ciddi beynəlxalq məsələlərin çoxu
artıq rəsmi görüşlərdə deyil,
ballarda, ziyafətlərdə
həll olunurdu. Konqresdə fəallığı
ilə seçilən
Rusiya çarı I Aleksandrın guya Avstriya xarici işlər naziri, faktiki olaraq imperiya hökumətinin başçısı olan
Metternixin güclü
təsiri altında olduğu güman edilirdi. Aleksandr isə dövlətlər arasında
mövcud qüvvələr
nisbətini nəzərə
alırdı. Bir qədər
sonra Metternix mövcud rəyi alt-üst edərək, Rusiya çarına nifrət etməyə başladı.
Napoleon
1815-ci ildəki öz
100 günlük hakimiyyətinin
başlanğıcında mart ayında Elbadan qaçıb, vətəninə
qayıtmışdı, 1814-cü ildəki məğlubiyyətindən
sonra Böyük Britaniya və Prussiya onu edam etməyi təklif etdilər. Yalnız çar I Aleksandrın cəhdləri hesabına
o, Aralıq dənizindəki
Elba adasın sürgün
edilmişdi. Lakin qisasa susayan Napoleon yenidən qitənin böyük qüvvələri ilə
vuruşa girmək qərarına gəldi, ancaq bu cəhdi
daha uğursuz oldu. Britaniya və Prussiya orduları 18 iyun 1815-ci ildə Vaterlooda Napoleon qüvvələrini məğlub
etdilər. Napoleon artıq
əsir şəklində
britaniyalılar tərəfindən
Müqəddəs Yelena adasına
sürgün edildi və altı əzablı ildən sonra, həmin adada da öldü, orada da dəfn edildi. Yalnız 1840-cı ildə onun cəsədli Parisə gətirilib, Əlillər
Evində təntənəli
qaydada dəfn edildi. İndi də onun sərdabəsi turistlərin ziyarətgahına
çevrilmişdir.
Vaxtilə Bethoven III simfoniyasını
"Bonapart" adlandırmışdı,
sonra buna peşman olub, əsərini "Qəhrəmanlıq simfoniyası"
adlandırdı.
Yuxarıda qeyd edildiyi kimi, Avstriya digər qüdrətli dövlətlərlə yaxşı
münasibət yaratmaq
üçün nikah ittifaqlarından
geniş istifadə edirdi, özü də, əsasən, qızlarını başqa
ölkələrin printslərinə
və hökmdarlarına
ərə verirdi. Geniş və uzun müddət ərzində istifadə etdiyi siyasi ittifaqların
yaranmasına xidmət
edən nikah heç də Avstriyanın öz icadı deyildi, sadəcə olaraq tarixdə mövcud olmuş ənənələrə əsaslanırdı.
Qədim Romada siyasi fayda götürmək,
hakimiyyətə yiyələnmək
və ya onu bölüşdürmək
silahı kimi nikahlar rəqiblərə
qarşı uğur qazanmaqda mühüm rol oynayırdı. Yuli Sezar Qney
Pompeylə yaxınlaşmaq
üçün qızını
özündən yaşlı
olan həmin adama ərə vermişdi. Bu yolla yaranan Birinci Triumvirat Sezarın siyasi aləmdə yüksəlməsinə yol
açmışdı. Sonralar
Sezarın qızı
ölmüş, iki müttəfiq isə düşmənlərə çevrilmiş,
nəhayət Pompeyin məğlubiyyəti və
ölümü ilə
nəticələnmişdi. Yaxud İkinci Triumviratın nisbətən
mülayim üzvü
olan Lepid Oktavianla
Antoni arasında ixtilaf
yaranacağından qorxub,
arvadı ölmüş
Antoniyə Oktavianın
bacısı Oktaviyaya
evlənməyi təklif
etmişdi və Antoni
buna razılıq vermişdi.
Lakin az sonra Antoni yenidən Misir kraliçası, məşuqəsi
Kleopatranın yanına
qayıtmış, Oktavianla
yaranan düşmənçiliyinə
görə yeni arvadını
boşamışdı. Siyasi
və nikah ittifaqı
bu dəfə də birinin - Antoninin məğlubiyyəti
və özünü
intihar etməsi ilə nəticələnmişdi.
Florensiyada Mediçilər öz
hakimiyyətlərini qoruyub
saxlamaq üçün
gah İspaniya kralı,
gah da Fransa kralı ilə nikah yolu ilə qohum olmaqla, yaranan ittifaqdan öz hakimiyyətlərinin təhlükəsizliyinə
zəmin yaradırdılar.
Florensiya Böyük Hersoqu Alessandro İspaniya kralı və Müqəddəs Roma imperatoru
V Karlın qızına
evlənmişdi. Bu ailədən
olan Katerina Mediçi
Fransa kralı I Fransiskin oğlu olan dofinə, gələcək kral II Henriyə ərə getmişdi. Onun üç oğlu və həmçinin kürəkəni IV Henri Fransa
taxt-tacında olmuşdu.
IV Henri Katerina Mediçinin qızı Marqareti boşadıqdan sonra,
1600-cü ildə Mediçilər
ailəsinin digər nümayəndəsi olan Mariya Mediçiyə evlənmişdi. Beləliklə,
Mediçilər uzun müddət kraliça və regent kimi Fransa siyasətində mümkün olduğu qədər fəal iştirak etmişdilər.
Avstriya
Roma ənənələrindən daha çox Florensiya təcrübəsinə
üstünlük verirdi,
öz qızlarını
başqa sarayların
real və namizəd olan sahiblərinə ərə verməklə və öz oğlanlarını şahzadələrə
evləndirməklə yaxşı
ittifaqlar yaratmağa müvəffəq olurdu. Kraliça Mariya Terezanın qızı Mariya Antuanetta gələcək kral olacaq dofin XVI Luiyə ərə getmişdi. Kral I Frants Napoleona məğlub olub, alçaldıldıqdan sonra
qızı Mariya Luizanı ona ərə vermişdi.
Avstriyanın düşdüyü zəifliyə baxmayaraq, Metternix daha çox strategiya və diplomatiya qaydasında düşünürdü.
Lombardiyaya, Venetsiyaya
sahib olmaqla, Toskanada və Modenada Habsburq hökmdarlarının
olması Habsburqun yenidən İtaliyada
dominant olması mənasını
verirdi. Almaniyada isə, baxmayaraq ki, Müqəddəs Roma imperiyası
dirilə bilməmişdi,
Avstriya yeni Alman Konfederasiyasının
prezidenti idi. Hətta Prussiya əvvəlki tək böyük olsa da belə, Metternix həmçinin Fransa ilə yumşaq münasibət yaratmağa
əmin olduqda, öz diplomatik idealı olan dövlətlərin tarazlığını
qurmuşdu. İttifaqlar
sistemi, Avropadakı razılaşmanın əsası
olmalı idi.
1813-15-ci illərin uğuruna baxmayaraq, Avstriya 1809-1811-ci
illərin bədbəxtliklərini
real olaraq sağalda bilmədi. 1830-cu ildə Fransada yeni inqilab başladı
və dövlət
liberal konstitusion monarxiyaya
çevrildi. Britaniyanın
himayəsi ilə Belçika müstəqil
dövlətə çevrildi.
Bu vaxt İtaliyadakı
və Polşadakı
liberal və milli qiyamlar
uğurlu qaydada yatırıldı.
I Frantsın 1835-ci ildə ölməsi Avstriya hökumətinin hətta daha az nəticə
vəd edən niyyət uğrunda və birbaşa fəaliyyət göstərməyə
məcbur etdi. Frantsın böyük oğlu Ferdinand taxt-taca yiyələndi. Lakin o, belə
məsuliyyəti daşımağa
əqli və fiziki cəhətdən qadir deyildi. Metternix özünün siyasət üzərindəki
yeganə qaydadakı nəzarətini əvvəldən
qoruyub saxlamağa çalışırdı, lakin
ershersoq İohannın
müdaxiləsi onun nəzərdə tutduqlarını
uğursuz etdi.
Bu erada ədəbiyyatda bir neçə yazıçı meydana gəldi. 1830-cu ildə başlayan Avstriya alman ədəbiyyatı Metternix
rejiminə daha tənqidi yanaşmağa başladı. Çox sayda Avstriya liberalları və yazıçıları xarici
ölkələrə, ən
azı başqa alman dövlətlərinə getdi,
orada onlar Metternix siyasətindən müqayisəli qaydada təhlükəsiz idilər.
Onların səbrli olmalarını dayandırıb,
dəyişilmələrinə səbəb Avstriya iqtisadiyyatı, mədəniyyəti
və cəmiyyətinin
dəyişilməsi idi,
onlar rejimin irtica xarakterinə heç də hörmətlə yanaşmırdılar.
1811-ci ildə dövlətin
bankrot olması sərt iqtisadi durğunluğa gətirib
çıxardı. 1820-ci illərin
sonundan iqtisadiyyat sağaldı və yaxşı dərəcədə
böyüdü. Bohemiya
torpaqları istehsalın
artımının əldə
edilməsində aparıcı
region idi. Texnoloji irəliləyiş iqtisadi
inkişafa təkan verirdi. Toxuculuq sənayesinin genişlənməsi
artıq buxar enerjisindən istifadəyə
və mexanikləşməyə
əsaslanırdı.
Bankir Rotşild monarxiyanın iki mühüm bölməsinin - dəmir
yolunun və dəmir əritmə sənayesinin pioneri idi. Avstriya iqtisadiyyatının
genişlənməsində yəhudilər mühüm
rol oynayırdılar.
İosifizmin dirildiyi zonalardan biri, hökumətin sənaye və kommersiya siyasətindəki proqressiv
xarakter daşıyanlar
idi. Avstriyada Vyana politexnikumu kimi ən nüfuzlu
texniki institutlar faydalı mühəndis bilikləri verirdi.
Avstriyada
milli münasibətlər
Avstriya dövləti ilə digər etnik qruplar arasındakı əlaqələr çox
hallarda anomaliya xarakteri daşıyırdı.
Siyasi həyata hökumət təzyiq göstərəndə "mədəni"
həyata icazə verirdi. Bura müxtəlif millətlərin monarxiya tarixinə yönəlmiş
"tədqiqatları" daxil idi. Monarxiyanın
"tarixi millətləri"
arasında milli şüuru
idarə edən siniflərin olduğu italyanlar, macarlar və polyaklar yüksək mədəniyyət
sahibləri kimi tanınırdı, burada artıq tarixi "hüquqların" yaxşı
inkişaf etmiş hissələri var idi.
"Tarixi olmayan millətlər" sayılan
slovenlər və ya slovaklar arasında
mədəni millətçilik
dəstəklənirdi. Onlara,
öz idarə edən sinfi və həm də yüksək mədəniyyəti olmayan
millətlər kimi baxılırdı. Milli hərəkatlar
böyüyən qaydada
inkişaf edirdi. Monarxiyada dövlət
alman dilinin lingua franca olmasına
əsaslanırdı.
1848-ci il inqilabı Qərbi və Mərkəzi Avropa ölkələrinin
çoxunda baş verdi, bu sənayeləşmənin
böhranı kimi özünü göstərdi.
Monarxiyada isə bu böhran daha sərt xarakter daşıyırdı.
Metternixin imperiyanı
qoruyub saxlamaq metodu özünü təsdiq edən legitimliyə malik deyildi.
1848-ci ilin martında tələbə dəstəsi
və onlara rəğbət bəsləyənlər
islahat petitsiyasını
təqdim etmək üçün Aşağı
Avstriya dayetinə (parlamentinə) hücum etdilər. Qoşunlar camaata atəş açanda beş nəfər öldü və etiraz dalğası inqilaba çevrildi. Gecə düşəndə Metternix
istefa verdi və iki gün
sonra, martın 15-də
əhaliyə konstitusiya
vəd edildi. Habsburq hakimiyyəti tərəqqi ruhunu bərpa etmək yolunu tutmalı idi. Bunlar yalnız
yarımçıq şəkildə
uğurlu oldu.
Vyanada mart
inqilabı vaxtı Habsburq monarxiyasında həyəcan davam edəndə, Milanda da qiyamlar başlandı. Digər yeni bir inqilab Parisdə baş verdi və bütün
Mərkəzi Avropaya yayıldı. Hadisələrin
zəncirlərindən biri
Qərbi Almaniyaya keçdi, bu zəncir Vyanada rejimin yıxılması ilə ikinci həmrəylik qığılcımını
yaratdı. Monarxiyanın
digər hissələrində
də "milli" inqilablar
başlandı. Macarıstanlı
Lukas Koşut bütöv
monarxiyada radikal islahat aparılması barədə öz çağırışını etdi. Bu, Vyana inqilabı üçün
katalizator rolunu oynadı, Macarıstanda və Monarxiyanın digər əksər hissələrində də
inqilab alovu qalxdı.
Aprelin
1-də Vyanadakı Müqəddəs
Stefen kilsəsinin qülləsində alman qara-qırmızı-qızılı
bayrağı qaldırıldı.
Sabahısı gün
bayraq "alman" imperatoru
II İosifin abidəsi
üzərinə gətirildi
və Hofburq sarayının üstündə
də dalğalandı.
Monarxiyanın alman dilində
danışan regionları
bütövlüklə Alman Frankfurt parlamentinə seçkilərdə
iştirak etdi. Parlament Habsburqu - ershersoq İohannı Almaniyanın "imperial regenti"
seçdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci
qəzet.- 2023.- 2 sentyabr.- S.14.