Müstəqilliyimiz əbədi və sarsılmazdır
Avqustun 30-da Azərbaycanın
dövlət müstəqilliyinin
bərpası haqqında
ilk hüquqi sənədin qəbulunun
32 ili tamam oldu. Tarixə nəzər salsaq görərik ki, hələ buna qədər - 1990-cı ilin
iyulun 22-də xalqımızın
dahi oğlu, görkəmli dövlət
xadimi Heydər Əliyevin Naxçıvana
qayıdışı və
məhz buradan başlanan milli dirçəliş prosesinin
bütün Azərbaycan
siyasi mühitində aparıcı hadisəyə
çevrildi. Ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü
məhz müstəqillik
günü kimi dəyərləndirir, bunu
obyektiv yanaşmalarla əsaslandırırdı: "1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti
nəticəsində öz
müstəqilliyinə nail
ola bildi və Xalq Cümhuriyyəti
yarandı. Xalq Cümhuriyyəti qısa,
yəni 23 aylıq fəaliyyəti dövründə
çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin,
dövlətçiliyinin əsaslarının
qurulması oldu".
Ulu öndər
Heydər Əliyevin
1990-cı ilin iyulunda cəsarətlə başladığı
müstəqillik mübarizəsinə
təxminən 11 ay sonra Azərbaycan Ali Soveti hüquqi
müstəvidə münasibət
bildirərək müstəqillik
haqqında Konstitusiya Aktını qəbul etdi. Həmin ilin dekabrın 29-da keçirilən ümumxalq
referendumunda Azərbaycan
xalqı müstəqillik
haqqında Konstitusiya Aktına yekdilliklə dəstək forması nümayiş etdirdi. Keçirilən referendum bülleteninə yalnız
bir sual yazılmışdı: "Siz
"Azərbaycan Respublikasının
dövlət müstəqilliyi
haqqında" Azərbaycan
Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
Azərbaycan əhalisinin
95 faizi bu referendumda iştirak edərək ölkəmizin
müstəqilliyinə, suverenliyinə
və istiqlaliyyətinə
səs verdi.
1991-ci il 18 oktyabr
dövlət müstəqilliyinin
elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi
demək idi. Sənəddə deyilirdi:
"Azərbaycan Respublikasının
Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il
mayın 28-də qəbul
etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan
Respublikasının demokratik
prinsiplərinin və
ənənələrinin varisliyinə
əsaslanaraq və
"Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin
bərpası haqqında"
Azərbaycan Respublikası
Ali Sovetinin 1991-ci il 30 avqust tarixli
Bəyannaməsini rəhbər
tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının
dövlət quruluşunun,
siyasi və iqtisadi quruluşunun əsaslarını təsis
edir".
Fəqət, dövlət müstəqilliyinin
ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya
Aktının prinsiplərinə
əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin
də itirilməsinə
gətirib çıxaracaqdı.
Bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarları, əslində,
dövlətçilik deyil,
hakimiyyətlərini qoruyub
saxlamaq maraqlarından
çıxış edir
və beləliklə,
hələ kövrək
olan dövlət müstəqilliyini təhlükə
altına salırdılar.
Həmin dövrdə
hakimiyyətdə olanlar
yeni yaranan müstəqil dövlətçiliyin
möhkəmlənməsi üçün
nəinki bir iş gördülər, əksinə, ölkəni
dünyada gedən bütün proseslərdən
uzaq salaraq təklənməsinə, təcrid
olunmasına xidmət
göstərdilər. Bütün
bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə
aparırdı. Hakimiyyət
çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı
meyllərin güclənməsi
dövlətçiliyimizin və müstəqilliyimizin
məhvini qaçılmaz
edirdi.
Belə bir
vəziyyətdə Azərbaycan
vətəndaşlarının mütləq əksəriyyətinin
tələb və istəyi ilə hakimiyyətə gələn
Ulu öndər Heydər Əliyev bu çətin missiyanı öz üzərinə götürərək
müstəqil dövlətçiliyimizi,
suverenliyimizi bütün
təhlükələrdən, təhdidlərdən xilas
etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının
arxasına keçən
Heydər Əliyev xilaskarlıq missiyasını
müdrikliklə, qətiyyət
və böyük uzaqgörənliklə yerinə
yetirməyə başladı.
Ulu öndər
Heydər Əliyev ölkəni gözləyən
bütün təhlükələri
dəf etməklə Azərbaycanın müstəqilliyinin
möhkəm təməlini
qoydu. Məhz onun ölkə rəhbərliyinə qayıdışından
sonra səmərəli
dövlətçilik konsepsiyası,
iqtisadiyyatın dirçəlişi
strategiyası və azərbaycançılıq fəlsəfəsinin
əsaslarına uyğun
olaraq demokratik inkişaf reallaşdı.
Dövlətimizin qazandığı bütün uğurlar Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və müdrikliyi məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Ulu öndər Heydər Əliyevin dövlətçilik idealogiyasını uğurla və yüksək inkişaf xətti ilə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi genişşaxəli və məzmunlu siyasi kurs, Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Məhz onun qətiyyəti sayəsində Ulu öndərin yeni neft strategiyası, iri enerji layihələrinin uğurla reallaşması və işə düşməsi dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da əbədi, dövlətçiliyimizin isə daha da qüdrətlənməsinə xidmət edir. Azərbaycanın müstəqil daxili və xarici siyasəti ölkəmizi təkcə regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanıdır. Azərbaycan Prezidentinin məqsədyönlu siyasəti sayəsində qazanılan bütün nailiyyətlər əminliklə deməyə əsas verir ki, ölkəmizin dövlət müstəqilliyi daimi, əbədi və sarsılmazdır.
Aslan MEHDİYEV
Binəqədi rayon İcra Hakimiyyəti yanında
İctimai
Şuranın sədri
525-ci qəzet.-
2023.- 2 sentyabr.- S.5.