Azərbaycan Dili Ədəbiyyatı Forumu: maraqlı tədbirlər, faydalı müzakirələr

 

Sentyabrın 1-də ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dili Ədəbiyyatı Forumu işə başlayıb.

Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində gerçəkləşən forumun ilk günü Şamaxı şəhərində keçirilib.

Mədəniyyət naziri Adil Kərimli tədbirin açılış mərasimində çıxış edərək Forumun əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, Ümummilli liderin 100 illiyinə həsr olunan Forumun açılış mərasiminin Şamaxıda keçirilməsi rəmzi məna daşıyır. Ulu öndərin Şamaxının tarixi ədəbi irsi haqqında dediyi sözlər tədbirin açılışının bu şəhərdə keçirilməsinə təkan verən əsas amildir.

Ədiblər şəhəri sayılan Şamaxının UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir bildirib ki, belə forumların keçirilməsi cəmiyyətin inkişafı, mədəniyyətimizin zənginləşdirilməsi, gələcəkdə daha geniş üfüqlər açılması baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan Dili Ədəbiyyatı Forumu mühüm mövzuların mütəxəssislərin iştirakı ilə müzakirəsi əldə edilən nəticələri həyata keçirmək məqsədi daşıyır. Azərbaycan dili çox vacib sahələrdən biridir. Ümummilli lider hər zamanı ana dilimizi yüksək qiymətləndirib, onun qorunmasına, saflığının təmin edilməsinə, inkişaf etdirilməsinə önəm verib. Ulu öndərin azərbaycançılıq dövlətçilik fəlsəfəsində Azərbaycan dilinə xüsusi yer verilib. Onun siyasi fəaliyyətinə nəzər saldıqda bunu açıq şəkildə görmək mümkündür. Bu səbəbdən Azərbaycan Dili Ədəbiyyatı Forumunun Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirilməsi önəmlidir. Hazırda isə dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü davamlı tədbirlər, xüsusilə Azərbaycan dilinin saflığının qorunması, onun kənar təsirlərdən mühafizə olunması, dilin tərkibinin inkişaf etdirilməsi istiqamətində çoxşaxəli siyasət həyata keçirilir. Bu istiqamətdə Mədəniyyət Nazirliyinin, Elm Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə böyük məsuliyyət düşür.

Hazırda bu məsələ ilə bağlı mədəniyyət strategiyasının hazırlandığını qeyd edən nazir deyib: "Mədəniyyət anlayışının sahələşdirilməsi istiqamətində layihələrin həyata keçirilməsinə xüsusi önəm verilir. Bu məsələ işçi qrupu səviyyəsində müzakirə olunub. İlk dəfə Azərbaycan dili mədəniyyətin başlanğıc əsas sahəsi kimi ayrılıb. Bu barədə geniş fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Azərbaycan dili mədəniyyətin digər sahələri üçün istiqamətverici mövqeyə malikdir. Bu baxımdan Forumun məhz bu sahədə mövcud problemlərin üzə çıxarılması, onların geniş müzakirə edilməsi gələcəkdə həlli istiqamətində səmərəli nəticələrə nail olacağına inanıram".

Elm təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan dilinin inkişafı, dilimizin saflığının qorunması ana dilimizdə danışmaq olduqca vacib məsələlərdəndir. Ana dilində təhsil almağın önəminə toxunan nazir deyib ki, Azərbaycanda uşaqların bir çox dillərdə təhsil almaq imkanı var. Lakin ölkədəki şagirdlərin 90 faizi ana dilində təhsil almağı seçir. Bu, olduqca sevindirici haldır. Təhsil sisteminin əsas məqsədi şagirdlərə ana dilində yüksək səviyyədə təhsil verilməsidir. Azərbaycan məktəbləri universitetlərində son illər ərzində ana dilində tədrisin keyfiyyətinin artırılması istiqamətində bir çox işlər görülüb. Eyni zamanda, digər dillərdə təhsil alan şagirdlərə Azərbaycan dilində dərslər keçirilir. Bu il həmin dərslərin sayı digər illərə nisbətən artırılıb.

"Təəssüf ki, dilimizin Azərbaycandan kənarda yaşayan daşıyıcılarının təhsili ilə bağlı problemlər var. Bu tədris ilindən etibarən xarici ölkələrdə yaşayanlar üçün onlayn Azərbaycan dili dərsi keçiriləcək. Sevindirici haldır ki, artıq 400-dən çox müraciət daxil olub. Düşünürəm ki, bu, Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz üçün vacibdir. Cəmiyyətdə belə bir "mif" var ki, tədrisin Azərbaycan dilində aparıldığı məktəblər guya digərlərindən geri qalır. Bu, yanlışdır. Sözügedən "mif"i cəmiyyət olaraq dağıtmaq lazımdır məlumatlandırma zamanı statistikaya istinad etmək vacibdir. Tədris dilindən asılı olmayaraq, ölkəmizdəki bütün məktəblər Azərbaycan məktəbləridir. Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan tarixinin ana dilində aparılması bu il bütün məktəblərdə tətbiq olunacaq. Bu, Zəfər tarixi Hərbi hazırlıq fənlərinə aiddir", - deyə Emin Əmrullayev vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli çıxışında diqqətə çatdırıb ki, Azərbaycan dili hər zaman olduğu kimi, bu gün aktuallığını funksionallığını qoruyur. Ulu öndər Heydər Əliyevin ana dilimizin inkişafına hər zaman diqqət yetirdiyini deyən İ.Həbibbəyli bu siyasətin bu gün davam etdirildiyini söyləyib. Akademik Azərbaycan dilinin, milli-mənəvi dəyərlərinin, mədəniyyətinin qorunub saxlanmasının ziyalıların hər zaman diqqət mərkəzində olduğunu bu istiqamətdə AMEA tərəfindən bir sıra işlərin görüldüyünü deyib: "Lüğətçiliklə bağlı qədər müzakirə mübahisələr olsa da, hazırda bu istiqamətdə ən yüksək səviyyədə gedir. Dilçilik İnstitutunda fonetika, morfologiya, sintaksis digər bölmələrlə bağlı fundamental elmi əsərlər hazırlanır".

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışlarında Azərbaycan dilinin inkişafı ilə bağlı aktual məsələlərdən, o cümlədən, dilimizin müasir problemləri, reallıqlar barədə danışıblar. Çıxışlarda məktəblərdə Azərbaycan dilinin tədrisi ilə bağlı fundamental yanaşmanın önəmi xüsusi vurğulanıb.

Açılış çıxışlarından sonra Azərbaycan dilinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra Forum çərçivəsində "Qloballaşmanın Azərbaycan dilinə təsiri ana dilimizin saflığının qorunması mexanizmləri" mövzusunda ilk panel iclası keçirilib.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın moderatorluq etdiyi iclasda akademik Nizami Cəfərov, Xalq yazıçısı Kamal Abdulla, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, İnstitutun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova, Yazıçılar Birliyinin katibi şair Səlim Babullaoğlu şair Aqşin Yenisey iştirak ediblər. Panel iclasında "Azərbaycan dilinin qloballaşma şəraitində inkişaf etdirilməsi mexanizmləri", "Dildə elmi üslubun inkişafına təsir edən amillər: elmi sahələrin inkişafı dillərin inteqrasiyası", "Azərbaycan dili Azərbaycan ədəbiyyatının qoruyucusu kimi: dünən, bu gün, sabah", "Söz yaradıcılığı prosesi: dilin daxili imkanlarının canlandırılması geniş ictimai istifadəsi olan xarici mənşəli sözlərə vətəndaşlıq statusunun verilməsi", "Xaricdə yaşayan azərbaycanlılar arasında dilin qorunması" "İnternet məkanında Azərbaycan dilinin funksionallığı" mövzularında məruzələr dinlənilib.

Forumun ikinci panel iclası "Azərbaycan dili ədəbiyyatı zaman kontekstində: klassik ənənələr müasir trendlər" mövzusuna həsr olunub.

Yazıçı-publisist Azər Qismətin moderatorluq etdiyi iclasda Xalq şairi Sabir Rüstəmxanlı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov, yazıçılar Aqil Abbas, Şərif Ağayar, Sayman Aruz şair Qismət Rüstəmov iştirak ediblər. Panel iclasında "Çağdaş Azərbaycan ədəbiyyatı: mövcud vəziyyət, problemlər perspektivlər", "Zamanın ədəbi-bədii dəbi: ənənəvi təmayüllər müasir trendlər", "Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası: Beynəlxalq təcrübədə istifadə olunan modellər", "Ədəbi yaradıcılığın stimullaşdırılması: beynəlxalq milli ədəbiyyat mükafatları", "Müasir ədəbiyyat milli-mənəvi dəyərlər. Bölgələrdə ədəbi proses" mövzularında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Azərbaycan Dili Ədəbiyyatı Forumu sentyabrın 2-də işini Bakıda "Gülüstan" sarayında davam etdirib.

Forum boyunca sarayın foyesində Ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasının 100 illiklərinə həsr edilmiş kitab sərgisi nümayiş olunub.

Forumun ikinci gününün ilk panel iclası "Teatr kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən səhnəyə, səhnədən ekrana" mövzusuna həsr edilib.

Moderatoru kinodramaturq İlqar Fəhmi olan panel iclasda dramaturq Əli Əmirli, yazıçılar Elçin Hüseynbəyli, Varis Yolçuyev, ədəbi tənqidçi Əsəd Cahangir "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan iştirak ediblər.

Paneldə "Müasir Azərbaycan dramaturgiyası onun problemləri", "Azərbaycan ədəbiyyatında teatr kino platforması", "Mütaliə tamaşaçı mədəniyyətinin formalaşmasında medianın rolu", "Kino sənətində dil tərcümə problemləri", "Ədəbiyyatın cəmiyyətə çatdırılması metodikası: beynəlxalq təcrübədə bu istiqamətdə tətbiq olunan innovasiyalar" mövzularında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində ikinci günün son panel iclası "Uşaq yeniyetmələr arasında mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti" mövzusuna həsr olunub.

Moderatoru yazıçı Günel Əsgərova olan panel iclasda Elm Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqubova, uşaq yazarı alimlər Zahid Xəlil, Raqif Yusifoğlu, uşaq yazarları Reyhan Yusifqızı, Sevinc Nuruqızı, şair, AYB-nin Uşaq ədəbiyyatı bölməsinin müdiri Qəşəm Nəcəfzadə Nizami adına Ədəbiyyat İnstitutunun Uşaq Ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova iştirak ediblər.

Paneldə "Uşaq ədəbiyyatının ideoloji mahiyyəti müasir problemləri", "Mədəni ədəbi qaynaqların müəyyənləşməsində uşaq ədəbiyyatı dərəcədə rola malikdir?", "Uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması üçün hansı maarifçi islahatlara ehtiyac var?", "Uşaq ədəbiyyatına xüsusi dövlət qayğısının mexanizmləri: oxucu - naşir -müəllif qayğısının vəhdəti gözlənilən nəticəni verirmi?", "Təhsildə ana dili uşaq ədəbiyyatının rolu" mövzularında məruzələr dinlənilib.

Azərbaycan Dili Ədəbiyyatı Forumuna sentyabrın 3-də yekun vurulub. Bakıda, "Gülüstan" sarayında Forumun son panel iclası təşkil edilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində keçirilən Forumun son panel iclasında Mədəniyyət Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, elm, ədəbiyyat, mədəniyyət xadimləri digər qonaqlar iştirak ediblər.

Əvvəlcə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Forumun yazıçı Əkbər Qoşalının moderatorluğu ilə keçirilən V panel iclası "Dəyərlər etik davranış kodeksləri: kitabın fərdi sosial həyatda əhəmiyyəti funksiyaları" mövzusuna həsr olunub.

İclasda Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Ramiz Rövşən, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Nəşriyyatları Assosiasiyasının İdarə Heyətinin sədri Şəmil Sadiq, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, "Təhsil" nəşriyyatının direktoru Tural Axundov, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, "AudioKitab"ın direktoru Əhliman Ərşadlı "Azərbaycanda kitab sənayesi: mövcud vəziyyət hədəflər", "Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər düşüncə sisteminə təsiri", "Kitab satışı sistemi: innovativ həllər kredit mexanizmləri", "Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexanizmləri" "Vətəndaşların ədəbi, elmi informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr" mövzularında çıxış ediblər.

Natiqlər Forumun təşkilini yüksək qiymətləndiriblər, layihənin hər il keçirilməsinin vacibliyini vurğulayıblar.

Daha sonra Azərbaycan ədəbiyyatına həsr olunan videoçarx nümayiş etdirilib. Videoçarxda Ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza qayğısını əks etdirən fraqmentlər yer aıb.

Panel iclas müzakirəyə çıxarılan mövzular ətrafında sual-cavabla davam etdirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Beləliklə, Azərbaycanda ilk dəfə olaraq keçirilən tanınmış dilçi ədəbiyyatşünas alimlərin, yazıçı naşirlərin qatıldıqları Forumda mədəniyyətimizin yaşadılması, inkişafı təbliğində Azərbaycan dili ədəbiyyatının rolu, ana dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti bu sahəyə dövlət dəstəyi, uşaq yeniyetmələr arasında mütaliənin təbliği, teatr kinonun inkişafında ədəbiyyat faktoru digər istiqamətlərdə geniş şəkildə müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Forum çərçivəsində mütəxəssislərin səsləndirdiyi fikir təkliflər ümumiləşdirilərək, "Azərbaycan mədəniyyəti-2040" Dövlət Proqramında əksini tapacaq.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 5 sentyabr.- S.10-11.