SƏRKƏRDƏDƏN ƏSGƏRİNƏ SON YENİLMƏZLİK DƏRSİ  

 

O vaxt - 1970-ci illərin əvvəllərində, SSRİ-nin dünyanın iki ən batılmaz fövqəlgücündən biri olduğu çağlarda kiminsə ürəyindən keçsə , hər halda məntiqlə düşünən adam idisə, ağlına sığışmazdı ki, bu boyda dövlət param-parça ola bilər, Sovet İttifaqına daxil cümhuriyyətlər azadlığa çıxıb müstəqil dövlətlər kimi yaşayar.

Ən xəyalpərvər inqilabçılar da belə bir işin baş verəcəyinin mümkünlüyünü lap yaxşı halda qarşıdakı 15-20 ilin içərisində deyil, çox zamanlar sonra, bəlkə artıq özlərinin həyatda olmadığı əyyamlarda, nəvə-nəticələrinin görə biləcəyi istiqbal kimi təsəvvür edərdilər. Onda qalmış 1970-ci illərdə Sosialist Azərbaycanına rəhbərlik edən Kremlin hansı müstəsna dünya gücü olduğunu sadə adamlardan qat-qat gözəl bilən Heydər Əliyev olmuş ola. Fəqət Heydər Əliyev ülgülərlə düşünən bir insan idi qismətinə Azərbaycana məhz tarixin bu dönəmində, cavan, qüvvətli, qaynar həvəslə dolu çağlarında rəhbərlik etmək düşmüşdüsə, respublikanın daha parlaq özünüifadəsindən ötrü lazımdısa etməliydi - bunu irəlicədən hər təfərrüatı ilə düşünərək, yaxud elə sövqi-təbii olaraq! Çünki onun cövhərində quruculuq vardı, mahiyyətcə asılılığı sevməyən, fitrətən birinci olmağa daxilən köklənmiş insan idi. Heydər Əliyevin ağlına gələrdimi tarix elə gərdiş edəcək ki, Sovet Azərbaycanına başçılıq etdiyi kimi o, müstəqil Vətəninin birinci şəxsi, idarəedicisi olacaq bir zamanlar respublikanın, xalqın gələcək inkişafı naminə etdikləri müstəqilliyə tədarük kimi qavranılacaq?!

Ancaq tarixi şəxsiyyətlərin sanki sövqi-təbii etdikləri bəlkə elə Tarixin özünün (bu "Tarix" kəlməsinin ardında istər hər olanı var edən Qadir Ssenariçini düşünün, istər qəza qədəri, istər Əlahəzrət Təsadüfü, istərsə cəmiyyət inkişafının qanunauyğunluqlarını) irəlicədən nəzərdə tutduqlarıdır?!

1970-ci illər başlanırdı, SSRİ böyük vətən sayılırdı, dərsliklər belə öyrədir, yetişən nəsillər gözünü açandan, ağlı kəsəndən bu cür tərbiyə olunurdu. Sovet İttifaqında yaşayan kişilərin bu ortaq vətənə mütləq ödəməli olduqları borclarından biri hərbi xidmət idi. Azərbaycanlı cavanlar da, başqa respublikalardan olan gənclər kimi, əsgərliyə çağırılırdılar, kimin harada qulluq eləməsi bəxtəbəxt məsələ idi. Vladivostoka da düşə bilərdi, Orta Asiyaya da, Baltikyanı respublikalara da, Belorusiyaya da. SSRİ əhalisinin böyük əksəriyyəti ruslar idi. Bir bu səbəbdən, digər tərəfdən hərbi təhsil verən ixtisas məktəblərinin mütləq əksəriyyətinin Rusiyada olması, təhsilin rusca aparılması səbəbindən İttifaq üzrə səpələnmiş zabit kadrlarının da mütləq çoxluğu elə onlardandı. Qeyri millətlərin təmsilçiləri az da olsa vardı. Ancaq azərbaycanlıların sayı digərləri ilə müqayisədə elə yox kimi idi. Ona görə respublikaya rəhbərliyə başlamasından azacıq sonra Heydər Əliyev vacib bir niyyətinin dibini döyməyə, bu çətin istəyin həyata keçirilməsi yolunda çalışmalara başlarkən - respublikada ilk hərbi məktəbi qurmağı qəsd edərkən ilk hədəflərindəm biri bu idi ki, SSRİ-nin zabit korpusu tərkibində azərbaycanlıların da miqdarı artsın, onlar da sovet ölkəsinin dörd bucağında zabit kimi xidmətlərini davam etdirsinlər Sovet İttifaqının ən fərqli guşələrində əsgərlik çəkən gənclərimiz onların simasında özlərinə simsar olan yurddaşlarını görsünlər, əvvəllərdəki kimi çox sıxıntılarla üzləşməsinlər, sovet ordusu sıralarında millətimiz gözüqıpıq, qərib təsiri buraxmasın. Amma 1970-ci illərin ortalarından etibarən həmin hərbi məktəbin ilk məzunları yaranacaq, 1980-ci illərin sonlarında isə SSRİ-nin müxtəlif guşələrində xidmətini davam etdirən, yaxşı təcrübə yığıb püxtələşmiş yüzlərcə cavan, qabil azərbaycanlı zabit yetişmiş olacaq. Səksənlərin sonlarında SSRİ çökəndə, Azərbaycan istiqlalını elan edəndə, sovet ordu hissələri bir-bir respublikadan çıxarılanda, müstəqil respublikanın özünün müstəqil ordusunu yaratmaq istəyi həyati zəruriyyət kimi ortaya çıxanda erməni təcavüzü, digər təhdidlər bu məqsədə lap qısa zamanda çatılmasını tələb edəndə dağılan SSRİ-nin dörd bucağındakı zabitlərimiz tarix tale töhfəsi kimi vətənə üz tutacaqlar. Hər kəs bu zənnində daha artıq qətiləşəcək ki, sanki 1970-ci illərin əvvəllərində minbir çətinlikləri aşaraq həyat vəsiqəsi almasına yol açılan məktəb məhz elə bu gün, bu məqsəd üçün yaradılıbmış.

1971-ci il iyul ayının 23-dür, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti Büro iclası keçirilir həmin gün Heydər Əliyev sərlövhəsinin üzdən az şey vəd etdiyi, arxasında isə böyük niyyətlər duran qərara imza atır: "Xüsusi internat-orta məktəbin yaradılması haqqında". Bu qərar nəzərdə tuturdu ki, yeni təsis edilən məktəbə hər il iki dəfə keçirilməklə 70 nəfər müdavim qəbul edilsin, Azərbaycan Respublikası Nazirlər Soveti bu məktəbin maliyyələşdirilməsi, müdavimlərin məccani saxlanılmasının təmin edilməsi məsələlərinə baxaraq həll etsin, Maarif Nazirliyi respublika Hərbi Komissarlığı ilə birlikdə üç ay müddətində xüsusi məktəb haqqında əsasnaməni hazırlayıb təsdiq etsin.

Hərbi təmayüllü xüsusi internat məktəbinin yaranması haqda bu qərara müqəddimə sayılası ayrı bir sərəncamı isə Heydər Əliyev az öncə - 1971-ci il aprelin 29-da hərəkətə gətirmişdi: "Respublikanın partiya, sovet, komsomol təşkilatları hərbi komissarlıqlarının gəncləri Sovet Ordusu sıralarında xidmətə hazırlamaq hərbi məktəblərin komplektləşdirilməsi haqqında". Elə həmin sərəncamla indi, iyulun 23-də, ixtisaslaşmış internat məktəbinin yaradılması barədə qərarın çıxarıldığı aralıqda - 1971-ci il iyunun 16-da respublika maarif naziri M.Mehdizadə Mərkəzi Komitəyə respublika Hərbi Komissarlığı Azərbaycan Komsomolu Mərkəzi Komitəsi ilə razılaşdırılmış belə bir qərar layihəsi təqdim etmişdi ki, Bakı şəhəri Zığ qəsəbəsindəki səkkizillik internat məktəbi yenidən qurularaq hərbi təmayüllü respublika orta ixtisas məktəbinə çevrilsin.

Xüsusi cazibəsi ilə seçilməyən adi sənədlərə belə səxavətlə yer ayırmağım oxucunu yormasın. Bu zahirən quru cümlələrli, saya mətnli sənədlərdə Vətən millət quruculuğu tarixinin hamının bilməsi lazım olan həqiqətləri uyuyur.

Səbirli olun. Bu sənədlər həm mühüm ümummilli məna daşıyan hadisənin başvermə tarixçəsidir, həm uzaqgörən Vətən oğlunun yurdçu xalqçı simasını daha aydın görməyə işıq tutan güzgü.

Hər işi sistemli görməyi sevən, Ümumazərbaycan səciyyəli hər əməlini gerçəkləşdirərkən şəbəkədəki hər ayrıntıya xüsusi diqqət yetirən Heydər Əliyev yaradılmasının təşəbbüsçüsü olduğu bu məktəbin elə təsis olunduğu gündən sanbalını ağırlaşdırmağa, daşıdığı fəlsəfəyə diqqət yönəltməyə çağıran bir başqa təşəbbüsdə bulunmuşdu. Mərkəzi Komitənin 1970-ci il sentyabrın 14-də keçirilən Büro iclasında həmin ilin 23 avqustunda anadan olmasının 75 illiyi tamam olmuş Azərbaycanın görkəmli hərb xadimi Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məsələni müzakirəyə çıxarmışdı, Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi, tanınmış alim Cəfər Cəfərova tapşırıq verilmişdi ki, bu unudulmuş hərb xadimimiz barəsində müfəssəl arayış hazırlasın.

Arayış Büroda oxunanda hamı bu parlaq şəxsiyyəti niyə indiyədək yaxşı tanımamasına təəssüflənmişdi. 1895-ci ildə dünyaya gəlmiş Cəmşid Naxçıvanskinin atası Cəfər hərbçi idi - çar ordusunun zabiti olmuşdu. Cəmşid, 1914-cü ildə Tiflis kadet korpusunu, ardınca Yelizavetpol kavaleriya məktəbini bitirmişdi. 1914-1917-ci illərdə zabit rütbəsində Birinci Dünya müharibəsinə Avstriya cəbhəsində qatılmışdı. Döyüşlərdə üç dəfə - ayağından, sinəsindən, qolundan yaralanmışdı. Cümhuriyyət dönəmində Qarabağ atlı alayının komandiri olmuşdu. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bu alay Azərbaycan Qızıl Ordusunun Birinci fəhlə-kəndli polku adlandırılmışdı. Daha sonra isə 10 il müddətində sovet Qızıl Ordusunun ilk milli təsisatı olan Azərbaycan atıcı diviziyasının komandiri vəzifəsini daşımışdı. O, 1933-cü ildə Moskvadakı M.Frunze adına məşhur Hərbi Akademiyada ali təhsil almış, bir müddət orada çalışmışdı da. Tale elə gətirdi ki, yarım əsr sonra - 1985-1986-cı illərdə mən bu nüfuzlu təhsil ocağında -  Frunze adına Hərbi Mühəndislik Akademiyasında tərcüməçi işləyəsi oldum heyrətləndim ki, oradakı arxivin qocaman əməkdaşları Cəmşid Naxçıvanskini unutmamışlar. Özləri mənə söyləyirdilər ki, burada onlara dərs demiş, kafedra müdiri olmuş, zəngin biliyi, əsl ali peşəkarlıqlı hərbçiliyi mərd kişiyə xas xüsusiyyətləri ilə ətrafdakıların hamısını heyran qoymuş həmyerlimi indiyədək hərarətlə, sayğıyla xatırlayırlar.

Cəmşid Naxçıvanski 1938-ci ildə sovet siyasi repressiyalarına da uğramışdı, ancaq 1957-ci ildə bu ləkə hökumətin qərarı SSRİ müdafiə nazirinin əmri ilə onun üstündən götürülmüş, ona ölümündən sonra bəraət verilmişdi.

...Mərkəzi Komitənin Büro iclasında yekdilliklə qət edilmişdi ki, Cəmşid Naxçıvanskinin xalqa layiqincə tanıdılması üçün haqqında mətbuatda yazılar dərc edilsin, radio-televiziya verilişləri hazırlansın, Bakıda 1920-ci illərdə yaşamış olduğu evə xatirə lövhəsi vurulsun, adına küçə verilsin.

Əslində bütün bunlar müqəddimə idi az sonra Azərbaycanın ilk ixtisaslaşmış orta hərbi məktəbi yaranınca Heydər Əliyev milli hərbçi kadrlarımızın yeni nəsillərini yetirəcək bu təhsil ocağına da Cəmşid Naxçıvanskinin adını vermişdi.

...1981-ci il dekabrın 9-da o vaxtlar tez-tez bir çox mühüm dövlət yığıncaqlarının keçirildiyi F.Dzerjinski adına klubda təntənə ilə əlamətdar ildönümü qeyd edilirdi. C.Naxçıvanski adına respublika ixtisaslaşdırılmış internat məktəbinin 10 yaşını bayram etmək münasibətilə toplaşmışdılar, Heydər Əliyev danışırdı: "1971-ci ildə Azərbaycan KP MK-nın qərarı ilə ölkəmizdə ilk dəfə olaraq bu cür profilli internat məktəbi yaradıldı. Onun məqsədi əsasən yerli millətdən olan oğlanları ali hərbi məktəblərə daxil olmaq sonra SSRİ Silahlı Qüvvələrinin zabit korpusunda xidmət etmək üçün hazırlamaqdı. Bu gün biz böyük sevinclə dərin razılıq hissi ilə deyə bilərik ki, bu az müddət ərzində məktəbin kollektivi şanlı yol keçmişdir. Başlıcası odur ki, belə məktəb yaratmaq ideyası özünü tamamilə doğrultmuşdur indi bu məktəb onun üzərinə qoyulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirir. İndi biz on il əvvəl başlanmış böyük mühüm işin gözəl bəhrələrini görürük. Cəsarətlə demək olar ki, əldə edilmiş nailiyyətlər gözlədiyimizdən artıqdır. On il ərzində məktəbin 540 nəfər yetirməsi akademiyalara, məktəblərə ya hərbi institutlara daxil olmuşdur. İndi onlar 47 ali hərbi məktəbdə təhsil alırlar. Bu gənclərin 130 nəfəri zabit olmuşdur, Sovet Ordusu Hərbi Dəniz Donanması sıralarında xidmət edir. Hazırda internat məktəbdə beş yüzdən çox uşaq oxuyur, onların 310 nəfəri bu il qəbul edilmişdir. Açıq deyək ki, bu yol asan olmamışdır. Qarşımızda aydın məqsəd qoymuş olsaq da, on il bundan əvvəl müvafiq təcrübəmiz, praktikamız yox idi. Bir çoxlarını ixtisaslaşdırılmış məktəbin məqsədəuyğunluğuna inandırmaq lazım gəlirdi".

1981-ci ilin bitəcəyində, dövlətçi ömrü boyu yaratdığı əsərlərin ən əhəmiyyətlilərindən olan Naxçıvanski adına məktəbin 10 yaşının tamamında Heydər Əliyev belə deyirdi həmin məktəbi qurmaq yolundakı çətinliklərdən yalnız bu qədər qısa üstüörtülü söz aça bilirdi.

Bir məqama da mütləq fikir verin - sovet dönəmində bu məktəbin necə adlanmasına. Hərbi təhsil üzrə ixtisaslaşmış olsa da, elə bil ki, məktəbin rəsmi adında "hərb" sözünün görünməsi istənilmir, məktəbin hərbi təmayüllülüyü sanki qəsdən ört-basdır edilir, elə sadəcə, sıradan olan internat məktəbi kimi təqdim olunmasına çalışılır. Səbəbsiz deyildi. Azərbaycan hələ SSRİ-nin tərkibində idi o vaxt çoxlarına bəlli deyildi ki, bu məktəbi yaratmaq yolunda Heydər Əliyevin hansı əziyyətlər çəkməsi bir yana, sonra onun qorunub saxlanması, 2-3 yaşına çatmadan bağlanmaması üçün hansı keşməkeş sınaqlardan keçib.

2003-cü il apelin 21-i idi Heydər Əliyev Respublika sarayında çıxış edirdi. 2.000-dən artıq adam tutan bu zalı dolduranların əksəri artıq 30 yaşı tamam olan həmin məktəbin yetirmələri, indiki öyrənciləri idi artıq kimsədən asılı olmayan müstəqil Azərbaycan dövlətinin başçısı onlara bu məktəbin 10 yaşının bayramında, sovet dövründə dilə gətirilməsi mümkünsüz olan həqiqətləri söyləyirdi: "Güman edirəm ki, məni qeyri-təvazökarlıqda günahlandırmayacaqsınız. Azərbaycanda ikinci bir adam yoxdur ki, belə bir məktəb yaratsın, yaşatsın onun 30 illik yubileyində iştirak etsin. Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm

 

1972-1973-cü illərdə məktəbə daxil olmuş gənclər, uşaqlar indi generallardır, polkovniklərdir, korpusa komandanlıq edirlər, böyük hərbi hissələrə komandanlıq edirlər. Mənim arzum bu idi. Mən arzuma çatmışam. Ona görə özümü xoşbəxt hiss edirəm".

bu bəxtiyarlıq etirafından sonra Heydər Əliyev gəlirdi əsas mətləb üzərinə, bircə-bircə bu məktəbi niyə yaratmasının səbəblərini, bunun kökündə ilk növbədə millət təəssübkeşliyinin dayandığını, məktəbin qapılarının müdavimlərin üzünə açılmasınadək hansı maneələrlə üzləşməsinin tarixini nağıl edirdi: "Dövlət təhlükəsizliyi orqanlarında işləyəndə bütün Azərbaycanda, habelə SSRİ- olan hərbi hissələrlə çox yaxşı tanış idim. Onlarla əlaqəm vardı, onlarla görüşürdüm. Ancaq hər dəfə məni narahat edən o idi ki, azərbaycanlılardan zabit vəzifəsində adam yoxdur. Biz ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdik. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarına düşürdü. Soruşanda ki, üçün bizim əsgərlərdən belə istifadə edirsiniz, deyirdilər ki, onlar rus dilini bilmir, yaxud da yaxşı bilmirlər. Bu, doğru deyildi.

...Mən fikirləşirdim ki, əgər onlar əsgər kimi orduda öz yerini tuta bilmirlərsə, onda zabitə demək olar? Ümumiyyətlə, SSRİ hökumətinin, Kommunist Partiyasının elan olunmamış bir qərarı vardı ki, ali hərbi məktəblərə əsasən ruslar, ukraynalılar, beloruslar qəbul oluna bilər. Qalan millətlərdən gənclərin hərbi ali məktəblərə qəbul edilməsini çox nadir hadisə kimi rast gəlmək olardı.

Bunları görəndə düşünürdüm ki, yaxşı, biz Sovetlər İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var, biz üçün ordudan təcrid olunuruq? Demək, əlavə tədbirlər görmək lazım idi ki, bu maneəni keçəsən azərbaycanlıları orduda komandan, zabit vəzifələrinə çatdıra biləsən".

Sovet dönəmində həlli sadəcə qəliz deyil, hətta qeyri-mümkün hesab edilən bir çox məsələlərin çözümünə Heydər Əliyev ona görə nail ola bilirdi ki, incə siyasət aparmağın ustasıydı, mövcud siyasətin açdığı cüzi imkanları öz siyasətinin maraqlarına məharətlə uyğunlaşdırmağı bacarırdı.

Mərkəzin iradəsinin əksinə olan bu hərbi məktəbi araya-ərsəyə gətirərkən Heydər Əliyev çevikliklə elə onların öz ötürməsindən yararlanmışdı.

Həmin 1970-ci ilin əvvəllərində Sov.İKP MK- narahat edən məsələlərdən biri bu idi ki, bir sıra müttəfiq respublikalarda, xüsusən əhali artımının daha çox olduğu Mərkəzi Asiyada, Qafqazda ordu sıralarına gənclərin cəlb edilməsi işinin təşkilində ciddi nöqsanların varlığından savayı, bu yerlərdə hərbi vətənpərvərlik tərbiyəsinin aparılmasında da çatışmazlıqlar çox idi. Bununla bağlı Kreml ayrıca qərar qəbul edib yerlərə icra üçün göndərmişdi. Elə Azərbaycanda da 1970-ci illərin əvvəllərində Mərkəzi Komitə Bürosunda hərbi komissarlıqların fəaliyyəti, gənclərlə aparılan ideya-siyasi işlə əlaqədar bir neçə dəfə ciddi əks-sədalı müzakirələr keçirilmişdi. Bir internat məktəbinin təmayülünün dəyişdirilərək hərbi təhsil verən müəssisəyə çevrilməsi ideyasını ortaya atarkən Heydər Əliyev əslində bir oxla iki hədəfi nişan alırdı. Həm üzdə bu addımını Moskvanın qəbul etdiyi qərara cavab, gənclərin hərbi savadının artırılması naminə həyata keçirilən təşəbbüs kimi qələmə verirdi, həm özünün milli hərbçi kadrlar yetişdirmək arzusunu gerçəkləşdirməyə başlamağa rəsmi icazəni almış kimi olurdu.

Həmin dövrdə respublika Komsomoluna rəhbərlik etmiş bu işlərin axarında olmuş Vaqif Hüseynov həmin hərbi məktəbin yaradılmasının qədər əlamətdar hadisə olmasını yaxşı dərk etdiyindən Heydər Əliyevin bu yoldakı xidmətlərinin üstündən biganə ötə bilmir. Yada salır ki, Birinci katib Büro iclaslarında tez-tez gileylənirdi: "Axı niyə bizim uşaqlar hərbi xidmətlərini yalnız inşaat batolyanlarında, ya da ən yaxşı halda sürücü kimi keçməli olurlar? Hanı bizim tankçılar, artilleriyaçılar? Soruşurdu ki, axı hanı bizdəki general Əliağa Şıxlinskinin, Həzi Aslanovun, İsrafil Məmmədovun varisləri?"

Bu söhbətləri Azərbaycan siyasi elitasının müzakirələrində daimi yer alan motivlərdən birinə çevirməklə Heydər Əliyev o dövrdə asta-asta gələcək Naxçıvanski məktəbinə aparan cığırı genişləndirirmiş.

Azərbaycanda Moskvada ötmüş siyasi karyerası haqqında xatirələrinin əks olunduğu ikicildlik kitabında Vaqif Hüseynov Heydər Əliyevin fəaliyyətini dəyərləndirməkdə yol verdiyi ədalətsizliklərə, ondan bəhs edərkən ən böyük xidmətlərinə belə ifrat xəsis qısqanclıqla yanaşmasına rəğmən, ara-sıra etiraflarsız da keçinmir. Xüsusən milli hərbi kadrlar mövzusundan bəhs edərkən. Çünki bütün bunları həmin dövrün şərtləri daxilində edə bilməyin qədər müşkül olduğunu hər halda dövlət maşınının bilavasitə içərisində olan şəxs kimi o, yaxşı dərk edirdi. Yazır ki, həqiqi milli ehtiyacları duyaraq onları həll edə bilmək üçün sovet idarəedici sisteminin imkanlarından tam istifadə edildiyi, bu əsnada hətta müəyyən inadkarlıq dövlətçi yanaşma göstərildiyi təqdirdə mümkünlərin çərçivəsini xeyli genişləndirmək olurdu.

Başqa sözlə, onu təsdiq edir ki, məhz sovetin yaratdığı müəyyən imkanlardan ardıcıllıqla istifadə edilməsi sayəsində Heydər Əliyev Mərkəzdən öz respublikası üçün fayda verəcək bir sıra imtiyazları qopara bilmişdi. qənaətini belə yekunlaşdırırdı: "Mənim fikrimcə, bu xətt yeni kursun (yəni Azərbaycan Respublikasına rəhbərliyə başlayan Heydər Əliyevin apardığı siyasətin - R.H.) ən böyük nailiyyətlərindən biri idi. bu xəttin həyata keçirilməsində Heydər Əliyevin töhfəsi xüsusən onun respublikaya rəhbərliyinin birinci dövründə şəksizdir. Onun bu xidmətlərinin qiymətini verək.

Məzmununa, miqyaslarına əldə edilmiş nəticələrinə görə bunu (yəni hərbi məktəbin yaradılmasını - R.H.) vahid dövlətin sərt çərçivələri içərisində siyasi müstəqilliyin təzahürü kimi qiymətləndirmək olar".

V.Hüseynov, Bakıda fəaliyyət göstərsə , birbaşa Kremlə bağlı Xəzər donanması komandanlığına vitse-admiral Həmid Qasımbəyovun təyin edilməsinin, SSRİ donanmalarından birinin rəhbərliyinə azərbaycanlının gətirilməsinin o dövrdə respublikanın apardığı ağıllı, düşünülmüş siyasətin bəhrəsi olduğunu təsdiqləyir. Daha çətin baş tutmuş daha çox səylər tələb etmiş təyinat - yenə birbaşa Moskvayla ilgili bir ayrı yüksək hərbi vəzifəyə milli kadrın gətirilməsi ilə bağlı isə Heydər Əliyev özü söz açırdı: "O vaxtlar Bakıda iki güclü ali hərbi məktəb vardı. Biri Salyan kazarmasındakı Ali Ümumqoşun Komandirləri məktəbi, o birisi isə Zığda yerləşən Ali Hərbi Dənizçilik məktəbi. Ali Hərbi Dənizçilik məktəbi SSRİ- əhəmiyyətinə görə ikinci idi. Orada xarici ölkələrin təxminən 150-200 vətəndaşı oxuyurdu. Orada çox güclü müəllim-professor heyəti vardı.

Ali Ümumqoşun Komandirləri məktəbinə getdim - rəisi rus, siyasi şöbənin başçısı erməni. Axı bu, Azərbaycanda yerləşir, burada bir azərbaycanlı olmalıdır, ya yox? O biri məktəbə - Ali Hərbi Dənizçilik məktəbinə getdim. Təbii, orada da hamısı ruslar idi, bəlkə erməni , başqaları da var idi. Bu, məni dəhşətləndirirdi. Məktəb bizim respublikada yerləşir, bizim torpaqlarımızda fəaliyyət göstərir, imkanlarımızdan istifadə edir, amma orada Azərbaycan təmsil olunmayıbdır. edim, bu, mənim əlimdə deyildi, onlar mənə tabe deyildilər. İş aparmağa başladım. Bunun nəticəsində ermənini oradan çıxartdım, getdi. Yəni özüm yox, tədbirlərimlə. Komandir rus idi. Dedim, azərbaycanlı polkovniklər var, onlardan birini bura təyin edək. Dedilər, yox, olmaz, gərək general olsun. Axtardım, tapdım. General-mayor Bərşadlı Almaniyada qulluq edirdi. Onu Bakıya çağırdım. Gətirtdim böyük çətinliklə o hərbi məktəbə - Ali Ümumqoşun Komandirləri məktəbinə rəis təyin elətdirdim.

Sonra lazım idi ki, oraya azərbaycanlılar daxil olsunlar. Oraya ildə 350 nəfər qəbul edilirdi. SSRİ-nin hər yerindən gəlirdilər. Mən Bərşadlıya göstəriş verdim. Bir neçə il içərisində oraya qəbul olunan azərbaycanlıların sayını 50 faizə çatdırdıq".

İndiki cavanlar bilməz, amma bunun gününə görə əsl qəhrəmanlığa bərabər olduğunu köhnə nəsillərə, sovet basqılarını görmüşlərə izah etmək asan!

Bunlar millət yolunda, Azərbaycanı daha qollu-budaqlı etmək xatirinə göstərilmiş fədakarlıqlardır. Şəxsiyyəti şəxsiyyət edən belə cəsur məqsədyönlü xidmətlər, dar macalda Vətən adına bu cür riskli nəcibliklər etmək qabiliyyətidir.

Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri idi. Amma yuxarıda Moskva vardı. Bu təhər sırf siyasi məzmunlu təşəbbüslərinə görə ona millətçi damğasının vurulması, vəzifəsindən götürülməsi istisna deyildi.

Elə hərbi məktəblə bağlı onu az çək-çevirə salmamışdılar, başağrıları olmuşdu, hey bir ucdan Mərkəzdən komissiyalar göndərilmişdi ki, gəlib təftişlər aparsınlar: "Bir il keçməmiş Moskvadan gəlib bizi yoxlamağa başladılar. Həm Müdafiə Nazirliyindən, həm Maarif Nazirliyindən. Niyə yoxlayırdılar? Deyirdilər ki, siz qanunsuz məktəb yaratmısınız. Niyə qanunsuz yaratmışam? Onda mən bilirdim axı cür etmək lazımdır. Bir az üstünü örtmüşdüm ki, bu, orta məktəbdir. Amma bir az ixtisaslaşmış orta məktəbdir. Siz buna deyəcəksiniz? Əgər mən burada hərbi təhsili bir az artıq verirəmsə, bunun sizə maneçiliyi nədən ibarətdir? Təbii ki, onlar bunun kökünü görürdülər, bilirdilər ki, bizim gənclər gələcəkdə ali hərbi məktəblərə gedə biləcəklər.

İki ildən sonra bir dəfə yoxlamağa gəldilər. Daha sonra bir dəfə gəldilər. Mən hər dəfə onların cavablarını verdim axırda da Moskvaya getdim, ən yüksək səviyyədə bunu müzakirə etdim. O səviyyədə mənim arqumentlərimə etiraz etmək mümkün deyildi. Amma aşağılar, təbii ki, məntiqsiz işlər görürdülər.

...Beləliklə, mən məktəbi bu bəlalardan xilas etdim. Bu məktəbi yaşatdıq, böyütdük. Ancaq o illərdə mənim beynimdə dolaşan fikir təkcə o deyildi ki, bizim gənclər üçün orduda zabit vəzifəsində işləmirlər. Bunun obiri tərəfi var. Mən düşünürdüm ki, bizim xalqımızın gələcəyi var, vaxt da olsa müstəqillik yetişəcək. Məhz buna görə bax, bizim bu dövrümüzə görə , mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm, 30 yaşına çatdırdım".

...2003-cü il aprelin 21-i idi. Heydər Əliyev özünün daha bir əsəri olan, bir vaxtlar sovet dövlətinin qurucusu Vladimir Leninin adına olmuş, indi xalqımızın ali dəyəri - respublika quruluşumuzun adını daşıyan, gələcəkdə isə müasir Azərbaycan quruculuğuna bütün ömrünü həsr etmiş, yeni Azərbaycan dövlətinin memarı kimi öz adını daşıyacaq sarayın səhnəsində, həyatının ən vacib yekunlarından biri olan Naxçıvanski adına hərbi liseyin yetirmələri, müəllimləri qarşısında idi.

"Sizə səmimi deyirəm - Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram qədər yaşayıramsa, ona bu cür baxacağam", - söyləyirdi.

Pərvərdigar hər canlıya balasını, onun uğrunda canını fəda etmək qədər, qəlbən sevmək istedadı bəxş edib. Bu ilahi müdriklik sayəsində hər canlı hələ zəif, köməksiz, gücsüz olan yavrusunun keşikçisinə, qoruyucusuna, təmənnasız havadarına çevrilir. Bu fədakar sevginin sayəsində nəsillər davam edir, bu könüllü borcluluq hissi əslində guya şüursuz saydığımız hər canlıya özəl bir mənəviyyat gətirir. Hər canlı balasının vurğunudur, illah da Yer üzünün əşrəfi insan ola. Ancaq azərbaycanlıların övlad sevgisinin başqa xalqların çoxunda rast gəlinməyən bir özəlliyi var. Azərbaycanlı üçün bala qayğısını ömrü boyu çəkmək alın yazısı kimidir, qan yaddaşı ilə nəsil-nəsil ötürülən məziyyətdir.

Övladı kimi baxdığı Cəmşid Naxçıvanski adına hərbi məktəbə Heydər Əliyev həmin təhsil təlim ocağını yaratdığı vaxtdan ta öz ömrü bitənəcən bir nümunəvi azərbaycanlı valideyn kimi nəvazişkar münasibət bəslədi. Xatırlayırdı ki, artıq Kremldə işlədiyi, SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini olduğu vaxtlarda da mütəmadi olaraq bu məktəblə maraqlanırmış, gəlib-gedəndən "övladı"nın halını xəbər alırmış. İş elə gətirir ki, 1984-cü ildə bir neçə günlüyə Bakıya yolu düşür. Yada salırdı: "İşlərim çox idi, amma mən hərbi litseyə gəlməyi özüm üçün əsas vəzifələrdən biri hesab etdim. Buraya gəldim, vəziyyəti gördüm. Ondan sonra gedib Moskvadan məktəbə əlavə yardımlar etdim".

1991-ci ildə Heydər Əliyev artıq Azərbaycana qayıtmışdı, ancaq Bakıda deyildi, Naxçıvana sığınmışdı elə qarışıq dövr idi ki, əli Naxçıvanski adına məktəbə çatırdı, hətta çatsa belə hanısısa kömək göstərmək imkanı vardı.

həmin il Azərbaycan Nazirlər Sovetinin qərarı ilə Heydər Əliyevin əziz "bala"sının xətrinə dəymişdilər -  Naxçıvanski adına məktəbin statusunu dəyişmişdilər.

1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə gəlincə ilk maraqlandıqlarından biri sevimli məktəb oldu: "Nazirlər Sovetinin sədri əhəmiyyətsiz bir qərar qəbul etmişdi ki, bura, ibtidai hərbi məktəb olsun Müdafiə Nazirliyinə verilsin. Necə yəni ibtidai hərbi məktəb?! Bu, artıq yüksək orta məktəb səviyyəsindədir. Buraya daxil olanlar 8-ci sinfi qurtaranlardır. Üç il burada oxuyub orta təhsil alır, eyni zamanda da hərbi təhsilə yiyələnirlər. Bunun adını ibtidai hərbi məktəb qoymaq qədər diqqətsizlik, laqeydlik idi bunun əhəmiyyətini anlamamaq idi".

...Axıracan əli bu məktəbin üstündə oldu, ona yeni həyat verdi, buranı kimlərsə ibtidai həbi məktəbə döndərməyə cəhd etmişdilər, o çevirib hərbi litsey etdi, ərazisini genişləndirdi, şəraitini yaxşılaşdırdı, imkanlarını artırdı.

öz həyatının 80-ci ilində, 2003-cü il aprelin 19-da həyat verdiyi fidanla axırıncı görüşə gəlmişdi, kursantların yanında idi. Ömrünün üçüncü onilini bitirib dördüncü onilini başlayın Naxçıvanski adına litseyin "boy-buxununu" seyr edib fəxrlə fərəhlə bu sözləri deyəndə o, bir dövlət başçısından daha əvvəl valideyn idi, qanadlar verdiyi övladının günlərinə öyünən ata idi: "İndi buraya baxırsan, adamın ürəyi açılır. Böyük bir şəhərcikdir. Burada oxumaq, burada təhsil almaq özü bir xoşbəxtlikdir".

Kim bilərdi ki, həmin gün Millət Sərkərdəsinin qurucusu olduğu təhsil ocağına son gəlişidir. Kursantlar litsey marşını oxuyurdular o misralar o gün bir and kimi səslənirdi:

 

Yurdumun ər oğludur,

Şir oğlu, nər oğludur,

Saabahkı Koroğludur,

Bizim Naxçıvanskilər.

 

Artıq böyük Heydər Əliyevin həyatda olmadığı günlərdə onun ən ümdə arzusu gerçəkləşəcək, möhtəşəm zəfərimiz çalınacaq, işğal altındakı əsir torpaqlarımız yağılardan təmizlənəcək həmin qələbəni qazananların sırasında neçə-neçə Naxçıvanski litseyi yetirməsi olacaq.

Bu məsud günlərə hələ çox qalır. Vur-tut bircə gün sovuşub, yenə görüşüblər. 2003-cü ilin 21 apreli idi. Ali Baş Komandan, general Heydər Əliyev onu sevən kursantların, zabitlərin qarşısında idi həmin gün söylədikləri yalnız bir hərbi məktəbin hekayəti deyil, həm müstəqilliyimizin, millətimizin burulğanlı tarix dolaylarından aşaraq hansı zirvələrə çatması haqqında dərdləşmə idi. O gün ürəyi fərəhlə daşırdı, o gün bəlkə hər zaman olduğundan daha qürurlu idi.

... qəfilcə heç kimin gözləmədiyi hadisə baş verdi. Birdən ürəyi bərk sancdı. Ömrü uzunu dəmir iradəsi hesabına həyatın onu qarşılaşdırdığı çox zərbələrə mərdanəliklə sinə gərmişdi, sancıları məğlub etməyə qadir olmuşdu. O gün, o anlarda böyük Heydər Əliyev mübarizəli həyatının son ən həlledici qarşıdurmasını yaşayırdı. Ürəkdəki sancıyla çarpışırdı. Elə bil ki, ağrı onu üstələdi, sancı deyən oldu. Müvazinətini itirdi. Ancaq o, Sərkərdə idi, Qoşununun, Əsgərinin qarşısında idi, ağrı qədər müdhiş olsa belə, duruş gətirməliydi.

hər saniyəsi illərə bərabər olan üzücü 20 dəqiqədən sonra yenidən qayıtdı bu qayıdışı qəhərli qürurla qarşılayan əsgərləri onu alqışlara qərq etdilə.

Ömrü boyu dəfələrlə qaçılmaz ölüm təhlükəsi ilə göz-gözə dayandığı az olmamışdı, heç vaxt da geri çəkilməmişdi, həmişə bu qovğadan salamat qurtarmış, qalib çıxmışdı. Qayıtdı, yenə Əsgərinə, yenə Millətinə üz tutdu.

Heyhat, həmin dözülməz sancı bir həmlə etdi. Sanki bu dəfə mənhus istəyinə çatdı da - büdrətdi onu, ürəyi qısıldı. Ancaq bu, Heydər Əliyev idi! Şər qarşısında həmişə şax dayanmağı bacarmış, vüqar timsalı olan bir insan təzədən qayıtmaya bilərdimi? Özünün yaratdığı, sevgiylə, qayğıyla böyütdüyü, daim hifz etdiyi, 30 yaşına çatdırdığı övladının gözü qarşısında baş verirdi bütün bunlar. Bu dəfə büdrəyəndə 6 qabırğası da sınmışdı. Ürəyin sancısına bu dözülməz göynərti əlavə olunmuşdu. Ancaq yenə qayıtdı! Onun öz milləti yurdunun taleyində həmin günəcən, bu həyəcanlı anlaradək neçə misilsiz qayıdışı olmuşdu. Heç biri bu qayıdışa bənzəməzdi.

Bu, Heydər Əliyevin həyatının müstəsna, ən rəmzi zəfəri idi, örnək şəxsiyyət olmaq gücünün nümayişi idi. Bu, məğlubedilməz Sərkərdənin, bu, Ali Baş Komandanın, bu, millət öndərinin öz doğmaca balası saydığı hərbi təhsil ocağının bayramı günündə onunla üz-üzə dayanmış Azərbaycan Əsgərinə əslində bütün Xalqa ən başlıca öyüdü, ən həlledici dərsi idi: heç vaxt sarsılma, həmişə yenilməz ol, daim meydana qalib kimi qayıtmağı bacar!

 

31 avqust 2023

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 6 sentyabr.- S.10-11.