"Xalq
qəzeti"nin yeni siması
Ölkənin aparıcı mətbu
orqanlarından olan
"Xalq qəzeti"
bir neçə aydır oxucuların görüşünə öz
yeni siması, maraqlı
yazıları və fərqli tərtibatı ilə gəlir. Bildiyimə görə, istər paytaxtda, istərsə də regionlarda qəzetin hər yeni nömrəsi oxucular tərəfindən
maraqla qarşılanır.
Əlbəttə ki, bu,
son vaxtlar kollektivin əldə etdiyi uğurlardan xəbər verir.
Həyatının 30 ildən çox
hissəsini çap mediasına sərf etmiş jurnalist kimi deyə bilərəm ki, bu gün "Xalq qəzeti" istər operativlik baxımından,
istərsə də janr və mövzu
rəngarəngliyinə görə
müasir dövrün
tələblərinə tam cavab verir.
Məlum
olduğu kimi, olduqca ağır və məsuliyyətli sahələrdən olan çap media internet əsrində
oxucuların rəğbətini
qazanmaq üçün
elektron mətbuatla ayaqlaşmalı, həmçinin
cəmiyyət, oxucu qarşısında öhdəliyini
və dövlətçilik
prinsiplərinə uyğun
təşviqat işlərini
daha mükəmməl
yerinə yetirməlidir.
Qeyd edim ki, bu çətin missiyanı qəzetin yaradıcı heyəti ustalıqla yerinə yetirir.
İlk növbədə, vurğulamaq
lazımdır ki, "Xalq
qəzeti" bu gün oxucularına tam
yeni simada, yeni formatda,
köhnə steriotiplərdən
uzaq bir "qiyafədə" təqdim
olunur. Ölkənin ictimai-siyasi, iqtisadi mənzərəsi,
Azərbaycanın bütün
sahələrdə qazandığı
uğurlar, sosial problemlər, ölkə başçısı, Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi
altında Vətən
müharibəsində qazanılan
möhtəşəm Zəfər,
təbii ki, qəzetin
diqqətdə saxladığı
əsas mövzulardandır.
Bununla belə, müasir Azərbaycan oxucusunu narahat edən hər bir incə məsələyə
peşəkar yanaşma,
müxtəlif təhlili
yazılar və jurnalist araşdırmaları
qəzeti daha oxunaqlı edir. Seçilən mövzuların
qısa və konkretliyi, oxucunu yormamaqla auditoriyanı
ələ ala bilmək
məharəti, daim aktual mövzuların axtarışında olmaqla,
səhifələrə yeni nəfəs gətirmək,
əlbəttə ki, böyük
səy və ustalığın nəticəsində
mümkündür. Əgər
oxucu bu yenilikləri qəbul edirsə, deməli, qəzetə böyük maraq var, bu isə
o deməkdir ki, yaşadığımız
dövrdə baş verən müxtəlif ictimai-siyasi hadisələrin
axımına baş vurmaq, onları diqqətlə izləmək,
vaxtında oxucuya çatdırmaq, zəngin
media bazarının nəbzini
tutmaq ımümkün
olmuşdur.
Fərqli
tərtibatı da xüsusi
qeyd etməliyəm. Çünki qəzeti oxucuya sevdirən əsas şərtlərdən
biri də aktual mövzularla yanaşı, onun müasir üslubda tərtibatı və özünəməxsus təqdimatıdır.
Bu cür fərdi və fərqli tərtibatları dünyanın
aparıcı ölkələrinin
nəşrlərində görmüşük
və çox xoşdur ki, "Xalq qəzeti" bu yeniliklərdən də kənarda qalmır, onları tətbiq edir və bu
cür yanaşma onu digərlərindən ayırır.
Dövlətimizin əsas təbliğat
maşını olan çap və elektron media, düşünürəm
ki, azad mətbuatın
inkişaf etdiyi bir dövrdə daha dinamik, daha
operatv vasitəyə çevrilməlidir. Bu baxımdan
KİV-lər öz fəaliyyətlərinə dövrün
tələblərinə uyğun
yenidən baxmalı, köhnə standartlardan uzaqlaşmalı, oxucunun istəyinə və zövqünə uyğunlaşmalıdırlar.
Zəngin media bazarında
rəqabətə tab gətirmək
üçün alın
təri ilə çalışmaq və
yeni layihələrə imza
atmaq vacibdir.
Fikrimcə, "Xalq qəzeti"
kollektivinin potensialı
çox böyükdür
və qarşıda duran istənilən vəzifəni
şərəflə yerinə
yetirməyə qadirdir.
Fərəhlə qeyd
edək ki,
məmləkətimizdə baş verənləri, xalqın və müstəqil dövlətimizin
haqq səsini dünyaya çatdıra biləcək azsaylı media qurumları
arasında artıq
"Xalq qəzeti"nin
xüsusi yeri və çəkisi görünür və bu nüfuz inamla artırmaqdadır.
Qəzetin baş redaktoru Əflatun Amaşova və peşəkarlar heyətinə çoxsaylı yaradıcılıq uğurları arzulayıram. Zəngin təcrübənizlə daha böyük uğurlar qazanacağınıza inanıram.
Maarif RZAYEV
Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqrar mütəxəssis" qəzetinin baş redaktoru
525-ci qəzet.- 2023.- 6 sentyabr.- S.8.