Bir hədəf - fərqli məqsədlər  

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI FORUMU HAQQINDA DÜŞÜNCƏLƏR

 

 

Bir neçə müddət əvvəl ölkədə keçirilən kino, teatr forumlarını izlədikdə "ədəbiyyatla bağlı belə bir dövlət səviyyəli tədbirin üçün keçirilmədiyi" sualı bir ədəbiyyat adamı kimi məni narahat etmişdi. Bu səbəbdən 1-3 sentyabrda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində "Azərbaycan dili ədəbiyyatı forumu"nun keçirilməsi faktı artıq bizim üçün özlüyündə çox şey demək idi. Bu, ilk növbədə, dil ədəbiyyata, onun problemlərinə dövlət səviyyəsində diqqət yönəldilməsi ( yönləndirilməsi!), bu sahədə xidmət edən elm qələm adamlarının düşüncələrinin eşidilməsi üçün real imkanın yaradılması mənasını verirdi ki, bu sahədə çalışanların istədiyi elə bu idi.

İkincisi, bu, dil ədəbiyyatı ümumilikdə bütün cəmiyyətin diqqət mərkəzinə çəkmək demək idi. Bu da forumun son illər başlayan bir hərəkatı (ədəbiyyata kitaba maraq artırmaq məqsədilə keçirilən kitab sərgiləri, beynəlxalq səviyyəli sərgilər, konfranslar s.) daha yüksək müstəviyə daşıyacağı anlamına gəlirdi. Yəni fərd olaraq, təşkilat müəssisə olaraq gücümüz çatmayan hansısa problemlərin həllində dövlətin dövlət müəssisələrinin iştirakına ümid yaradırdı. məhz elə bu iki məqam forumun əhəmiyyətinin vacibliyini vurğulamaq üçün yetərli idi.

Yuxarı instansiyalar tərəfindən müəyyən edilən hədəf, qarşıya qoyulan məqsəd ( onun dəqiqliyi!!!) nəticələrlə bağlı gözləntini yüksək tutmağı tələb edirdi. Lakin qarşıya qoyulan məqsədlərin aliliyinə ( dəqiqliyinə!!!) baxmayaraq, bu forum cəmiyyət olaraq, ədəbi cameə olaraq bizim hələ "mən" "şəxsim" müstəvisindən kənara çıxa bilmədiyimizi göstərdi. Tolerant münasibət bacarığımızın kasad olduğunu nümayiş etdirdi. Qarşımızda müəyyən edilən (dövlətin, ümumi vəziyyətin, mövcud problemlərin müəyyənləşdirdiyi) hədəfə deyil, beynimizdə, ürəyimizdə tutduğumuz, şəxsən bizim üçün ("Mən"im üçün!) vacib olan şəxsən bizim ("Mən"im!) maraqlarımıza xidmət edən hədəflərə "nişan alıb atdığımızı" nümayiş etdirdi. Hətta o dərəcədə ki, əslində, çox vacib məsələnin qaldırılmasına (məsələn, dərsliklərə düşən bədii mətnlərin zəifliyi!) yönəlmiş təklif belə "Mənim şeirim dərsliyə niyə salınmır" şəklində ifadə edildi ( ya qəbul olundu). Bir-birimizi dinləmək yerinə, yeni (fərqli, bəzən hətta yanlış!!!) informasiyalara, düşüncələrə irad bildirildikdə buna kəskin, hətta aqressiv cavablar səsləndirdik. Hər kəs "mən bunu etmişəm!" iddiasını qabartmaq üçün növbə gözlədi ələ düşən fürsəti əldən vermədi. Xüsusilə forumun birinci günündə bir çox rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi açılış mərasimində yerlərdən iştirakçıların səsləndirdiyi təkliflər "müzakirə edilməli olanla" "müzakirə edilən" arasında uçurum olduğunu açıq-aşkar göstərdi. Sanki mövcud problemlərin səsləndirilməsinə, aradan qaldırılması yollarının araşdırılmasına, bununla bağlı təkliflərin verilməsinə deyil, bir-birimizi qarşılıqlı şəkildə ittiham etməyə toplaşmışdıq. İllərlə içimizə yığılmış neqativ düşüncələrin ortaya çıxması üçün meydan qazanmışdıq.

O zaman belə bir sual meydana çıxır: üçün? Niyə müzakirəyə qoyulan məsələlər hədəf dəyişdirdi? Niyə problemlər kontekstdən çıxarıldı? Hansı səbəbdən - eyni oxşar problemlərdən danışılsa da - eyni istiqamətə baxmağı bacarmadıq? Niyə bu qədər narazılıqlar meydana çıxdı? üçün nisbətən gənc nəsil (artıq, əslində, onlar da gənclik dövrünü adlayıblar!!!) yaşlı nəsli köhnəfikirlilikdə ittiham etdi? Yaxud niyə daha təcrübəli səriştəli mütəxəssislər belə kəskin reaksiya nümayiş etdirdilər? s. i. Bu suallara cavab axtararkən cavablandırmağa çalışarkən prosesin içində olan bir müşahidəçi qismində qənaətlərimi paylaşmaq istərdim

Əslində, çıxışçıların qənaətləri (məsələn, təhsil naziri Emin Əmrullayevin "Azərbaycan dilinin inkişaf etdirilməsini qarşıda duran ümdə vəzifə" adlandırması, mövcud problemləri sadalaması, yaxud mədəniyyət naziri Adil Kərimlinin forumdan əsas gözləntilərin problemləri ortaya çıxarmaq, onları müzakirə etmək dövlət strategiyasında nəzərə almaq olduğunu deməsi, dillərin dominantlığı mühitində qlobal çağırışlara cavab vermək üçün cəmiyyətimizdə Azərbaycan dilinin mövqeyinin təhlil etməli olduğumuzu bildirməsi, təfəkkürdə, gündəlik həyatda əsas mədəni kod kimi onun statusunun qaldırılması haqqında danışması s.) ümidverici bir başlanğıc nöqtəsində olduğumuzdan xəbər verirdi. Forumun əsas missiyasının rəsmilər tərəfindən "bu sahələrin gələcək inkişaf təmayüllərini müəyyənləşdirmək istiqamətləndirmək" kimi müəyyən edilməsi həmçinin... Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Milli Məclisin Mədəniyyət Komissiyasının rəhbəri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev digər rəsmi nümayəndələrin giriş çıxışları da, demək olar ki, oxşar mahiyyət daşıyırdı. Hətta akademik İsa Həbibbəyli "Lüğətçiliklə bağlı qədər müzakirə mübahisələr olsa da, hazırda bu istiqamətdə ən yüksək səviyyədə gedir" deməsi, Çingiz Abdullayev 90 il müddətində dilimizi ən çox qoruyanların məhz yazıçılarımız olduğunu bildirməsi (müəyyən mənada haqlıdır da!) ilk mərhələni, sözün əsl mənasında, pozitiv bir istiqamətə yönləndirdi. Mütəxəssislərin forum çərçivəsindəki fikir təklifləri ümumiləşdirilərək "Azərbaycan mədəniyyəti - 2040" Dövlət Proqramında öz əksini tapacağı faktını eşitmək həmçinin...

Lakin... Əvvəlcə çıxışlarda görünən konkretlikdən uzaq ümumilik, hətta bəzi çıxışların şəxsi maraqlar sferasından hazırlanması ilk sapmanın başlanğıcı (xüsusilə forumun ilk günü!), yerlərdən bildirilən fikirlər isə davamı oldu.

 

Beləliklə, səbəbləri sadalayaq.

Əsas problemlərdən biri...

 

"Qloballaşmanın Azərbaycan dilinə təsiri ana dilimizin saflığının qorunması mexanizmləri" mövzusunda keçirilən tədbirdə hər bir panel üçün əvvəlcədən konkret istiqamətlər müəyyənləşdirilmişdi (çox əla!!!). Məsələn, birinci paneldə: "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğunluğu dilin inkişaf etdirilməsi mexanizmləri", "Dildə elmi üslubun inkişafına təsir edən amillər: elmi sahələrin inkişafı dillərin inteqrasiyası",  "Azərbaycan ədəbiyyatı Azərbaycan dilinin qoruyucusu kimi: dünən, bugün, sabah!", "Müasir ədəbi mətnlərin nitq mədəniyyətinə təsiri imkanları", "Söz yaradıcılığı prosesi: dilin daxili imkanlarının canlandırılması geniş ictimai istifadəsi olan xarici mənşəli sözlərə vətəndaşlıq statusunun verilməsi", "Xaricdə yaşayan azərbaycanlılar arasında dilin qorunması", "İnternet məkanında Azərbaycan dilinin funksionallığı" mövzuları ətrafında çıxışlar oldu. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın moderatorluq etdiyi tədbirdə akademik Nizami Cəfərov,  akademik Kamal Abdulla, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sayalı Sadıqova, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, şair Aqşin Yenisey çıxış edirdilər.

Hədəflər dəqiq çox ciddi idi, lakin səslənən çıxışların əksəriyyəti ümumi... Təbii ki, bunu bütün çıxışlara aid etmək olmaz, amma az qala, tədqiqat mövzusu qədər dərin olan dil bilikləri (elmi dil bilikləri!!!!) tələb edən mövzular ətrafında (çox güman ki, auditoriyanın kontingentinin elm adamları deyil, böyük əksəriyyətinin qələm adamı - yazıçı olduğu da nəzərə alınmaqla! Ya da ola bilsin ki, mən bunu yazmaqla empatiya qurub çıxışçılara haqq qazandırmağa çalışıram!) söhbət "üzdən" aparıldı. Dilçi alimlərin (dəqiq bildikləri!!!) konkret müddəalar fikirlərinin, "dil nitq arasında fərq qoyun" çağırışlarının yönü "dil xəlqilik" arasında əlaqə məsələsinə, dilin folklordan ayrılmalı olması düşüncəsinə, hətta dillərin ölümü ( ya artıq öldüyü!) haqqında qənaətlərə calandı (Aqşin Yeniseyin çıxışı çox maraqlı olsa belə, onun mədəniyyət daxilində "asan xidmət" modelləri kimi praktik qrupların yaradılması təklifini dəstəkləsəm belə, "şəxslər deyil, əsərlər önə çıxmalıdır" fikri ilə razılaşsam belə") ziddiyyətli mübahisəyə açıq olan dillərin ölümü, xüsusilə Altay dil qrupuna aid olan türk dilinin ölümü məsələsi haqqında mübahisə yarandı. Qeyd etməliyəm ki, ayrı-ayrılıqda bir müddəa olaraq maraq doğuran, hətta alqış qazanan bu düşüncələr çox mübahisəlidir bu cür fikirlərin elmi müstəvidə deyil, ədəbi müstəvidə səsləndirilməsi zamanı maksimum ehtiyatlı olmaq lazımdır (reaksiyalar da bunu göstərdi). Aqşin Azərbaycan dilinin ədəbiyyat ərazisində problemi olmadığını, lakin fəlsəfi, texnoloji intellektual ərazidə problemi olduğunu deməkdə haqlı idi. Lakin dilçi kimi danışmaqda deyil. "Bu problemləri aradan qaldırmağın yolu xarici ölkələrin elmi-kütləvi ədəbiyyatını dilimizə tərcümə etməkdən keçir", - deməkdə vacib bir istiqaməti diqqətə çatdırırdı. Amma nəticə etibarilə bir çox çıxışçılar kimi, yarızarafat, yarıciddi "Dilçiləri çağırdığınız yerə şairləri çağırmayın" təklifinin verilməsinə səbəb oldu. Bu məqamda akademik Nizami Cəfərovun haqlı olduğunu deməli olacağam: elmi müzakirə fərqli, yaradıcı müzakirə fərqli! Elmi araşdırma elmi baza tələb edən məsələlər haqqında həvəskar səviyyədə cəsarətli (o cəsarət qədər alqışlanırsa alqışlansın!!!) fikir yürütmənin fərqli reaksiyalar doğurması təbiidir.

Yaxud təhsil nazirinin orada olmasından istifadə edilərək dərsliklər məsələsinin ortaya atılmasına toxunaq... Qəşəm Nəcəfzadənin uşaq ədəbiyyatı ilə bağlı yanğısı başadüşüləndir, fikirlərində haqlı olduğu məqamlar da danılmazdır. Lakin ümumi problemlərin qaldırılması zamanı məsələlər şəxsiləşdirilməməlidir. Eyni zamanda ittiham tonunda problemlərin qoyuluşu (istər bu paneldə, istərsə uşaq ədəbiyyatından bəhs edən paneldə) müzakirəni problemlərin çözüm yollarının tapılmasına deyil, qarşılıqlı ittihamların aqressiv səslənişinə yeni problemlərin yaranmasına istiqamətləndirdi. Bu məqamda dərsliklərə zəif bədii mətnin (hətta imitasiyanın!) salınması ittihamı, ilk növbədə, müəllifə, daha sonra ekspertlərə yönəldilməlidir. bunun bir sistem işi (nəşriyyat, müəllif, şöbə, ekspertlər, rəyçilər, rəy verən rəsmi qurumlar s.) olması unudulmamalıdır. Təklif olaraq ümumi işin xeyrinə çıxış yolları göstərilməlidir. Amma Təhsil Nazirliyinin bir nümayəndəsinin kəskin şəkildə o cür tənqidi "əlimə düşəni vururam" təəssüratı yaradırdı. Bu əhvali-ruhiyyədə gedən bir müzakirənin isə hər hansı bir real nəticəyə varacağı, açığı, elə əvvəlcədən şübhə doğurdu.

Forumun ilk gününün ikinci paneli "Azərbaycan dili ədəbiyyatı zaman kontekstində: klassik ənənələr müasir trendlər" ümumi adı altında "Çağdaş Azərbaycan ədəbiyyatı: mövcud vəziyyət, problemlər perspektivlər", "Zamanın ədəbi-bədii dəbi: ənənəvi təmayüllər müasir trendlər", "Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası: beynəlxalq təcrübədə istifadə olunan modellər", "Milli mədəniyyətimizin beynəlxalq arenada təbliğ edilməsində Azərbaycan dilinin funksiyası dünyada təbliğatının genişləndirilməsi yolları", "Ədəbi yaradıcılığın stimullaşdırılması: beynəlxalq milli ədəbiyyat mükafatları, dəstək proqramları", "Bədii tərcümə prosesinin ədəbiyyatın dilin inkişafına təsiri imkanları", "Müasir ədəbiyyat milli mənəvi dəyərlər. Bölgələrdə ədəbi proses" mövzuları müəyyən edilmişdi. Yazıçı, publisist Azər Qismətin moderatorluğu ilə aparılan tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, millət vəkili, yazıçı Aqil Abbas, yazıçı Şərif Ağayar, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı Sayman Aruz, şair Qismət Rüstəmov çıxış etdilər.

Hər biri öz sahəsinin mütəxəssisi olan dəyərli söz adamlarının hər birinin çıxışı (Rəfael Hüseynovun, Sabir Rüstəmxanlının, Qismətin digərlərinin) maraqlı məqamları ilə yadda qaldı. Lakin mövzular yenə açıq qaldı. Məsələn, "Zamanın ədəbi-bədii dəbi: ənənəvi təmayüllər müasir trendlər" nədən ibarət olduğu bilinmədi. "Müasir ədəbiyyat milli mənəvi dəyərlər. Bölgələrdə ədəbi proses" haqqında təəssürat yaranmadı. Azərbaycan dilinin funksiyası dünyada təbliğatının genişləndirilməsi yolları konkretləşdirilmədi. Əvəzində... Şəxsi istəklər, arzular, tələblər, təşəkkürlər səsləndi.

Gülüstan sarayında davam edəm forumun üçüncü günü "Teatr kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən səhnəyə, səhnədən ekrana" ümumi adı altında keçirilirdi. "Müasir Azərbaycan dramaturgiyası onun problemləri", "Azərbaycan ədəbiyyatında teatr kino platforması", "Mütaliə tamaşaçı mədəniyyətinin formalaşmasında medianın rolu", "Kino sənətində dil tərcümə problemləri", "Ədəbiyyatın cəmiyyətə çatdırılması metodikası: beynəlxalq təcrübədə bu istiqamətdə tətbiq olunan innovasiyalar" mövzularının hər birinə ötəri toxunuldu. Əlbəttə, Azər Turanın çox maraqlı çıxışı,  Əməkdar incəsənət xadimi Əli Əmirlinin, yazıçı Elçin Hüseynbəylinin, yazıçı Varisin, tənqidçi Əsəd Cahangirin çıxışları maraqlı informasiyalarla zəngin idi. Lakin daha çox şəxsi təcrübələrin paylaşılması ilə yadda qaldı. Çözüm olaraq, təklif olaraq səslənən fikirlər isə az oldu.

Forumun ən maraqlı panellərindən biri "Uşaq yeniyetmələr arasında mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti" mövzusundakı panel idi. "Uşaq ədəbiyyatının ideoloji mahiyyəti müasir problemləri", "Mədəni ədəbi qaynaqların müəyyənləşməsində uşaq ədəbiyyatı dərəcədə rola malikdir?", "Uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması üçün hansı maarifçi islahatlara ehtiyac var?", "Uşaq ədəbiyyatına xüsusi dövlət qayğısının mexanizmləri: oxucu - naşir - müəllif qayğısının vəhdəti gözlənilən nəticəni verirmi?", "Təhsildə ana dili uşaq ədəbiyyatının rolu" mövzuları çıxışçılar Elm Təhsil Nazirliyinin Təhsildə məzmun, tədris qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova, uşaq yazıçıları Zahid Xəlil, Qəşəm Nəcəfzadə, Rafiq Yusifoğlu, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, filologiya elmləri doktoru Elnarə Akimovanın çıxışlarında açılmalı idi.

Tənqidçi Elnarə Akimovanın, Zahid Xəlilin, Rafiq Yusifoğlunun yanaşmalarında məsələ müzakirə predmetinə qədər yaxın aparılmağa çalışılsa da, tədbir daha çox Təhsil Nazirliyinin nümayəndəsinə qarşı yönəlmiş ittihamlarla yadda qaldı....

Son panel "Azərbaycanda kitab sənayesi: mövcud vəziyyət hədəflər" mövzusuna həsr edilmişdi. Əvvəlcə qeyd edim ki, təəssüf ki, kitabdan söz açılan paneldə bütün nəşriyyatlar təmsil olunmamışdı. Halbuki kitab yalnız kitabxanalar 2-3 nəşriyyat demək deyil. mövcud problemlərin müəyyənləşməsində kənarda qalmış nəşriyyatlar da söz deyə bilərdilər. 

"Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər düşüncə sisteminə təsiri", "Kitab satışı sistemi: innovativ həllər kredit mexanizmləri", "Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexanizmləri", "Vətəndaşların ədəbi, elmi informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr" mövzuları panelin moderatoru Əkbər Qoşalının, Xalq yazıçısı Çingiz Abdullayevin, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun, Azərbaycan Nəşriyyatları Assosiasiyasının İdarə Heyətinin sədri Şəmil Sadiqin, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızının, "Təhsil" nəşriyyatının direktoru Tural Axundovun, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun,  "AudioKitab"ın direktoru Əhliman Ərşadlının çıxışlarında açılmalı idi. Lakin maraqlıdır ki, qaldırılan problemlərə təkliflərə qoruyucu bir yanaşma ilə münasibət göstərildi.

Məsələn, Şəmil Sadiqin Tərcümə mərkəzinin nəzdində, ya da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bazasında TEDA formatlı bir fond yaradılması ilə bağlı təklifi səslənərkən tərcümə problemi qaldırıldı. Əslində, haqlı məntiqli bir təklif idi. Lakin tərcümə dedikdə üçünsə məhz Tərcümə Mərkəzindən söhbət getdiyi düşünülür. Halbuki mübahisə düşən tərəfləri dinlədikdə hər iki tərəfin ölkədə tərcümə fəaliyyətinin nəticələrinin qənaətbəxş olmadığını iddia etdiyini gördük. Bəs o zaman bu nədir? Bir-birini dinləməmək, yoxsa, bir-biri haqqında önyarğılı olmaq?

Yaxud Milli Kitabxananın direktoru Kərim Tahirlinin ünvanına ölkə kitabxanalarının kitab sarıdan kasadlığı ya digər problemlərinin olması ittihamının səslənməsi anlaşılan deyildi. Çünki kitabxanalar əslində Mədəniyyət Nazirliyinə tabedir bunu hər kəs bilir.

Bu baxımdan, Azərbaycan dili Ədəbiyyat forumunu sevinclə, qürurla başlayıb-bitirsək , ümumi qənaətim belə oldu: müəyyən edilən strateji məqsədlər ətrafında səsləndirilən haqlı, məntiqli, dəqiq düşüncələrin varlığı fonunda bizim  fərdi şəxsi yanaşmalardan uzaqlaşmağa ehtiyacımız var. Nəsillər arasında deyil, düşüncələr yanaşmalar arasında dialoqa ehtiyacımız var. Məqsədlərin eyniləşməsinə, ənənəni itirmədən, onunla əlaqəni qırmadan addımlamağa ehtiyacımız var. Bir qoyulan hədəfləri şəxsi maraqlarımızdan yüksək tutmaq bacarığına ehtiyacımız var. Buna nail olsaq, bu cür forumlara şeirlərimizi oxumağa deyil, öz şəxsi istəklərimizi səsləndirməyə deyil, dilimizi ədəbiyyatımızı inkişaf etdirmək üçün təkliflərimizi verməyə gedəcəyik.

 

Nərgiz CABBARLI

525-ci qəzet.- 2023.- 8 sentyabr.- S.8;9.