Dəyərlərimizə sahib çıxaq
XALQ
YAZIÇISI ÇİNGİZ ABDULLAYEVİN
ƏLEYHİNƏ YERSİZ İTTİHAMLAR
BÜTÖVLÜKDƏ AZƏRBAYCAN
MƏDƏNİYYƏTİNƏ QARŞI
YÖNƏLDİLMİŞ İTTİHAMLARDIR
Bu yaxınlarda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı,
Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının
dəstəyi ilə ölkəmizdə ilk dəfə Azərbaycan Dili və Ədəbiyyatı
Forumu keçirildi. Ümumiyyətlə, ölkəmizdə
keçirilən bu cür yüksək səviyyəli tədbir, forum və elmi
- ədəbi müzakirələrin
ədəbiyyatımıza faydası şübhəsizdir
və bizi çox sevindirir.
Amma və lakin... İstər dövlətin, istər özəl sektor nümayəndələrinin təşkil
etdiyi, təşəbbüs
göstərib həyata
keçirdiyi bu cür mötəbər və möhtəşəm
işlərdən sonra
bir qrup insanın qaşınmayan
yerdən qan çıxarmağa çalışmasını
hər dəfə böyük təəssüf
hissi ilə müşahidə edirik. Görülən işlərin
faydasını görmək
istəməyən bu
insanlar hansısa əhəmiyyətsiz bir məqamı böyüdüb
bütün diqqətləri
ora yönəltmək
üçün çalışırlar.
Azərbaycan Dili və Ədəbiyyatı
Forumundan sonra həmin dəstə yeni mövzu tapıb. Bu dəfə onların hədəfinə Azərbaycanın
Xalq yazıçısı,
bütün dünyada
sevilə-sevilə oxunan
məşhur detektiv əsərlərin müəllifi
Çingiz Abdullayev tuş gəlib. Ümumiyyətlə, artıq
neçənci dəfədir
ki, Xalq yazıçımızın nitqini
hədəfə alan
"psevdointellektuallar" müxtəlif
sosial platformalarda var gücləri ilə onu "şəbədə" obyektinə
çevirməyə çalışırlar.
Əvvəla, bunu xatırlatmaq istəyirik ki, Çingiz Abdullayevin əsərləri
onlarla xarici dilə çevrilib və nəinki MDB məkanında, ABŞ, Bolqarıstan,
Rumıniya, İsrail,
Fransa, İsveç, Norveç, Türkiyə kimi ölkələrdə
milyonlarla nüsxə
satılır. Onun kitabları əsasında
Rusiyada - "Dronqo"
və "Lisenziyasız
detektiv" serialları,
Azərbaycanda isə
"Məhkumların cənnəti",
"Tərsinə çevrilmiş
dünya" və
"Xeyir və Şərin rəqsi" filmləri çəkilib.
Sual veririk - Azərbaycanın dünya
miqyasında bu sanbalda tanınan və əsərləri milyonlarla nüsxədə
satılan ikinci bir yazıçısı
varmı? İkinci sualımız - həmin şəbəkə şəbədəçilərindən
hansısa biri Çingiz Abdullayevin bu vətənə verdiyi mənəvi faydanın milyonda biri qədər xidmət göstəribmi?
Yazıçıya yönələn hədyanların
fonunda onun ölkədən çıxıb
getməklə bağlı
fikir səsləndirməsi
başadüşüləndir, lakin bu vətəni
və milli dəyərlərimizi qoruyan
və yaşadan xalqımızı bir ovuc qaragüruhun ümidinə qoyaraq meydandan çəkilib getmək qəbuledilməzdir.
Çingiz Abdullayev bu vətənin, bu millətin təəssübkeş oğludur
və hər zaman dövlətinə, xalqına ləyaqətlə
xidmət edib. Biz dəfələrlə
onun önəmli müstəvilərdə dövlətimizin,
xalqımızın haqq
işini necə hərarətlə müdafiə
etdiyinin şahidi olmuşuq. Çox da uzaq tarix
deyil - 44 günlük
Vətən müharibəsi
dönəmində Çingiz
Abdullayevin 2020-ci il oktyabrın 7-də "Rossiya
1" telekanalında "Vladimir
Solovyovla axşam"
siyasi tok-şousunun efirindəki möhtəşəm
çıxışını da unutmamışıq:
"Razılaşın ki,
bu, azərbaycanlıları
olduqca incidir - niyə heç kim onların taleyindən bəhs etmir? Hər onuncu şəxs praktiki olaraq öz doğma evindən məhrumdur. Azərbaycan nə istəyir? Məncə, bizim Prezidentimiz dəqiq və aydın söylədi: erməni işğalçı
qüvvələrinin bu
7 rayondan çəkilməsini
və burada azərbaycanlıların məskunlaşmasını.
Özü də o, sadəcə 7 rayon demədi, o anlayır, qarşı tərəfi
- Ermənistanı da anlamaq istəyir, deyir: gəlin torpaqların mərhələli
boşaldılmasına başlayaq
- Dağlıq Qarabağ
ətrafındakı 5 rayonu
və 2 rayonu - onların bəhs etdiyi həmin o dəhlizi. Mərhələli
boşaldılma. Xarici
qoşunların geri çəkilmə qrafikinə
ehtiyac var. Sonra Qarabağda heç kim heç kimi qovmağa hazırlaşmır.
Bundan əlavə, Prezident dedi: Azərbaycan və erməni əhalisi, yüz illərdir olduğu kimi, hazırda Bakıda olduğu kimi, birlikdə, dostluq şəraitində yaşamalıdırlar.
Axı niyə heç kim demir ki, bu
gün Azərbaycanda
- Bakıda 30 min erməni yaşayır? Ermənistanda isə bircə nəfər də azərbaycanlı yoxdur. Bizim beynəlmiləl
respublika olduğumuzu,
bizdə 150 mindən çox rus əhalisinin yaşadığını,
gürcülərin yaşadığını
demirlər. Bu gün bizim bəhs etdiyimiz əsas şey - bizim torpaqlarımızın
azad edilməsidir. Niyə heç kim bizi başa
düşmək istəmir?!
Hər iki tərəfdən infrastruktur
məhv edilir, amma bu, bizim
torpağımızdır, Azərbaycan torpağıdır.
Nəhayət, başa
düşün ki, hər şeydən əvvəl, biz əziyyət çəkirik.
Bu müharibə bizdə gedir. Sizin Çeçenistanda müharibəniz gedəndə
biz sizin ağrınızı anlayırdıq.
Çünki bu, Rusiyanın ərazisi idi. Siz nəyə
görə bu gün bizim ağrımızı anlamaq
istəmirsiniz? Çünki
artıq 30 ildir ki, bu danışıqlar
heç nəyə gətirib çıxarmadı,
insanları bu müharibəyə getməyə
sadəcə məcbur
etdilər və indi azərbaycanlılar yalnız bir şey istəyir - istəyirlər ki, xarici dövlətin işğalçı qoşunları
bizim torpaqları tərk etsin. Vəssalam..."
Hələ onu demirik ki, bir
çox xaric ölkələrdə kitab
mağazalarında Çingiz
Abdullayevin kitablarını
almaq üçün
növbəyə dayanan
oxucuların sayı kifayət qədərdir. Bu qaragüruhlar hələ də dərk edə bilmirlər ki, hansı dildə çap olunmasından, yaxud onun müəllifinin
hansı dildə danışıb hansı
ləhcədə fikrini
ifadə etməsindən
asılı olmayaraq Çingiz Abdullayev imzalı dəyərli sənət əsərləri
xarici ölkələrdəki
kitab rəflərində
məhz Azərbaycan yazıçısının mənəvi
ünvanı olaraq yer alır.
Yeri gəlmişkən,
xatırlatmaq istərdik
ki, "Azərbaycan"
qəzetinin baş redaktoru, hörmətli Bəxtiyar Sadıqov
2021-ci ilin mayında sosial şəbəkə
terroru haqqında dəyərli bir yazı yazmışdı.
Düşünürük ki, həmin yazıdan bəzi fikirləri burada xatırlatmağa yenidən
ehtiyac yaranıb:
"Sosial şəbəkələrdə
insanların bir-birlərini
təhqir etməsi, hayıf çıxması,
ələ salıb məsxərəyə qoyması
ürək ağrıdır!
Axı sosial şəbəkə ictimai
söz meydanıdır,
burada yazılanları
hamı görür, oxuyur! Görünməyən
təkcə içimizdəki
xıltdır, üz qızartısıdır, ürək
tutmalarıdır.
Hərdən düşünürük
ki: niyə bəzən cəmiyyətin
seçilmişlərinə, ziyalılarımıza, dövlət
məmurlarına qarşı
bu qədər kinliyik, amansızıq? Bəlkə bu, sovet repressiyasının ziyalılara, tanınmışlara
və seçilmişlərə
qarşı cəzalandırma,
asma, kəsmə, güllələmə, sürgünə
göndərmə kampaniyalarının
şüurumuzda kök
salmış qalıqlarıdır?..
Vay o gündən ki, bir ziyalının
əlindən bir xəta çıxa... Vay o gündən ki, bir tanınmış
yanlış addım
ata... Vay o gündən ki, bir deputat ağzından
"bişməmiş söz"
çıxara, yaxud
"redaktə olunmamış"
fikir söyləyə...
Paho!!! Dünya qopur! Dünya dağılır! Dərhal
sovet dövrünün
terror maşınına
bənzəyən "sosial
şəbəkə mexanizmi"
işə düşür!
...Elə bil bir qisim
adam marığa yatıb. Elə bil fürsət gözləyirlər: Kimisə
qaralamağa... Kimisə
yaralamağa... Kiminsə
axırına çıxmağa...
Niyə hamı özündən başqa
qeyrilərini "natəmiz",
"cinayətkar" sayır?!
Bu nə mövqedir?! Bu nə yanaşmadır?! Niyə
44 günlük Zəfər
müharibəsindəki möhtəşəm
birliyimizi qoruyub saxlamayaq?!"
Bəxtiyar Sadıqov həmin yazıda Xalq şairi Fikrət Qocanın çox sevdiyimiz şeirindən bir bənd misal
da çəkib. Şeirin
müəllifinə rəhmət,
onu yazısında qeyd edənə minnətdarlıq duyğusu
ilə o misraları yenidən xatırladırıq:
Babalarımız qoçaq olub, mərd olub,
Bəs bu namərdlər
hardandı,
Bax, bu mənə
dərd olub...
...Çingiz Abdullayevi
şəxsən tanıdığımız,
onun doğma Azərbaycanımıza, dilimizə,
tariximizə və mədəniyyətimizə nə
qədər bağlı
insan olduğunu bildiyimiz üçün ona yönələn haqsız hücumlar, yersiz ittihamlar bizi də incidir.
Biz Xalq yazıçısı
Çingiz Abdullayev əleyhinə yersiz ittihamları Azərbaycan mədəniyyətinə
qarşı yönəldilmiş
ittihamlar kimi qəbul edirik.
Çingiz Abdullayev artıq
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri
ilə bir sırada dayanır və bunu görməmək
sadəcə riyakarlıqdır.
Digər tərəfdən,
indiki çox həssas məqamda, tariximizin çətin bir mərhələsində
görkəmli ziyalılarımıza
qarşı bu cür ittihamlar irəli sürmək düşmənlərimizin dəyirmanına
su tökməyə bərabərdir. İttiham
edəndə düşünmək
lazımdır ki, sən
özün kimsən və kimi ittiham
edirsən. Özü
də dərindən düşünmək gərəkdir...
Hüseynbala MİRƏLƏMOV,
Rövşən
AĞAYEV
525-ci qəzet.- 2023.-
9 sentyabr.- S.16.