"Mən teatrda insan bədənindən heykəl yapıram"

XALQ ARTİSTİ BƏXTİYAR XANIZADƏ: "DEYİRDİLƏR Kİ, "DƏLİ YIĞINCAĞI" BƏXTİYARDIR DƏ..."  VƏ ONA GÖRƏ DƏ MƏNƏ MANE OLMURDULAR"

 

Dəfələrlə bu mövzuya müraciət etmişəm çox güman ki, edəcəyəm , çünki teatrı çox sevirəm. Düzü, indiyə qədər teatrla bağlı sosial şəbəkələrdə araşdırma aparmamışam. Bu dəfə istədim ki, bir qədər fərqli yanaşma edim, çünki günümüzün müsahibi elə fərqli bir teatrın rəhbəridir. Amma ora çatmağa hələ var.

Əvvəl istədim ki, teatr nədir sualına cavab tapım. Birinci tapdığım bu oldu: "Teatr yunanca "tamaşa yeri" "tamaşa etmək" sözündəndir. İncəsənətin bir növü olub, hiss, fikir emosiyaları tamaşaçı ya tamaşaçılar qrupuna bir ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır". Vikipediyanın verdiyi bu qarışıq söz toplusunu bir neçə dəfə oxudum, lakin sualıma cavab tapmadım (Bu arada vikipediyaçılara məlumatlarda dəqiqliyə qarşı diqqətli olmağı araşdırmalarda uğurlar arzu edək). Cavab tapmaq ümidi ilə bir az da var-gəl edəndən sonra belə bir deyimlə rastlaşdım: "Teatr cəmiyyətin kiçildilmiş modeli, canlı orqanizmdir". Lakin bu fikrin müəllifi təəssüf ki bəlli olmasa da, həqiqətə söykənən bir deyim idi canlı orqanizm ifadəsi çox maraqlı gəldi.

Bu gün ölkəmizdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən teatr çoxdur. Bir çoxunun aktyor, aktrisa, rejissorları ilə həmsöhbət olmuşuq. Bu dəfə isə məni düşünməyə vadar edən həmin ifadənin əlindən tutaraq, hansı ünvana gedəcəyimi heç düşünmədim . Ona görə ki, "canlı orqanizm" fikrini mükəmməl açıqlayacaq bir insanı vardı. ?

əziz oxucu, budəfəki şənbə qonağımız respublikanın Xalq artisti, aktyor, rejissor, Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı bədii rəhbəri Bəxtiyar Xanızadədir.

- Dünyamız çox narahatdır...

- Belə deyək , mənim hələ nədənsə şikayət etməyimi bu günə qədər heç kəs eşitməyib, nədənsə gileyləndiyimi görməyib. Allah dözüm, iradə versin ki, davamı da belə olsun.

- Müsahiblərlə söhbətə adətən başlanğıcdan başlayıram. Elə belə davam edək...

- Anadan olmuşam 1957-ci il iyul ayının 13-də Bakının Şağan kəndində. Atam yüksək səviyyəli - atam olduğu üçün demirəm - peşəkar çilingər olub. Bunu indiki nəsil bilməz, o zaman çilingərlərə böyük ehtiyac vardı hamı atama müraciət edərdi. Həmişə mənə: "Özünə elə bir sənət seçdin ki, istirahət günün belə yoxdur. xeyirə yarıyırsan, şərə. Sabah mən öləndə, dəfnimə heç kəs gəlməyəcək". İllər sonra atam dünyasını dəyişəndə oğlumla dayanmışdıq. Ona dedim ki, bax, görürsən, adi bir çilingərin dəfnində insan kütləsinin ucu-bucağı görünmür. Deməli, əgər yaxşı insan, yaxşı sənətkar, hörmətcil birisənsə, səni övladının, başqa birisinin əvəzinə sayırlar. Belə bir kişinin oğluyam. Anam evdar xanım olub. Bunu dəfələrlə demişəm. Evimizdə 3-4 kitab vardı - "Qozbel at", "Pələng dərisi geymiş pəhləvan", "Koroğlu". Anam yorulmadan bu kitabları mənim üçün oxuyardı. İndiyə qədər "Pələng dərisi geymiş pəhləvan"dan böyük hissələri əzbər bilirəm. Həmçinin o biri kitablar da başdan-ayağa yadımdadır. Kənd yerində yaşayırdıq, böyük həyətimiz vardı. Külək əsəndə axşamlar ay işığında ağacların kölgəsi divara düşəndə anam bacımla mənə deyərdi ki, baxın görək bu kölgələr nəyə oxşayır. Birini evə bənzədərdik, birini hansısa heyvana. yaxud səhər göydəki buludları göstərərdi anam, yenə bənzətmələrimizi deyərdik. Sonralar dərk etdim ki, yaradıcı fantaziyamın inkişafında anamın rolu böyük olub.

- Maraqlı yanaşmadır...

- Atamın mükəmməl əl qabiliyyəti, anamın ədəbi-bədii təxəyyülü güclü olduğu üçün kiçik yaşlarımdan gildən, plastilindən, taxtadan, papye-maşedən cürbəcür heykəllər, eksponatlar düzəldərdim. Birinci sinfə gedəndə 10-12 müəllim stolunun üstündə əl işlərimin sərgisi qurulmuşdu. Sonralar heykəltaraş olmaq istəyirdim. Amma o zaman kənddə yaşadığımız üçün məni hər gün pionerlər evinə gətirib-aparmaq çətin idi heykəltaraşlıq qaldı kənarda.

- Yerini səhnə aldı...

- 9-cu sinifdə Rəhman Əlizadə ilə tanış olduq. Mərdəkanda yaşayırdı, bir dram dərnəyi yaratmışdı. Vaqif İbrahimoğlunun da dram dərnəyi vardı, o da Mərdəkanda yaşayırdı beləcə mən o dərnəklərə getməyə, onlarla ünsiyyətdə olmağa başladım. Beləliklə , aktyorluğu seçdim. Düzdü, onun da ardınca çox gedə bilmədim, çünki Vaqiflə işləyirdik. Onunla ilk işləyən mən olmuşam. Əslində məndən əvvəl Vaqif İbrahimoğlu Cəfər Namiq Kamal, Gülşən Qurbanova kimi gənclərlə Aktyor Evində bir studiya açmışdı. Bir müddət sonra həmin studiya dağıldı, başqası yaradıldı, lakin mən sona qədər qaldım. Hərbi xidmətdən qayıtdıqdan sonra da Vaqif İbrahimoğlunun Tədris Teatrındakı studiyasında fəaliyyətə başladım. "Komsomol" poeması, "Dədə Qorqud" tamaşaları hazırlandı, mənə rol verildi, lakin studiya teatra çevrilə bilmədiyi üçün yenə dağıldı. mən getdim.

- Getdiniz, amma təhsil dalınca...

- Bəli... Sankt-Peterburq Dövlət Teatr, Musiqi Kinematoqrafiya Akademiyasının aspiranturasına daxil oldum səhnə hərəkəti ixtisası üzrə oranı bitirdim. Qayıdandan sonra İncəsənət Universitetində dərs dedim sonunda 1994-cü il may ayının 16-da indi əyləşdiyiniz Pantomima Teatrını yaratdım.

- Seçdiyin yolun geri dönüşü olmadığnı bilmək məqamı da var...

- O bilmək deyil, onun adı duyğudur. Mən bunu aktyorlarıma da deyirəm. Tovstonoqovun gözəl bir sözü var: "Əgər əsəri qoymaya bilərsənsə, qoyma".  Əlindəki olmadan da yaşaya biləcəksənsə, get rahat yaşa. Amma bu işi görməsən, sənin rahatlığın olmayacaqsa, özünə yer tapa bilməyəcəksənsə, bax o, sənin həqiqi istəyindir. Mən elə bir teatr forması açdım ki, orada söz yoxdur, mən bu teatrda insan bədənlərindən heykəl yapıram. Uşaqlığımda arzuladığım heykəltaraşlığı teatr formasında canlı insanlarla etdim. Duydum ki, bunu istəyirəm etməsəm , olmur. Vaqif İbrahimoğlundan ayrılandan sonra özümü başqa teatrlarda görmədim, çünki səhnəyə çıxıb söz demək mənim istəyim deyildi. Bu gün bu teatrda heykəltaraşlığımın canlı versiyasını yaradıram.

- Heç asan deyil...

- Tam razıyam. Heykəltaraşın işi asandır. Bu gün o, ya qaya parçasını, ya mərməri qarşısına qoyur, istədiyi qədər yonur, yorulanda işini saxlayıb o biri gün davam edir. Amma canlı aktyorla bu gün nəyisə qurursan, məşq bitir gedir. Sabah gələndə isə yenidən başlamalı olursan, çünki onun beynində nələrsə baş verir, nəyisə unudur yenidən başlayırsan. Yəni sözlə heykəltaraşlıq etmək çox çətindir.

- İxtisas olaraq seçdiyiniz səhnə hərəkəti...

- Meyerxoldun gözəl bir sözü var: "Teatrda söz hərəkət kətanının üzərində naxış kimi bir şey olmalıdır". Teatrda əsas hərəkətdir. Rəhmətlik Adil İsgəndərov isə belə  deyirdi: "O vaxt danış ki, söz səndə doğulsun. Həmin sözü deyənə qədər sənin bütün bədənin o sözü yaşamalıdır".

- 29 il əvvəl Pantomima Teatrının yaradılması haqqında verilən əmrin zəruriyyəti...

- 1990-1994-cü illərdə teatrlar işləmirdi, kinostudiya ümumiyyətlə məhv olmuşdu, onu bir anbara çevirmişdilər. Çox gərgin mürəkkəb bir dövr yaşayırdı respublika. Böyük sənətkarların çoxu ölkəni tərk edib Türkiyəyə üz tutdu. Bir qismi peşəsindən imtina etdi, çünki yaradıcılıq ölmüşdü. Həmin illərdə mən ətrafıma bir qrup gənci toplayıb onlara məhz pantomimanı öyrətməyə başladım. 1993-cü ildə Vaqif İbrahimoğlunun icazəsi ilə "Yuğ" teatrında Azərbaycan teatr tarixində ilk pantomima tamaşasını göstərdik. Bekketin "Bir aktyor üçün mim" əsərinə müraciət etdik. Sonralar isə həmin tamaşanın adını mən "Ümid" qoydum. Bu tamaşa Ufada keçirilən festivalda Qran-Priyə layiq görüldü. İncəsənət Universitetində tələbərilmlə çox işlər görürdüm, lakin onları hələ üzə çıxarmırdım. Həmin o ağır illərdə rəhmətlik Həsənağa Turabov Teatr Xadimləri İttifaqında tez-tez festivallar keçirirdi. Bir dəfə dedi ki, gör qədər festivallar keçiririk, nəsə bir yenilik etmək lazımdır. Dərhal dedim ki, Həsən müəllim, icazə versəniz, bir dənə pantomima festival keçirək. Mənə baxıb belə dedi: "Azərbaycanda pantomima  var? Zarafat edirsən mənimlə?" Həsən müəllim, siz icazə verin, mən bir festival keçirdim, - deyə cavab verdim. Bunu eşidəndən sonra  rəhmətlik göstəriş verdi ki, festivalın bədii rəhbəri , bütün işlərə cavabdeh Bəxtiyardır. Bilirdim ki, səkkiz tamaşa var. "Ümid" monotamaşası,   tələbələrimlə hazırladığım "Kvaksafon", "Vətənpərvərlər"   bu gün məşhur olan "Nağaraçılar", Şuşa teatrının aktyorları Ayşad Məmmədov da hərəsi bir tamaşa verdi. Altı tamaşa ilə festivala çıxdıq.1994-cü il may ayının 16-da elan verildi, afişalar asıldı, Həsən müəllim vəsait ayırdı biz pantomima festivalını keçirdik. Dörd saat yarım çəkən festivalda Mədəniyyət Nazirliyinin rəsmiləri iştirak edirdi. Yeni növ teatr tamaşası hamı üçün maraqlı idi. Mədəniyyət nazirinin müavini festivaldan sonra belə bir teatrı itirmək olmaz deyərək, Gənc Tamaşaçılar Teatrının rəhbərinə onların nəzdində bizim bir studiya kimi fəaliyyət göstərməyimizi məsləhət gördü. beləcə , o zamanki mədəniyyət naziri Polad Bülbüloğlunun əmri ilə özümüzün yaratdığı "Dəli yığıncağı" studiyası elə həmin adla teatr studiyası kimi fəaliyyətə başladı. 2000-ci ildə isə dövlət statusu verilərək Azərbaycan Dövlət Pantomima Teatrına çevrildik.

- "Dəli yığıncağı"...

- Bunu bir neçə dəfə demişəm. Mənim teatr baxışım tamam başqa fərqlidir. 70-ci illərdə çox qəddar bir qanun hökm sürürdü... Hər teatrın bir növ öz missiyası vardı ondan kənara çıxa bilməzdi. Mən isə düşünürdüm ki, hər pyesin öz açarı, öz dili var. Ola bilsin ki, bir pyesi balet şəklində, birini klounada, digərini musiqili janrda hazırlamaq lazımdır. Fərz edək ki, mənə balet hazırlamaq icazəsi verilməyən bir teatrdayam əsəri götürə bilirəm, istədiyimi edə bilirəm. Bu çərçivədə olmamaq üçün adımızı "Dəli yığıncağı" qoydum. Bu ad kömək etdi ki, heç kəs mənə mane olmasın olmadı da. Burda pantomima kloun da, pantomima balet , rus dilində, rəqs, sözlü tamaşalar hazırlamışıq. Eşidirdim, deyirdilər ki, "Dəli yığıncağı" Bəxtiyardır ..." ona görə mənə mane olmurdular. Bu gün mənim aktyorlarım ssenari yazır, film çəkir, tamaşalar da qurur. Yəni mən aktyoram, ancaq işim budur deyə, bir anlayış mənim üçün yoxdur. Teatr bir günlük çiçəkdir. Bu gün baş gicəlləndirən bir tamaşa sabah dünənki kimi alınmır. Bu gün aktyorda gördüyünü sabah o etmir.

- Pantomima...

- Yunancadan tərcümədə mən təqlid edirəm, mən göstərirəm mənasındadır. İnsan heç kəsi təqlid eləməməlidir fikrinin üstündə həmişə böyük mübahisələr etmişəm. İnsan təqlidin hesabına insan olur. Əvvəlcə formalaşırsan, sonra dərrakən, düşüncən, intellektin varsa, özünü üzə çıxarırsan. Pantomimada əsas ifadə vasitəsi bədəndir. Amma bu, qəti söz səs olmamalıdır anlamına gəlmir.

- Aktyoru mimə çevirən maraq...

- Mimə keçmədən əvvəl aktyor olmaq üçün lazımdır sualını araşdıraq. Teatrsız, bu oyun üslubu olmadan yaşaya bilmirsənsə, deməli, sən aktyorsan. Bu bir. İkincisi, yanıma gələn gəncdə hər şeyi tərbiyə edə bilərəm. Lakin tərbiyə insanlığı hər kəs ailəsindən gətirir. Mən bu xüsusiyyətlərə fikir verirəm, yəni kimlərlə işləyəcəyimin bir növ seçimini edirəm, yerdə qalanını burda öyrədirik. Bu sənətin universitetdə heç bir fakültəsi yoxdu. Bu teatr özü üçün həm aktyor hazırlayır, həm tamaşaya qoymaq üçün əsərlər yazır artıq 29 ildir ki bu, belə davam edir.

- Pantomima balet...

- Böyük oxşarlıq var, çünki hər ikisi bədən dilidir. Amma gəlin biz fərqə fikir verək. Hər hansı bir klassik baletdə daha çox rəqs texnikasını görürük. Belə ki, əsərdən bixəbər insan gəlib orada ancaq rəqsə baxır, baletin süjetini, məğzini anlayır. Baletin tələbi əsas rəqs rəqqasdır. Panomima teatrında isə əsas dramaturgiya süjet xəttidir. Burada məqsəd bədən dili ilə hadisəni tamaşaçıya göstərməkdir. Bizim tamaşada rəqs ola bilər, lakin süjetli. Teatrda bir sıra hərəkətlərə qadağa qoymuşam. Əgər bir hərəkət məna yükü daşımırsa, ondan boş yerə ustifadə etmək lazım deyil.

- Bəxtiyar Xanızadə özünün yaratdığı mim obrazı...

- Hər hansı bir əsəri tamaşaya hazırlayanda hərdən elə bir tapşırıq verirəm ki, bəzən aktyor ya inanmır, ya da onu edə bilmir. Son nöqtədə qalxıb özüm bunu edərək aktyora göstərirəm ki, bax, dediyimi eləmək olur. Yəni mən qurduğum əsəri orada olan rolların hamısının heykəlinin beynimdə canlanmasını görürəm. Əgər görməsəm, onu aktyora izah edə bilmərəm.

- Teatra tamaşaçı baxışı...

- Teatrımızın öz tamaşaçısı həmişə olub, bizi sevib bu sevgi qarşılıqlıdır. Son vaxtlar həm sağlamlığımda, həm ailəmdə olan problemlər yorğunluq gətirdiyi üçün bunu edə bilmirəm. Tamaşaçılarla belə bir qurmuşdum. Bir gün onların qarşısına çıxıb dedim ki, tamaşadan sonra gedib ya sosial şəbəkədə yazacaqsız, ya küçədə danışacaqsız, pisdimi, yaxşıdımı fikrinizi deyəcəksiz. Mən burdayam, aktyorlar da. deyəcəyiniz varsa, elə burda üzümüzə deyin. Hətta kimsə sübut etsə ki, tamaşa bir qəpiyə belə dəyməz, o zaman vaxtınızı qaytara bilməsəm , biletinizin pulunu qaytara bilərəm. Uzun illər tamaşadan sonra mən , aktyorlar da otururduq. Bir saat tamaşaya baxan tamaşaçı ondan sonra üç saat oturaraq müzakirələr aparırdı. O, daha maraqlı olurdu. İndi çox yorulmuşam. Həm tələbəm olan teatrda çalışan yetirməm Ceyhun Dadaşovu artıq bu işlərə cəlb etmişəm. Teatrlara rəhbərliyi o edir, tamaşaları da hazırlayır. Teatrın gələcəyini onda görürəm.

- Gələn il teatrın 30 yaşı olur...

- Bəli, olur, amma mən bu 30 ildə gələcək planlarımızdan danışmışam, görmək istədiyim işlərdən. edəcəyik, necə edəcəyik bunu bilmirəm, çünki anında gələn fikir daha gözəl olur.

SÖZARDI: Bəzən məndən kimdənsə müsahibə almağı təklif edənlər olur, xahiş edənlər .  Öz növbəmdə bunu nəzərə almağa çalışıram. Bəzən nail oluram, bəzən isə yox. Bugünkü müsahibə illərlə televiziyada yaradıcı birliyimiz olan bir dostumun təklifi idi. Amma ağlıma belə gəlməzdi ki, sonuncu danışığımızdan iki gün sonra mənə zəng çalıb deyəcəklər ki, İzzət rəhmətə gedib. Yaşadığımız həyatın öz qanunları var qədər sərt olsa da, bizlər onlara tabeyik. Mən bu müsahibənin tezliklə gerçəkləşməsi üçün çox çalışdım. Ən yaxın dostumun məndən son istəyi kimi...

 

Tamilla M-zadə

525-ci qəzet.- 2023.- 9 sentyabr.- S.14;15.