" 30 qram hörmətimiz vardı, 10 faiz perspektiv..."

 

YELENA EYVAZLI-SİDORENKO: "MƏNİ JURNALİSTİKADAN AYIRAN TƏK BİR SƏBƏB OLUB - GÖRDÜYÜM İŞİN MÜQABİLİNDƏ ALDIĞIM MƏVACİBİN ÇOX AŞAĞI OLMASI"

Hər dövrün öz trendləri olur. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, insanlar arasında qarşılıqlı ünsiyyət zamanı daha çox rasionallığa, öz fikirlərini tərəf müqabilinə maksimum dərəcədə lakonik məzmunlu, aydın, yığcam təsirli şəkildə çatdırmağın tələb olunduğu müasir dövrdə cəlbedici sahələrdən biri natiqlik sənətinin tədrisi məsələsidir. Bu gün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə minillik ənənələrə malik natiqlik sənətinin tədrisi ilə məşğul olan müxtəlif təlim mərkəzləri təşkilatlar fəaliyyət göstərir. Belə təşkilatlardan biri "Azerbaijan İnfluence Academy"dir. Təşkilatın təsisçisi, natiqlik üzrə təlimçi Yelena Eyvazlının siması isə yəqin çoxlarına tanışdır. Yelena Eyvazlı - Yelena Sidorenko neçə illər fəal jurnalistika ilə məşğul olub, ayrı-ayrı televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərib. O, 1986-cı ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin bakalavr, 2009-cu ildə magistr pilləsini bitirib, sonra Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında, siyasi idarəetmə fakültəsində təhsil alıb.

Beləliklə, "Azerbaijan İnfluence Academy"nin təsisçisi, natiqlik üzrə təlimçi Yelena Eyvazlı-Sidorenko ilə müsahibəni təqdim edirik.

- Yelena xanım, neçə illər jurnalistika sahəsində çalışmısınız, sonradan fəaliyyətinizi müxtəlif sahələrdə davam etdirmisiniz. Sizi jurnalistikadan ayıran səbəb oldu?

  - Məni jurnalistikadan iki dəfə ayıran tək bir səbəb olub - gördüyüm işin müqabilində aldığım məvacibin çox aşağı olması. Lakin ikinci dəfə - 2016-cı ildə artıq fəaliyyət istiqamətimin dəyişdirilməsi ilə bağlı qəbul etdiyim qərar maliyyə məsələsindən əlavə, həm mənəvi səbəblə bağlıdır. Bu zaman artıq 30 yaşım vardı, 10 ildən artıq jurnalistika təcrübəsinə malik idim. Amma 30 qram hörmətimiz vardı, bu sahədə 10 faiz perspektiv. Mən "sözün keçmirsə, sözünü yox, yerini dəyiş" prinsipinə çox sadiq adamam. Odur ki, yerimi dəyişdim... Düzmü elədim? Bəli, düz elədim. Lakin bəzən düşünürdüm ki, düz eləsəm , yaxşı eləmədim. Çünki mən bu peşəmi çox sevirəm. Xəbəri, suflyoru, səndən məlumat gözləyən milyonlarla tamaşaçını sevirəm. Peşmanam? Qətiyyən! Amma qədər mən varam, xəbər olacaq, qədər ki, xəbər var, mən olacam. Əkizlərin bir-birinə bağlılığına bənzər olan mən efir arasındakı o bağ daima qalacaq. Qismət olsa, bir gün yenidən bir-birimizə qovuşarıq.

- Təcrübənizdən deyə bilərsiniz? Aparıcıların nitqindəki əsas qüsurlar hansılardır?

- Açığı, aparıcıların nitqinə qiymət vermək kimi haqqımın olmadığını düşünürəm. Çünki bir vaxtlar efirdə mən özüm çox səhvlər buraxmışam. Yaxşı ki, 20 il əvvəl sosial şəbəklər bugünkü qədər inkişaf etməmişdi. Əks halda, efirdəki səhvlərim hər gün həm aktual, həm əsas gülüş obyekti olardı. Buna baxmayaraq, təxminən 5-6 il öncə hiss etməyə başladım ki, radioya qulaq asanda qıcıqlanıram. Səbəbini axtardım. Sən demə, bəzi aparıcıların düzgün olmayam tələffüzü, səhv ritorikaları, vurğuları, ləhcələri digər belə məqamlar sonda məni radiodan uzaqlaşdırdı. Sonuncu dəfə radioya vaxt qulaq asdığımı xatırlamıram. Televiziyaya baxmıram. Bir-iki dəfə çalışdım, amma baxmağımın mənə faydadan daha çox ziyan verdiyini gördüm kiminsə təqdimatında olan "Xəbər" adlı dostumdan tam uzaqlaşdım. Efirdə ləhcəni qəbul edə bilmirəm. Mən bütün regionlarımızın dialektini çox sevirəm, Azərbaycan dilini isə bütün dialektlərdən daha da çox sevirəm. Amma qəzet oxuyuram. Məhz qəzet mənə efirdə yaşadığım hissləri yaşatdırır.

- Sizcə, teleaparıcı üçün lazım olan əsas xüsusiyyətlər hansılardır?

- Hörmət! Özünə, tamaşaçısına, dilinə, vətəninə hörmət! Öz peşəsinə bu 4H prinsipi ilə yanaşan aparıcı mütləq fərqlənəcək digərlərindən seçiləcək.

- Təsisçisi olduğunuz "Azerbaijan İnfluence Academy"də daha çox hansı sahələr üzrə təlimlər keçirilir?

 - Bizim təşkilat üç istiqamət üzrə fəaliyyət göstərir: Bakı Natiqlik Məktəbi (natiqlik, diksiya, Azərbaycan dili), Bakı Blogerlik Məktəbi (bloginq, SMM, podkast, foto video təlim) Bakı İncəsənət Məktəbi (yoqa, rəsm, rəqs, gitara s.). Bu yaxınlarda cəmiyyət üçün, məncə, faydalı olacaq daha iki fəaliyyət istiqamətini elan edəcəyik. Gənclər Təşkilatımız Karyera Mərkəzimiz fəaliyyətə başlayacaq. Burada da unikallığımızı qorumağa "təsir etmək" fəlsəfəmizə sadiq qalmağa çalışacağıq. Demək olar ki, bütün fəaliyyət sahələrimiz üzrə tələbat böyükdür hər biri özünə görə çox aktualdır. Mərkəzimizdə Azərbaycan dilinə olan maraq məni olduqca çox sevindirir. 6 yaşdan 70 yaşadək olan çoxsaylı tələbələrimiz var. Xoşbəxtəm ki, doğma dilimizin təbliğatı qorunması missiyasında, kiçik olsa, rolum var.

- Təşkil etdiyiniz təlimlərdən daha çox hansı sahəyə üstünlük verirlər?

-  Natiqlik, blogerlik Azərbaycan dili. Hər birinin özünəməxsus səbəbi var. Natiqlik təliminə dövlət özəl sektorda yüksək vəzifələrdə çalışan, o cümlədən, karyerada yüksəlmək istəyənlər daha çox maraq göstərirlər. Dərk edirlər ki, uğurun təməlində öncə özünü işini düzgün təqdim etmək bacarığı dayanır.  Blogerlik son vaxtlar bütün dünyada çox populyar kifayət qədər gəlirli sahəyə çevrildiyindən, insanlar bu təlimə, həm özgüvənin artırılması, həm lazımlı texniki biliklərə yiyələnmək üçün müraciət edirlər. Bu sahədə missiyamız hər kəsi bloger etmək deyil. Unikal proqramımıza əsasən, blogerlik uşaqlarda açılışmanı, yeniyetmələrdə özgüvəni formalaşdırır, böyüklər üçün isə alternativ qazanc imkanını yaradı.

- Natiqlik üzrə mütəxəssis kimi necə düşünürsünüz, bu sahədə irəliləmək üçün təlimlər daha çox hansı yöndə keçirilməlidir?

 - Bu, mənim üçün çox ağrılı mövzudur. Ölkəmizdə ən böyük problem əksər hallarda bu sahədə vahid ya standart proqramın hamıya tədris olunmasıdır. Mənim üçün hər tələbə fərddir, şəxsiyyətdir hər kəsin uğurlu nəticəsi üçün fərdi "dil"lərim var.

- Bəs maraq necə, varmı?

- Var, çox var...

- Nitq mədəniyyətinin həyatımızdakı rolu dərəcədədir?

- Hər kəsin anladığı dərəcədə... Həyatımın istənilən sahəsində əldə etdiyim istisnasız bütün nailiyyətlərimin kökündə, təvazökarlıqdan uzaq olsa da, başda nitq olmaqla, natiqlik bacarıqlarım dayanır. Ona görə , mənim tədris proqramım kitablarda yazılanların deyil, şəxsi təcrübəm əsasında tərtib edilib.

 

Havar ŞƏFİYEVA

525-ci qəzet.- 2023.- 9 sentyabr.- S.12.