Azərbaycanın Vətən müharibəsindəki
tarixi zəfərinə
həsr olunan ədəbi müsabiqənin
nəticəsi açıqlanıb
İkinci
Qarabağ müharibəsində
qazanılan tarixi zəfərə həsr olunan irihəcmli əsərlərin yaradılması
məqsədilə Mədəniyyət
Nazirliyi tərəfindən
elan olunmuş ədəbi
müsabiqənin qalibi
müəyyənləşib.
Bu barədə 525.az-a Mədəniyyət
Nazirliyindən məlumat
verilib.
Bildirilib
ki, müsabiqəyə təqdim
edilmiş əsərlərin
qiymətləndirilməsi və
qalibin seçilməsi
məqsədilə aidiyyəti
sahə üzrə mütəxəssislərdən ibarət aşağıdakı
tərkibdə Komissiya
yaradılıb:
Vidadi Qafarov – Azərbaycan Milli Elmlər Akademiyasının
Memarlıq və İncəsənət İnstitutunun
Teatr, kino və televiziya şöbəsinin
müdiri, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru;
Səlim
Babullaoğlu – Azərbaycan
Yazıçılar Birliyinin
katibi, şair, tərcüməçi;
Qismət
Rüstəmov – şair,
tərcüməçi, esseçi;
Cavanşir Yusifli – tənqidçi,
ədəbiyyatşünas, tərcüməçi.
Müsabiqədə obyektivliyi və şəffaflığı
təmin etmək üçün roman, dram və
mənzum hekayə janrları üzrə qəbul olunmuş 23 əsər və onların müəllifləri
xüsusi ştrix ilə şifrlənib, Komissiya üzvlərinə
təqdim edilib.
Komissiya
üzvləri tərəfindən
hər bir əsərin oxunub, mövzu, bədii və peşəkar yaradıcılıq baxımından
dəyərləndirilməsi aparılıb və əsərlər cədvəl
üzrə qiymətləndirilib.
Mədəniyyət Nazirliyində
keçirilən yekun
iclasda Komissiya üzvləri müsabiqədə
fərqlənən hər
bir əsər haqqında fikirlərini səsləndiriblər.
Komissiyanın yekun qərarına
əsasən, roman və
mənzum hekayə janrları üzrə təqdim olunan 15 adda əsərin bədii səviyyəsi müsabiqənin
tələblərinə cavab
vermədiyi üçün
qalib əsər müəyyənləşməyib.
Dram janrı üzrə təqdim olunan 8 əsərin arasından qalib seçilib:
Sevinc Elsevər – “Çiçək
məktublar”
Qaydalara
əsasən, qalibə
5 000 (beş min) manat pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.
525-ci qəzet. – 2023. – 13 sentyabr. S. 9.