Son ən əziz ərməğan

 

Bu, qədim rəvayətdir. Musa peyğəmbər ümmətini ardınca salaraq düzənlərdən, dərələrdən, dağlardan, səhralardan keçirdi. Yol gedirdi ki, xalqını düşüncədəki əsarətdən qurtarsın, onları azadlığa qovuşdursun, bu gedişatda hamısını bərkitsin, yetişdirsin, içəridən böyütsün. Bu hekayət əslində hər millət üçün tale güzgüsü kimidir. Bax, özünü gör!

Hər millətin tarixin müxtəlif dönəmlərində öz Musaları hökmən olub. Musalarsız millət millətə dönmür axı! Onlarsız - o yolaçanlarsız, o mayaklarsız millətin tarix sınaqlarından keçməsi , yetişib bütövləşməsi, kamilləşməsi çox çətin başa gələr, uzun zamanlar çəkərdi.

Hər xalq kimi, bizim tarix boyunca öz Musalarımız, Vətən xalq quruculuğuna ömür həsr edən fədakarlarımız yaşayıb, varlıqları ilə dünənlərimizi nurlandırıb. Millət çıraqlarımız az olmayıb, amma onların milləti yetişdirib günlərə çıxarmaq səfəri peyğəmbər Musanınkı kimi 40 il yox, yüzillər boyu sürüb, yenə davam etməkdədir.

Bir var millət quruculuğu yolunda bir ziyalının, ədibin, alimin çalışması, bir var bu böyük yola həm ürəyindəki eşqdən savayı, əlində böyük səlahiyyətlər imkanlar olan dövlət rəhbərinin çıxması. Bəxtinə belə bir öndərin düşməsi tarixin hər mərhələsində hər xalq üçün səadətdir.

Keçmişlərdəki millət fədailərimiz bollucadır, amma millət quruculuğuna mötəbər imzasını atmış, bunu işinin həyatının başlıca mənalarından saymış çoxmu dövlət başçımız olub? Şah İsmayıl Xətaidən əvvəl ondan sonra daha neçə nəfərin adı çəkilə bilər? Sadə sual deyil.

XX əsrin əvvəllərində istiqlalımızın təməlini qoyanlara tarix, acı ki, millət quruculuğunda bağbanlıq etməkçün lap az möhlət ayırmışdı. Elə Azərbaycanın sovetləşməsinin başlanğıc dövründə eyni amalla yaşayanların da ömrü az oldu, onları yaşamağa qoymadılar, yolları yarımçıq qırıldı.

Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələndə şanlı millət quruculuğu yolu davam etməkdəydi, 1960-cı illərdə Azərbaycanın düşüncə duyğu həyatında yeni dalğa getdikcə daha artıq vüsət alırdı, kiçik bir vaxt kəsiyində millətin bütöv tarixini doldurub bəzəyəcək qədər çoxlu ulduzlar - alimlər, ədiblər, bəstəkarlar, rəssamlar, incəsənətin müxtəlif qanadlarında bir-birindən parlaq xadimlər fəaliyyətdəydi. Onların hamısının yaradıcılığının bir başı elə millət quruculuğu ilə bağlı idi.

Heydər Əliyev respublikanın siyasi inzibati rəhbərliyinə gətirilmişdi, həmin sahələrdə görüləsi işlər bəs deyincə idi. Ancaq tarix tale ona həm bu mühüm vaxt kəsiyində xidmətində olduğu ideolojinin maraqları ilə uyğun gəlməyən böyük millət quruculuğu yolunu tutub getməyi, məhz həmin hakimiyyətin açdığı imkanlardan yararlanaraq sabahkı daha güclü Azərbaycanı irəlilətməyə qadir qüvvələri yetişdirməyi həvalə etmişdi.

Zabitlik Heydər Əliyevin təbiətində idi mahiyyətcə son dərəcə intizamlı adam olduğundan Əlahəzrət Vaxtın Tarix kimi möhtəşəm komandanın bu tapşırığına ömrünün axırınadək qəlbən ləyaqətlə, gücü yetən qədər əməl etdi.

Xalqların gələcəkdəki varlığı ilk növbədə gəncliklə, o gələcəyin təhər olması isə həmin gəncliyin aldığı təhsillə bağlıdır. Gəncliyə təhsilə millət quruculuğunun təməl kərpicləri kimi baxdığından Heydər Əliyevin Azərbaycanın idarəçiliyinə başladığı ilk çağlardan bu istiqamət daim diqqət mərkəzində oldu. O, yalnız 8 il ərzində - 1972-dən 1980-dək Azərbaycanda 5 yeni ali məktəb yaratmağa müvəffəq oldu. Unudulmasın ki, hər yeni ali məktəb respublikanın özünün müstəqil qərar çıxarıb həll edəcəyi qədər asan deyildi yüz cür bürokratik mürəkkəblikləriylə birbaşa Moskvanın rüsxəti ilə həll olunan ağır məsələ idi. Ancaq Heydər Əliyev bu 5 yeni ali məktəblə qane olan deyildi onun daha önəmli saydığı başqa hədəflər vardı. Azərbaycan Sovet İttifaqının tərkibində idi, təhsildə, elmdə bizdən öndə gedən, daha imkanlı müttəfiq respublikalar, ən azı elə Rusiya Federasiyasının özü vardı. Azərbaycanın ali təhsil ocaqları az deyildisə , respublikanın indi ehtiyacı olan gələcəkdə zəruriyyəti daha çox ortaya çıxacaq ixtisaslar onlarca idi.

Bizimkilərinsə SSRİ-nin qabaqcıl ali məktəblərinə daxil olması müşkül məsələ idi. Əvvələn, dil maneəsi vardı. Həmin aparıcı universitet institutlara qəbul olunmaqçün ruscanı təmiz bilməkdən savayı, imtahanlar uğurla verilsə belə, abituriyentlərin sıx sıralı müsabiqədən adlamaq barısı da vardı. Odur ki, İttifaqın məşhur ali məktəblərinə girən azərbaycanlılara Heydər Əliyev dönəminədək tək-tək rast gəlinirdi. Əksərən bunlar Bakıda yaşayan başqa millətlərdən olanlardı. Hansı nöqtədən baxırsan bax, bu, statistikadır, tarixdir. Gerçəklik belə idi. Bəs düyünü necə açmalı? Heydər Əliyevin Mərkəzlə danışıb həll etdiyi ilk məsələlərdən biri bu oldu ki, Azərbaycan üçün SSRİ-nin aparıcı ali məktəblərinə bəlli miqdarda yerlər ayrılmağa, ildən-ilə bu kvota artırılmağa başladı. Uşaqlarımız imtahanı Bakıda verir, heç bir kənar müsabiqəyə uğramadan bizimçün ayrılan yerlərə qəbul olunur dərs ili başlananda hərə öz seçdiyi ali məktəbə yola düşürdü. İldən-ilə bizə ayrılan yerlərin , ali məktəblərin sayı artırdı. Başlanğıcda - 1970-ci ildə yola salınan ilk tələbə dəstəmizdə 60 tələbə vardısa, 5 il sonra onların sayı 604-ə çatmışdı. Sonra isə artan xətt üzrə hər il 700-dən 1.000 nəfərədək gənc Sovet İttifaqının müxtəlif şəhərlərinə oxumağa gedirdi.

O çağacan azərbaycanlı gənclərin respublikadan kənara, Sovet İttifaqının müxtəlif guşələrinə belə kütləvi yola düşmələri yalnız hərbi xidmətə gedəndə olardı.

Heydər Əliyevin millət quruculuğuna Azərbaycanın gələcək tərəqqisinə ən diqqətəlayiq xidmətlərindən olan bu təşəbbüs onunla nəticələndi ki, 1970-1980-ci illərdə SSRİ-nin 50 böyük şəhərindəki 170 aparıcı ali məktəbə 15 minədək azərbaycanlı yola salındı, onlar, elm, təhsil mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən bir çoxu respublikada tədris edilməyən 250 ixtisas üzrə diplom aldı, əksəriyyəti Azərbaycana qayıtdı. Heydər Əliyev bu layihəsinə ən əziz əsərlərindən biri kimi yanaşdığından digər xoş ənənənin əsasını qoymuşdu: hər ilin avqustunda, dərs ili astanasında yenicə tələbə adı qazanmış azərbaycanlı "başqaşəhərlilərlə" o vaxt Leninin, indi Heydər Əliyevin özünün adını daşıyan sarayda görüş keçirilirdi. Heydər Əliyev nitq söyləyirdi, onları təbrik edirdi, xeyir-duasını verirdi, tövsiyələrini, nəsihətlərini dilə gətirirdi bu dediklərinin içərisində, ümumən, həmin mərasimlərin mahiyyətində sözlə ifadə edilməyən bir ciddi mətləb vardı: sizi respublikanın başçısı yola salırsa, demək, bu gedişinizə dövlət xüsusi məna verir, sizə Azərbaycanın gələcəyi kimi baxılır, sizə millət ümid bağlayır!

Çox illər sonra Heydər Əliyev yenə o sarayda, yenə o tələbələrin qarşısında idi. Artıq yaşa dolmuş sabiq tələbələrin qarşısında! Zaman keçmişdi, dünənki gənclər artıq Azərbaycanın tanınmış alimləri, görkəmli mütəxəssisləri idilər, sovet dönəmində Moskvanın, Leninqradın (indi Sankt-Peterburq), Kiyevin, neçə başqa şəhərin şöhrətli universitetlərinə göndərilmiş bu cavanlar indi müstəqil Azərbaycanın xidmətində idilər Heydər Əliyev onları bir zamanlar arzuladığı mərtəbəyə çatmış görərkən necə bəxtiyar idi. Bu xoşbəxtliyi duymaq üçün sadəcə həmin görüşün yadigarı olan xronikaya baxmaq yetərlidir. Ata övladları ilə danışır: "Siz, əziz dostlar, indi artıq böyümüş, kişi olmuş, amma vaxtilə bu salona 16-17 yaşında daxil olmuş insanlar ötən illərdə böyük həyat yolu keçmisiniz, formalaşmısınız, püxtələşmisiniz. Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərirsiniz bunların hamısının əsası o illərdə qoyulub. Buna görə mən sizin hər birinizin həyatında etdiyim xidmətin nəticəsini görərək bu gün sevinirəm, şadlanıram, iftixar hissi keçirirəm. Məhz bunlara görə mən tək sizə yox, ümumiyyətlə o vaxt bu salondan təhsil almağa göndərdiyimiz onlara tövsiyələrimi, sözlərimi dediyim gənclərin hamısına, sizə o cümlədən, bir doğma övladım kimi baxıram bu günləri mən çox böyük iftixar hissi keçirirəm ki, siz artıq böyümüsünüz. Bilirsiniz, indi burada danışırdınız. 17 yaşınız vardı. İndi 17-nin üstünə bir 20-25 qoy, görə necə olur? Yaşınız da artıbdır yaşda deyil. İş ondadır ki, sizin hər biriniz cəmiyyətdə özünüzün yerinizi tutmusunuz. Alim dərəcəsi almısınız. Böyük mütəxəssis olmusunuz, işləyirsiniz, ailəniz var, övladlarınız var müstəqil Azərbaycana bu günləri siz lazımsınız, gərəklisiniz demək, o illər biz müstəqil Azərbaycanın bugünü üçün işlər görmüşük bu da öz nəticəsini verir".

Heydər Əliyev əməklərinin bəhrəsini, diləklərinin həqiqətə çevrilməsini gördükcə xoşbəxtlərin xoşbəxti olmaya bilərdimi?

indi könül sevindirən, milli nailiyyət sayılan bu nəticəyə aparan yol heç sadə olmamışdı. 21 may 1998-ci il mayın 21-də respublikamızdan kənarda təhsil almış mütəxəssislər Cəmiyyətinin üzvləri ilə görüş əsnasında etiraf edirdi: "Siz bilmirsiniz ki, mən bu işi təşkil edənə qədər əziyyət çəkmişəm".

O cavanlardan biri - sonralar, artıq müstəqillik dönəmində nazir kürsüsünə akademiklik dərəcəsinə qədər yüksəlmiş Əli Abbasov mənə özünün iştirak etdiyi həyəcanlı görüş barədə, 1998-ci ildə Heydər Əliyevin 75 yaşı tamam olarkən həmin keçmiş tələbələrdən bir dəstəsinə söylədiyi riqqət oyadan xatirədən danışıb: "Həmin görüşdə Heydər Əliyev hamımıza təsir edən belə bir əhvalatı nağıl elədi ki, sən demə, SSRİ-nin müxtəlif şəhərlərindəki ali məktəblərə təhsil almağa göndərdiyi tələbələrin hamısının siyahılarını saxlayırmış. Dedi ki, kimləri göndərirdim, hara göndərirdim, hamısının siyahıları adbaad məndə vardı. Qorbaçovla münasibətimiz pisləşəndən, Siyasi Bürodan kənarlaşandan sonra mənə çox qısa vaxt verdilər ki, hökumət bağında sizə ayrılmış mənzili boşaltmalısınız. Çətin vəziyyətdə qaldıq. Hər şeyi götürmək imkanımız yox idi. Mən özüm , ailə üzvlərimiz şəxsi əşyalarımızın, qiymətli hesab elədiyimiz kağız-kuğuzumuzun, yazılarımızın ən vaciblərini götürməyi qət etdik. Mən birinci əlimi atdım o tələbə siyahılarına. Bu siyahıları ona görə saxlamırdım ki, bəlkə mən vaxtsa işdən çıxacağam, bunlar böyük vəzifələrdə olub mənə nəsə kömək edəcəklər, yox. Mənim, ümumiyyətlə, xalqımın qarşısında ən böyük borcum onun intellektual potensialını yetişdirmək idi. Mən hesab edirdim ki, bu uşaqlar gələcəkdə Azərbaycanın yeni istiqamətlərində müəyyən töhfə gətirə bilərlər. Ona görə həmin siyahıları saxlayırdım hökumət bağından çıxanda da özümlə götürdüm".

...Heydər Əliyevi xatırlayanlar ondan bəhs edənlər bu qiymətli insanı həm ədəbiyyatın, mədəniyyətin hamisi adlandırırlar düz ediblər, ədalətli dəyərləndirmədir. Heydər Əliyevin klassik irsimizə müasir sənətimizə münasibəti sevgi ilə dolu idi. Bu sahələrin hər birini həm yaxşı bilirdi, duyurdu həm o sahələrə ona qədər heç bir dövlət başçısının göstərmədiyi qədər nəvazişkar, qayğıkeş münasibət bəsləyirdi. Bunun da əsas səbəblərindən biri o idi ki, Heydər Əliyev gözəl sənətlərə həm öz ali məramının - millət quruculuğu missiyasının həyata keçirilməsində ən etibarlı uyğun vasitə kimi baxırdı.

Heydər Əliyev dövlətçiliyinin siyasətinin əsas amillərindən biri mədəniyyətə arxalanmaq mədəniyyətdən millətini yüksəltmək, xalqını yurdunu dünyada daha artıq daha yaxşı tanıtmaq, milləti ruhən, mənən bir qədər cilalayaraq kamilləşdirməkdə dayaq kimi istifadə etmək idi. Azərbaycan mədəniyyətinin Azərbaycan milləti dövlətinin böyüklüyü rəmzi olduğunu nişan verməkçün həmişə müqayisə aparırdı. Möminə Xatın türbəsindən danışanda sadəcə bunun bir gözəl abidə olduğunu demirdi. Əbubəkr Əcəminin Şərqdəki memarlıq məktəbinin yaradıcısı olduğunu, Möminə Xatın türbəsinin oçağkı Şərq dünyasının bütöv mədəni aləmin ən üstün abidələrindən biri olduğunu qabardırdı. Səttar Bəhlulzadədən danışır, onun böyük rəssam, istedadlı fırça ustası olduğunu təsdiqləyir, amma dərhal əlavə edirdi ki, Avropanın heyran qaldığı, pərəstiş etdiyi Pikasso varsa da, Səttar ondan heç əskik deyil, bu da Azərbaycanın Pikassosudur bəlkə Pikasso Qərbin Səttar Bəhlulzadəsidir. Ya Füzulidən danışanda ondan yalnız bir şair kimi söz açmırdı, onu "mütəfəkkir" adlandırırdı, Şərqin, dünyanın şairi, alimi, filosofu kimi təqdim etmək. Ya "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illik toplantılarını Heydər Əliyev Azərbaycanda keçirdi elə etdi ki, bu yubiley türk dövlətləri başçılarının paytaxtımızda baş tutan zirvə toplantısı ilə eyni vaxta təsadüf etsin. Hətta zirvə toplantısının irəlicədən elan edilmiş vaxtının dəyişdirilməsi zərurəti yarananda təkid etdi ki, Dədə Qorqud bayramı da təxirə salınsın, məhz Türk Zirvəsi ilə eyni günlərə düşsün. Niyə? Məqsəd ondan ibarət idi ki, türk dünyasının bu abidəni özününkü sayan çox xalqları belə hesab etməkdə qalsınlar, amma qardaşlar olsaq da, hamı bilsin ki, mərkəz Azərbaycandır, abidənin əsl yiyəsi bizik. Türk Zirvəsi ilə Dastanın 1300 illiyi təntənələrini eyni vaxta salmaqla bəyan etdiyi bu həqiqəti həm siyasiləşdirdi, türk dövlətləri başçılarını da bu mövqeyə şərik etmiş oldu.

Bu da həmin doğma səsdir, Heydər Əliyevdir mikrofon önündəki Məhəmməd Füzuli haqqında heç bir ədəbiyyatşünas heç vaxt belə danışmayıb. O, Füzulidən məhz bir dövlət xalq rəhbəri, millət qurucusu olaraq danışır: "Biz daim çalışmışıq ki, Azərbaycan xalqını - öz xalqımızı dünya xalqlarına daha da yaxından tanıdıq. Tanıdaq ki, bizim xalqımızın çoxəsrlik, çox zəngin tarixi var, tanıdaq ki, bizim xalqımızın zəngin mədəniyyəti olubdur bizim indiki mədəniyyətimiz əsrlərdən-əsrlərə keçmiş böyük dahilər tərəfindən yaradılmış mədəniyyətimizin, elmimizin, mənəviyyatımızın üzərindədir, o köklərin üstündədir. Tanıdaq ki, bu, dünyada bilinsin, Azərbaycan xalqı daha da yaxından tanınsın. Ona görə Füzuli kimi şəxsiyyəti bir daha dünyaya göstərmək onun qədər böyük alim, mütəfəkkir, filosof, yazıçı olduğunu dünya mədəniyyətinə qədər böyük töhfələr verdiyini, dünya mədəniyyətini, dünya elmini, mənəviyyatını qədər zənginləşdirdiyini nümayiş etdirməklə biz öz xalqımızı başqa xalqlara, dünya birliyinə daha da yaxşı tanıdacağıq. Əvvəllər həmişə biz bunun ehtiyacında olmuşuq. Amma indi bu, bizə xüsusən lazımdır. Çünki biz artıq müstəqil dövlətik. Azərbaycan xalqı öz milli azadlığına nail olubdur bu müstəqilliyimizin möhkəmlənməsi, onun əbədi olması, onun daimi olması üçün biz çalışırıq çalışacağıq. Ona görə bu, bizim üçün böyük bir vasitədir".

Böyük azərbaycanlı Heydər Əliyev ömrü boyu qüdrətli, möhtəşəm Azərbaycan yaratmağın ən ümdə şərtlərindən birinin bütöv millət qurmaqdan ibarət olmasına inandı. Azərbaycanlıların parçalanmış millət olmasının bu xalqın başına hansı faciələr gətirməsini DTK-dan çıxmış, illərcə bu məsələlərlə birbaşa məşğul olmuş şəxs kimi Heydər Əliyev, yəqin, hər kəsdən daha yaxşı bilirdi. İranda, Güney Azərbaycanındakı soydaşlarımızla aramızdakı dəmir pərdə sovet dönəmində bütövləşən, yekdil millət arzusunu xülyaya döndərirdisə, Azərbaycan siyasi mühacirətinin Türkiyədə, Avropa ölkələrində, ABŞ-da məskunlaşmış təmsilçilərinin sovetin nəzərində qatı düşmən kimi qələmə verilməsi hər hansı yaxınlaşma təmasları istisna edirdi. Heydər Əliyev həmin ifrat mühafizəkar əyyamlarda əvvəlcə bu donuaçılmaz hesab edilən buz qatlarını sındırmağa başlamışdı. Söz yox ki, onun Bakıya təşrif gətirməsinə nail olduğu hər köhnə siyasi mühacirin izni Moskvadan alınırdı. Məhz köhnə çekist olması səbəbiylə gəlişlərinə icazə verilməsi üçün Mərkəzə yönələn təqdimatları rədd cavabı ilə qarşılaşmasın deyə necə hazırlamağın texnologiyasını gözəl bilirdi. Yoxsa ki, Azərbaycan Parlamentinin - Məclis-i Məbusanın ən gənc deputatı, Azərbaycan Xalq Cümhuriyyətinin Paris konfransına göndərdiyi dəstədə olmuş Məmməd Məhərrəmov, həmin heyətin daha bir üzvü, Cümhuriyyət dönəmində nəşr edilmiş "Azərbaycan" qəzetinin redaktorlarından biri Ceyhun Hacıbəylinin oğlu Temuçin Hacıbəyli, sovet quruluşu dağılanadək adları qara siyahılarda qalmış, sabiq legionerlərdən olmuş Qədir Süleyman daha neçələri illərin həsrətindən sonra Vətən torpağına qədəm basa bilərdilərmi?

Heydər Əliyev 1990-cı illərdə artıq müstəqil Azərbaycana rəhbərlik edərkən millət quruculuğunun dayaq sütunu saydığı vahidləşən, qovuşub bütövləşən millət ideyasını gerçəkləşdirmək yolunda əsl mücadiləyə başladı. Erməni faşizmi ilə üzbəüz qaldığımız, təzyiqləri sıxıntıları bol illərdə Azərbaycan diasporasını qurmaq, pərakəndə, rabitəsiz, hətta bir-biri ilə yola getməyən soydaşları Azərbaycan amalı ətrafında cəmləmək istiqamətində Heydər Əliyevin yorulmaz səyləri milli şücaət sayılası xidmətdir ki, bu hünərin ali qiymətini insanlarımız gələcəkdə indikindən daha artıq dərk edəcəklər. 1993-cü ildə Heydər Əliyevin böyük qayıdışından Azərbaycan Prezidenti olaraq dünya ölkələrinə ilk səfərlərindən başlanan bu fövqəladə quruculuğun çox səhifələrinin bilavasitə şahidəm. Onun öz qüdrətli şəxsiyyətinin cazibəsi ilə Azərbaycan diasporasını qurmaq naminə 7-8 il ərzində təkbaşına etdikləri siqləti etibarı ilə onillərə sığacaq qədər nəhəng bir zəhmətdir.

O çalışırdı ki, ən əvvəl azərbaycanlılar özlərini tanısınlar, özlərini vahid bir millət olaraq dərk etsinlər. Can atırdı ki, dünyaya səpilmiş soydaşlarımız bu torpağı, bu yurdu, Azərbaycanı tanısınlar. Ona görə ölkə-ölkə gəzirdi hər bir azərbaycanlıya üz tuturdu. "Özünü tanı", "torpağını tanı", "yurdunu tanı" deyirdi. "Torpağını tanı sev!", "Yurdunu tanı sev", "Azərbaycanı tanı sev" deyirdi: "Azərbaycandan kənarda yaşayan azərbaycanlıların ürəkləri gərək daim Azərbaycanın ürəyi ilə vursun. Hər bir kəsin Nəbzi gərək Azərbaycanın nəbzi ilə vursun. İndi azərbaycanlılar artıq bilirlər daha da artıq bilməlidirlər ki, azərbaycanlıların, nəhayət, müstəqil dövləti var - Azərbaycan Respublikası. Azərbaycanlılar üçün ana vətən var. Bu, müqəddəs Azərbaycan torpağıdır. Harada yaşayırsan-yaşa, amma Azərbaycan haqqında düşünməlisən, Azərbaycanın müstəqilliyi haqqında düşünməlisən, Azərbaycanın ərazi bütövlüyü haqqında düşünməlisən, Azərbaycan xalqının bugünü, gələcəyi haqqında düşünməlisən".

Heydər Əliyevin sözündə səsində onun içərisinin bütün böyük gücü cəm olurdu. Ona görə bu səsi eşidənlər, bu sözləri dinləyənlər ona inanırdılar, ona iman gətirirdilər, etibar gətirirdilər, onun ardınca gedirdilər.

Heydər Əliyev dünya boyu səpələnmiş hər bir azərbaycanlıya üz tuturdu, bir ata kimi üz tuturdu, bir öndər kimi müraciət edirdi, "Mən səninliyəm" - "Azərbaycan səninlədir", "Biz sənə hayanıq, arxayıq, dayağıq" deyirdi. Bunları deyirdi ki, dünyanın hər guşəsindəki hər bir azərbaycanlı özünü inamlı, qətiyyətli, güclü hiss eləsin. Amma Heydər Əliyev bunu da söyləyir hər bir azərbaycanlıya əlavə güc verirdi ki, "Biz sənsiz bütöv deyilik", "Azərbaycan sənsiz tam deyil". Heydər Əliyev hər bir azərbaycanlıya üz tutaraq "Biz sənə güvənirik" deyirdi: "Adətən, keçmiş zamanlardan insanlar öz ölkəsindən başqa ölkədə gedib yaşayanda deyirlər ki, onlar qürbətdədirlər. "Qürbət" sözü bir az belə qəmgin sözdür. İnsanlar bəzən qürbətdə olanda vətənin həsrətini çəkirlər. Hər bir xalq, bilirsiniz, tək öz çərçivəsinə qapılıb içində yaşasa, dünyanı görməsə, dünya ilə əlaqəsi olmasa, çox inkişaf edə bilməz. Dünyanın indi həyatı belədir ki, hər bir ölkədən nəsə götürmək olar. Hər bir ölkənin təcrübəsindən nəsə əldə etmək olar. Brüsselə mən bir-iki saat bundan öncə gəlmişəm. İndi gəlib burada azərbaycanlılarla görüşəndə, mən özümü bir az da yaxşı hiss edirəm ki, bizim burada, demək, öz soydaşlarımız var, öz həmvətənlərimiz var. Bunlar burada Azərbaycan haqqında həqiqəti Avropada ayrı-ayrı ölkələrdə yaymağa qadirdirlər. Ona görə sizin hər birinizin burada Azərbaycanın xeyrinə, Azərbaycanın müstəqilliyinin, Azərbaycanın bugünkü həyatının gələcəyinin naminə gördüyünüz kiçik, ya böyük Azərbaycan üçün qiymətlidir".

Azərbaycan diasporasını qurmaq ona görə çox çətin idi ki, bu qədər müxtəlif düşüncəli, müxtəlif yaşlı, müxtəlif nəsilləri təmsil edən insanları yaxınlaşdırmaq üçün təkcə Azərbaycan ideyası yetərli deyildi. Ardınca qoşulası qüdrətli öndər lazım idi Heydər Əliyevin bəlkə bu millətə ən böyük hədiyyəsi öz varlığıyla millətin böyük lideri surətini hər kəsin hafizəsinə həkk edə bilməsi oldu. Dünya boyunca millət, çağırışına cavab verməyə layiq olan öndərin varlığını duydu, böyüklüyünü dərk etdi onun ardınca getməyə qərar verdi. Heydər Əliyev dünyanın ən müxtəlif ölkələrində olan azərbaycanlılara üz tutanda onların hamısını Azərbaycana çağırmırdı. Yəni gəlin, öz yurdunuzdur, öz torpağınızdır, öz millətinizdir, onunla bir yerdə olun deməyinə deyirdi, amma bunu da söyləyirdi ki, qaldığınız, yaşadığınız, həyatınızı qurduğunuz ölkələrdə irəliləyin, möhkəmlənin, fəqət başqa millətlərin içərisində əriyib itməyin, azərbaycanlılığınızı hifz edin, öz milli qürurunuzu qoruyun, azərbaycanlı olaraq qalın: "Bizim üçün mühüm tarixi amil var: azərbaycançılıq. Bizim millətimizin azərbaycanlı kimi böyük, qədim tarixi var. Bizim, bəli, əcdadlarımız hamısı türkdillidir. Ancaq türkdilli xalqlar sonra şaxələşiblər, hərəsi bir millətə çevriliblər. Biz millət kimi bir kökdənik, dil kimi bir kökdənik. Amma əsrlər boyu hər birimiz bir budaq, bir şaxə kimi inkişaf etmişik. Özümüzün adımız var - Azərbaycan. Özümüzün dilimiz var - Azərbaycan dili".

Orta əsrlərdə babalar qalalar ucaldırdı. Qalalar, hasarlar, bürclər tikdirirdilər ki, yurdu, xalqı yadellilərdən, düşmənlərdən mühafizə etsinlər. XX yüzilliyin son çərəyində XXI əsrin başlanğıcında böyük azərbaycanlı böyük azərbaycançı Heydər Əliyevin ali məqsədi məramı sarsılmaz Azərbaycan qalası qurmaq idi. Elə bir qala ki, Azərbaycanı da, xalqı da yad nəfəslərdən, riyakar həmlələrdən hifz edə bilsin. Heydər Əliyev dərin siyasətçi idi. Anlayırdı ki, tarix səhnəsində bu gün Azərbaycan hansı məkrli düşmənlə üzbəüzdür. O yaxşı bilirdi ki, Azərbaycanın qarşı-qarşıya dayandığı diaspora - erməni lobbisi hansı imkanlara malikdir. Bunun qarşısına isə yalnız Azərbaycan qalası ilə çıxmaq mümkündür. Heydər Əliyev bunu hələ çox uzaq onillərdən, özünün DTK çağlarından bilirdi ona görə tədbirləri o vaxtlardan tökmüşdü. Hələ sovet dönəmində Xarici Ölkələrlə Dostluq Mədəni Əlaqələr Cəmiyyətinin imkanlarından bu baxımdan çox yararlanırdı. "Cəmiyyət" bir körpüyə dönərək dünyanın dörd bucağına səpilmiş azərbaycanlılarla Azərbaycan arasında bağlantılar yaradırdı. Artıq müstəqillik dönəmində Heydər Əliyev bu işi daha geniş miqyasda həyata keçirməyə başladı. Əvvəlcə özü dünyanı qarış-qarış gəzdi, Azərbaycan icmasının təmsilçiləri ilə görüşdü, onları öz ətrafında toplayaraq sabahkı böyük niyyətlərə köklədi. Ardıncasa xəyala belə sığmayan növbəti addımını atdı. Azərbaycanda bir röya, əfsanə sayılacaq arzunu gerçəkləşdirdi. Ən müxtəlif ölkələrə səpilmiş azərbaycanlıları Bakıya çağırdı. Dünya azərbaycanlılarının ilk qurultayını keçirdi. Bu, Heydər Əliyevin qurmaq istədiyi böyük Azərbaycan qalasının ilk ən həlledici özülü idi. Bunun ardınca xaricdə yaşayan soydaşlarla daimi əlaqə saxlayacaq ayrıca komitə təsis etdi.

2001-ci ilin 9 noyabrı idi, millət tarixinin cahanşümul hadisəsi cərəyan edirdi, dünya azərbaycanlılarının ilk qurultayı başlanmışdı Heydər Əliyev millətinə yeni zamanın qoynunda salamat rifah içərisində yaşamanın yollarını göstərirdi, azərbaycançılığın düsturunu anladırdı: "İndi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxmışdır.

Bizim hamımızı - azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, bizim xalqa məxsus olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi var. Gərək insanlar, - mən azərbaycanlılar haqqında danışıram, - yaşadıqları ölkədə, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, öz milli köklərinə sadiq olsunlar".

Heydər Əliyev ömrü boyu çalışdı ki, ölkəsinin sərhədləri keçilməz, toxunulmaz olsun. Amma Heydər Əliyevin ən böyük arzusu idi ki, milləti sərhədsiz olsun. Millətinin sıra nəfərləri arasında sınırlar, çəpərlər olmasın. Onlar bir-birinə əl uzatsınlar, simsar olsunlar, qaynayıb-qarışsınlar. Bu arzusuna yetmək üçün Heydər Əliyev ən möhkəm təməllər yaratdı, o təməllər üzərində millətimiz ucalır, o təməllər üzərində dünya azərbaycanlıları yüksəlir. həmin təməllər üzərində ucalan dünya azərbaycanlılarının - millətimizin Heydər Əliyevin o böyük arzusunu həyata keçirmək, ən parlaq bir gerçəyə çevirmək vəfa borcudur.

...1970-80-ci illərin Heydər Əliyevli fotolarına baxıram. Hansısa müəssisədə, hansısa rayondakı bir kolxoz tarlasında, hansısa mühüm toplantıda, hansısa görüşdə yaxınlığında yeniyetmə, gənc İlham Əliyev görünməkdədir. Əlbəttə, uzaqgörən Heydər Əliyev İlhamını ora gəzməyə, istirahətə aparmırdı. Aparırdı ki, eşitsin, görsün, tanısın, bütün bunlar asta-asta beyninə həkk olunsun. bu, həm yalnız sadəcə övlad tərbiyə etmək deyildi, Heydər Əliyevin cövhərindəki millət quruculuğu keyfiyyətinin daha bir ifadəsi idi. Ömrü boyu gördüyü bütün işlərində nizam, planlılıq, sabahı nəzərəalma olduğu kimi, elə bu hərəkətləri gələcəyi düşünmənin təsdiqidir. İlham Əliyevin atası ilə bərabər Azərbaycan boyu müxtəlif tədbirlərdə bir kənarda dayandığı şəkillərinin əksərində o hələ məktəblidir, sabah hansı ali məktəbə üz tutacaq, hansı ixtisası seçəcək, - hələ açıq sualdır. Ancaq o, Heydər Əliyevin oğlu idi, Əziz Əliyevin nəvəsi idi dövlət işinə bağlılıq artıq qanında olduğundan istisna deyildi ki, gələcəkdə elə bu yolu da tutub gedə bilər. Məhz belə oldu ki, ali təhsil almaq seçimi yetişəndə həmin çağlarda yalnız SSRİ- deyil, nüfuzu çəkisi ilə dünyada tanınan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun üzərində dayandı - yəni səmt dövlətçilik sarıya idi.

1990-cı illərdə, Heydər Əliyevin artıq müstəqil Azərbaycana başçılıq etdiyi, yaşı 70-i adlayan çağlarında 2000-ci illərin əvvəllərində asta-asta səhhət böhranları ilə üzləşdiyi dövrdə artıq yetişmiş İlham Əliyev fotolarda xronikalarda yenə atasının yanındadır. Bu dövrdə, olsun ki, artıq Heydər Əliyev oğlunun Azərbaycan dövlətçiliyinin gələcəyindəki yeri ilə bağlı daha dəqiq müəyyənləşmiş düşüncələrə malik idi buna uyğun birbaşa, ya dolayısı ilə dərslərini verir, tövsiyələrini edirmiş. Ancaq 1970-ci illərdə dövr başqa dövr idi, Heydər Əliyev cavan idi, hansısa varisyetişdirmə hissləri , hələ çətin ki, fikirdən, ürəkdən keçəydi. Ancaq Azərbaycan quruculuğu bütün yönləri ilə artıq düşüncəsinin, fəaliyyətlərinin tərzinə çevrilmiş Heydər Əliyev elə o vaxtlardan hər halda xalqın, respublikanın gələcəyi üçün daha bir fayda verə biləcək cavanı öz təcrübələrini ötürməklə yetişdirmək səmtində işini başlayıbmış. Bəlkə bu, təhtəlşüur baş verirdi. Ancaq sövqi-təbii edilən belə hərəkətlərin ardında həmişə beyninin bizimlə məsləhətləşmədən öz işini görməsi var. Bizə elə gəlir ki, hər şey təsadüfən baş verir. Əslində isə içərimizdəki kompüter fasiləsiz öz təhlillərini aparır, nəyin necə edilməli olduğunu nəzərə alaraq hansı addımların atılması qərarını verir.

Heydər Əliyevdən sonra Azərbaycan rəhbərliyinə İlham Əliyev gəldi nələrə qadir oldu, artıq hər bir azərbaycanlıya da, dünyaya da aşkardır. Elə hünərlər göstərdi, Azərbaycanın tarixində qalacaq elə böyük zəfərlərə imza atdı ki, onların qarşısında Heydər Əliyevin özü baş əyərdi. 2 yaşına yetişəndən sonra, XX əsrin əvvəlində olan sayaq, təzədən qırıla biləcək istiqlalımızı, bərpa edilmiş dövlət müstəqilliyimizi 12 yaşına çatdırmaq Heydər Əliyevin xidməti idisə, bu müstəqilliyi bitməz ömrünün dördüncü onilinə yetirmək hünəri İlham Əliyevindir.

Mahiyyətcə elə bu fenomen Heydər Əliyevin daha bir əsəri, millət dövlət quruculuğu yolundakı çalışmalarının daha bir bəhrəsidir.

İlham Əliyev kimdir nəyə qadirmiş, bunu indi biz yaşanmış tarixin təcrübəsi əsasında bilir, təsdiqləyirik. Heydər Əliyevsə bütün bunları daha əvvəldən görürmüş ki, "İlhama özüm qədər inanıram, o, mənim tamamlaya bilmədiyim işləri başa çatdıracaqdır" söyləmişdi. Özünə bərabər bir öndəri yetişdirib Vətənə təhvil vermək onun millət quruculuğuna bəxş etdiyi son böyük töhfəsi idi. Yadigarının onun bütün niyyət ümidləri doğruldacağına irəlicədən əminmiş. Çünki qurub-yaratdıqlarının hamısından ötrü cavabdehlik duyğusu ona həmişə xas idi, həmin cavabdehlik isə onu daim səfərbər edirdi ki, bu yoldakı hər əməlini məhəbbət məsuliyyət müşayiət etsin.

Həmin şövq məsuliyyətlə tək oğlunu millətə layiqli başçı olmaqçün yetişdirdi. Özü bu yolu keçmişdi. Bilirdi bu yol şərəfli olduğu qədər necə məşəqqətlidir. İxtiyar çağlarında "Mən ömrümün qalan hissəsini xalqıma qurban edirəm" demişdi. Anlayırdı ki, ömrün çoxu gedib, lap azı qalıb. Hər sözün çəkisini, yükünü duyan o aqil belə söyləyirdisə, gərək onun sözünün təkinə enəsən, hikməti kəlmənin dibində arayasan. Ömrünün qalan hissəsi əslində oğlu idi Heydər Əliyev onu milləti, yurdu üçün ərməğan verirdi!

Köhnə fotoların şahidliyi böyük uçuşlara hazırlıq yolunun uzunluğunun azı 30 il sürdüyünü pıçıldayır. Qan, əsil-kök, fitrətən nəsib olmuş istedad qabiliyyətlər öz yerində, amma belə iri müddət ərzində Heydər Əliyev kimi Ustadın Məktəbini keçməyin, Şagirdi olmağın məntiqi elə İlham Əliyev kimi misilsiz Bəhrə doğurmamalı idimi?!

 

8 sentyabr 2023

 

Rafael HÜSEYNOV

525-ci qəzet. – 2023. – 13 sentyabr. S. 10-11.