"Arnolfini cütlüyünün portreti"

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ülviyyə Məmmədovadır. Onunla məşhur rəssam Yan Van Eykin "Arnolfini cütlüyünün portreti" əsəri haqqında danışmışıq.

Yan van Eyk Niderland intibah dövrünün görkəmli novator rəssamı, portret ustası, dini mövzuda işlənmiş 100-dən artıq əsərin müəllifidir. Rəssamın doğum tarixi həyatının ilkin illəri ilə bağlı dəqiq məlumat yoxdur. Eykin Lumburg bölgəsinin Maaseyk şəhərində doğulduğu, sənətçinin Eyk adını məhz Maaseyk şəhərinin son hecasından götürdüyü ehtimal olunur.

O, on beşinci əsrdə öz kətanlarını imzalayan yeganə niderlandlı rəssam idi. Yağlı boya texnikası Yan van Eyk sayəsində geniş yayılmışdı. O, çoxlu sayda ikonoqrafik elementləri özündə birləşdirir, tez-tez mənəvi maddi dünyanın birgə mövcudluğu kimi gördüklərini təsvir edirdi.

- Ülviyyə xanım, bu əsər haqqında danışarkən çox işlədilən ifadələrdən biri rəsmdə mübahisəli mövzuların olmasıdır. Bu mübahisələrin əsas predmeti nədir?

- Eykin bir-birindən möhtəşəm sənət inciləri var ki, "Arnolfi cütlüyü" onlardan biridir. Bu rəsm incəsənət tarixindəki ən mübahisəli sənət əsərlərindən hesab olunur. Tabloda məhz kimin təsvir olunması haqda olan çoxsaylı mübahisələr günümüzə qədər davam edir. Daha çox səslənən variant isə rəsmdə gördüyümüz cütlüyün Covanin di Nikolao Annolfin onun həyat yoldaşı Covanin Senoni olmasıdır.

Təxminən, 1434-cü ilə aid olan bu rəsm əsəri iki varlı ailənin üzvləri olan cütlüyün qanuni yolla birləşməsini əks etdirir. On beşinci əsrdə qanuni nikahla cütlüyün birləşməsi üçün keşiş ya şahidlərin iştirakına ehtiyac yox idi.

- Əsərin rəng həlli barədə deyə bilərsiniz?

- Əsərdə əsasən tünd rənglərdən istifadə olunub. İsti rənglərlə bərabər, soyuq rənglərdən istifadə olunması öz növbəsində əsərə fərqli ab-hava, dolğunluq, maraq qatıb.

- Bəs əsərin kompozisiyası necədir?

- Kompozisiya olduqca dinamik xarakter daşıyır. İstər ikonoqrafiyası, istərsə həndəsi perspektivliyi ilə göz oxşayan bu əsəri incələmək olduqca zövqlüdür. Rəsmdə Arnolfini cütlüyünü mərkəzdə görürük. Kətan üzərində yağlı boya ilə təsvir olunan bu əsər  82,2 sm x 60 sm ölçüyə malikdir. Tabloda eyni zamanda natürmort janrının elementlərini görmək mümkündür. Təsvirdə verilən portağallar buna bariz nümunədir.  O dövrdə portağal yalnız varlı ailələrin süfrəsində olurdu. Cütlüyün imkanlı ailənin üzvü olduğunu eyni zamanda xanımın əynindəki pelison adlanan libas, kişi personajın isə xəzlə örtülmüş geyimdə təsvir olunmasından görə bilərik.

Sadəcə bu deyil, əsərdə xeyli sayda simvolik nümunələrə rast gəlirik. Məsələn, başmaq kimi detallar aydın şəkildə gözə çarpır. İtin təsvirdə yer alması sədaqət rəmzidir.

- Tablo hazırda harada saxlanılır?

- Bu mükəmməl əsər London milli qalereyasında saxlanılır.

- Sizcə, bu rəsm bizə deyir?

- Əsər dövrün zadəgan cütlüyünün həm bir-birinə olan sevgisindən, həmçinin yüksək təbəqənin nümayəndələrinin evliliyindən bəhs edir. Qeyd edim ki, qoşa portret nümunəsi olan bu əsər Yan van Eykin məşhur işlərindən biridir.

İkonoqrafiya əsərə xüsusi şəkildə daxil edilib. Ümumiyyətlə, rəssam müasir inancları mənəvi idealları göstərmək üçün zəngin mürəkkəb ikonoqrafik elementlərdən istifadə edirdi. Arxa tərəfdə olan güzgü, cütlüyün əllərinin yuxarıya doğru qaldırması s. buna nümunə ola bilər. Demək olar ki, rəsmin hər küncündə xristianlığa dair elementləri görmək olar. Bu da öz növbəsində bu rəsm əsərinin birbaşa dinlə əlaqəsi olduğunu göstərir.

 

Aytac SAHƏD

525-ci qəzet. – 2023. – 13 sentyabr. S. 12.