"Əziz dost" haqqında söz

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Sonradan SSRİ xalqlarının yazıçılarının tərcümə olunmuş əsərləri ilə tanışlıq başlandı. Daha sonra isə rus dili vasitəsilə rus ədəbiyyatı ilə daha yaxından tanışlıq dünya ədəbiyyatı incilərindən faydalanmaq anları başladı. İlk dəfə məktəb illərində rus dilində oxuduğum kitab italyan yazıçısı Alberto Moravianın "Çoçara" romanı olmuşdu, onu mənə oxumağa, Gəncədən olan bir nəcib ziyalı oğlan kolxozda zootexnik işləyən vaxt vermişdi. Sonralar isə tarix, coğrafiya, etnoqrafiya, fəlsəfə, hüquq elmlərinə dair əsərlər ön plana keçdi.

SSRİ- totalitarizm təkcə möhkəm dövlət quruluşu formasını müəyyən etmirdi, burada vahid ideya, vahid partiyanın olması bəsit demokratiyanın tam məhdudlaşdırılması ilə yanaşı, qeyri-iradi, bir mərkəzdən idarə olunan totalitar şüur da formalaşdırılırdı. Mən heç ideya təbliğatına toxunmaq istəmirəm. Elə bil, mütaliə obyekti , bütün o geniş ərazidəki ölkədə kiminsə sehrli çubuğu ilə idarə olunurdu. Hamı, əsasən bir qaydada olan paltar geyindiyi tək, elə bil şüurlara, mütaliə zövqlərinə oxşar uniforma təlqin olunurdu. 50-ci illərdə Moskvanın ölkənin digər rusdilli oxucuları Erix Mariya Remark ilə xəstələnmişdi, 60-cı illərdə ön cərgəyə Ernest Heminquey çıxdı, 60-cı illərin ikinci yarısında isə hamı, əslində əksəriyyət müharibə haqqında ədəbiyyatı, sərkərdələrin elə maraqlı olmayan memuarlarını oxumağa girişdi. 70-ci illərdə çoxu Rəsul Həmzətova, sonralar isə Çingiz Aytmatova vuruldu. Bir müddət Yuri Trifonov özünün məişət povestləri, Valentin Rasputin Viktor Astafyev isə kənd povestləri ilə məşhurlaşdı. Nəhayət, 90-cı illərin əvvəllərində hamı Anatoli Rıbakovun "Arbat uşaqları"nı mütaliə etməyə başladı. Azərbaycanda isə mütaliə modası daha ləng dəyişirdi, burada ümumən kitaba bəslənən zövq o qədər kübarlılığı ilə seçilmirdi. Ona görə aşağı səviyyəli, bəzən heç bir bədii dəyəri olmayan kitablar ümumi oxucu kütləsi dünyasının ən parlaq cazibədar ulduzuna çevrilirdi. Məsələn, 60-cı illərdə "Qara Volqa" adlı primitiv detektiv povest hamı tərəfindən oxunurdu kütləvi oxucu üçün ən populyar əsər hesab olunurdu. Sonralar da bu ənənə tayfa təbliğatı hesabına daha geniş davam etdirildi.

Şəxsi müşahidələrim heç kütləvi oxucunun yüksək zövqündən xəbər vermir. Azərbaycan oxucusu 50-ci illərdə amerikan yazıçısı Teodor Drayzerin bir-birinin ardınca tərcümə edilib. Çap olunan "Kerri bacı", "Cenni Herhard", "Dahi", "Amerika faciəsi" romanlarını böyük iştaha ilə həzm edirdi hamı güman edirdi ki, amerikan ədəbiyyatı məhz bu müəlliflə başlayır onunla qutarır. Sonra hind kinofilmlərinin melodramatik süjetlərinin təsiri altında hind ədəbiyyatına maraq yarandı, Rabindranat Taqorun Şərq fəlsəfəsindən faydalanmış əsərləri ilə yanaşı, Xoca Həməd Abbas digər müəlliflərin o qədər güclü olmayan əsərləri geniş mütaliə obyektinə çevrildi. 50-ci illərin sonunda kütləvi Azərbaycan oxucusunun "Baskervillərin iti" əsəri ilə ilk dəfə Konan Doylla, əəm ümumən, detektiv ədəbiyyatla tanışlığı başladı. Çünki bu oxucu janrın ilk banisi Edqar Allan Podan uzaq olduğu kimi, onun digər davamçıları Aqata Kristini daha müasir Jorj Simenonu da tanımırdı. Lakin bu oxucu doğma yazıçısı Məmməd Səid Ordubadinin əksər tarixi romanlarında bu janrın elementlərini nəinki hiss etmişdi, hətta bu janrın üslubuna tam yaxın olan "Dumanlı Təbriz"ini məhz inqilabi roman kimi qəbul etmişdi. Axı tanış olmayan meyvədə tanıdığımız meyvələrin tamını axtarırıq. Biz adətən ananas, papayya, avakado digər tropik meyvələri öz meyvələrimizin dadı ətri ilə müqayisə edirik.

Sonralar isə İkinci Dünya müharibəsi tarixinin birtərəfli, primitiv səviyyədə, kütləvi öyrənilməsi başlandı. Buna start verən general Ştemenkonun Baş Qərargahın müharibə dövründəki fəaliyyətinə həsr olunan kitabı oldu əslində, bu, "buzun əriməsi", "mülayimləşmə" dövründə şəxsiyyətə pərəstişin ciddi damğalanması ilə əlaqədar xidmətləri bütünlüklə inkar edilən Stalinin fəaliyyətinin tarixi bədii əsərlərdə reabilitasiyası tonqalını alovlandırmağa səbəb olan ilk kibrit çöpü rolunu oynadı. Hamı aviasiya konstruktoru Yakovlevin, hərbi dövlət xadimlərinin Stalinlə bağlı müşahidələrini əzbərləməyə cəhd edirdi. Hətta Tehran konfransında tərcüməçilik etmiş Berejkovun adi primitiv misallarla Stalinin xidmətlərini mədh edən detallar, marşal G.K.Jukov tərəfindən ilk dəfə açılan sirr - Stalinin doğma oğlunun almanlara əsir düşməsi onun acı aqibəti barədə hekayətlər bir neçə illər ərzində məclislərdə ən çox misal çəkilən ibrətamiz pritçalara çevrilmişdi. Bu hərbi xadimin "Xatirələr düşüncələr" əsəri istisna olmaqla, digər hərbi xadimlərin aşağı səviyyəli memuarları bir-birinin ardınca yağışdan sonrakı göbələk kimi çoxalmağa başladı. Sonralar V.M.Molotovun bu əsər haqqındakı mənfi rəyi ilə tanış oldum. Bu əsərlərdə hər kiçik təpənin yaşayış məntəqəsinin alınması barədə bütün hərbi hazırlıqlar hərəkət təsvir olunurdu, yorucu, maraqsız detallarla dolu səhnələr verilirdi. Lakin çoxları bu əzici dövrədən çıxa bilmirdi zəif memuarları, ağıl ruh üçün heç verməyən bu kitabları oxumaq üstündə elə bil ki, elan olunmamış bir müsabiqə gedirdi.

50-ci illərin sonu, 60-cı illərin əvvəllərində Azərbaycan oxucusunun uzun fasilədən sonra türk ədəbiyyatı ilə, Rəşad Nuri Güntəkinin ən uğurlu "Çalıquşu" romanı ilə start götürən tanışlığı başlandı. Bu əsərin şairanə dili böyük fasilədən sonra yerli oxucu üçün bir tapıntı idi. Çox təəssüf ki, tərcümələrin keyfiyyətinin aşağı olması, orijinalın yüksək bədii xüsusiyyətlərini ifadə edə bilməməsinin nəticəsidir ki, A.Düma-ata istisna olmaqla, klassik Qərb rus ədəbiyyatının geniş oxucu kütləsi arasında yayılması, onların maraq dairəsinə cəlb edilməsi üçün elə bir əsaslı görülməmişdi oxucu klassikaya olan bu təşnəsini yalnız rus dilində mütaliə etməklə söndürə bilirdi. Ona görə kütləvi oxucunun maraq dairəsi heç düzgün tərbiyə olunmurdu, çox vaxt zövqləri korlayan, onları primitivləşdirən əsərlərə geniş yer verilirdi. Bədnam kitab ticarəti öz fəaliyyətini bu zövqlərin korlanması prinsipində qurmaqla, məhz primitiv mütaliəçi kütləsi formalaşdırmaqdan maddi fayda götürürdü. Kitabxanalarımızda isə işçilər arasında həqiqi kitab vurğunları olduqca azdır, onlar elə bil ki, içərisində məhz hansı qiymətli daş-qaşların, ləl-cəvahiratın saxlanmasından xəbəri olmayan xəzinə gözətçilərinə bənzəyirlər. Çox vaxt onlar qızılla misi, yaxud tuncu bir-birindən ayırmağı bacarmırlar. Nəşriyyatlarda, tərcümə ilə məşğul olan idarələrdə cahilliyin baş alıb getməsi Azərbaycan oxucusunun dünya ədəbiyyatı incilərindən xeyli müddət uzaqda qalmasına səbəb olmuşdu. Sovet xalqları ədəbiyyatının qiymətli əsərləri əvəzinə, ideoloji cəhətdən yararlı olan, aşağı səviyyəli əsərlər tərcümə olunub çap edilirdi. Bəzən tərcümənin keyfiyyəti əsərin bütün dünya tərəfindən qəbul edilən dəyərinə uyğun gəlmirdi. əlbəttə, istisnalar da yox deyildi, mən qazax Muxtar Auezovun "Abay"ını, latış Vilis Latsisin 30-cu illər Latviyasının həyatından bəhs edən maraqlı romanlarını, sonralar isə gürcü Nodar Dumbadzenin məşhur povestlərini nəzərdə tuturam.

Kitab çapında senzuranın götürülməsi, nəşriyyatların bir qədər liberallaşdırılması vəziyyəti düzəltmək əvəzinə, daha da ağırlaşdırdı, bulvar ədəbiyyatının təbliğatı başlandı. Həqiqətən böyük şəxsiyyətin hamıya məlum olan tarixi xidmətləri   qiymətli keyfiyyətləri, universalidarəetmə üslubu, ölkəni anarxiya meylindən uzaqlaşdırması, dövlət çevrilişinin qarşısını alması hərbi müxalifəti ləğv etməsi kimi nəhəng işlərin təsviri əsalandırılması əvəzinə, bayağı, primitiv düşüncənin məhsulu olan cılız səviyyəli yazılara geniş meydan açıldı. Belə bir şəraitdə, həm oxucu dünyagörüşünün formalaşması kimi məsul vacib bir işin, əlbəttə ki, ümumbəşəri dəyərləri vəsf edən kitablar tərəfindən deyil, aşağı zövqləri, iyrənc ehtirasları təbliğ edən tərcümə kitablarının üzərinə düşməsinə, onların əlinə keçməsinə səbəb oldu.

Kitab aləminə göstərilən qayğı, ona verilən qiymət əhəmiyyət cəmiyyətin formalaşmasına, onun üzvlərinin şüurunun, bilik səviyyəsinin inkişafına xidmət edir. Burada biganə, laqeyd münasibət cəmiyyətin şüurunun saflaşmasına zənginləşməsinə mane olan amilə çevrilməklə bitib qurtarmır, cəmiyyətin mənəvi əsaslarının pozulmasını, aşılanmasını sürətləndirir.

Bəşəriyyətin ən böyük mütəfəkkirləri, müdrik zəka sahibləri kitab haqqında öz fikirlərini söyləmiş, bu mədəniyyət bilik vasitəsinin böyük əhəmiyyət kəsb etdiyini dəfələrlə qeyd etmiş, biliklərə yiyələnməkdə, dünyanı dərk etməkdə, varlığa hakim olmaqda bu bilik mənbəyinin qiymətsiz bir vasitə olduğunu göstərmişlər. Böyük ingilis şairi publisisti, XVII əsrdə yaşamış Con Milton özünün məşhur "Aeropakitika" əsərində yazırdı ki, yaxşı kitab yaradıcı ruhun qiymətli dirilik şirəsi olub, gələcək nəsillər üçün saxlanılır. Onun fikrincə, kitabı cansız şey hesab etmək olmaz. Kitabda onu yaradan dahinin qabiliyyətini, onu layiq olduğu dərəcədə aşkar edən həyat qüvvələri gizlənmişdir. Bundan əlavə, kitabda onu qidalandıran canlı intellektin təmiz tünd məhlulu vardır. Medeyanın atası Kolxidada torpağa əjdaha dişlərini səpdiyindən, bu toxumdan torpaqdan yaraqlı əsgərlər çıxırdı arqonavtların başçısı Yason bunun şahidi olmuşdu. Kitab da məhz belə həyatverici məhsuldar bir qüvvəyə malikdir.

Kitab haqqında rəy söyləyərkən olduqca ehtiyatlı olmaq lazımdır. Çünki kitabı öldürmək adamı öldürmək kimi bir şeydir. Adamı öldürən ağıllı məxluqu, allanın təcəssümünü məhv edir. Kitabı məhv edən isə ağılın özünü öldürür, ilahi obrazın işığını söndürür. Çin imperatoru Şi Xuan-di m.ə. III əsrin sonunda Konfutsinin əsərlərini yandırtdırdı. Xristianlar ilk dövrlərdə bütpərəstliklə mübarizə adı altında qədim Roma ədəbiyyatını fəlsəfəsini yasaq edirdi. Almaniyada faşistlər böyük mütəffəkirlərin əsərlərini tonqallarda yandırırdı. Sovet cəmiyyətində isə ideologiyaya uyğun gəlməyən, ona xidmət etməyən kitablar qadağan edilirdi.

Kitablar həm bütöv xalqların xarakterlərinin yumşaldılması, onların qəddar təbiətlərinin mülayimləşdirilməsi üçün istifadə edilmişdir. Sparta qanunlarının yaradıcısı Likurq İoniyadan Homerin əsərlərinin ayrı-ayrı parçalarını öz vətəninə bu məqsəd üçün gətirmiş, Krit adasından olan şair Falesi doğma ölkəsinə göndərmişdi. Axı spartalılar Lakoniya zərb məsəllərindən başqa heç nəyə malik deyildilər özlərini yalnız hərbi hazırlığa həsr edirdilər. Qədim romalılar da uzun müddət kobud hərb sənətinə üstünlük verirdilər bu cəhətdən lakedemoniyalılara bənzəyirdilər. Lakin sonralar romalılar ədəbiyyata, ümumən, mədəniyyətə xüsusi fikir verməyə başladılar. Kitaba ehtiramı ilk dəfə Romuldan sonra Romada ikinci çarlıq edən Numa Pompili başlamışdı, o, vəsiyyət etmişdi ki, onu, kitabları ilə birlikdə dəfn etsinlər.

 

   (Ardı var)

 

Telman ORUCOV

525-ci qəzet. – 2023. – 13 sentyabr. S. 14.