Kəlbəcərə gedən
yol
Nəsib NƏBİOĞLU
Bu azadlıq kəlməsi dərdlərimə əlacdı,
Arzularım qəlbimdə çiçək
açdı, gül açdı,
Murovun zirvəsindən Dəlidağa
yol açdı,
Hünər, qeyrət yoludur
Kəlbəcərə gedən
yol!
İndən belə bilirəm,
düşmən çıxmaz
önümə,
Mərd
oğullar səs verdi harayıma,
ünümə,
Ey dünyanı yaradan, çox şükür bu günümə,
Vallah, heyrət yoludur Kəlbəcərə gedən
yol!
Yollar bağlı olanda gəlib keçə bilmədim,
Kəlbəcərin suyundan gedib içə bilmədim,
Xəyalımda yollandım, özüm
köçə bilmədim,
Bir az həsrət
yoludur Kəlbəcərə
gedən yol!
Bu yolun əzəməti düşmənləri qorxudur,
Düşmənlərin gözünə
batan şəhid oxudur,
Bu yollar başdan-başa əfsanədir, yuxudur,
Elə cənnət yoludur Kəlbəcərə gedən
yol!
Ruhumuz pərvazlanır Tutğun,
Tərtər boyunca,
Rüsxət elə İlahi,
baxım gözüm doyunca,
Zirvələrdən keçirik eşqimizin dalınca,
Saf məhəbbət yoludur Kəlbəcərə gedən
yol!
Sıldırım qayaları basacağam
bağrıma,
Bu yerlər məlhəmimdi,
əlaç edər ağrıma,
Dözümlü ol ürəyim,
indən belə ağrıma,
Bir cəsarət yoludur Kəlbəcərə gedən
yol!
Şəhidlərin qanı var torpağında, daşında,
Sevinc damla-damladır gözlərimin
yaşında,
Bayrağım dalğalanır zirvələrin
başında,
Hünər, şöhrət yoludur
Kəlbəcərə gedən
yol!
Kəlbəcər, iyul 2023
Əbədi olsun
Bəs niyə bağrına basmırsan məni,
Kəndim, incimisən, küsmüsən
yaman.
Sən ki əl çəkmədin
yuxularımdan,
Mən sənə
yaxınam, sənin doğmanam.
Hər gecə, hər gecə yuxularımda,
Otuz il yol gəlir ağlar dəlisi.
Mənim
eşqim də sən, məhəbbətim
də,
Adıma deyirlər dağlar dəlisi.
Dağından, daşından doğmalıq
yağır,
Duyuram otundan, çiçəklərindən.
Qəlbimə rahatlıq hopur,
ay Allah,
Dağların mehindən, küləklərindən.
Dağılmış hasarlar, qınama məni.
Qınama, dərd gələr dərdimin üstə.
Gəlmişəm barışaq, bu
ayrılıqdan,
Məndən sevda istə, məhəbbət istə.
Sən mənim ən həzin nəğməm olmusan,
Ta qəriblik yağmır gözümdən mənim.
Əbədi girmisən qəlbimə
mənim,
Nur, işıq
yağacaq sözümdən
mənim.
Qara torpağına sığal
çəkərəm,
Bu yerlər qəlbimin
məbədi olsun.
Ayrılıq bitməsin bir də yolumda,
Bizim görüşümüz
əbədi olsun.
"Kəlbəcər"
deyir
Bu yerdə inciyən, küsən çiçək
də,
Bir zaman gördüyüm nazlı mələk də,
Köksümün altında yanan ürək də
Bu səhər "Kəlbəcər,
Kəlbəcər" deyir.
Haqqı
var qınasın min kərə məni,
Çaylar öz dilində
dindirə məni,
Səsləyir hər zirvə,
hər dərə məni,
Bu səhər "Kəlbəcər,
Kəlbəcər" deyir.
Arı nəğmə deyir çiçək eşqinə,
Anlayan bilirmi onun eşqi nə?
Bu səhər xoşbəxtlik
düşüb püşkünə,
Bu səhər "Kəlbəcər,
Kəlbəcər" deyir.
Qoz ağacı
Kəlbəcərə, kəndimizə getdim.
Xarabalığa dönmüş evimizin
içində,
vaxtilə mənim
çarpayımın dayandığı
yerdə bir qoz ağacı bitib.
Salam, qoz ağacı, xoş gördük səni,
Səni
kim gətirib
bu evə sarı?
Sənə həmdəm olub
sığınıb necə,
Bu evin dağılmış
uçuq hasarı.
Salam qoz ağacı, necə bitmisən,
Haradan gətirib
küləklər səni?
Nə deyim, bəlkə də xaraba yurda,
Gətirib arzular, istəklər səni.
Duruşun qəhərli dəydi
gözümə,
Səni gördüm, könlüm
tari-mar oldu.
Bağlandı bu evə yolum nahaqdan,
Yediyim-içdiyim zəhrimar oldu.
Bu evin dərdini deyəni yoxdur,
Bu evin öləni, itəni çoxdur,
Bildin ki, qürbətdə itib-batmışam,
Bildin ki, bu evin yiyəsi
yoxdur.
İnsan
hənirtisi çəkilib
ərşə,
Bizim başımıza nə açıb fələk!
Dərdimin üstünə dərd
artırırsan,
İndi mən səninlə dərdləşəm gərək.
Nə zaman gəlmisən, necə gəlmisən,
Xəbərsiz gəlməklə xətrimə
dəydin.
Sənin
nə işin var mənim evimdə,
Həyətdə bitəydin, çöldə
bitəydin.
Ana yox, bacı yox çıxa qarşıma,
Fikrim, xəyallarım
dumanda, çəndə.
Bilmisən ki, məni qarşılayan yox,
Bitib gözləmisən
evin içində.
Qoy deyim, danışım, talandı yurdum,
Sönüb yollarıma nur saçan ocaq.
Dərdimi deməyə adam tapmıram,
Dərdimi səninlə bölürəm
ancaq.
Salam, qoz ağacı, xoş gördük səni,
Talemi çıxarıb
yolumun üstə.
Gəl əl-ələ verək köhnə dost kimi,
Aşır budağını qolumun üstə.
Salam, qoz ağacı, danış dərdini,
Bu gün dərdimizlə
qalaq baş-başa.
Bi sirli görüşə,
haqlı görüşə,
Tanrının özü də etsin tamaşa.
Nə gördün-eşitdin, danış,
qoy bilim,
Bu evin sinəsi dağlanıb necə!
Danış öz dilində,
ağac dilində,
Bu evin qapısı bağlanıb necə!
Danış, kimi gördün,
nələri gördün,
Kimlər çəpər çəkdi
qarşına sənin?
De, necə tablaşdın,
de, necə dözdün,
Nə bəlalar
gəldi başına
sənin?
Danış, qəm yağmasın
budaqlarından,
Bircə
himə bəndəm:
qəfildən ölləm.
Elə bənd olmuşam bu təbiətə,
İndi ağacların dilini billəm.
Hayıma
hay versin evin sahibi,
Sinəmin altında dərd
düyün-düyün
Gəlsin
harayıma ruhu anamın,
Ruhları bağrıma basacam bu gün.
Danış olanları, başına
dönüm,
Nə olsun ağacsan, susma, kirimə.
Otuz il bu evə keşik çəkmisən,
Mənim əvəzimə, mənim
yerimə.
Sözümü min yerə yozan
tapılar,
Qalaram dilbilməz adam
əlində.
Söz verdim özümə, dindirəm gərək,
Daşı daş, ağacı ağac dilində.
Gəl dərdini danış, təsəlli tapım,
Sənin də nə qəmin, nə ahın olsun.
Danış, anlayaram dilini sənin,
Danış, qoz ağacı, insafın olsun.
Qoy lənətə gəlsin,
evi yıxılsın,
Bu yurda, bu elə göz tikənlərin.
Qoy yolu bağlansın, ocağı sönsün,
Qəlbimizdə həsrət, qəm əkənlərin.
Salam, qoz ağacı! Göydən nur yağır,
Pəmbə buludların dodaqlarından.
Sən ki dar ağacı
deyilsən mənə,
Məni də asalar budaqlarından.
Nə vaxtdan bu evə
həyan olmusan,
Sənin budağını əyən
olmasın.
Qıymaram,vermərəm heç
kimə səni,
Qoymaram, xətrinə
dəyən olmasın.
Yaman havalandım görüşümüzdən,
D
ağılmış bu evə baxıb gedirəm.
Sənə tapşırıram ata
yurdumu,
Sağ ol, qoz ağacı,
çıxıb gedirəm.
Kəlbəcər, iyul 2023
Getmə, o bulağın üstünə
getmə
Otuz ilə yaxın
işğal altında
qalan kəndimizdə bulaqların çoxu batıb
Üstündən nə qədər
qara yel əsib,
Neçə il düşmənlər yolunu
kəsib,
O bulaq əbədi inciyib, küsüb,
Getmə,
o bulağın üstünə
getmə!
Bir toy tutubdular toy-büsatına,
Özü ağı deyib
öz həyatına,
Batıbdı torpağın, yerin
qatına,
Getmə,
o bulağın üstünə
getmə!
Artar, dərd gətirər gözünün çəni,
Tanımaz çaşdırar saçının
dəni,
Nəğməsi həzindir ağladar
səni,
Getmə,
o bulağın üstünə
getmə!
Hanı baldırğanı, hanı
yarpızı?
O bulaq tanımaz saçı pırpızı,
Haraya gedirsən zalımın qızı,
Getmə,
o bulağın üstünə
getmə!
Elə inciyib ki, barışan
deyil,
Axıb
ümmanlara qarışan
deyil,
Dərdini söyləyib danışan
deyil,
Getmə,
o bulağın üstünə
getmə!
Kədərli yerişin, qəmli
duruşun,
Bulağın dərdini məndən
soruşun,
Birdən
soruşar ki, hanı tay-tuşun,
Getmə,
o bulağın üstünə
getmə!
Bağrımızın başı yanıbdı orda,
Dərdini gizləyib, danıbdı
orda,
Bir qızın səhəngi
sınıbdı orda,
Getmə,
o bulağın üstünə
getmə!
Otuz il üstünə
gələn olmayıb,
Dərdini, qəmini bilən
olmayıb,
Üstündə şənlənən, gülən olmayıb,
Getmə,
o bulağın üstünə
getmə!
Bu səhər Allahın salamı gəlsin,
Sevincdən bu elin ilhamı gəlsin,
Saxla görüşünü, qoy
hamı gəlsin,
Getmə,
o bulağın üstünə
getmə!
Kəlbəcər, iyul 2023
Bu yerdə
Daşların altından çıxır
bulaqlar,
Səsini
səsimə qatır
bulaqlar,
Duydum istəyinə çatır
bulaqlar,
Sevinir həsrətli
elim bu yerdə.
Çəkilir gözümdən dərd
yavaş-yavaş,
Məni
salamlayır hər qaya, hər daş,
İtib,
ürəyimdə qalmayıb
təlaş,
Buludlara dəyir əlim bu yerdə.
Oxşayır könlümü çayların
səsi,
Dağlar
valeh edir burda hər kəsi,
Məlhəmdi ruhuma doğma nəfəsi,
Yığılıb başıma elim bu yerdə.
Qayaları səngər, zirvələr
qüdrət,
Baxdıqca adamı bürüyür
heyrət,
Cənnət istəyənlər, burdadır cənnət,
Sevinir çiçəyim, gülüm bu yerdə.
Min-min
haqsızlığa dözüb gəlmişəm,
Namərdlər əlindən bezib
gəlmişəm,
Onsuz da dünyanı gəzib gəlmişəm,
Allah, icazə ver, ölüm bu yerdə!
525-ci qəzet 2023.- 14 sentyabr.- S.15.