Mehriban Vəliyeva: "Müasir dünyanın təhsillə bağlı tələbləri çox fərqlidir"

"AZƏRBAYCAN TƏHSİLİNDƏKİ DƏYİŞİKLİKLƏR DÜNYA TƏHSİLİNİN TRENDLƏRİ İLƏ AYAQLAŞMAQ BAXIMINDAN DAHA ÇEVİK VƏ SƏMƏRƏLİ OLMALIDIR"

Azərbaycan təhsili tarixində öz ənənələri ilə seçilən paytaxtın ümumi təhsil müəssisələrində yeni dərs ilinə hazırlıqlar bütün istiqamətlər üzrə davam edir. Hər yeni mövsüm olduğu kimi, bu tədris ilində təhsil müəssisələrində keyfiyyətli tədris, şagirdlərin təhsilə marağının artırılması, onların bilik səviyyəsinin yüksəldilməsi üçün çalışılır. Bu məqsədlə bir çox görülür, layihələr reallaşdırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyir ki, qarşıda yeni məsuliyyətli bir tədris ili var. Çünki təhsil daim inkişaf edən, yeniləşən, islahatlara açıq bir sahədir. İdarə müdirinin sözlərinə görə, ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir. Bu dəyişiklikləri nəzərə almadan təhsilin müasir dövrün tələblərinə cavab verməsi mümkün deyil. Azərbaycan təhsilindəki dəyişikliklər dünya təhsilinin trendləri ilə ayaqlaşmaq baxımından daha çevik daha səmərəli olmalı, eyni zamanda Azərbaycan təhsilinin ənənələri mövcud reallıqla uzlaşdırılmalıdır. Bu gün müasir dünyanın təhsillə bağlı tələbləri, gözləntiləri çox fərqlidir. İndiki dövrdə bildiyimiz deyil, bildiklərimizi necə tətbiq etməyimiz daha çox dəyərləndirilir. Yəni artan tələbləri ödəyəcək kadrların yetişməsi uğur qazanmaq üçün XXI əsr bacarıqlarını inkişaf etdirmək zəruridir. Bu mənada dövlət başçısının imzaladığı vacib tarixi sənəd - "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapmış "XXI əsrin tələblərinə uyğun təhsil" kontekstindən çıxış edərək deyə bilərik ki, bu gün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını inkişaf etdirmək hazırkı dövrümüzdə olduqca əhəmiyyətli bir məsələdir.

Mehriban Vəliyeva bildirib ki, hazırda BŞTİ-nin tabeliyində 344 məktəbəqədər təhsil müəssisəsi, 310 ümumi təhsil, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi fəaliyyət göstərir. Yeni tədris ilində məktəbəqədər təhsil müəssisələri üzrə 34995 uşağın təlim-tərbiyəsi ilə 4375 tərbiyəçi-müəllimin məşğul olacağı gözlənilir. Ümumi təhsil məktəbləri üzrə isə 447962 şagirdin təhsil alması, 28410 müəllimin çalışması nəzərdə tutulur: "Uşaqların intellektual, fiziki psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini təmin etmək məqsədilə 278 paytaxt məktəbində yaradılmış 1073 məktəbəhazırlıq qruplarına 26603 beşyaşlının cəlb olunması proqnozlaşdırılır. 2023-2024-cü tədris ili üzrə 44200 şagirdin birinci sinfə elektron qeydiyyatı həyata keçirilib. Onlardan 43876 şagird ümumi təhsil məktəbləri üzrə, 324 şagird isə lisey gimnaziyalar üzrə qeydiyyatdan keçib: "Məktəbəqədər yaş dövrü insan xarakterinin formalaşmasına təsir göstərən əsas mərhələlərdən biridir. Uşağın bu dövrdə necə təhsil alması, hansı təlim-tərbiyəni mənimsəməsi çox önəmlidir. Bu mənada uşaq şəxsiyyətinin formalaşmasında inkişafında, mühitə müvəffəqiyyətlə uyğunlaşmasında, sərbəstliyə öyrəşməsində, məktəbə hazırlığında təhsilin bu pilləsinin rolu əvəzsizdir. Bütün bunları nəzərə alaraq məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Elm Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji işçilər təlim prosesinə cəlb olunub. Ötən ilin noyabr-dekabr aylarında 2703 tərbiyəçi-müəllim, 248 müəssisə rəhbəri, 50 metodist təlim prosesinə qatılıb. Ümumilikdə 3001 pedaqoji işçi təlimlərdə iştirak edib. Bu il daha 3000 nəfərin təlim prosesinə cəlb olunması nəzərdə tutulub. 2028-ci ilədək tərbiyəçilərin hər biri təlim prosesinə cəlb ediləcək bu proses daimi olacaq. Tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması üçün normativ sənədin hazırlanması istiqamətində Elm Təhsil Nazirliyi tərəfindən müvafiq aparılır. Ümumi təhsilin təşkili məsələsinə gəlincə, təhsilalanların azərbaycançılıq məfkurəsi bəşəri dəyərlər ruhunda tərbiyə edilməsi, qlobal səriştəliliyin formalaşdırılması, həssas qruplarla, valideynlərlə mərkəzləşdirilmiş işin təşkili, ətraf mühitin qorunması sağlam həyat tərzinin formalaşdırılması qarşıya qoyduğumuz məqsədlərdən biridir. Bu mənada Elm Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi layihələr müasir, intellektual, vətənpərvər geniş dünyagörüşlü gəncliyin formalaşmasına təkan verir. Ötən tədris ilində sözügedən istiqamətlərin hər biri üzrə layihələr, müsabiqə yarışlar, görüşlər keçirilib ki, bu da səmərəliliyin artırılmasında mühüm rol oynayır".

İdarə müdirinin sözlərinə əsasən, Elm Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən səmərəli fəaliyyətlərin qurulmasına dəstək verən "Rəqəmsal bacarıqlar" layihəsində 176, "STEAM Azerbaijan" layihəsində 181, "Sağlam təhsil-sağlam millət" layihəsində 43, "Məktəblinin dostu" layihəsində isə 178 paytaxt məktəbi iştirak edir. Həmçinin  "Zəfər tarixi" konfransları, "Sabahın alimləri" Respublika müsabiqəsi, Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası, "Məktəbdə...", "Dəyərlərimizi qoruyaq", "Zərərli vərdişlərə birlikdə yox deyək", "İdmansevərlər", "Onlayn kitab klubu" layihələrini, "Mənim gündəliyim", "Qarabağı tanıt", "Hekayəni paylaş" müsabiqələrini, Təhsildə inkişaf innovasiyalar üzrə qrant müsabiqəsi s. ötən tədris ili ərzində uğurla həyata keçirilən layihələrdəndir. Həqiqətən icra olunan bu fəaliyyətlər bir daha onu göstərir ki, layihələr ideyadan nəticəyə doğru istiqamətlənməkdə ən uğurlu platformadır.

M.Vəliyeva vurğulayıb ki, təhsildə keyfiyyətin artırılması həmişə aktual olan bir məsələdir. Keyfiyyətə nəzarət məqsədilə aparılan, bir növ yoxlayıcı dəstəkləyici monitorinqlərin təşkili, prosesin təhlili, təhlillərdən sonra isə strategiyanın müəyyənləşdirilməsi mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən işlər ümumi prosesin bir-birinə bağlı olan halqalarıdır: "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) həyata keçirdiyi keyfiyyət inspeksiyalarının məntiqi davamı olaraq səmərəliliyin artırılması istiqamətində Məktəb İnkişaf Planlarının hazırlanması icrası ötən tədris ilində əsas dəstək proqramlarından olub. Ötən tədris ilində 30 məktəbin İnkişaf Planı hazırlanıb. IV siniflərin tədris dili riyazi bacarıqlarının ölçülməsi məqsədilə monitorinq həyata keçirilib. Həmçinin buraxılış imtahanlarında şagirdlərin akademik ehtiyaclarının qabaqcadan müəyyənləşdirilməsi zəruri dəstək tədbirlərinin görülməsi məqsədilə BŞTİ tərəfindən 3, 6, 7, 8-ci siniflərdə bir dəfə, 9-cu siniflərdə isə dörd dəfə monitorinqlər həyata keçirilib. Həmin monitorinqlərin buraxılış imtahanları nəticələri ilə müqayisəli təhlilləri bir sıra məqamları aşkarlamağa imkan verir. Hər il IX siniflərin buraxılış imtahanlarının təhlillərindən sonra təhsil müəssisələrinin dinamikası araşdırılır. Təhsilin keyfiyyəti yalnız təhsilalanların nəticələri ilə müəyyən oluna bilməz".

M.Vəliyevanın sözlərinə görə, təhsilverənlərin və idarəedici heyətin peşəkarlığının artırılması istiqamətində də müvafiq fəaliyyətlər icra olunub: "Sürətlə dəyişən dövr müəllimdən yeni axtarışlar, yeni yanaşmalar tələb edir. Təhsildə keyfiyyətin artırılması baxımından əsas meyarlardan olan müəllim peşəkarlığı və tədrisə yaradıcı yanaşma heç vaxt indiki qədər aktual olmayıb. Bu məqsədlə ibtidai sinif müəllimləri üçün təşkil olunmuş "Xoşbəxt müəllim" təliminə 68, "İnklüziv siniflərdə təhsil alan şagirdlərdə dinləmə bacarıqlarının inkişafı və lüğət ehtiyatının artırılması" mövzusunda keçirilən təlimə 20, ilkin mərhələdə tarixbiologiya fənnini tədris edən müəllimlər üçün keçirilən "Fənn assosiasiyalarının yaradılması" təliminə 26, "Uşaq hüquqları və müdafiəsi" mövzusunda seminara 54 müəllim cəlb olunub. Ümumilikdə BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində çalışan 15000-dən çox müəllim keçirilən təlimlərdə iştirak edib".

İdarə müdiri deyib ki, qarşıya qoyulmuş stateji məqsədlərdən biri əlçatanlıqdır ki, bu, hər kəs üçün təhsil almaq imkanlarının təqdim olunmasıdır: "Əlçatanlıq baxımından deyə bilərik ki, Bakı şəhəri və onun tərkibinə daxil olan bütün rayon və qəsəbələr zəruri məktəbəqədər və ümumi təhsil infrastrukturu ilə təmin olunmuş və genişləndirilməsi fonunda ciddi işlər aparılmaqdadır. Yeni dərs ilinə hazırlıq çərçivəsində təhsil infrastrukturunun möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, təhsil müəssisələrində əsaslı təmir işlərinin aparılması davam edir. Prezident İlham Əliyevin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində ümumi təhsil məktəblərinin təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir. Son illər müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Bir sıra məktəblər əsaslı təmir edilib, ehtiyac olan ərazilərdə yeni məktəb binaları və tədris korpusları inşa edilib, mühəndis-kommunikasiya işləri həyata keçirilib. Belə ki, 2023-2024-cü tədris ilinə hazırlıq çərçivəsində 50 ümumi təhsil məktəbində, 30 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri aparılıb, həmçinin 1 məktəbdə və 5 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılır, 3 ümumi təhsil müəssisəsində isə əsaslı təmir-tikinti işlərinin görülməsi nəzərdə tutulur. Bu tədbirlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir".

İdarə müdiri vurğulayıb ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıqlarının inkişaf etdirilməsi də qarşıdakı mühüm hədəflərdir: "Həmçinin ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanın daşıyıcısı olan təhsil müəssisələrimizdə Azərbaycan dilinin tədrisi işininin daha da təkmilləşdirilməsi, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və digər önəmli hədəflərimiz də var. Bu hədəflərə çatmaq yolunda hamımıza uğurlar arzulayıram".

Sevinc QARAYEVA

525-ci qəzet  2023.- 14 sentyabr.- S.13.